Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1254/2021 28.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçıların nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və yolun açılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-49/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-49/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin çıxarışına əsasən Xaçmaz rayonunun Ağaşirin-Oba kəndində yerləşən İddiaçı1 məxsus 0,09 ha torpaq sahəsinə və JN-120 A saylı, 30213058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Ağaşirin-Oba kəndindəki İddiaçı2 məxsus 0,10 ha həyətyanı torpaq sahəsinə nəzərdə tutulmuş 40 metr uzunluğunda olan gediş-gəliş yolunun şimal-qərb tərəfdən 5,25 metr enində, cənub-şərq tərəfdən isə 4,45 metr enində olan hissəsindən Cavabdeh çıxarılmaqla, yolun həmin hissədə bərpa edilməsi və yolun həmin hissəsinin bağlanmasının cavabdehə qadağan edilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-49/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların torpaq sahələrinə və evlərinə gediş-gəliş yolu kimi nəzərdə tutulan ərazini bağlamaq üçün yaratdığı maneələrin aradan qaldırılması, yolun bərpa olunması, yolu bağlamağın cavabdehə qadağan olunması və bununla bağlı onun hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Onlar iddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun Ağaşirin-Oba kəndində onlara 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-120 A saylı, 30213058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 mülkiyyətindədir. O, həmin torpaq sahəsində 2017-ci ildən bir mərtəbəli, 3 otaqdan ibarət ev inşa etdirmiş, həyətində meyvə ağacları əkib becərmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində digər İddiaçı1 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 27.02.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış və ona RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarış verilmişdir. Maddi imkanın olmaması səbəbindən o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirə bilməmişdir. Lakin həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək niyyətindədir. Həyətində müxtəlif meyvə ağacları əkib becərmişdir və ağaclar meyvə verir. Cavabeh torpaqlar verilərkən yol kimi nəzərdə tutulmuş ərazini zəbt edib və onların öz torpaq sahələrinə gediş-gəlişinə imkan vermir. Onlara məxsus olan torpaq sahələrinə başqa yerdən yol yoxdur və digər sahələrdən onlara yol verilməsi mümkün deyil. Torpağa dair mülkiyyət sənədlərində və kəndin sxemində yol kimi nəzərdə tutulan sahədən savayı başqa yerdən onlara məxsus olan evə və torpaq sahəsinə gedib gəlmək mümkünsüzdür. Torpaqlar paylanan zaman, 7 metr yol kimi nəzərdə tutulan ərazi cavabdeh tərəfindən zəbt olunmuş, həmin yolu bağlamaq üçün ağaclar əkilmişdir və o, həmin yoldan istifadə etməyə imkan vermir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar evlərinə, torpaq sahələrinə gedib-gələ bilmir, həyətyanı torpaq sahəsində əkib becərdikləri meyvə-tərəvəzi yığıb istifadə edə bilmirlər. Həmin məsələ ilə əlaqədar demək olar ki, hər gün cavabdehlə onlar arasında mübahisə və dava olur. Bununla əlaqədar kənd icra nümayəndəsinə, kənd bələdiyyəsinə dəfələrlə müraciət etmişlər, lakin onlar da, cavabdehə heç bir təsir göstərə və yolu bərpa edə bilmirlər. Ona görə də məhkəməyə müraciət elmək məcburiyyətində qalmışlar və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iddianı qismən təmin edərkən ekspert rəyinə istinad etmişdir, halbuki bu rəy əsassızdır. Əslində gediş-gəliş yolunun sonunda İddiaçı1 yaşayış evi inşa etdirmişdir və yolun sonu onun tərəfindən bağlanmışdır. Torpaq sahəninin digər qonşuları Ş.Ramazanov və Z.Mustafayevdirlər və iddiaçılar hazırda həmin qonşuların torpaq sahəslərinə bitişik yerdən yol tələb edirlər. Qətnamədə qeyd edilən guya onun zəbt etdiyi torpaq sahəsi 115 A saylı şəhadətnaməyə əsasən ona məxsusdur və o, burada əmlakın təyinatına uyğun kənd təsərrüfatı fəaliyyətilə məşğul olur. Mübahisə üzrə verilmiş ekspert rəyi qərəzlidir və həqiqəti əks etdirmir. Məhkəmə mübahisə üzrə nəticəyə gələrkən ekspert rəyinə istinad etmişdir, lakin bu rəy əsassızdır və mötəbər sənəd sayılmır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, iş üzrə daha əvvəllər keçirilmiş ekspert rəyi əsassızdır. Onun mülkiyyətində cəmi 0,10 ha torpaq sahəsi vardır və bu sahənin işindən zəruri yol keçə bilməz. Bu barədə rəy verən ekspertiza tədqiqatı həqiqəti əks etdirə bilməz. Hər iki iddiaçının nümayəndəsi X3 isə məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və bildirdi ki, mübahisə üzrə bütün araşdırmalar aparılmış və əsaslı qətnamə çıxarılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayonunun Ağaşirin-Oba kəndində yerləşən 0,09 ha torpaq sahəsi 27.02.2018-ci il tarixdən tam mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. Yenə iş materiallarında olan JN-120 A saylı, 30213058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı2 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-115 A saylı, 30213058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X1 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.05.2020-ci il tarixli, 10/377 saylı ekspert rəyindən görünür ki, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dan çıxarışa əsasən Xaçmaz rayonunun, Ağaşirin-Oba kəndində yerləşən İddiaçı1 məxsus 0,09 ha torpaq sahəsinə və JN-120 A saylı, 30213058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində İddiaçı2 məxsus 0,10 ha həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdır. İddiaçılara məxsus qeyd olunan torpaq sahələrinə nəzərdə tutulmuş 40 metr uzunluğunda olan gediş-gəliş yolu şimal-qərb tərəfdən 5,25 metr enində, cənubşərq tərəfdən isə 4,45 metr enində olmaqla Cavabdeh tərəfindən bağlanmışdır. İddiaçılara məxsus olan qeyd edilən torpaq sahələrinə başqa gediş-gəliş yolunun olmadığı müəyyən edilmişdir. İddiaçıların gediş-gəliş yolu olduğunu iddia etdikləri sahə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən həmin torpaq sahəsində ağacların əkildiyi müəyyən edilir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-49/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iş üzrə iddiaçılar cavabdehi qanunsuz torpaq sahəsi zəbt etməkdə günahlandırırlar. İş üzrə iddiaçılar iddia edirlər ki, cavabdeh onların torpaq sahələrinə gedən yolu bağlamış, mülkiyyətlərində olan torpaq sahələrində normal faəliyyətlərinə mane olur. Mübahisənin obyektiv həlli üçün məhkəmə ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRXdan çıxarışa əsasən Xaçmaz rayonunun, Ağaşirin-Oba kəndində yerləşən İddiaçı1 məxsus 0,09 ha torpaq sahəsinə və JN-120 A saylı, 30213058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində İddiaçı2 məxsus 0,10 ha həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdır. İddiaçılara məxsus qeyd olunan torpaq sahələrinə nəzərdə tutulmuş 40 metr uzunluğunda olan gediş-gəliş yolu şimal-qərb tərəfdən 5,25 metr enində, cənub-şərq tərəfdən isə 4,45 metr enində olmaqla Cavabdeh tərəfindən bağlanmışdır. İddiaçılara məxsus olan qeyd edilən torpaq sahələrinə başqa gediş-gəliş yolunun olmadığı müəyyən edilmişdir. İddiaçıların gediş-gəliş yolu olduğunu iddia etdikləri sahə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən həmin torpaq sahəsində ağacların əkildiyi müəyyən edilir. Bununla da, iddiaçılara məxsus torpaq sahələrinə gedən yolun cavabdeh tərəfindən müəyyən hissədə tutulması faktı öz təsdiqini tapır. Mübahisə ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi işin tədqiq olunan faktiki hallarına və aşağıda istinad olunan normalara əsaslanır. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, hazırki mübahisə qonşuluq münasibətləri zəmnində mülkiyyətdən sərbəst istifadəyə əsassız müdaxilə və maneələrdən yaranmışdır. Bu hal isə qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi, Cavabdeh daha əvvəllər mövcud olmuş yolu orada ağac əkməklə kəsmiş, bunun nəticəsində iddiaçılara məxsus torpaq sahəslərinə zəruri yol bağlanmışdır. İş materialları ilə müəyyən olunur ki, 40 metr uzunluğunda olan gediş-gəliş yolu şimal-qərb tərəfdən 5,25 metr enində, cənubşərq tərəfdən isə 4,45 metr enində cavabdeh tərəfindən bağlanmışdır və belə olan halda, iddia məhz bu qaydada təmin olunmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X6rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinə gediş-gəliş yolunun məlum ekspert rəyində göstərilən qaydada bərpa edilməsi hər iki tərəfə münasibətdə ədalətlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə iddiaçılar İddiaçı2 və İddiaçı1 öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-49/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 5,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(067)-49/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 5,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1254/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1254/2021
28.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver