Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1259/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X23 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-753/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cəlb edilməklə) pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65.700 manat məbləğində pul vəsaitinin və 288 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı qızıdır. Cavabdeh1 ünvan 1 ünvanındakı torpaq sahəsinin alınması və həmin torpaq sahəsinin üzərində evin tikilməsi üçün müxtəlif şəxslərdən borc pul almışdır və iddiaçı da həmin məbləğlərin qaytarılması üçün ona zamin durmuşdur. Belə ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixində torpaq sahəsinin alınması üçün iddiaçının tanışı X2 31.900 manat məbləğində, xx.xx.2019-cu il tarixində oğlu X6 8.700 manat məbləğində, xx.xx.2019-cu il tarixində qohumu X9 5.000 manat məbləğində və xx.xx.2019-cu il tarixində qohumu X10 15.000 manat məbləğində borc pul almışdır. Bununla yanaşı Cavabdeh1 həyat yoldaşının anası X3 2020-ci ilin mart ayında 3.000 ABŞ dolları məbləğində pul almışdır ki, həmin məbləği də iddiaçı qaytarmışdır. Cavabdeh1 iddiaçıya olan borcunu mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin satışından əldə etdikləri puldan qaytaracağına söz versə də, evi satandan sonra da pulu qaytarmamışdır. Cavabdeh1 borc məbləğlərini qaytara bilmədiyindən iddiaçı bütün borcları qaytarmağa məcbur olmuşdur. Belə ki, X10 alınmış 15.000 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X6 alınmış 8.700 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X2 alınmış 31.900 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X9 alınmış 5.000 manat məbləğində pul vəsaitini ona xx.xx.2020-ci il tarixində, X3 aldığı 3.000 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Ümumi qaytarılan məbləğ 65.700 manat təşkil edir. Hal-hazırda iddiaçı oğluna ev tikdirdiyinə görə onun vəsaitə ehtiyacı vardır, Cavabdeh1 həmin vəsaitlərin iddiaçıya qaytarılmasından həmin məbləğdə pulunun olmadığı səbəbi ilə imtina etmişdir. Cavabdeh1 pul aldığı şəxslər məhkəmədə həmin məbləğlərin iddiaçı tərəfindən qaytarıldığına dair şahid kimi də iştirak edə bilərlər.
3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini, 65.700 manat məbləğində pul vəsaitinin və 288 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbləri Cavabdeh2 qarşı olsa da, iddia ərizəsində texniki səhvə yol verilərək Cavabdeh2 üçüncü şəxs qismində qeyd edilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan pulu borc alarkən rəsmi nikahda olmuşlar, hər ikisinin iradə ifadəsinin nəticəsində birgə yaşayacaqları evin tikintisi üçün borc pul almışlar. Mübahisə predmeti olan məbləğ də birgə nikah dövründə tikilən yaşayış evinin tikintisi və təmirinə, torpaq sahəsinin alınmasına sərf olunmuşdur. Odur ki, Cavabdeh2 hal-hazırki iş üzrə üçüncü şəxs deyil, cavabdeh qismində qeyd olunmalı və iddia ərizəsinin nəticəvi hissəsində ona münasibətdə də iddia tələbi qeyd edilməlidir. Göstərilənlərə əsasən üçüncü şəxs X7 cavabdeh qismində işə cəlb edilməsi, 65.700 manat məbləğində pul vəsaitinin və 288 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, Cavabdeh1 ona ev tikmək üçün vəsaiti olmayan şəxs olduğunu, torpaq sahəsinin alınması və ev tikilməsi üçün vəsaitin ona atası hazırki iş üzrə İddiaçı zamin durduğuna görə borc olaraq verildiyini bildirmişdir. Lakin Cavabdeh1 iddiaçıdan onun əvəzində alınmış borcu qaytarmağı xahiş etməmişdir. Cavabdeh1 alınmış borcu digər Cavabdeh2 ilə birlikdə qaytaracaqlarını iddiaçıya bildirmişdir. İddiaçı alınmış borcları onların icazəsi və razılığı olmadan qaytarmışdır. Cavabdeh1 torpaq sahəsinin alınması və ev tikilməsi üçün borc pulu atasından istəmiş, digər şəxslərdən istəməmişdir. Cavabdeh1 Esmira Mirəliyevanı tanımamış, iddiaçı onu tanımışdır. Borc məbləğini Cavabdeh1 atasından almışdır. Övlad atasına arxalanaraq ondan borc istəmişdir. Qızı boşanmış, qızı və uşaqları evdən çölə atılmışdır. Ona görə də iddiaçı bu iddiasında haqlıdır. Finski ev yaşamaq üçün kifayət qədər şəraitli deyildir. Ona görə də, mənzil şəraitini yaxşılaşdırmaq üçün Cavabdeh1 atasından borc pul istəmişdir. Cavabdeh1 evdə gəlin olmuşdur. Bu səbəbdən də atası İddiaçı ilə münasibətlərini hansı şəkildə formalaşdırmağı ərinə deyə bilməzdi. Nikah pozulduqdan və bir müddət eyni evdə yaşadıqdan sonra Cavabdeh2 Cavabdeh1 uşaqları, gəlini və nəvəsi ilə birlikdə evdən çıxarmışdır. Cavabdeh1 uşaqları ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. Münasibətlər pozulduğuna görə Cavabdeh2 ilə üz-üzə gəlməmək üçün məhkəmə prosesinə gəlməmişdir. Cavabdeh1 nikahlarının pozulmasını istəməmişdir. Nikahın pozulması barədə iddia tələbi ilə Cavabdeh2 məhkəməyə müraciət etmişdir. Cavabdeh1 bu gündə Cavabdeh2 ilə barışmağa ümid edir. Cavabdeh1 qeyd edir ki, Cavabdeh2 birgə yaşadıqları dövrdə həmişə bütün məsələlərdə onu tək qoymuşdur. Kommunal xərcləri belə ona ödətdirmişdir. Hazırki mübahisədə də onu tək qoymaq istəyir. Yaşadıqları finski evi söküb yerində yeni ev tikməyi və həmin müddətdə kirayədə qalmağı Cavabdeh1 özü Cavabdeh2 təklif etmişdir. Buna səbəb isə qızını köçürmək və oğlunu evləndirib evə gəlin gətirmək olmuşdur. Lakin Cavabdeh2 həyat yoldaşının təklifi ilə razılaşmamış və kirayədə qalmaq istəmədiyini bildirmişdir. Bu zaman isə qızı atasından borc pul istəmişdir. Ata onda pul olmadığını, pulunun ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olduğunu qızına bildirmişdir. Bu zaman qızı onlara borc verilməyəcəyini bildirərək, atasından qohumlardan və tanışlardan borc pul istəməsini xahiş etmiş, yeni ev tikildikdən sonra yaşadıqları evi sataraq borcu qaytaracaqlarını bildirmişdir. Ata qızı ilə razılaşmış, birlikdə iddia ərizəsində qeyd edilən şəxslərin yanına gedərək borc pul almışlar. Cavabdeh1 atasının borc aldığı Nizami adlı şəxsi şəxsən tanımadığını, şəxsən onun yanına gedib borca pul istəmədiyini, onun üçün borc məbləğini atasının ondan aldığını qeyd edir. X14, yeznələri Mehman Əliyev və qardaşı Mirzə Mürsəlovdan isə atası ilə birgə gedərək borc aldığını təsdiq edir. Cavabdeh1 qaynanasından borc istəsə də, qaynanası nə ona, nə də oğlu Cavabdeh2 hər hansı bir məbləğdə borc verməyəcəyini qeyd etmişdir. Daha sonra qaynanası iddiaçıya zəng etmiş, onun zamin duracağı təqdirdə borc verəcəyini bildirmişdir. İddiaçı da pulun qaytarılmasına zamin durduqdan sonra qaynanası Cavabdeh1 3.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Yeni evə köçdükdən sonra yaşadıqları evi satıb iddiaçıya olan borcu qaytarmaq istədikdə qızlarına elçi gəlmiş, oğlanlarını evləndirmək üçün gəlin almışlar. Cehiz və qızıl-zinət əşyaları almaq və toy mərasimlərini etmək üçün pula ehtiyac olmuşdur. Cavabdeh2 evin satışından əldə edilən pulu qeyd edilən xərcləri qarşılamağa yönəltmiş, iddiaçıya olan borclarını sonra ödəyəcəyini bildirmişdir. Lakin daha sonra da iddiaçıdan alınmış borc geri qaytarılmamışdır. Borcu qaytarmaq istəməyən Cavabdeh2 Cavabdeh1, oğlunu və gəlinini evdən qovmuş və artıq evdə tək yaşayacağını bildirmişdir. Cavabdeh1 da atasının yanında xəcalətli olduğuna görə valideynlərinin yanına qayıda bilməmiş, kirayə mənzil tutmuş, oğlu və gəlini ilə həmin mənzildə yaşayır. O, təmsil etdiyi şəxsin sadəcə borcu olduğunu qeyd etmişdir.
6. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırki iddianın məqsədi İddiaçı öz qızı Cavabdeh1 pul tələb etmək deyildir. İddia cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlakdan Cavabdeh2 məhrum edilməsi məqsədi daşıyır. Təmsil etdiyi şəxs ona tərəflər arasında hazırki borc məsələsinin olmadığını, sözügedən torpaq sahəsi və üzərində yerləşən evin ər-arvadın birgə nikah dövründə şəxsi vəsaiti hesabına əldə etdiyi əmlak olduğunu bildirmişdir. Cavabdeh2 torpaq sahəsi almaq və orda ev tikmək üçün borc almağa ehtiyacı olmamışdır. Çünki o, şəxsi vəsait hesabına torpaq sahəsi almış və üzərində ev tikmişdir. Özü avtobus sürücüsü olmuş, öz zəhməti ilə vəsait qazanmışdır. Daşınmaz əmlakları digər cavabdehin adına alınmasına səbəb ər-arvad arasındakı etibarlı ailə münasibətləri ilə bağlı olmuşdur. Digər tərəfdən birgə nikah dövründə əmlakın qadının və ya kişinin adına alınması hər hansı birinə əlavə hüquq qazandırmır və ya tərəflərdən hər hansı biri həmin əmlak üzərində olan pay hüququndan məhrum olmur. Hazırki iddia ərizəsi məhkəməyə Cavabdeh2 Gülbəniz Qafarova ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərinə əmlakda payın müəyyən edilməsi barədə mediasiya təşkilatına müraciət etdikdən sonra 16 noyabr 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, Cavabdeh2 öz hüquqlarını realizə etmək istədikdən sonra iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi şübhə doğurur. İddiaçı tərəfdən iddia ərizəsindəki yazılanlardan, nümayəndəsi və vəkilin izahatından, Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatından, şahidlər - iddiaçının tabeliyində işləmiş Esmira Mirəliyevanın, oğlu Mirzə Mürsəlovun və kürəkəni Mehman Əliyevin ifadələrindən başqa iddia tələbi ilə bağlı hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Şahidlərin ifadələri - iddiaçının tabeliyində işləmiş Esmira Mirəliyevanın, kürəkəni Mehman Əliyevin və oğlu Mirzə Mürsəlovun ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində X10 alınmış 15.000 manat pul vəsaitini 28 iyul 2020-ci il tarixdə, X6 alınmış 8.700 manat pul vəsaitini 25 iyun 2020-ci il tarixdə, X2 alınmış 31.900 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdə, Nizami Məmmədovdan aldığı 5.000 manat pul vəsaitini 12 iyun 2020-ci il tarixdə geri qaytarıldığını iddia edir. Həmçinin iddiaçı bu şəxslərdən pul vəsaitlərinin alınmasını təsdiq edən sübut kimi ödəniş tapşırıqlarını qeyd edir. Ödəniş tapşırıqlarındakı tarixlər ilə iddia ərizəsində göstərilən pulun qaytarılması ilə bağlı tarixlərin heç biri üst-üstə düşmür. Həmçinin ödəniş tapşırıqlarının heç birində ödənişin təyinatı kimi borc məbləğlərini qaytarmaq yazılmamışdır. İddiaçının nümayəndəsi və vəkili qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edildiyindən əməliyyatların aparılması qadağan edilmişdir. Bununla bağlı qeyd edir ki, Esmira Mirəliyevaya və Mirzə Mürsəlova 12 fevral 2020-ci il tarixli ödəniş tapşırıqlarına əsasən məbləğlər köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə X28 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Əgər götürsələr ki, əməliyyatların aparılması qeyd olunan dövrlərdə qadağan idi, onda pul məbləğlərinin köçürülməsi barədə ödəniş tapşırıqlarının həmin dövrdə necə verildiyi sual doğurur. İddiaçı tərəf ödəniş tapşırığındakı təyinatının borc məbləğinin qaytarılması ilə bağlı olmasını hər hansı sübutla təsdiq edə bilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, götürülmüş borcun qaytarılmasına görə zamin durmuşdur. Bununla bağlı MM-nin 739.2-ci maddəsinə əsasən borc məbləğinin predmeti 3.000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada olmalıdır. Göründüyü kimi 3.000 manatdan çox olan borc məbləğinin etibarlı olmasını şərti onun yazılı formada bağlanması ilə bağlıdır. İddianın həqiqi olmaması bununla da təsdiqini tapır. Göründüyü kimi tələb edilən borc məbləğlərinin hər biri 3.000 manatdan çoxdur. İddiaçının tələbi o halda əsaslı olardı ki, yazılı şəkildə borc müqaviləsinə əsaslanılardı. İddiaçı zaminlik öhdəliyindən irəli gələrək alınmış borcları ödədiyini iddia edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Həmçinin eyni maddədə qeyd edilir ki, bu formaya əməl edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İddiaçının zamin olmasına dair heç bir müqavilə bağlanmayıb və bu barədə hər hansısa bir müqavilə mövcud deyildir. Bu bir daha iddiaçının izahatının və təqdim etdiyi şahidlərin ifadələrinin həqiqəti əks etdirmədiyini təsdiq edir. Bundan başqa MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia tərəfi aralarında şifahi müqavilə olmasına əsaslanır. 2020-ci il tarixdə olan münasibətlər olduğunu götürsələr, burdan görünür ki, iddia müddəti keçmişdir. Eyni zamanda iddiaçı əmlakların qızının adına olmasına əsasən əmlakların ona məxsus olmasını iddia edir. Əgər bu belə idisə, onda iddiaçı əmlakı niyə öz adına rəsmiləşdirmirdi. Göründüyü kimi iddiaçının və digər cavabdehin məqsədi birgə nikah dövründə əldə edilmiş əmlakdan Cavabdeh2 məhrum etməkdir.
7. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində verilmiş suallara cavabında bildirmişdir ki, İddiaçı ilə bir yerdə işləmişlər. Belə ki, iddiaçı direktor, o isə baş mühasib işləmişdir. O, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının ailə üzvləri kimi tanıyır. İddiaçı ona evi zəbt ediləndə evin boşaldılmasına kömək etmişdir. Təxminən 2019-cu ilin noyabr ayında iddiaçı ona zəng edərək nəvəsinə toy etmək istədiyini, lakin cavabdehlərin yaşadıqları finski evə gəlin gətirməyin mümkün olmadığını, bunun üçün yeni torpaq sahəsi alıb orda ev tikmək üçün pul lazım olduğunu, qızı Cavabdeh1 ilə birlikdə onun yanına gəlmək istədiyini bildirmişdir. O da etiraz etməmişdir. Bu telefon zənginin səhəri günü iddiaçı qızı Cavabdeh1 ilə birlikdə ona məxsus evə gəlmişlər. O da özünə məxsus ABŞ dolları və milli valyutada olan ümumilikdə 31.900 manat pulu Cavabdeh1 vermişdir. Pulu cavabdehə verəndə iddiaçı ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində pulunun olduğunu, pulu bankdan çıxaran kimi qaytaracağını bildirmişdir. O da iddiaçı ilə razılaşmışdır. 2019-cu ilin dekabr ayında, daha sonra isə 2020-ci ilin yanvar ayında birlikdə banka getsələrdə, bankdan pulu çıxara bilməmişlər. Bundan sonra iddiaçı ona bankdakı vəsaiti onun adına keçirməyi təklif etmişdir. O da iddiaçının təklifi ilə razılaşmışdır. 15 iyul 2020-ci il tarixdə hesaba pul köçürüldükdən sonra bankdan iddiaçının onun adına keçirtdiyi 17.500 ABŞ dollarını çıxarmışdır. Qalan 1.000 manatdan yuxarı olan fərqi isə iddiaçı öz vəsaiti hesabına həmin gün ona vermişdir. Cavabdeh1 əvvəllərdə ondan borc pul istəmişdir. Belə ki, bir dəfə Cavabdeh1 onun yanına gələrək həyat yoldaşı Cavabdeh2 raf maşınının xarab olduğunu, düzəltmək üçün 1 (bir) ay müddətinə qaytarmaq şərti ilə borc pul lazım olduğunu bildirmişdir. O da istənilən məbləği borc olaraq vermişdir. 1 (bir) il keçsə də, borc məbləği geri qaytarılmamışdır. İkinci dəfə Cavabdeh1 31.900 manat borc məbləğini iddiaçı qızına pulu qaytarmağa görə zamin durduğundan vermişdir. Çünki etdiyi yaxşılıqlara görə iddiaçıya yox deyə bilməzdi. Lakin Cavabdeh1 qeyd olunan borc məbləğini özü ondan istəsə idi, o, bundan imtina edərdi. Həmçinin Cavabdeh1 həyat yoldaşı yaxşı adam olmadığına görə Cavabdeh1 özünə istədiyi məbləği verməzdi. Bundan əvvəl cavabdehlərin satdığı finski ev də iddiaçıya məxsus olmuşdur. İddiaçı həmin finski evi sökdürərək Mehdiabad qəsəbəsinə göndərmiş, həmin qəsəbədə cavabdehlərin yaşaması üçün quraşdırılmışdır. 31.900 manat pulu şəxsən Cavabdeh1 vermişdir. Pulu verəndə və daha sonralar telefonda Cavabdeh1 ilə aralarında pulun nə vaxt qaytarılması barədə söhbətlər olmuşdur. İddiaçıya şəxsən bu günə kimi borc pul verməmişdir. Çünki iddiaçının borc pul götürməyə ehtiyacı olmamışdır. Sadəcə iddiaçıya məxsus pul vəsaiti ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olduğuna və pulu çıxarmaq mümkün olmadığına görə borc götürmək məcburiyyətində qalmışdır. İddiaçı zamin durduğuna görə o, borc pul vermişdir. Dekabr və ya yanvar aylarında pulun bankdan çıxarılaraq ona qaytarılması nəzərdə tutulsa da, gecikmələr olmuşdur. Bu səbəbdən də iddiaçı bankdan götürəcəyi 17.500 ABŞ dolları vəsaiti onun adına keçirmişdir. Əmanətlərin Sığortalanması Fondu pulu qaytaracağından o, iddiaçının qaytarılacaq pulu onun hesabına vurulması təklifi ilə razılaşmışdır. İddiaçı zamin durduğuna görə Cavabdeh1 borc pul verərkən ondan qəbz almamışdır.
8. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində verilmiş suallara cavabında qeyd etmişdir ki, İddiaçı qaynatası, Cavabdeh1 baldızıdır. Cavabdehlər torpaq sahəsi alıb ev tikmək istəmişlər. Cavabdeh1 bu məqsədlə atası olan iddiaçıdan borc pul istəmişdir. İddiaçının pul vəsaiti isə ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olmuşdur. Maddi çətinlik yarandığına görə iddiaçı ondan Cavabdeh1 ev tikmək üçün borc pul verməsini istəmişdir. O, Cavabdeh1 və onun həyat yoldaşı olan digər Cavabdeh2 borc pul verməzdi. İddiaçının istəyinə görə Cavabdeh1 borc pul vermişdir. Borc pul verəndə iddiaçı ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan pulu ona qaytarılan kimi borcu qaytaracağını ona bildirmişdir. Alınmış borc məbləği 4-5 ay sonra bank vasitəsi ilə ona qaytarılmışdır. O, Cavabdeh1 borc məbləğini verəndə Cavabdeh2 orada olmamışdır. Cavabdeh1 ondan borc pul istəməmişdir. İddiaçı olan qaynatası ondan Cavabdeh1 üçün borc pul istəmiş, o da istənilən borc məbləğini vermişdir. İddiaçı borc pul istəyəndə Cavabdeh1 da orada olmuşdur. Cavabdeh2 ilə münasibətləri yaxşı deyildir. Bu səbəbdən də cavabdehlərə borca pul verməzdi.
9. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində qeyd etmişdir ki, İddiaçı atası, Cavabdeh1 bacısı, digər Cavabdeh2 ilə keçmiş yeznələridir. Həmçinin Cavabdeh2la qohumluq münasibətləri də vardır. O, bacısı Cavabdeh1 7.000 manat və 1.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin borc pulu atası ona qaytarmışdır. Atasına məxsus finski evi Badamdar qəsəbəsindən sökərək Mehdiabad qəsəbəsində bacısı Cavabdeh1 yaşaması üçün quraşdırmışlar. Daha sonra Mehdiabad qəsəbəsində qonşularla problemləri olduğuna görə bacısı və həyat yoldaşı Cavabdeh2 yaşadıqları evi dəyişmək istəmişlər. Bacısının ailəsində həmişə problemlər mövcud olmuşdur. O, borc məbləğini cavabdehlərin qaytara bilməyəcəyini bilirdi. Borc məbləğini bacısına atasının xahişinə görə vermişdir. Cavabdeh2la aralarında yaxşı münasibət olmamışdır. Mehdiabad qəsəbəsindəki finski ev əvvəlcə əmisi oğlunun adına olmuşdur. Bacısının ailəsini maddi cəhətdən atası saxlamışdır. Cavabdeh1 onunla eyni yerdə işləyir və hər ay 400 manat əmək haqqı alır. Cavabdeh2 isə arada sürücü kimi fəaliyyət göstərmiş, lakin nə qədər qazanc əldə etmişdirsə, avtomobilinin təmirinə xərcləmişdir. Pulu şəxsən bacısı Cavabdeh1 vermişdir. Pul verən zaman atası orada olmamışdır. Lakin atası ona həmin pulun qaytarılmasına görə narahat olmamasını, özü həmin pulu qaytaracağını bildirmişdir. Atası ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan pulunun bir qismini onun hesabına vuraraq ona olan borc məbləğini qaytarmışdır. Həmin ləğv edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətində onun və yeznələri Mehman Əliyevin də pul vəsaiti olmuşdur. Həmçinin həmin dövrdə Əmanətlərin Sığortalanması Fondu atasına məxsus pulu bütöv şəkildə onun adına qaytarmamışdır. Bu səbəbdən də atasına məxsus pul məbləğlərini hissəli şəkildə öz adlarına hesab açmaqla götürmüşlər.
10. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində verilmiş suallara cavabında qeyd etmişdir ki, İddiaçı anasının dayısı oğludur. İddiaçı ondan 3.000 ABŞ dolları məbləğində pul almamışdır. Xutor qəsəbəsində yerləşən ev 2 otaqlı olmuşdur. Həmin evi oğlu Cavabdeh2 atası vermişdir. Oğlu Xutor qəsəbəsindəki evi satıb Mehdiabad qəsəbəsinə köçmüşdür. Xutordakı evin oğlu tərəfindən hansı qiymətə satıldığını bilmir. Həmin pul onlara verilməmişdir. Həmin pulla Mehdiabad qəsəbəsində 0.06 ha torpaq sahəsi alınmışdır. Lakin torpaq sahəsinin hansı qiymətə alındığını bilmir. Mehdiabad qəsəbəsindəki evi 65.000 manata İsa müəllim adlı şəxsə satılmışdır. İlkin olaraq 43.000 manat ödənilmiş, 22.000 manatı isə torpaq sahəsinin sənədlərində səhvlik olduğu və həmin sənəd düzəldiləndən sonra veriləcəyi bildirilmişdir. Lakin 2 ay sonra qalan məbləğ ödənilmişdir. Mehdiabad qəsəbəsində 0.03 ha torpaq sahəsinin hansı qiymətə alındığını və orada evin hansı qiymətə tikildiyini bilmir. Gülbəniz Qafarova ondan 3.000 ABŞ dolları borca pul almamış, həmin məbləğdə ona borc qaytarmamışdır.
11. 4Ə-386 reyestr nömrəli, 26 noyabr 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X11 özünə məxsus ünvan 3 ünvanında yerləşən 0.094 ha olan torpaq sahəsinin 0.03 ha hissəsini alıcı X5 27.000 manata satmış, alıcı da həmin qiymətə almışdır.
12. xx.xx.2020-ci il tarixli, ********* №-li ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən əmanətə görə X8 17.500 ABŞ dolları ödənilmişdir.
13. xx.xx.2020-ci il tarixli, ********* №-li ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən hesabdan hesaba bank daxili köçürməyə görə X17 13.000 manat ödənilmişdir.
14. xx.xx.2020-ci il tarixli, ********* №-li ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı tərəfindən hesabdan hesaba bank daxili köçürməyə görə X17 5.200 ABŞ dolları ödənilmişdir.
15. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Yasa Vəkil Bürosuna ünvanlanmış 17 yanvar 2024-cü il tarixli, **********057 №-li məktubun surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC-də İddiaçı məxsus 30.507 manat kompensasiya məbləği xx.xx.2020-ci il tarixində "xxxx" ASC vasitəsilə ödənilmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Xırdalan şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023cü il tarixli, 321332/2-11877 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********54-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
17. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 sentyabr 2023cü il tarixdə verilmiş AZ-İ seriyalı 459947 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X12 arasında olan nikah ər-arvadın birgə ərizəsi əsasında pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21 sentyabr 2023-cü il tarixdə 318 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Qafarov, qadına Mürsəlova soyadı verilmişdir.
18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-753/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1 və X13 qarşı pul məbləğinin reqres qaydasında tutulması tələbinə dair iddiası təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində qızı Cavabdeh1 tərəfindən Aberon rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.03 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsində fərdi yaşayış evi tikintisi üçün onun tanışı X2 götürülmüş 31.900 manat məbləğində, oğlu X6 götürülmüş 8.700 manat məbləğində, qohumu X9 götürülmüş 5.000 manat məbləğində, kürəkəni X10 götürülmüş 15.000 manat məbləğində borc pula görə zamin durduğunu, qızı Cavabdeh1 və keçmiş kürəkəni Cavabdeh2 alınmış borcları qaytarmadığına görə zamin kimi həmin borc məbləğlərini qaytardığını iddia etsə də, bununla bağlı hər hansı sübut mövcud deyildir. Yalnız iddiaçı tərəfin sübut kimi məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarına münasibətdə məhkəmə qeyd edir ki, ödəniş tapşırıqlarında ödənişin təyinatı alınmış borc məbləğlərinin qaytarılması kimi göstərilmədiyindən, nəticə etibarı ilə həmin ödəniş tapşırıqları İddiaçı qızı Cavabdeh1 götürdüyü borc məbləğlərini qaytarmasını təsdiq etmədiyindən iddianı təsdiq edəcək sübut kimi qəbul edilə bilməz. Bundan əlavə şahid qismində dindirilmiş Esmira Mirəliyevanın, Mehman Əliyevin və Mirzə Mürsəlovun ifadələri işdə olan digər sübutlarla öz təsdiqi tapmadığından hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz.
20. Həmçinin məhkəmə baxışında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh1 tərəfindən iddia ərizəsində qeyd olunan şəxslərdən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.03 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi üçün atası İddiaçı zaminliyi ilə 65.700 manat borc məbləğinin alınması barədə izahatına münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci və 471-ci maddələrinə əsasən 3.000 manatdan yuxarı olan borc müqaviləsi və zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatına şərh olunanlara əsasən tənqidi yanaşaraq hesab etmişdir ki, həmin izahat da iddianı təsdiq edəcək sübut kimi qəbul edilə bilməz.
21. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 471, 739.2-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının borc məbləğlərini qaytardığını təsdiq edən iki sübut növü məhkəməyə təqdim edilmişdir. Yazılı sübut kimi bank ödəniş tapşıqları və ƏSF-nun vəkil sorğusuna verdiyi yazılı cavab məktubu, alqısatqı müqavilələri. Şahid izahatları kimi - şahidlərin məhkəməyə verdiyi izahatlar. Şahidlər məhkəmədə bilavasitə alınmış borcun iddiaçı tərəfindən geri qaytarıldığını təsdiq ediblər. ƏSF-dan vəkil sorğusuna verilmiş cavab məktubunda iddiaçıya məxsus pul vəsaitinin xx.xx.2020-ci il tarixində geri qaytarıldığı qeyd edilib. Bank tərəfindən ödəniş tapşırıqları 2020-ci ilin fevral ayında yazılsa da faktiki olaraq bankın ödəmə qabiliyyəti olmadığından pul vəsaitləri ƏSF tərəfindən artıq bank bağlandıqdan sonra ləğvedicisi tərəfindən geri qaytarılmışdır. ƏSF-nun yaydığı xəbərlərdən də göründüyü kimi ləğvedici tərəfindən 2020ci ilin iyunun 1-dən oktyabrın 13-dək "xxxx" tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 348,16 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Digər tərəfdən məhkəmədə şahid kimi izahat verən X20 da bildirmişdir ki, onun da "xxxx" ASCdə əmanəti olub və həmin əmanət də ona bank bağlandıqdan sonra ləğvedicisi tərəfindən 2020-ci ilin iyun ayında geri qaytarılmışdır. Hər bir şahid məhz borc məbləğini ancaq iddiaçının zamin durduğunu və onun bankda pulunun olduğunu bildikləri üçün verdiklərini bildirmişlər. Məhkəmənin ödəniş tapşırıqlarının təyinatında borc məbləğinin qaytarılmasının yazılmaması mövqeyi ilə razı deyil. Belə ki, iddiaçı tərəfindən pul vəsaiti banka əmanət kimi qoyulmuşdur və pul vəsaitinin bankdan çıxardanda onun təyinatını borc qismində yazmağa ehtiyac yox idi. Məhkəmə Mülki Məcəllənin 471-ci maddəsinə (Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.) və eyni məcəllənin 739.2-ci maddəsinə (Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.) istinad edərək iddia tələbini rədd etmişdir. Bununla bağlı da hesab edir ki, məhkəmənin mövqeyi yanlışdır. Belə ki, borc məbləğini bilavasitə alan şəxs yəni Cavabdeh1 məhkəmədə nümayəndəsi vasitəsilə torpaq sahəsinin alınması və həmin torpaq sahəsində evin tikilməsi üçün borc aldığını və bunun üçün də atasının zamin durduğunu etiraf etmişdir. Yəni iddianı qəbul etmişdir. İşdə iştirak edən şahidər də borc məbləğinin Cavabdeh1 verilməsini yalnız iddiaçının zamin durması müqabilində verdiklərini bildirmişdilər. Yəni pul vəsaitinin Cavabdeh1 tərəfindən alınması və iddiaçı tərəfindən geri qaytarılması tam sübuta yetirilib. Yəni tərəflər arasında şifahi qaydada əqd bağlamışdılar və həmin əqd üzrə borcalandan başqa digərləri öhdəliklərini yerinə yetirmişlər. Yəni borc məbləğinin verilməsi və onun iddiaçı tərəfindən geri qaytarılması işin mübahisəsiz halıdır. Məhkəmənin formal olaraq yazılı müqaviləyə isinad edərək iddanın təmin etməməsi tamamilə yanlışdır. Tərəflərin sadə prosessesual qaydada riayət etməməsi onlar arasında razılığın olmaması anlamına gəlmir. Borc məbləğinin zaminlik əsasında verilməsi faktının məhkəmə qaydasında təsdiq edilməsi də həyata keçirilə bilər. Hesab edir ki, bu sadəcə işin lüzumsuz uzadılmasıdır. Həmçinin tərəflərin arasında ailə münasibətlərinin (ata-bala, bacı qardaş və s.) və mövcud adət ənənələrin olması ata bala arasında hər hansı yazılı müqavilənin bağlanmamasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
29. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
30. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
31. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
32. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
34. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
36. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
37. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Hazırki iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı zaminlik münasibətinə istinad edərək qızı Cavabdeh1 ev tikinti üçün müxtəlif tarixlərdə alınmış borc pulların onun tərəfindən geri qaytarıldığına istinad edərək ümumilikdə 65.700 manat məbləğində pulun ona qaytarılmasını tələb edir.
44. İddiaçı göstərir ki, qızı Cavabdeh1 tərəfindən Aberon rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.03 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsində fərdi yaşayış evi tikintisi üçün onun tanışı X2 götürülmüş 31.900 manat məbləğində, oğlu X6 götürülmüş 8.700 manat məbləğində, qohumu X9 götürülmüş 5.000 manat məbləğində, kürəkəni X10 götürülmüş 15.000 manat məbləğində borc pula görə zamin durmuş, qızı Cavabdeh1 və keçmiş kürəkəni Cavabdeh2 alınmış borcları qaytarmadığına görə zamin kimi həmin borc məbləğləri onun tərəfindən ödənilmişdir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
46. Həmin Məcəllənin 471.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
47. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
48. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.
50. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçı tərəfindən zamin olaraq ödənilməsi göstərilən pul məbləğlərinin hər biri ayrı-ayrılıqda 3000 manatdan çoxdur ki, həmin borc müqavilələri bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməklə müqavilənin yazılı formada bağlanması tələb olunurdu.
51. Lakin iddiaçı tərəfindən heç bir yazılı formada müqavilə təqdim edilməmiş, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar ilə bağlı mötəbər sübut təqdim edə bilməmişdir.
52. Digər tərəfdən, iddiaçı tərəfin sübut kimi məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ödəniş tapşırıqlarında ödənişin təyinatı alınmış borc məbləğlərinin qaytarılması kimi göstərilmədiyindən, nəticə etibarı ilə həmin ödəniş tapşırıqları İddiaçı qızı Cavabdeh1 götürdüyü borc məbləğlərini qaytarmasını təsdiq etmir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
54. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
56. İşdən həmçinin görünür ki, cavabdehlər arasında birgə nikah dövründə əldə edilmiş evlə bağlı payların bölünməsi barədə məhkəmə mübahisəsi vardır. Cavabdeh2 həmin iddia üzrə mediasiya prosesi zamanı mövcud iddianın digər cavabdehin atası tərəfindən qaldırılmasını, onun həmin əmlaka dair hüququndan məhrum etmə məqsədi ilə verildiyini göstərmişdir.
57. Kollegiya digər cavabdeh tərəfin borc alınma barədə etirafına münasibətdə qeyd edir ki, MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
58. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin yuxarıda göstərilən qənaəti işin mahiyyətinə uyğun olaraq düzgündür.
59. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara və iş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.
60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-753/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.