Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1261/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh2 nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4 əmlakına dəymiş zərər üzrə 1275,0 manat, aldığı ağır dərəcəli xəsarət üzrə 1500,0 manat, X2 aldığı yüngül dərəcəli xəsarət üzrə 750,0 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və xidmət haqqının əvəzi olaraq 0,40 manat cəmi 3155,40 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri – 73,04 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK JTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34JTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətin məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldıraraq, vətəndaş X4 əmlakına dəymiş zərər üzrə 1335 manat, aldığı ağır dərəcəli xəsarət üzrə 1500 manat, vətəndaş X2 aldığı yüngül dərəcəli xəsarət üzrə 750 manat, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı jəmi 3615 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh2 VAZ 21900 markalı ** JV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətini Dövlət Sığorta Kommersiya Şirkətinin Şamaxı filialında xx xxxxxx 2015-ci il tarixdə PDS ********** saylı sığorta şəhadətnaməsi ilə sığorta edilmişdir. Həmin nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-ci ilədək sığorta olunmuşdur. Sığorta olunmuş nəqliyyat vasitəsi müqavilənin qüvvədə olduğu xx xxxx 2016-cı il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonunun ərazisində vətəndaş Cavabdeh1 idarə etdiyi VAZ 21900 markalı ** JV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi A.R.Kərimovun idarə etdiyi Mersedes Benz 190 markalı, ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində A.R.Kərimovun əmlakı zədələnmiş, özü və bir sərnişin X5 xəsarət almışlar. İş materiallarına əlavə olunmuş Baş Dövlət Yol polis idarəsinin istintaq və təhqiqat şöbəsinin xx xxxxxx 2016-cı il tarixli xx/xx-161500180 saylı arayışına əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sənədlər araşdırılarkan məlum olmuşdur ki, xx xxxx 2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmamışdır. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan şöbəsinin xx xxxx 2016-cı il tarixli 16/Q592 saylı məktubuna əsasən Cavabdeh1 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-nin sürücülük hüququndan məhrum edilənlərin kartotekasında qeydə alınmamış və kompüter uçot bazasına əsasən onun adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2015-ci il tarixli ƏN-İİİ №: 644985 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən vətəndaş S.A.Abbasovun mülkiyyətində VAZ 21900 markalı, ** JV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 9 il 6 ay 7 gün müddətinə (xx xxxxxx 2015-ci il xx xxxx 2015-ci il) vətəndaş S.A.Qarayevə etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. Baş vermiş yol-nəqliyyat hadisəsinə dair təqdim edilmiş sənədlərə və sığorta müqaviləsindəki şərtlərə uyğun olaraq hadisə nəticəsində vətəndaş A.R.Kərimovun əmlakına dəymiş zərər üzrə 1335 manat, aldığı ağır dərəcəli xəsarət üzrə 1500 manat, vətəndaş Ç.M.Ağagülovaya aldığı yüngül dərəcəli xəsarət üzrə 750 manat sığorta ödənişi hesablanaraq xx xxxxxx 2016-cı il tarixli xx-xx/1762 saylı sərəncam məktubuna əsasən ödəniş hesablanmışdır. Həmin məbləğ şirkətin Şamaxı filialı tərəfindən vətəndaşlara ödənilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İşə baxılarkən tam araşdırma aparılmamışdır. Onun tərəfindən heç kəsə ziyan vurulmamış və hadisə törədilməmişdir. Avtomaşın ilə hadisəni Cavabdeh1 törətmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(074)-374/2017 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi L.Cavabdeh1a apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan KB:N: 831762 saylı çekin kötüyündən görünür ki, A.Kərimova 2835 manat məbləği almaq üçün xx xxxxxx 2016-cı il tarixdə çek verilmişdir. İşə əlavə olan KB: N: 831764 saylı çekin kötüyündən görünür ki, M.Ağagülovaya 750 manat məbləği almaq üçün xx xxxxxxxx 2016-cı il tarixdə çek verilmişdir. İşdə olan Baş Dövlət Yol Polis İdarəsinin xx xxxxxx 2016-cı il tarixli xx/xx-161500180 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışdan görünür ki, 2016-cı ilin 18 iyun tarixdə saat 09:30 dəqiqədə Bakı-Şamaxı-Yevlax yolunun 118,9-cu km-də toqquşma növündə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı S.A.Abbasova məxsus VAZ 21900 markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh1 sürücülük vəsiqəsi olmamış, onun avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, sürücü ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan qüsür aktından görünür ki, ** BM *** dövlət nömrə nişanlı Mersedes 190 markalı avtomaşının təmiri üçün 725 manat ehtiyar hissələri və 630 manat əmək haqqı olmaqla 1335 manat dəyərində zərər hesablanmışdır. İşdə olan epikrisdən görünür ki, Ç.M.Ağagülova Ş.T.Quliyev adına Ağsu rayon Mərkəzi xəstəxanasında alın-təpə nahiyyəsinin əzilməsi dioqnozu ilə müalijələr almışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx xxxx 2016-cı il tarixli 299 saylı ekspert rəyindən görünür ki, A.R.Kərimovda sağ diz qapağının qapalı yerdəyişmə sınığı, sağ bud nahiyyəsində qançır, sol əldə sıyrıq xəsarətləri müəyyən olunmuşdur. Həmin xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, yetirilmə müddəti xx xxxx 2016-cı il tarixə uyğundur, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Həmin xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməyə uyğundur. İşə əlavə olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 1(074)-46/2016 saylı hökmü ilə, X7 Azərbaycan Respublikası CM-nin 263.1-ci madəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib bir il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla bir il altı ay müddətinə islah işləri jəzasına və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə bir il müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2017-ci il tarixli 13152 saylı ekspertizasının rəyindən görünür ki, 1990-cı il buraxılışlı, Mersedes Benz 190 markalı ** BM *** dövlət nömrə nişanlı avtomobilin xx xxxx 2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği, iş materiallarındakı fiziki şəxs Ə.Əhmədova məxsus Avtoservis tərəfindən verilmiş qüsür aktında olan dəyişilməli ehtiyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən (təmir-bərpa işlərinin dəyəri) nəzəri hesablama yolu ilə təxminən 1275,0 manat müəyyən edilir. O cümlədən 655,0 manat dəyişilməli hissələrin qiyməti və 620 manat təmir işlərinin qiyməti təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində hadisənin onun tərəfindən törədilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, VAZ 21900 markalı ** JV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi S.A.Qarayevin mülki məsuliyyəti iddiaçı tərəfindən xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı ilədək icbari sığorta üzrə sığorta edilmişdir. Cavabdeh2 etibarnamə ilə sahibliyinə verilmiş həmin avtomobili, idarə etməsi üçün sürücülük hüququ və etibarnamə olmadan Cavabdeh1 sahibliyinə vermişdir. Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(074)-46/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədildiyi müəyyən edilmiş hərəkətlər “VAZ 21900 markalı ** CV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində A.R.Kərimova ağır dərəcəli xəsarətlər, əmlakının zədələnməsi, eləcə də Ç.M.Ağagülovaya yüngül dərəcəli xəsarətlər vurulması” olmuşdur. Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(074)-46/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə hər iki cavabdehin sığorta hadisəsinin baş verməsində təqsirli olmaları müəyyən edilmişdir. İddiaçı, tələbini sığorta ödənişi verməsi, əlavə xərcləri ödəməsi eləcə də sığorta hadisəsi baş verərkən, VAZ 21900 markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin etibamamə əsasında Cavabdeh2 məxsus olması, sürücülük hüququ və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə edilməsi ilə əsaslandırmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Məhkəmə A.R.Kərimovun aldığı ağır dərəcəli xəsarət üzrə 1500 manat, Ç.M.Ağagülovaya aldığı yüngül dərəcəli xəsarət üzrə 750 manat sığorta ödənişini ağlabatan və işin hallarına uyğun sayır. İddiaçı eyni zamanda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mersedes Benz 190 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış qüsurların aradan qaldırılması üçün 1335 manat tələb tələb olunduğunu iddia etmiş, həmin dəilinin təsdiqi üçün fiziki şəxs Ə.Əhmədova məxsus Avtoservis tərəfindən verilmiş qüsür aktını təqdim etsə də, fiziki şəxs Ə.Əhmədova məxsus Avtoservisin fəaliyyətinin əsas vəzifəsinin dəymiş zərərlə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olduğuna dair sübutu məhkəməyə təqdim etməmşdir. Yanaşı yoxlanılmış Məhkəmə Ekspertiza Mərkəzinin 13152 saylı xx xxxx 2017-ci il tarixli ekspertiza rəyi ilə, xx xxxx 2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mersedes Benz 190 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış qüsurların aradan qaldırılması xərcinin 1275,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə, iddiaçının fiziki şəxs Ə.Əhmədova məxsus avtoservisin fəaliyyəti barədə müvafiq sübutu təqdim etməməsini, eləcə də 13152 saylı xx xxxx 2017-ci il tarixli rəyi vermiş şəxsin fəaliyyətinin əsas vəzifəsinin dəymiş zərərlə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olduğunu nəzərə alaraq, Mersedes Benz 190 markalı ** BM *** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcinin 1275,0 manat olmasına dair rəylə razılaşır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nətijəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2. maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2017-ci il tarixli 2(074)- 374/2017 saylı qətnaməsi Cavabdeh2 münasibətində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki)ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1261/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1261/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver