Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1269/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmin edilərək, Quba şəhəri 22-ci məhəllədə, 56 kv.metr torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (mağaza binasına) faktiki ölçüləri müəyyən edilməklə bütövlükdə İddiaçı mülkiyyət hüquqlarının müəyyən olunması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)- 83/2015 saylı, 05 yanvar 2015-ci il tarixli qətnaməsi ilə X1 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilmişdir. Qeyd edilən qətnamə əsasında İddiaçı adına (0,0056 ha torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası) xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51-06301 reyestr nömrəli çıxarış verilmişdir. O, maraqlarına toxunan şəxs kimi qeyd edilən qətnamədən 30 sentyabr 2024-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Verdiyi apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(027)-83/2015 saylı qərardadı ilə geri qaytarılmışdır. Geri qaytarılmanın səbəbi kimi "xxxx" Kiçik Müəsisəsi MMC-nin iş üzrə tərəf olmadığından qətnamədən apellyasiya şikayəti vermək hüququnun olmaması qeyd edilmişdir. O, qeyd edilən qərardadla razılaşmır. Hesab edir ki, məhkəmə onun apellyasiya şikayətini geri qaytarmaqla onun qanunvericikdə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 83/2015 saylı qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəsisəsi MMC-nin hüquqları pozulmuş və qeyd edilən qətnamə "xxxx" Kiçik Müəsisəsi MMC-nin maraqlarına toxunsa da, məhkəmədə iştirakı təmin edilməmişdir. Belə ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə "xxxx" Kiçik Müəssisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik müəssisəsinə ayrılmış, "xxxx" kiçik müəssisəsi 26 iyun 1995ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Müəssisədə tikinti-quraşdırma işləri başa çatandan sonra obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə "xxxx" kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı müəssinin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən müəssisəsi və obyektin texniki pasportu 16 mart 2006cı il tarixdə tərtib edilmişdir. xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X5r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli "xxxx" Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. Həmin çıxarışa dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. "xxxx" Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya 11 iyul 2024-cü il tarixli cavabda Fərid Kiçik” Müəssisəsi MMC-nə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsində İddiaçı adına (0,0056 hatorpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası) xx.xx.2018-ci iltarixli ********** qeydiyyat nömrəli, **********51- 06301 reyestr nömrəli (çıxarış verilməsinə əsas Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 83/2015 nömrəli qətnaməsi) çıxarışın verilməsi qeyd edilmişdir. Göründüyü kimi "xxxx" Kiçik Müəsisəsi MMC-nə daimi istifadəyə verilmiş torpaq sahəsində başqa şəxsə yəni iddiaçıya mülkiyyət hüququ tanınmışdır. Halbuki "xxxx" Kiçik Müəsisəsi MMC-nə torpaq sahəsinin verilməsinə əsas olan Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ləğv edilməmiş, qüvvədədir. Bundan əlavə həmin torpaq sahəsinə dair "xxxx" Kiçik Müəsisəsi MMC-yə Dövlət Aktı verilmişdir. Hansı ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq ayrılmasına dair XDS qərarının və XDS tərəfindən verilmiş Dövlət Aktlarının daşınmaz əmlak üzərində hüquqların əldə edilməsi üçün əsas sayılır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi "xxxx" Kiçik Müəsisəsi MMC-yə aid çıxarışda da torpaq sahəsinin ölçüsü 1,50 ha göstərilmişdir. Bütün bunlara əsasən qeyd edilən qətnamə "xxxx" Kiçik Müəsisəsi MMC-nin hüquqlarına toxunur. Hazırkı iddia tələbi ilə işə baxılan zaman qəbul ediləcək qətnamə maraqlarına toxunduğu üçün "xxxx" Kiçik Müəsisəsi MMC işə cəlb edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də öz qərarlarında qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Göründüyü kimi Quba Rayon Məhkəməsinin hazırda mübahisələndirdiyi qətnaməsi qəbul edilərkən "xxxx" Kiçik Müəsisəsi MMC-nin iştirakı təmin edilməmiş və həmin qətnamə onun hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil3 izahat verib bildirmişdir ki, iş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi olmuşdur. Həmçinin təmsil etdiyi müəssisə də işə cəlb edilməmişdir. İşdə olan bələdiyyənin xx.xx.2000-ci il tarixli sərəncamından görünür ki, iddiaçı “X4” ərazisindən kommersiya mağazası tikintisi üçün yer ayrılması barədə müraciət edir. Yəni vətəndaş digər hüquqi şəxsin ərazisindən torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət edir. İşə xüsusi icraat qaydasında baxılıb. Hazırda hüquq haqqında mübahisə yaranmışdır. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməsi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ərizədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi maraqlı şəxs qismində qeyd olunsa da əslində iddia icraatı qaydasında ərizə verilmiş və işə də iddia icraatı qaydada işə baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi əslində iş üzrə cavabdeh olub. Buna görə də işə xüsusi icraat qaydasında baxılmasından söhbət gedə bilməz. Apellyasiya şikayəti verən şəxs şikayətində qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etməmişdir. Buna görə də vəsatətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı ərizəçi qismində deyil, iddiaçı qismində məhkəməyə müraciət etmiş, iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etsə də birinci instansiya məhkəməsi əslində həmin orqanı cavabdeh qismində qəbul etmiş və qətnamədən də göründüyü kimi birinci instansiya məhkəməsi işə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxmaqla iddia ərizəsini təmin etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanı maraqlı şəxs qismində cəlb etməklə, qeyd olunan tələbə xüsusi icraat qaydasında da baxılması yolverilməz hesab olunur. İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınmasını tələb edərkən iş materiallarında olan X8 ilə onun arasında bağlanmış 30 dekabr 1999-cu il tarixli müqaviləyə istinad etmişdir. Mübahisəli daşınmaz əmlaka dair notarial qaydada təsdiq edilmiş müqavilə mövcud olduğu halda iddiaçının daşınmaz əmlakın dövlət reyestrini aparan orqana qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırması anlaşılan olmamışdır. Hərçənd ki, iddiaçı daşınmaz əmlaka dair notarial qaydada bağlanmış müqaviləni təqdim etməklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılması üçün müvafiq qeydiyyatı aparan orqana müraciət edilməli, müraciətə müsbət cavab verilmədiyi halda həmin orqana qarşı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia ilə (məcburetmə haqqında iddia) inzibati məhkəməyə müraciət etməkdə haqlı hesab oluna bilərdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 2011-ci il yanvarın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında qeyd olunan tələblə inziabti orqana qarşı iddia qaldırılması dolayısı ilə mülki məhkəmə icraatında inzibati hüquq münasibətlərindən irəli gələn mübahisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi anlamına gəlir. İşə baxan birinci instansiya məhkəməsi isə inzibati orqana qarşı mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələbi icraata qəbul edib, mahiyyəti üzrə baxmaqla, mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 384, 387, 391, 402, 404- 406-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-83/2015 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı mağaza binasına mülkiyyət hüquqlarının tanınması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1269/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1269/2025
23.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver