Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1279/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı cavabdeh Akkord Sənayə Tikinti X1 Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(012)-4696/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyət hüququnun müdafiə edilməsi, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən iddiaçıya məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki 7 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq - kənd təsərrüfatı üçün əlverişli vəziyyətə - düzləşdirilərək iddiaçıya təhvil verilməsi, dəymiş maddi zərərə görə 300 000 manatın və mənəvi zərərə görə 100000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(012)-4696/2021 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı istifadəsində və sahibliyində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 7.00 ha torpaq sahəsindən cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən edilmiş qanunsuz istifadə və maneələrin aradan qaldırılması, torpağın əvvəlki vəziyyətinə qaytarılmaqla kənd təsərrüfatı üçün əlverişli vəziyyətə gətirilməsi vəzifəsinin cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə həvalə edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(012)-4696/2021 saylı qətnaməsindən 02.12.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(012)-4696/2021 saylı qərardadı ilə cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(012)-4696/2021 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(012)-4696/2021 saylı qətnaməsindən təkrarən apellyasiya şikayəti verərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mülkiyyət hüququnun müdafiəsi, əmlakın təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 4696/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən elektron kabinet vasitəsi ilə 02.12.2021ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayəti geri qaytarılmış və qeyd edilmişdir ki, qeyd edilən qətnamə 01.11.2021-ci il tarixdə imza edilməklə alınmışdır. Qeyd olunur ki, Korporasiyanın inzibati binasında poçt qutusu yerləşdirilmiş və daxil olan məktublar həmin qutuya atılır. Həmin qətnamə 02.11.2021-ci il tarixdə qeydiyyatdan keçərək korporasiyanın ştampı vurulmuşdur. Eyni zamanda 01.12.2021-ci il tarixdə məhkəmə elektron sistemdə problem olduğuna görə qeyd olunan apellyasiya şikayətinin həmin gün sistemə yerləşdirilməsi mümkün olmamışdır. Buna görə də, buraxılmış 1 gün müddət üzrlü hesab edilməlidir. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)4696/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə elektron sistemdə 01 dekabr 2021-ci il tarixdə texniki nasazlığın qeydə alınmaması göstərilmişdir. Lakin hər kəsə məlumdur ki, elektron məhkəmə sistemində demək olur ki, hər gün müxtəlif saatlarda texniki nasazılıqlarla qarşılanır. Məhkəmə bunu nəzərə almalı idi. Əsassız məhkəmə qərardadı ilə işin geri qaytarılması cavabdehi məhkəmə müdafiəsindən məhrum edir. Abşeron Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(012)-4696/2021 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021ci il tarixli, 2(012)-4696/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı istifadəsində və sahibliyində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 7.00 ha torpaq sahəsindən cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən edilmiş qanunsuz istifadə və maneələrin aradan qaldırılması, torpağın əvvəlki vəziyyətinə qaytarılmaqla kənd təsərrüfatı üçün əlverişli vəziyyətə gətirilməsi vəzifəsinin cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə həvalə edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mübahisə olunan qətnamə cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-i tərəfindən 01 noyabr 2021-ci il tarixdə qəbul edilmiş və qətnamədən apellyasiya şikayəti 02 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qanunun mənasından görünür ki, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə sübutlar təqdim edilərsə və əgər məhkəmə müddətin buraxılması səbəblərini üzrlü hesab edərsə, prosessual müddəti bərpa edə bilər. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin əməliyyatlar və texniki xidmət şöbəsinin məhkəməyə ünvanlandığı 12.03.2022-ci il tarixli 19/190-08 saylı sorğuya əsaslanaraq göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4696/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən apellyasiya şikayətinin verilməsi zamanı Elektron məhkəmə informasiya sistemində texniki nasazlıqla bağlı müraciətə baxılmış və 01.12.2021-ci il tarixdə sistemdə texniki nasazlıq qeydə alınmamış və bununla bağlı Qaynar xəttə hər hansı bir müraciət daxil olmamışdır. İş materialları ilə müəyyən edilir ki, həmin qətnamə 02.11.2021-ci il tarixdə qeydiyyatdan keçərək korporasiyanın ştampı vurulmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası ərizədə göstərilən xüsusatların müddətin bərpası üçün üzrlü hesab edilməsinə əsas görməməsini və ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 03 mart 2022-ci il tarixli 2(012)-4696/2022 saylı qərardadı ləğv edilsin və Abşeron Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1279/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1279/2022
16.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver