Məhkəmə qərarları › İş №2(105)-1289/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1289/2021

19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1289/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Qurbanov) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Torpağın mülkiyyət hüququna dair JN:00xx xxx 30405028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 4.23 ha pay torpaq sahəsinin, İddiaçı ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN:00xx xxx 30405028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 4.23 ha pay torpaq sahəsinin, İddiaçı ilə Cavabdeh8 arasında Torpağın mülkiyyət hüququna dair JN:00xx xxx 30405028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən mülk nömrəsi 0012 olan 1.9403 ha pay torpaq sahəsinin, İddiaçı ilə Cavabdeh2 Agalı oğlu arasında Torpağın mülkiyyət hüququna dair JN:1xx xxx 30406028 saylı Dövlət Aktına əsasən X1 məxsus Şabran rayonu ərazisində yerləşən 0.3880 ha pay torpaq sahəsinin, İddiaçı ilə Cavabdeh7 arasında Torpağın mülkiyyət hüququna dair JN:1xx xxx 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən mülk nömrəsi 180 ldan 0.71 ha pay torpaq sahəsinin, İddiaçı ilə Cavabdeh6 arasında Torpağın mülkiyyət hüququna dair JN:2xx xxx 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən mülk nömrəsi 247 olan 1.14 ha pay torpaq sahəsinin, İddiaçı ilə Cavabdeh5 arasında Torpağın mülkiyyət hüququna dair JN:3xx xxx 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən mülk nömrəsi 305 olan 0.5587 ha pay torpaq sahəsinin və İddiaçı ilə Cavabdeh4 arasında Torpağın mülkiyyət hüququna dair JN:00xx xxx 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən mülk nömrəsi 0040 olan 0.63674.23 ha pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüququnun tanınması və İddiaçı adına həmin daşınmaz əmlaka Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışın verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ilin yay aylarında Dəvəçi (Şabran) rayonu sakinləri Cavabdeh1 və ailə üzvləri ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinin 4.23 ha pay torpaq sahəsini, N.K.Əkbərova və ailə üzvləri ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinin 4.23 ha pay torpaq sahəsini, Cavabdeh8 ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinə məxsus 1.9403 ha pay torpaq sahələrini, Cavabdeh2 ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinə məxsus 0.3880 ha pay torpaq sahələrini, həmçinin həmin torpaq sahələri ilə qonşu olan Quba rayonu sakinləri Cavabdeh7 və ailə üzvləri ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinin 0.71 ha pay torpaq sahəsini, Cavabdeh6 və ailə üzvləri ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinin 1.14 ha pay torpaq sahəsini, Cavabdeh5 və ailə üzvləri ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinin 0.5587 ha pay torpaq sahəsini, Cavabdeh4 və ailə üzvləri ilə danışıb razılıga gəlməklə onun və ailə üzvlərinin 0.6367 ha pay torpaq sahələrini pulunu ödəməklə ondan almışdır. Bu barədə cavabdehlərlə aralarında şifahi müqavilə də bağlanmışdır. Torpağın satılmasına digər ailə üzvlərinin də razılıgı olmuşdur. Cavabdeh tərəflər öhdəsinə götürmüşdür ki, alqı-satqını rəsmiləşdirəcək. Lakin cavabdeh tərəf ailə üzvlərini bir araya yıgaraq alqı-satqını notariat qaydasında rəsmiləşdirməlidir. Sonradan cavabdehlərin ailə üzvlərinin bir qismi ölmüşdür və alqı-satqının rəsmiləşdirilməsi qeyrimümkün olmuşdur. Həmin vaxtdan torpaq sahəsi onun faktiki mülkiyyətində və istifadəsindədir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə bir mülkiyyətçi kimi onların hüquqlarını pozmuşdur. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Torpağın alınmasına görə pulu ona tam ödəməmişlər, onu aldatmışlar. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(031)-138/2017 saylı qətnaməsini ona aid hissəsində ləğv edərək, iddianın ona aid hissəsində təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verib və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qismən qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN:00xx xxx 30405028 saylı Torpağa Mülkiyyət Hüququna X11 görünür ki, Dəvəçi rayonu AİK-nın xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarına əsasən X6 və ailə üzvlərinin mülkiyyətinə 4.23 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 və X4 xx xxxxxx 1992-ci ildə nikahları rəsmi qeyd etdirmişlər. İşdə olan AZ-İ seriyalı 614122 saylı AZ-1 seriyalı 773993, AZ-İ seriyalı 773924 saylı və AZ-İ seriyalı 773926 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, L.M.Məcidova xx xxxxx 2013-cü ildə, Ə.M.Məcidov xx xxxxxxx 2016-cı ildə, N.Cavabdeh1 xx xxxxxx 2007-ci ildə, R.Cavabdeh1 xx xxxxxx 2007-ci ildə ölmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Birinci instansiya məhkəməsi Cavabdeh1 hüquqlarını pozmuşdur. Belə ki, Dövlət aktından görünür ki, mübahisəli torpaq sahəsi, yəni Dövlət aktında onun da əmlak payları daxil edilmiş və paylı mülkiyyətdə olan əmlakın satışı zamanı onun da razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının ərazisində artıq qüvvədə olan «İnsan hüquq və azadlıqlarının Müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir hüquqi və fiziki şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 214-cü maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoydugu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azalıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində qanunla müəyyən olunmuş qaydada onun iştirakı təmin olunmamış və onun iştirakı olmadan hazırkı qətnamə çıxarılmışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallar apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin məcburi əsası kimi müəyyən edildiyi üçün qətnamə hətta faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyətcə düzgün olsa da, apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 hissəsində faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2017-ci il tarixli 2(031)-138/2017 saylı qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilsin. İddiaçı Cavabdeh1 ilə arasında JN00xx xxx 30405028 saylı Torpağa Mülkiyyət Hüquqlarına X13 əsasən Şabran rayonu ərazəsində yerləşən 4.23 ha torpaq sahələrinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar