Məhkəmə qərarları › İş №2(105)-1297/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1297/2022

13.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1297/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə və maraqlı tərəf Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər Şöbəsinə qarşı vəzifəli şəxsin qanunsuz hərəkətlərindən (hərəkətsizliyindən) və qanuni istifadədə olan torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-453/2009 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) iddianın təmin edilməsi, Saray bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bağ sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli, 2(060)- 453/2009 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətə baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Saray” bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bağın əvəzsiz olaraq mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 12.05.2009-cu il tarixli 2(060)-453/2009 saylı qətnaməsi ilə (hakim - İlyas Mahmudov) iddia tələbinin təmin edilməsi, "Saray" bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bağ sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli 2(060)-453/2009 saylı qətnaməsi icra üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə 14.03.2022-ci il tarixdə poçt vasitəsilə daxil olmuşdur. Müvafiq qətnamə daha əvvəl məhkəmə tərəfindən İdarəyə göndərilmədiyindən Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən məhz həmin dövrdən (14.03.2022-ci il tarixdən) şikayət vermək hüququ yaranmışdır. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli 2(060)- 453/2009 saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 28.03.2022-ci il tarixdə **********64 nömrə ilə apellyasiya şikayəti hazırlanaraq 29.03.2022-ci il tarixdə məhkəməyə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elekıron kabinet vasitəsi ilə, həmçinin 30.03.2022-ci il tarixdə müvafiq apellyasiya şikayətinin əsli idarənin nümayəndəsi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 04.2022-ci il tarixli 2(060)-453/2009 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12.05.2009-cu il tarixli 2(060)-453/2009 saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Belə ki, məhkəmə Sumqayıt Şəhər Məhkəməsinin 12.05.2009-cu il tarixli 2(060)- 453/2009 saylı qətnaməsindən 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarmışdır. Lakin qeyd olunduğu kimi müvafiq məhkəmə qətnaməsindən İdarə tərəfindən verilmiş apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilmişdir. Bununla bağlı şikayətin "Elektron məhkəmə" informasiya sistemində İdarənin elektron kabinetində statusunun göndərilmiş olması buna sübut olaraq qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesssual Məcəlləsinin 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 10-1.9-cu maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 01.04.2022-ci il tarixli 2(060)-453/2009 saylı qərardadı 18.04.2022-ci il tarixdə İdarəyə məlumat üçün daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hesab edirlər ki, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan, Bakı şəhərində yerləşən daşınmaz əmlakların dövlət qeydiyyatı yalnız DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən aparıldığından, həmçinin müvafiq məhkəmə qətnaməsi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən və müvafiq qətnamənin icrası qanunsuz olaraq DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tələb olunduğundan İdarənin Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli 2(060)-453/2009 saylı qətnaməsindən şikayət vermək hüququ vardır. Lakin qeyd olunanlardan da göründüyü kimi məhkəmə İdarə tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən hər hansı qanuna, sübuta və ya fakta əsaslanmamış və qərəzli olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol verildiyindən, həmçinin prosessual hüquq normaları kobud surətdə pozulduğundan Sumqayıt Şəhər Məhkəməsinin 01.04.2022-ci il tarixli 2(060)-453/2009 saylı qərardadı ləğv olunmalı və müvafiq apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli və onunla bağlı 22 aprel 2022-ci il tarixli qərardadları ləğv edilməli, şikayətin Azərbaycan Respublikası MPMnin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını şikayətin elektron qaydada verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən elektron qaydada verilməməsini əsas gətirərək, şikayətin geri qaytarılmasını qərara almış, lakin 2(060)- 453/2009 nömrəli mülki işin elektron sistemə daxil olmadığını, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinin elektron qaydada verilməsinin mümkünsüz olmasını nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli və onunla bağlı 22 aprel 2022-ci il tarixli qərardadları ləğv edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli və onunla bağlı 22 aprel 2022-ci il tarixli qərardadları ləğv edilsin. Apellyasiya şikayətinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar