Məhkəmə qərarları › İş №2(105)-1302/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1302/2025

17.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1302/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin *5.*8.2*25-ci il tarixli, 2(*6*)-5392/2*25 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq iddia tələbinin təmin olunması, cavabdehin 24.*6.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və 2*** manat mənəvi ziyana görə pulun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *5.*8.2*25-ci il tarixli, 2(*6*)-5392/2*25 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin *5.*8.2*25-ci il tarixli, 2(*6*)-5392/2*25 saylı qərardadının ləğv edilərək iş üzrə sonrakı prossesual hərəkətləri yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)- 5392/2*25 saylı *5.*8.2*25-ci il tarixli qərardadını tamamilə qanunsuz və əsassız hesab edir: Məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmiş və ona bu barədə 22.*7.2*25-ci il tarixli arayış təqdim olunmuş və həmin arayışın surətini iddia ərizəsinə əlavə etmişdir. Qəbul şöbəsinə iddia ərizəsini təqdim edərkən həmin arayışın surəti iş materiallarında olub. Lakin qərardadda qeyd olunub ki, hazırki işdə iddiaçı cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı həlli üçün mediasiyaya müraciət edilməsini təsdiq edən sənədi, həmçinin mediasiya sessiyasında iştirak edilibedilməməsi ilə bağlı arayışı və ya protokolu iddia ərizəsinə əlavə etməmişdir. Bütün bunlar əsassızdır. Ona görə də hesab edir ki, qərardad ləğv olunmalı və iddia ərizəsi icraata qəbul olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 25.*8.2*25-ci il tarixli, 2(*6*)-5392/2*25 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 2* gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 1*.8-1-ci maddəsinə əsasən, 159, 269, 28*, 284-5, 394-1, 397.2, 4*3-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 1*.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *5.*8.2*25-ci il tarixli, 2(*6*)-5392/2*25 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və mənəvi ziyan tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək şərti imperativ olaraq müəyyən edilmişdir. Hazırki işdə iddiaçı Cavabdeh qismində qoyaraq əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi və mənəvi ziyanın ödənilməsini istəyir. Göründüyü kimi hazırki mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir. Belə olan halda tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə mediasiya sessiyasında iştirakı tələb olunur. Lakin hazırki işdə iddiaçı cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı həlli üçün mediasiyaya müraciət edilməsini təsdiq edən sənədi, həmçinin mediasiya sessiyasında iştirak edilib-edilməməsi ilə bağlı arayışı və ya protokolu iddia ərizəsinə əlavə etməmişdir. İş materiallarının 21-ci səhifəsində olan Sumqayıt 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə 22.*7.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25- *13*7 nömrəli arayışından görünür ki, mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına müraciət olunmuşdur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1 maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.*.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin *5.*8.2*25-ci il tarixli, 2(*6*)- 5392/2*25 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilibedilməməsi məsələsinin qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264,395-396, 398, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *5.*8.2*25-ci il tarixli, 2(*6*)-5392/2*25 nömrəli qərardadı ləğv edilsin. Mülki iş iddianın icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar