Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1318/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar keçmiş ər-arvad olmuşlar. Aralarındakı nikah 2017-ci ilin fevral ayında ləğv olunmuşdur. Onlar birgə nikahda olduqları dövrdə notariat kontorunda razılıq ərizəsi yazaraq 20000 manat məbləğində ödəməyi öhdəsinə götürmüş və həmin puldan 15000 (on beş min) manat hissəsini qaytarmış, qalan 5000 (beş min) manat pulu Bakı şəhəri 32 saylı notariat ofisində təsdiqlənmiş xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixinə qaytarmaq şərti rəsmiləşdirmişlər. Onun tərəfindən cavabdehdən borcun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətində heç bir dəlil gətirmədən bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə dərindən araşdırma aparmamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-468/2020 saylı qətnaməsinin ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsii barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində heç bir dəlil gətirmədən bildirmişdir ki, o, İddiaçı 3000 manat pul qaytarmış, İddiaçı 4 il müddətində onun evində qalır. O, işləyib yığdığı pula ev almışdır. Ev satılanda iddiaçı ondan 1000 manat pul şəklində və hərəsi 1000 manat olan 2 ədəd üzük götürmüşdür. Bundan başqa, evin 2000 manat kommunal borclarını da həmin borcun hesabından ödəmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-468/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uygun izahat verdi, təmin olunmasını, cavabdehin apellyasiya şikayətini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi, təmin olunmasını, iddiaçının apellyasiya şikayətini qəbul etmədi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayətləri isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borlu olunmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Cavabdeh apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Bakı şəhəri 32 saylı Notariat Kontorunda bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsi ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh 5000 (beş min) manat borc pul verməyi, Cavabdeh həmin məbləği İddiaçı xx xxxxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan sadə formada əlyazma ilə yazılmış və tərəflərin mübahisələndirmədiyi qəbzdən müəyyən edilir ki, İddiaçı Cavabdeh 1000 manat, 2000 manat dəyərində 2 ədəd üzük almasını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən iş üzrə hərtərəfli araşdırma aparmaması barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya heç bir borcun qalmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə araşdırmaları zamanı tərəflərin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat qaytarmalı olsa da, İddiaçı Cavabdehdən 1000 manat, 2000 manat dəyərində 2 ədəd üzük alması barədə qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Belə olan halda Cavabdeh İddiaçı 2000 manat borcun olması müəyyən edilmişdir.Cavabdeh həmin hissədə iddianı qəbul etməsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(012)-468/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1318/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1318/2021
05.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver