Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1338/2025 30.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3306/2025 nömrəli, 01 avqust 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim M.Mirhəsənli) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 3306/2025 nömrəli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecə növbəsində işlədiyi dövr 2014-cü ilin iyul ayından 2017-ci ilin dekabr ayınadək cavabdeh "xxxx" MMC-nin müdriyyətindən 42 ay 181 manat olmaqla, ümumilikdə 7602 manat maddi ziyan, 10000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 17600 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərardadından şikayət verərək, sözügedən qərardadı ləğv etməklə (yeni açılmış hallarla, yeni açılmış əsaslarla) onun iddia tələbi üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecə növbəsində işlədiyi dövr 2014-cü ilin iyul ayından 2017-ci ilin dekabr ayınadək cavabdeh "xxxx" MMC-nin müdriyyətindən 42 ay 181 manat olmaqla, ümumilikdə 7602 manat maddi ziyan, 10000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 17600 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, eyni tərəflər arasında eyni əsaslı tələb üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında eyni predmet və eyni əsasla iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6211/2028 nömrəli qətnaməsi ilə iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 nömrəli, xx.xx.2021-ci il tarixli iş üzrə yeni açılmış hal ilə yeni əsaslarla Abşeron Rayon Prokurorluğunun aparılmış araşdırılmasına görə İddiaçı Gülali qızının xx.xx.2021-ci il tarixdə Abşeron rayon prokurorluğuna etdiyi eyni məzmunlu müraciət asasında Alqayt Mikayılovun müvafiq qərarı Abşeron rayon Prokurorluğu tərəfindən ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün xx.xx.2022-ci il tarixli məktubla yenidən Abşeron RPİ-nin təhqiqat şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə təhqiqatçı X2 icraatına verilərək araşdırma aparılmışdır. Material üzrə araşdırma aparılmış və təhqiqatçı Xəyyam Rüstəmov tərəfindən xx.xx.2022-ci il tarixli qərarla AR CPM-nin 39.16-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixdə təhqiqatçı Xəyyam Rüstəmov xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən ləğv edilərək əlavə araşdırma aparması üçün material Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. Material üzrə araşdırma aparılmış və müstəntiq Məmməd Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixli qərarla AR CPM-nin 39.1.6-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixdə müstəntiq Məmməd Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar Abşeron rayon prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri Aslan Surxayev tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün material Abşeron RPİ-nin İŞ-na göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış Çimnaz Baba qızı bildirmişdir ki, 9 ildir Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşayır. İddiaçı 2014-cu ildən tanıyır. Nəzmiyyə AAAF parkda sanitar təlimatçı işləmişdir. Nəzmiyyə orada işə başlayandan sonra yaşadıqları binada gəmiricilərin qarşısı alınmışdır. Nəzmiyyə vaxtlıvaxtında dezinfeksiya işlərini aparmışdır. 2018-ci ilin əvvəllərində Nəzmiyyəni görməmiş, sonuncu ilə marketdə rastlaşanda ona 2017-ci ilin dekabr ayında AAAF parkda dezinfeksiya işlərinə nəzarət edərkən zəhərlənməsi səbəbindən işə çıxmadığını və sonra AAAF park rəhbərliyi tərəfindən işdən çıxarılmasını bildirmişdir. Nəzmiyyə ona işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etsə də, müsbət nəticə olmadığını, həmçinin AAAF rəhbərliyinə işə bərpa olunması üçün müraciət etsə də, işə qəbul olunmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Üzvi mənşəli dissosiativ pozuntu - F.06.5 diaqnozu qoyulmuşdur. Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 2838 nömrəli rəyindən görünür ki, 1969-cü il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - "Kəskin inhalyasion FÜB ilə zəhərlənmə inhalyasion (tənəffüs yolları) yolla qəbul edilmiş flüor üzvi birləşmələrinin sirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2017-ci ildə “Xırdalan AAAF park” da dezinfeksiya işləri görərkən, xlorun iyindən zəhərlənmiş və Respublika Klinik Mərkəzinin Toksikologiya mərkəzinə müraciət etmişdir. Onun zəhərlənməsi ilə Kəskin inhalyasion FÜB ilə zəhərlənmə inhalyasion (tənəffüs yolları) yolla qəbul edilmiş flüor üzvi birləşmələrinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. CM-nin 314.1-ci maddəsi ilə cinayət məsuliyyəti mühüm zərər vurulmasına səbəb olduqda yaranır. Göründüyü kimi İddiaçı mühüm zərər vurulmamışdır. Bu səbəbdən İddiaçı zəhərlənməsi faktında cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin İddiaçı zəhərlənməsi faktında İXM-nin 199-cu maddəsinin tərkib əlaməti vardır. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İXM-nin 53.1 və 53.1.6-ci maddələrinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi İddiaçı zəhərlənməsi faktı xx.xx.2017ci il tarixdə baş vermişdir. Odur ki, inzibati xətanın törədildiyi gündən 6 il keçdiyindən həmin fakt üzrə inzibati icraatın açılması rədd edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1423/2025 nömrəli qərardada əsasən - iddiaçı "AAAF X9 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 X8 şöbəsinə qarşı cavabdehin təhqiqat aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 261.0.2. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır. İş materiallarına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli və onunla bağlı 01 sentyabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli və onunla bağlı 01 sentyabr 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1338/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1338/2025
30.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver