Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-134/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı şəhadətnamənin ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili R.Ə.Mirzəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddianın təmin edilməsi, İddiaçı1 ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 60/4 nömrəli, 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 109,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) yerləşdiyi 0,02351 ha torpaq sahəsinə dair Dövlət X5 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2008-ci il tarixli, 001254 nömrəli şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 60/4 nömrəli, 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 109,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının (mağazanın) yerləşdiyi 0,02351 ha torpaq sahəsi üzərində İddiaçı1 ASC-nin mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 60/4 nömrəli, 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 109,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) yerləşdiyi 0,02351 ha torpaq sahəsinə dair Dövlət X5 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2008-ci il tarixli, 001254 nömrəli şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı1 ASC-nin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda 0,02351 ha torpaq sahəsində yerləşən 60/4 nömrəli 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 109,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (mağazanın) yerləşdiyi və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün müvafiq şəhadətnamə verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası ƏMDK-si xx.xx.2018-ci il tarixli, **********63 nömrəli bildirişlə daşınmaz əmlakın yerləşdiyi və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün müvafiq şəhadətnamə verilməsindən imtina etmişdir. İmtina üçün əsas kimi, qeyd edilən torpaq sahəsinin artıq özəlləşdirilməsi göstərilmişdir. Sözügedən imtinanın qanunsuz olduğunu hesab edərək, iddia tələbi ilə Sumqayıt İnzibati- İqtisadi məhkəməsinə müraciət edilən zaman həqiqətən də müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 60/4 nömrəli mağaza Cavabdeh1 tərəfindən özəlləşdirilmiş və ona bu barədə xx.xx.2008-ci il tarixli, 003163 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh1 məxsus olmuş mağazaya dair hüquqlar dövlət qeydiyyatına alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona bu barədə xx.xx.2008-ci il tarixli, ******* nömrəli DƏDRX-dən Çıxarış verilmişdir. Daha sonra Cavabdeh1 həmin qeyri-yaşayış obyektinin yerləşdiyi 235,1 kv.m. torpaq sahəsini də özəlləşdirmiş və ona həmin torpaq sahəsinə dair Dövlət X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixli, 001254 nömrəli şəhadətnamə verilmişdir. Lakin Cavabdeh1 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını DƏDRXdə qeydiyyatdan keçirməmişdir, odur ki, reyestrdəki qeyddə torpağın mülkiyyət növü dövlət mülkiyyəti kimi qalmışdır. Belə ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş Hərracdan xx.xx.2011-ci il tarixli, 15/01 nömrəli X4 Protokolu və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında T.R.Abdullayevanın mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0.02351 ha torpaq sahəsində yerləşən 60/4 nömrəli 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 100,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını (mağazanı) 76500 manata almışdır. Daha sonra İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən əldə etdiyi daşınmaz əmlaka mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən "İddiaçı1" ASC-yə xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, Seriyası MA olan ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Həmin Çıxarışda göstərilmişdir ki, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və istifadədədir. Qüvvədə olan qanunvericiliyin tələblərinə tam riayət edilməklə bütün prosedurları keçmiş və zəruri olan sənədləri toplayaraq cavabdeh təşkilata müraciət etmişlər. Əmlakın yerləşdiyi və ondan istifadə üçün zəruri olan torpaq sahəsinə mülkiyyət hüquqlarının cavabdehdə saxlanması iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini mühüm dərəcədə məhdudlaşdırmaqla qanunvericiliyin tələblərini pozur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi və vəkili R.Ə.Mirzəliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Cavabdehin ipoteka ilə yüklü edlmiş əmlaka tutma yönəldilməsi barədə qətnamələrdən və daha sonra həmin əmlakın açıq hərracdan satılması barədə protokoldan xəbəri olmamış, ona bu barədə nə məhkəmə qətnamələri nə də ki, hərracın keçirilməsi ilə bağlı bildiriş gəlməmişdir. İpoteka haqqında Qanunun tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini məhkəmə qərarında göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ümumiyyətlə ipoteka predmetinə tutmanın yönəldilməsi həm məhkəmə qaydasında, həm də məhkəmədən kənar qaydada həyata keçirilir. İşin faktiki hallarına baxıldığı zaman məlum olur ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında 2012-ci ildə müəyyən edilmişdir. Lakin tələbkar iddia tələbi ilə məhkəməyə 2017ci ildə müraciət etmişdir. 5 il müddətində daşınmaz əmlakın ilkin satış qiymətinin dəyişməməsi təbii ki, ağlabatan deyildir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(060)-4263/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi M.R.Osmanov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, mübahisə olunan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili R.Ə.Mirzəliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan xx.xx.2011-ci il tarixli, 15/01 nömrəli X4 Protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracda T.R.Abdullayevanın mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0.02351 ha torpaq sahəsində yerləşən 60/4 nömrəli 5 girişli, 211,7 kv.m ümumi, 102,1 kv.m əsas, 100,6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını (mağazanı) 76500 manata almışdır. İş materiallarənda olan MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 60/4 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin adına 2 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikas ƏMDK-nin xx xxxxxx 2018-ci il tarixli, **********63 nömrəli məktubunun surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon 60/4 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq özəlləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt İnzibati- İqtisadi məhkəməsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********08 nömrəli məktubunun surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 60/4 nömrəli mağaza Cavabdeh1 tərəfindən özəlləşdirilmiş və ona Dövlət X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixli, 003163 nömrəli şəhadətnamə verilmişdir. Cavabdeh1 müraciəti əsasında onun həmin qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona xx.xx.2008-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın dovlət reyestrindən çıxarış verilmişdir. Daha sonra Cavabdeh1 həmin qeyri-yaşayış obyektinin yerləşdiyi 235,1 kv.m torpaq sahəsini də özəlləşdirmiş və ona həmin torpaq sahəsinə dair Dövlət X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci ii tarixli, 001254 nömrəli şəhadətnamə verilmişdir. Lakin, Cavabdeh1 torpaq sahəsini özəlləşdirəndən sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün həmin vaxt Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olmayan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməmiş, bu səbəbdən reyestrdəki qeyddə torpağın mülkiyyət növü dövlət mülkiyyəti kimi qalmışdır. İpoteka ilə yüklü edilmiş həmin qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixində keçirilmiş hərracda “İddiaçı1" ASC tərəfindən satın alındıqdan sonra ona daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** nömrəli çıxarışda da torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti kimi göstərilmişdir. Qeyd edilənlərdən əlavə, hazırda qüvvədə olan qanunvericiliklə Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahələrinə dair şəhadətnamə verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin Cavabdeh1 torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı verilmiş xx.xx.2008-ci il tarixli, 001254 nömrəli şəhadətnamənin ləğv ediiməsi üçün də hüquqi əsas yoxdur. Bu səbəbdən iddiaçının torpaq sahəsinin özəlləşdirilməsinə dair Dövlət X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnamənin ləğv edilməsi və İddiaçı1 ASC-yə şəhadətnamənin verilməsi barədə tələbləri təmin edilə bilməz. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən ona verilrniş xx.xx.2011-ci il tarixli, ********** nömrəli çıxarışda düzəliş edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 245-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Qeyd edilən maddənin mənasına görə yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi qoyulmadan, bina, tikili, qurğu və ya digər daşınmaz əşyaların ipoteka hüququ ilə ipoteka saxlayanın xeyrinə yüklü edilməsini qanunvericilik istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Məhkəmə kollegiyası Sumqayıt şəhəri, 13-cü mikrorayon, 60/4 ünvanında yerləşən qeyri-yaşayış binası məhz mübahisəli torpaq sahəsinin üzərində yerləşdiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sözügedən qeyri-yaşayış binasına tutma yönəldikdə, onu açıq hərracdan satın alan İddiaçı1 ASC həmin binanın əvvəlki mülkiyyətçisi olan cavabdehin evin yerləşdiyi torpaq sahəsi üzərində mənsub olduğu hüququ da əldə etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Bundan başqa, sadalanan maddi hüquq normalarının mənasına görə ipoteka predmeti qismində çıxış edən və başqasının mülkiyyətində olan torpaq sahəsində yerləşən daşınmaz əşyaya tutma yönəldikdə və o, satıldıqda daşınmaz əşyanın yeni mülkiyyətçisi daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ da əldə edir və bu halda yeni mülkiyyətçi torpaq sahəsinə olan hüququn bir hissəsini deyil, torpaq sahəsindən istifadə hüququna, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin icarəsinə və ya istifadəsinə verilmiş ölçü hüdudları çərçivəsində tam sahib olur. Daşınmaz əşyanın mülkiyyətçisi bu hüququ “İpoteka haqqında” qanunun 7.2-ci maddəsinə əsasən əldə edir və onun bu hüququ heç kim, o cümlədən torpaq sahəsinin əvvəlki mülkiyyətçisi tərəfindən şübhə altına alına bilməz və bu hüququn reallaşdırılması imkanı ipoteka müqaviləsində və ya ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəməyə verilən iddia ərizəsində göstərilməməsi ilə məhdudlaşdırıla bilməz. Məhkəmə onu da qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normaları başqasının torpaq sahəsində yerləşən daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinin həmin torpaq sahəsinə dair malik olduğu hüququn ipoteka saxlayana keçməsi şərtlərini deyil, torpaq sahəsinə hüququn yeni mülkiyyətçiyə keçməsi qaydasını nəzərdə tutmuşdur. Qüvvədə olan qanunvericiliyə görə ipoteka predmeti qismində çıxış edən əşyanın yeni mülkiyyətçisi heç də bütün hallarda ipoteka saxlayan olmur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, yeni mülkiyyətçiyə çevriləcək hər hansı bir üçüncü şəxsin qeyd edilən hüququ, həmin hüququn ipoteka müqaviləsində və ya ipoteka predmetinə tutma yönəldilməsi haqqında iddia ərizəsində göstərilibgöstərilməməsi ilə də məhdudlaşdırıla bilməz. Qanunvericilik ipoteka qoyanın daşınmaz əşyanın yerləşdiyi torpaq sahəsinə hansı hüquqla (icarə, istifadə, mülkiyyət və sair) malik olmasından asılı olmayaraq həmin hüququn yeni mülkiyyətçiyə keçməsinin fərqli qaydasını müəyyən etməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, torpaq sahəsi və onun üzərində yerləşən daşınmaz əmlakın bir-biri ilə sıx bağlı olması və mülki dövriyyədə birgə iştirak etməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli, 174 saylı Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi Qaydası”nın 2.2.11-ci yarımbəndinin 10-cu abzasına əsasən dövlət reyestrindən çıxarışda fərdi yaşayış evi üzrə onun göstəriciləri və tərkibi barədə aşağıdakı məlumatlar: fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (ölçüsü, ha), torpaq sahəsinin mülkiyyət növü, torpaq sahəsi üzərində hüququn növü, mərtəbəliyi, ümumi sahəsi (kv.metr), yaşayış sahəsi (kv.metr), yardımçı sahə (kv.metr), yaşayış otaqlarının sayı, fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular üzrə liter, literin adı (təyinatı), tikintialtı sahəsi (kv.metr) göstərilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iş üzrə heç bir ekspertiza keçirilmədən Hərracın aparılması düzgün olmadığı barədə gətirdiyi dəlili qəbul etmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-5302/2020 saylı Qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər «xxxx» MMC-yə qarşı (İddiaçı1 ASC, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv edilməsi, hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(060)- 4263/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-134/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-134/2021
01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver