Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1340/2025 10.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2” X6 Cavabdeh qarşı müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, məhkəmə aidiyyəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı “X2” X5 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X2” X6 Cavabdeh qarşı müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 2314/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 25 iyun 2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli “özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilədən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mühasibatlıq və Təyinat Filialı təhvil-təslim aktında göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. 25 iyun 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Cavabdeh güzgülü mebel dəsti:hündürlüyü 1,8 m, eni 1,2 m, bir tərəfdə rəf və çəkməcə, Komiforest M003-1 ədəd, saç yuyan mebel dəsti: hündürlüyü 1,8 m, eni 0,9 m, Komiforest Z003-1 ədəd, bərbər kreslosu: 360 dərəcə fırlanma funksiyası, ağır hidravlik nasos, Levao SC0002-1 ədəd, saç qurudan: peşəkar, gərginlik 220-240 V/50-60 Hz, güc 2000 Vt, hava axını- 28 İ/s (100,8 kub.m/saat), çəki 630 qr, Wahl 4340-1 ədəd, saç kəsici: dəyişdirilə bilən kliplər, saçın düzəldilməsi variantları, saç düzümü başlığının minimum uzunluğu: 1 mm, saç kəsim başlığının maksimum uzunluğu:3,5 mm, batareyanın ömrü: 70 dəqiqə, Wahl 100 Pro-1 ədəd, lampa ila sterilizator: gərginlik 220- 240V- 50-60 Hz, Güc:8 W, lampanın işləmə müddəti 5000 saat, dezinfeksiya müddəti 30 dəqiqə, SKME UV-600-1 ədəd, elektrikli su qızdırıcısı: 50 litr, 1500 W, gərginlik 220- 240V/50Hz, işləmə temperaturu diapazonu 25-75 dərəcə, güc 1,5 Kw, suya davamlılıq dərəcəsi İPX4, Royal 50L-1 ədəd, kreslo (iso stil, yumşaq dəst-3 ədəd), XİNLİ XL-211-1 ədəd, kondisioner 9000 BTU, soyuducu növü R410A, maksimum hava axını: 8,33 kub.m/dəq, soyutma rejimində güc 2640 Vt, istilik rejimində güc 2700 Vt, faza:bir fazalı, sürət sayı 4 Hisense AS-09HR4SYDTU-1 ədəd verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024- cü il tarixli məktubda qeyd edilmişdir ki, özünəməşğulluğu təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixli, 04707 nömrəli müqavilə bağlanılaraq “Kişi bərbərxanası” zərfi çərçivəsində nəzərdə tutulan əmlak təqdim edilmişdir. Özünüməşğulluq proqramı çərçivəsində istifadəyə verilmiş aktivlərlə eyni növlü və keyfiyyətli əmlakın məktub təqdim olunan tarixdən 30 iş günü ərzində agentliyə geri qaytarılması tələb olunmuşdur. Əks təqdirdə sözügedən qaydanın 9.2-ci bəndinə və onunla bağlanılmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin naturada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsi ilə tələb ediləcəyi bildirmişdir. 04 mart 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə aktdan görünür ki, Cavabdeh agentlik tərəfindən verilmiş güzgülü mebel dəsti, saç yuyan mebel dəsti, saç qurutma feni, bərbər kreslosu, stul, saç kəsmə maşını, sterilizator, su qızdırıcı və kondisionerin təyinatı üzrə istifadə edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı “X2” X7 Cavabdeh qarşı müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Кişi bərbərxanası” zərfinə daxil olan aktivlər, yəni güzgülü mebel dəsti, saç yuyan mebel dəsti, bərbər kreslosu, saç qurudan, saç kəsici, lampa ila sterilizator (xüsusiyyətləri 25 iyun 2022-ci il tarixli təhviltəslim aktında göstərilmişdir) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli aktla vətəndaş oğlunun “Кişi bərbərxanası” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və xx.xx.2024 tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Кişi bərbərxanası” zərfinə daxil olan aktivlərdən, yəni güzgülü mebel dəsti, saç yuyan mebel dəsti, bərbər kreslosu, saç qurudan, saç kəsici, lampa ila sterilizator təyinatı üzrə istifadə edilmədiyi aşkar edilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-2/2-H-60626/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “Кişi bərbərxanası” zərfinə daxil olan aktivlər natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə olunmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində cavabdehdən tutularaq Agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2314/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 21-ci maddəsinin İ və İİ hissələrinə, 152.1, 157.2, 385.1, 386.1, 397.2, 399.3, 404.1, 442, 443.1, 450.1-ci maddələrinə, Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 8-ci bəndinin İ, İİ, İİİ və İV yarımbəndlərinə, 24.1.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı “X2” X7 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2314/2025 nömrəli qətnaməsinin ləğv edərək iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, brinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. MMTF ilə Cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/04707 nömrəli müqavilə əsasında Agentlik tərəfindən Cavabdeh “Кişi bərbərxanası” zərfinə daxil olan avadanlıqlar 1 (bir) il müddətində təyinatı üzrə istifadə edildikdən sonra şəxsi mülkiyyətinə keçməsi şərti ilə təhvil verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Кişi bərbərxanası” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və xx.xx.2024-cü il tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Кişi bərbərxanası” zərfinə daxil olan avadanlıqlardan təyinatı üzrə istifadə olunmadığı aşkar edilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-H-60626/2024 nömrəli xəbərdarlıq məktubu ilə aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Məhkəmənin “Agentlik tərəfindən müqavilə müddəti ərzində monitorinq aparılmadığından müqavilə müddəti ərzində özünüməşğulluğa cəlb olunmuş Cavabdeh müqavilə şərtlərini pozmasının sübuta yetirilmədiyi və bu səbəbdən də Agentliyin cavabdehə təhvil verilən avadanlıqların geri qaytarılmasını tələb etməkdə haqlı olmamasına dair” mövqeyi ilə bağlı bildirirlər ki, iş materiallarından da məlum olduğu kimi cavabdeh tərəfindən də qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şərtləri kobud şəkildə pozulmuş, təhvil-təslim aktı əsasında onun mülkiyyətinə verilməmiş əmlaklardan müqavilə şərtlərinə əsasən təyinatı üzrə istifadə edilməmişdir. Belə ki, yuxarıda göstərilənlərdən və qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlilindən də məlum olur ki, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak yalnız təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Lakin müəyyən edilmişdir ki, qeyd olunan əmlaklar təhvil-təslim aktı əsasında vətəndaş Cavabdeh mülkiyyətinə verilməmiş, həmçinin də cavabdeh özü də həmin əmlakların onun mülkiyyətinə verilməsi ilə bağlı hər hansı bir hərəkət (Agentliyə və ya məhkəməyə müraciət) etməmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırırlar ki, oxşar iddia tələbi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-469/2024 saylı xx.xx.2024-cü il nömrəli qətnaməsində qeyd edilmişdir ki, iş üzrə cavabdeh həmin əmlakın nəzərdə tutulmuş bir illik müddətin başa çatması ilə bağlı satıldığını bildirsə də, bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bu əsasla rədd edilməsi qanunsuz olmuşdur. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbi ilə bağlı kifayət qədər təsdiqedici sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələblərinin tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda birinci instansiya məhkəməsi iddia tələbləri hər hansı bir əsas olmadan təmin etməmişdir. Belə ki, MMTF ilə Cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/04707 nömrəli müqavilə əsasında Agentlik tərəfindən Cavabdeh “Кişi bərbərxanası” zərfinə daxil olan avadanlıqlar 1 (bir) il müddətində təyinatı üzrə istifadə edildikdən sonra şəxsi mülkiyyətinə keçməsi şərti ilə təhvil verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Кişi bərbərxanası” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və xx.xx.2024-cü il tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Кişi bərbərxanası” zərfinə daxil olan avadanlıqlardan təyinatı üzrə istifadə olunmadığı aşkar edilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 17- 2/2-H-60626/2024 nömrəli xəbərdarlıq məktubu ilə aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Cavabdeh iddia tələbinə dair etirazı ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, məhkəmə iclaslarında verdiyi izahatında aktivlərdən müqavilə müddəti ərzində təyinatı üzrə istifadə etmədiyini qeyd etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq tam sübuta yetirilmiş iddia tələblərini təmin etməmişdir. Bildirirlər ki, birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə ki, iddia tələbinin əsaslı olması ilə bağlı tərəflərindən kifayət qədər təsdiqedici sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh isə iddia tələbinə dair etirazı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, keçirilən məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, aktivləri əldə etdikdən sonra ailə problemləri ilə əlaqədar olaraq onlardan təyinatı üzrə istifadə etməmişdir. Lakin məhkəmə qətnaməsində cavabdehin məhkəmə iclaslarında verdiyi izahat təhrif olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar xx.xx.2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəflərindən təqdim olunan sübutlar iddia tələblərinin tam əsaslı olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək iddia tələbini təmin etməmişdir. Maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd etdikləri, həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd etdikləri, həmçinin birinci instansiya məhkəməsinin mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticənin işin hallarına uyğun olmadığını sübut edir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdaifə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair 18 aprel 2025ci il tarixli qərardadı İnzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. İnzibati müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində konkret anlayış verilməsə də, belə müqavilələr bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir ki, bununla da onlar mülki hüquqi müqavilələrdən fərqlənir. İlk növbədə nəzərə alınmalıdır ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. İnzibati məhkəmə icraatı mülki məhkəmə icraatından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, mülki məhkəmə icraatından fərqli olaraq inzibati məhkəmə icraatında məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur (İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələri). İnzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət isə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. İnzibati müqavilələr də inzibati hüquq münasibətlərini əmələ gətirdiyinə görə, bu hal belə müqavilələrdən yaranan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını zəruri edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 4-cü bəndinə əsasən, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər) Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2314/2025 nömrəli qətnaməsinin ləğv edilib iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 2314/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, həmin hissədə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, iddiaçının məqdəsi özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2022/ÖM/04707 nömrəli müqavilə üzrə verilmiş əmlakın geri qaytarılmasıdır. Qeyd olunan iddia tələbi üzrə xüsusilə vurğulanmalıdır ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Belə ki, inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair 18 aprel 2025-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, inzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. İnzibati müqavilələrin obyekti, yəni bu müqavilə ilə tənzimlənən münasibətlər dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Bu müqavilələr ictimai faydaya əsaslanmaqla ictimai və ya dövlət maraqlarının təminatına xidmət edir. O da nəzərə alınmalıdır ki, inzibati müqavilələrdə tərəflər heç də həmişə hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, belə müqavilələrin əsas xüsusiyyətlərindən birini tərəflərin qeyri-bərabərliyi, yəni inzibati orqanların publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması təşkil edir. İnzibati orqan inzibati müqavilənin məcburi tərəfidir. İnzibati müqavilə inzibati orqanın ictimai-hüquqi səlahiyyətlərinin həyata keçirilməsinə yönəldilmişdir. Dövlətin işsizliyin aradan qaldırılması ilə bağlı funksiyalarının icrasından irəli gələrək “Məşğulluq haqqında” Qanunun 24-cü maddəsində özünüməşğulluğa kömək göstərilməsi ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Beləliklə, “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsi ilə natura şəklində material, avadanlıq və digər əmlakın verilməsi ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulmuş, bu müqavilənin bağlana biləcəyi xüsusi subyektlərin konkret dairəsi (işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, digər məşğulluğu olmayan işaxtaran şəxs) göstərilmiş, müqavilənin bağlanacağı subyektin müəyyənləşdirilməsi üçün xüsusi prosedurlar və müqavilənin müddəti müəyyənləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa cəlb olunmuş şəxslə X1 müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkzələr tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya sonda qeyd edir ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddia tələbi üzrə icraata xitam verilməli və iddiaçıya inzibati mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2314/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “X2” X6 Cavabdeh qarşı müqavilə üzrə verilmiş əmlakın geri qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1340/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1340/2025
10.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver