Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1358/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Cavabdehin vəkili: Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı dəymiş zərərin ödənilməsinə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2-i tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən, müştərək qaydada, dəymiş zərərə görə 3143 (üç min yüz qırx üç) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən 3143 (üç min yüz qırx üç) manat məbləğində əmlakına dəyən zərərin, 1500 (bir min beş yüz) manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 4643 (dörd min altı yüz qırx üç) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ”Mercedes Benz C180” markalı, **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün, yəni etibarnamə üzrə səlahiyyətləri X1 verib. Etibarnamə üzrə nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyətlər verilən şəxs Elçin Şeydayev onun oğludur. xx.xx.2021-ci il tarixdə saat təxminən 12:15 radələrində etibarnamə ilə idarə etdiyi mercedes markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri Vaqif küçəsi ilə üzü Asan Xidmət istiqamətində hərəkət edərkən ona məxsus avtomobilin arxasınca eyni istiqamətə hərəkət edən yol vərəqəsi ilə idarə etdiyi Cavabdeh2-yə məxsus Hyundai avtobus **-TA-*** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 düzgün ara məsafəsi saxlamayaraq **-TU-*** dövlət nömrə nişanlı avtomobilin arxa tərəfi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin sxemi və fotoşəkilləti çəkilmişdir. Həmin baş vermiş hadisə ilə əlaqədar olaraq DİNnin Təbliğat üzrə inspektor polis kapitanı X7 tərəfindən İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmişdir. Cavabdeh1 HYUNDAİ COUNTY AVTOBUS markalı **-TA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Buna görə də onun barəsində xx.xx.2021-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP4437026 saylı qərar qəbul edilmişdir. Cavabdeh1 təqsiri ucbatından yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə ona məxsus avtomaşına ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh2-yə məxsus avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərar qəbul olunmuşdur. Baş vermiş hadisə nəticəsində ona məxsus olan "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) aktı tərtib edilmiş və həmin akta əsasən ona məxsus Mercedes Benz C 180 minik markalı avtomaşına dəymiş maddi ziyan 3143 (üç min yüz qırx üç) manat təşkil edib. Ona məxsus avtomobilinə dəymiş zərərlə əlaqədar olaraq, o şifahi surətdə həm şirkətə, həm də Cavabdeh1 müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət edib. Cavabdeh2-yə məxsus olan HYUNDAİ COUNTY AVTOBUS markalı **-TA-*** qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh1 təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına 3143 (üç min yüz qırx üç) manat ziyan dəymişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının törədilməsində təqsirli olan şəxslər qanunvericiliyi nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdehlər tərəfindən ona ödəməli olduğu ziyanın əsassız və qanunsuz olaraq ödəməməsi nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Hesab edir ki, cavabdehlər tərəfindən ona 1500 (bir min beş yüz) manat məbləğində mənəvi ziyan vurulmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Belə ki, Cavabdeh2-yə məxsus ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən sığorta olunmuşdur. Belə olduğu təqdirdə iddiaçı dəymiş zərərə görə sığorta şirkətinə müraciət edərək sığorta ödənişini ala bilərdi. Ona görə də iddiaçının hazırkı tələblə Cavabdeh2-yə qarşı iddia irəli sürməsini düzgün hesab etmirlər. Həmçinin iddiaçıya məxsus avtomaşına iddia ərizəsində tələb olunan miqdarda ziyanın dəyməsi barədə nəticə əsassızdır. Ziyan aktı sübut növu kimi qəbul edilməsi düzgün sayıla bilməz, çünki bu akt subyektiv xarakter daşıyır. Məhkəmənin yeri və vaxtı barədə məlumatları olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməmişlər. Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(027)-2152/2021 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin hərəkətindən iddiaçıya maddi zərərin vurulmasının mütəxəssis rəyi ilə təsdiq olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin vəkili Vəkil1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan ƏN-VN 562961 seriya və nömrəli etibarnamədən görünür ki, İddiaçı ona məxsus olan "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında səlahiyyətləri X1 verib. İşdə olan AD N 561789 seriya və nömrəli X2 Şəhadətnaməsinin surətindən məlum olur ki, "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. İşə əlavə olan AB N 432872 seriya və nömrəli X2 Şəhadətnaməsinin surətindən məlum olur ki, HYUNDAİ COUNTY AVTOBUS markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2-dir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) aktından məlum olur ki, “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair” SMETA (haqqı hesab) aktı tərtib edilmiş və həmin akta əsasən İddiaçı ona məxsus Mercedes Benz C 180 minik markalı avtomaşına dəymiş maddi ziyan 3143 (üç min yüz qırx üç) manat təşkil edir. İşdə olan inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, yol vərəqəsi ilə idarə etdiyi Cavabdeh2-yə məxsus Hyundai avtobus **-TA-*** nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 düzgün ara məsafəsi saxlamayaraq İddiaçı məxsus "Mercedes Benz C180” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə hərəkət edərkən arxa hissədən həmin avtomobillə toqquşmuş və avtomobilə ziyan vurmuşdur. Ziyanın müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair SMETA (haqqı hesab) aktı tərtib edilmiş və avtomobilə 3143 (üç min yüz qırx üç) manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh1 idarə etdiyi avtomobil Cavabdeh2-ə məxsus oldugu üçün birinci instansiya haqlı olaraq cavabdehlərdən müştərək qaydada ziyanın tutulmasında haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 27 dekabr 2021-ci il tarixli 2(027)-2152/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1358/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1358/2022
20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver