Məhkəmə qərarları › İş №2(105)-1366/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1366/2021

31.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1366/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadından iddiaçı Ərizəçi1 verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadı ilə (hakim Ç.Ə.İsgəndərov) qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Ə.K.Rəsulovun müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunub, Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməklə bərpa edilməsi qərara alınmışdır. İddiaçı Ərizəçi1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi ilə Ərizəçi1 maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair tələbi təmin edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X3 apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib, Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpası barədə vəsatət vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Ərizəçi1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsindən apelyasiya şikayəti verən iddiaçı Ə.K.Rəsulovun 2006-cu ildə 9 yaşı olmuş və onun həmin vaxt yaş həddi imkan vermədiyi üçün torpaq almaq hüququ olmamışdır. Qeyd olunan qanun pozuntusunu onun atası bildiyi üçün bütün şikayətləri öz adından vermiş və onun ərizələrinə müsbət rəy verilmədiyi üçün Ə.K.Rəsulova şikayətlər verməyə başlamışdır. Ə.K.Rəsulov 2017-ci il tarixdə ordu sıralarından təxris olunmuş və mübahisə predmeti olan yerdən x xxx 2016-cı il tarixli qətnamənin mövcudluğunu bilmiş şikayət etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi1 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Ə.K.Rəsulov və maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Ə.K.Rəsulov və maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi ilə Şabran şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 17-ci məhəllə adlanan yaşayış hissəsindən 400 kv.m torpaq sahəsinə məhkəmə qətnaməsinə əsasən Ərizəçi1 mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması və daşınmaz əmlaka mülkiyyət sənədinin verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. X3 apelyasiya şikayətində qəbul edilən qətnamənin onun mülkiyyət hüquqlarını pozduğunu göstərmiş və məhkəmə kollegiyasının iclasında bu pozuntunun Ərizəçi1 onun torpaq sahəsini zəbt edərək istifadə etməsində ifadə olunduğunu bildirmişdir. İş materiallında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(105)-109/2016 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi1 X4 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(031)-97/2014 saylı qətnaməsindən X1 apelyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 2(031)- 97/2014 saylı qətnaməsi ləğv edilmiş, Ərizəçi1 iddia tələbi torpaq sahəsində özbaşına tikilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(105)- 109/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi Dəvəçi (Şabran) Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 08 saylı sərəncamı ilə Ə.K.Rəsulova verilmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Ərizəçi1 şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçi1 verdiyi şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(031)-591/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar