Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1373/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh2 cavabdeh X2 qarşı Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın İddiaçı qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə ilk iddiasına, İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 qarşı Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına, həmçinin İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə qarşı 12 avqust 2020-ci il tarixli, 03 saylı protokolun və qərarın etibarsız hesab edilməsi, Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-178/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-178/2021 nömrəli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) ilk iddianın təmin edilməsi, Şabran rayon Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın İddiaçı qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi, İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi barədə iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan əmlak, sənədlər, xəritələr, möhür və ştampın İddiaçı qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Cavabdeh2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın ləğv edilməsi və Şabran rayonu Pirəbədil Bələdiyyəsinin balansında olan köhnə möhür və ştampın cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınıb Şabran rayonu Pirəbədil Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. xx.xx.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında o, Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, xx.xx.2020- ci il tarixli, 01 saylı protokol tərtib edilmişdir və 54 saylı Şabran - X15 təqdim edilmişdir. 54 saylı Şabran - X15 ünvanladığı məktuba cavab olaraq, xx.xx.2020-ci il tarixli məktubla ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində ilk olaraq 54 saylı Şabran - X15 təqdim olunmuş 1 nömrəli protokola əsasən o, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçildikdən sonra, keçmiş bələdiyyə sədri İddiaçı Müzaffəddin oğluna bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritələri, möhürü və ştampı təhvil verməsini təklif etmişdir. Lakin keçmiş bələdiyyə sədri İddiaçı hazırda da bələdiyyə sədri olmasını bildirirərək, xx.xx.2020-ci il tarixində aldatma yolu, kobud qanun pozuntusuna yol verərək, bələdiyyə üzvləri seçilmiş şəxslərin xoş niyyətlərindən istifadə edərək boş protokola imza etdirmişdir. Bələdiyyə sədri seçkisinə müdaxilə etmək üçün otaqda kənar şəxsin olmasına şərait yaradılmış, bələdiyyə üzvlərinin tam sayda yığılmasını gözləməyərək iclası başlamışdır. İddiaçı qanunsuz hərəkətinin qarşısının alınması üçün, sonradan həmin günü onun guya ki «sədr seçilməsi» protokolu etibarsız hesab edilməsinə dair müvafiq akt tərtib olunmuşdur və İddiaçı bu barədə bildirilərək, tam qanuni bələdiyyə sədri seçkisi keçirilmişdir. Həmin iclasda bələdiyyə sədri o, seçilmiş və bu barədə protokol 54 saylı Şabran - X15 göndərilmişdir. Eyni zamanda, protokolu Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ərazi İdarəsinə göndərmişlər. Lakin, İdarədən protokolda ştamp, möhür olmadığından qəbul etməmişlər. Onlar İddiaçı möhürü tələb etsələr də, İddiaçı bildirmişdir ki, bələdiyyə sədri o, seçilib. Həmin vaxtlarda həm də pandemiya xəstəliyi ilə əlaqədar işlər dayandırılmışdı. Sonra İddiaçı bildirmişdir ki, möhür, ştamp onda yoxdur, itib. Bundan sonra onlar qəzetdə sənədlərin itməsi barədə elan vermişlər. Sonradan müəyyən olunmuşdur ki, möhür və ştamp itməyib, İddiaçıdir. Bununla əlaqədar bələdiyyənin iş fəaliyyəti də dayanmışdır. Bundan sonra onlar – 06 nəfər bələdiyyə üzvü bir yerdə müzakirə etmişlər ki, bələdiyyənin fəaliyyətini dayandırmaq olmaz. Eləcə də, İddiaçı bələdiyyənin möhürünü və ştampını verməyib özündə saxladığından, bələdiyyənin iş fəaliyyəti dayandığından, 12 avqust 2020ci il tarixdə 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə iclas keçirilmiş, iclasın qərarı ilə İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilmiş, Cavabdeh2 isə bələdiyyə sədri seçilmişdir. Bundan sonra o, bələdiyyənin iş fəaliyyətini bərpa etmiş, bələdiyyə ərazisində təmirabadlıq işləri aparmış, artezian su quyusu qazdırılmış, şəhid ailələrinə yardım göstərilmiş, kənd camaatının çoxdan yığılıb qalmış problemlərini həll etməyə başlamışdır. xx.xx.2020ci il tarixdə İddiaçı bələdiyyənin balansında olan əmlakı, sənədləri, xəritəni, möhür və ştampı təhvil vermədiyinə görə, Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində araşdırma gedən zaman, xx.xx.2020-ci il tarixdə bələdiyyənin balansında olan bir neçə əmlakı birtərəfli qaydada komissiyanın iştirakı ilə təhvil almışdır. xx.xx.2020-ci il tarixdə onun Polis Şöbəsinə müraciətinin nəticəsi olaraq, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, müraciəti mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı Zeyvə kənd sakini X10 ilə birlikdə bələdiyyə binasının qıfılını sındıraraq, onu dəyişdirmişlər və İddiaçı bələdiyyə sədri kimi fəaliyyətə başlamışdır. O, bu barədə Şabran rayon Polis Şöbəsinə və Şabran rayon Prokurorluğuna müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ona və bələdiyyənin digər üzvlərinə məlumat göndərərək, xx.xx.2020-ci il tarixdə bələdiyyə iclasının olmasını bildirmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ona qarşı qaldırdığı ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq Cavabdeh2 sədr seçilməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Müzaffəddin oğlu əlavə olaraq Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və qərarının etibarsız hesab edilməsi, Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması tələbinə dair iddia ərizəsi ilə 09 sentyabr 2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokolunun və qərarının etibarsız hesab edilməsinə dair qətnamə və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı Müzaffəddin oğlu tələblərini bununla əsaslandırmışdır ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, o və ondan başqa 8 nəfər Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. Şabran rayon Pirəbədil Bələdiyyəsinə üzv seçilmiş 9 bələdiyyə üzvündən 7-nin iştirakı ilə 18 yanvar 2020-ci il tarixdə bələdiyyənin ilk iclası keçirilmiş, iclasda bələdiyyə üzvlərinin tanınması, bələdiyyə sədrinin seçilməsi, bələdiyyə sədrinin müavininin seçilməsi və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələləri müzakirə olunmuş və o, Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda Cavabdeh2 da iştirak etmiş, təkcə Cavabdeh2 onun sədr seçilməyinin əleyhinə səs vermiş, lakin o, özünün bələdiyyə sədri seçilməsində iddialı olmamış və iclasın sonunda digər iştirakçılarla birlikdə iclas protokoluna imza etmişdir. Bundan sonra, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasın qərarı ilə onun sədr seçilməsi barədə məlumatlar qanunvericiliyin tələblərinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilmişdir. 18 yanvar 2020-ci il tarixdə axşam saatlarında onu Şabran rayon İcra Hakimiyyətinə dəvət edərək bildirmişlər ki, rayonun icra başçısının bələdiyyə sədrliyinə öz namizədi var, tələb edir ki, o, sədrlikdən imtina edərək istefa versin. O, təbii ki, bununla razılaşmamış və bildirmişdir ki, bələdiyyə seçkili orqandır, icra hakimiyyətinin bu prosesə qarışacağı olmamalıdır. Bundan sonra, bələdiyyə üzvlərinə təsir göstərilməklə onları öz tərəflərinə cəlb etmişlər. Baxmayaraq ki, icra başçısının təsir göstərməsini, eləcə də, ƏN-nin Xaçmaz Regional İdarəsinə təsir göstərilməsini təsdiq edən sübutu olmasa da, dediklərinin hamısı reallıqdır. Bundan bir neçə gün sonra, ona məlum olmuşdur ki, Şabran rayon Pirəbədil Bələdiyyəsinin üzvlərinin adından 01 saylı, xx.xx.2020-ci il tarixli protokol tərtib olunub və Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə qərar qəbul olunub. Onun bələdiyyə sədri seçilməsilə bağlı iclas keçirilmiş, orada onunla yanaşı 6 bələdiyyə üzvü, o cümlədən Cavabdeh2 iştirak edərək digər iclas iştırakçılari ilə birlikdə iclas protokoluna imza etmişdir. 18 yanvar 2020-ci il tarixdə və ondan sonrakı günlərdə Pirəbədil Bələdiyyəsinin inzibati binasında üzvlərin iştirakı ilə iclas keçirilməmiş, ümumiyyətlə onun belə bir iclasdan məlumatı olmamışdır. Buna baxmayaraq, Cavabdeh2 özünün bələdiyyə sədri seçilməsi barədə iclas protokolu tərtib edərək özünü bələdiyyə sədri kimi təqdim etmiş, hətta möhürün, künc ştampının və digər sənədlərin verilməməsi ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Eyni zamanda, onun tərəfindən, Cavabdeh2 və digər şəxslər tərəfindən bələdiyyənin inzibati binasının qapısının sındırılaraq ora daxil olması və onun inzibati binaya girməsinə maneə yaradılması ilə bağlı Şabran rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Şabran rayon X13 Qrupunun təhqiqatçısı Pərviz Babayevin xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» qərarına əsasən hər iki ərizə əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ərizədə göstərilənlərin araşdırılmasının məhkəmənin səlahiyyətində olduğu və məhkəməyə müraciət etmə hüquqlarının olması izah olunmuşdur. Bundan sonra, Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Şabran rayonu, Pirəbədil Bələdiyyəsinin əmlakının, sənədlərinin, xəritələrinin, möhürünün və ştampının onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qanunsuzluqlar etmiş, guya özlüyündə dövləti, məhkəmə sistemini aldadaraq 12 avqust 2020-ci il tarixli, 03 saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən Cavabdeh2 guya yenidən sədr seçilmişdir. Cavabdeh2 12 avqust 2020-ci il tarixdə sədr seçilmişdirsə, onda məhkəməyə və digər orqanlara təqdim etdiyi 18 yanvar 2020-cu il tarixli iclas protokolu nə üçün çıxarılıb? Hansı ki, o, həmin protokolu məhkəmə qaydasında mübahisələndirmişdir və Cavabdeh2 məhkəmədə bildirmişdir ki, 18 yanvar 2020-ci il tarixdə qanuni sədr seçilmişdir. Və yaxud Cavabdeh2 18 yanvar 2020-ci il tarixdə sədr seçilmişdisə bəs 12 avqustda yenidən nəyə görə sədr seçilirdi? Deməli, Cavabdeh2 artıq 12 avqust 2020-ci il tarixli protokolu üzə çıxarmaqla 18 yanvar 2020-ci il tarixli iclas protokolunu şübhə altına alır. Bu onu deməyə əsas verir ki, Cavabdeh2 icra başçısının qanunsuz göstərişlərinə əsasən istədiyi vaxt iclas protokolu tərtib edə bilir, bələdiyyə üzvlərini qorxudaraq onlara imza etdirir və s. Göstərdiyi əsaslara görə Cavabdeh2 tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinin adından hazırlanmış xx.xx.2020-ci tarixli, 03 saylı protokol etibarsız hesab edilməlidir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, onun və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi ilə bağlı eyni tarixli və eyni nömrəli protokolu mövcud olmuş və hər iki protokol məhkəmədə mübahisələndirilmiş, məhkəmə tərəfindən həmin protokollara hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, bələdiyyə üzvləri tərəfindən yeni sədrin seçilməsi ilə bağlı iclasın keçirilməsi barədə ona və digər bələdiyyə üzvlərinə heç bir məlumat verilməmiş, 12 avqust 2020-ci il tarixdə bütün gün bələdiyyənin inzibati binasında olmuş, lakin heç bir bələdiyyə üzvü ora gəlməmişdir, yəni onların harada və necə iclas keçirilməsi məlum deyildir. Göstərilənlərə əsasən ilk iddia rədd, onun qarşılıqlı iddiası və ayrıca qaldırdığı iddia təmin olunmalıdır. Şabran Rayon Məhkəməsinin 03 mat 2021-ci il tarixli 2(031)-272/2021 saylı qərardadına əsasən məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbinə dair 2(031)-178/2021 nömrəli və iddiaçı Cavabdeh2 cavabdeh X2 qarşı bələdiyyə əmlakını, sənədləri, xəritələri, möhür və ştampı özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair 2(031)-272/2021 nömrəli mülki işlər bir icraata birləşdirilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Cavabdeh2 bələdiyyə sədri seçilməsi barədə bələdiyyənin xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolu sonradan tərtib edilmişdir. Bu faktı eyni məzmunlu xx.xx.2020-ci il tarixli iclas protokolunun qərarı da təsdiq edir. Əgər Cavabdeh2 xx.xx.2020-ci il tarixdə bələdiyyə sədri seçilmişdirsə, nəyə görə xx.xx.2020-ci il tarixdə yenidən bələdiyyə sədri seçilmişdir? Bu ziddiyətli məqam məhkəmə tərəfindən araşdırılmamışdır. Bundanb başqa, Cavabdeh2 bu cür iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bələdiyyəyə məxsus əmlakın geri qaytarılması barədə tələbi Cavabdeh2 öz adından deyil, bələdiyyənin adından tələb edə bilərdi. Bu halı da məhkəmə nəzərə almamış, hüququ olmayan şəxsin qaldırdığı iddianı təmin etməkdə səhv nəticəyə gəlmişdir. Digər tərəfdən, onun həm qarşılıqlı iddiası, həm də digər iddiası hüquqi təbiətinə görə inzibati orqan olan bələdiyyənin aktlarının mübahisələndirilməsilə bağlı olduğu üçün inzibati icraat qaydasında baxılmalı olmasına baxmayaraq, məhkəmə bu tələblərə mülki icraat qaydasında baxmış, bununla da, məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Bu isə mövcud qanunvericiliyə, həmçinin AR Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına tamamilə ziddir. Məhkəmə iki mülki işi bir icraatda birləşdirərkən MPM-nin 169-cu maddəsinin tələblərini pozmuşdur, çünki hər iki iş bir icraatda baxıla bilməzdi. Belə ki, bu işlər üzrə mübahisə predmetləri də, tərəflər də fərqlidirlər. Bu hallar məhkəmə iclasında nəzərə alınmadığından qətnamə ləğv edilməli, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia təmin olunmalı, digər iddiası üzrə icraata xitam verilməlidir. İş üzrə iddiaçı Cavabdeh2 və cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 tələbi hissəsində gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin S.M.Nuriyevin iddiası hissəsində qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə iclas keçrilmiş, İddiaçı Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin iclasda iştirak edən Cavabdeh2 Cəmaləddin Nuriyevin bələdiyyə sədri seçilməsinin əleyhinə səs versə də, protokolu digər bələdiyyə üzvləri ilə birlikdə imzalamışdır. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin 06 fevral 2020-ci il tarixli, 08/12 saylı məktubundan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclas qərarı ilə C.M.X5 sədri vəzifəsinə seçilərək bələdiyyə üzvlərinin imzaları ilə təsdiqlənmişdir. İşdə olan Şabran rayonu Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 saylı protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı Cavabdeh2 Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Həmin protokolu iştirakçı üzvlər imzalarla təsdiq etmişlər. İş materiallarında olan Şabran rayonu Pirəbədil Bələdiyyəsinin Cavabdeh2 ünvanladığı 19 fevral 2020-ci il tarixli, 18 saylı məktubundan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvlərinin növbəti 02 saylı iclası 28 fevral 2020-ci il, saat 14-00-a təyin edilmişdir. Gündəlik duran məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi üçün iclasda iştirak zəruridir. İşdə olan Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı Pərviz Babayevin cinayət təqibinin başlanmasnın rədd edilməsi haqqında 06 fevral 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 və İddiaçı ərizələri ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 14 fevral 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 bələdiyyə sədri olduğu halda, xx.xx.2020-ci il tarixdə, saat 13:05 radələrində keçmiş bələdiyyə sədri S.Nuriyev bələdiyyə binasının qıfılını Zeyvə kəndindən olan qohumu X10 ilə sındıraraq içəri daxil olmuşlar və sonra da özləri ilə gətirdikləri başqa qıfılla qapını qıfıllayıb getmişlər. Aktın doğruluğunu Cavabdeh2, Q.Muradov, K.Qurbanov, Ç.Cəbiyev, və E.Şeydayev öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə olan 18 yanvar 2020-ci il tarixli aktdan görünür ki, 18 yanvar 2020-ci ildə Pirəbədil bələdiyyəsində keçirilmiş sədr seçkisi zamanı kobud qanun pozuntusu baş vermişdir. Belə ki, keçmiş bələdiyyə sədri İddiaçı bələdiyyə üzvlərinin xoş niyyətindən istifadə edərək boş protokola imza etdirmiş, bələdiyyə sədrinin seçki iclasına müdaxilə etmək üçün otağa kənar şəxs saldırmış, yolda olan digər iki bələdiyyə üzvünü gözləmədən iclası başlatmışdır. Məlum olmuşdur ki, əvvəlcədən imzalanmış protokola iclasın qərarını deyil, öz istəyinə uyğun məzmun yazdırmışdır. Bu səbəbdən həmin protokolları etibarsız hesab edərək yenidən iclas keçirdib yeni bələdiyyə sədri seçərək, yeni protokollar tərtib etmişlər. Aktın doğruluğunu Cavabdeh2, Şahid1, Şahid3, Şahid4, A.Orucova, P.Hüseynova və A.Axundova öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Şabran rayonu Pirəbədil Bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş 12 avqust 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şabran rayonu Pirəbədil Bələdiyyəsinin bələdiyyə üzvləri Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyevanın, A.Axundovanın və Şahid4 iştirakı ilə keçirilmiş, iclasın protokolunun möhürlənməsi üçün bələdiyyənin üzvü X2 müraciət olunmuş, lakin o möhürün itirildiyini bildirmişdir. Yeni möhür alınması ilə əlaqədar X17 İdarəsinə müraciət olunması zərurəti yaranmışdır. Aktın doğruluğunu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Şabran rayon Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı iclas protokolundan görünür ki, Cavabdeh2 Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. Həmin protokolu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə olan Şabran rayon Pirəbədil Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 26 avqust 2020-ci il tarixli, 03 saylı məktubdan görünür ki, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 12 avqust 2020-ci il tarixli, 03 saylı icras protokoluna əsasən 6 nəfərdən ibarət (üzürsüz səbəbdən 3 nəfər iştirak etməmişdir) Bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayon Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 27 avqust 2020-ci il tarixli, 08/40 saylı məktubdan görünür ki, Şabran rayon Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı iclasında İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi və Cavabdeh2 Pirəbədil Bələdiyyəsinin sədri seçilməsi barədə qərar qəbul edilmişdir. Şabran rayon Pirəbədil Bələdiyyəsinin 6 nəfər bələdiyyə üzvünün iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 03 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmişdir. İşə əlavə edilmiş AR Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Şabran rayonu Pirəbədil Bələdiyyəsinə ünvanlanmış 18 avqust 2020-ci il tarixli, 05/Ş138in saylı məktubdan görünür ki, Pirəbədil Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı iclasının qərarlarına inzibati nəzarət icraatı qaydasında baxılarkən bələdiyyə üzvlərinin yarıdan çox hissəsi tərəfindən İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi barədə, yeni bələdiyyə sədrinin Cavabdeh2 seçilməsi barədə və bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyə sədrinə təhvil-təslim edilməsi üçün komissiyanın yaradılması barədə qərarlar qəbul edildiyi müəyyən edilmiş, lakin bələdiyyənin qeyd olunan protokolu Pirəbədil Bələdiyyəsinin möhürü ilə təsdiq edilməmişdir. İşdə olan Şabran rayonu Pirəbədil Bələdiyyəsinin 21 avqust 2020-ci il tarixli, 04 saylı iclas protokolundan görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin 18 avqust 2020-ci il tarixli, 05/Ş138in saylı tövsiyəsi nəzərə alınaraq qeyd olunan nöqsanların aradan qaldırılması, xx.xx.2020-ci il tarixli iclas protokolunun iclasın sədri və katibi tərəfindən imzalanaraq möhürü ilə təsdiq edilməsi, həmin protokolun Xaçmaz Regional Ədliyyə İdarəsinə göndərilməsi və Şahid1 ictimai əsaslarla Şabran rayonunun Pirəbədil bələdiyyəsinin sədr müavini seçilməsi qərara alınmışdır. Həmin protokolu Cavabdeh2, Şahid1, Şahid3, P.Mirzəyeva, A.Axundova və Şahid4 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 24 avqust 2020-ci il tarixli aktdan görünür ki, Pirəbədil Bələdiyyəsinin (Cavabdeh2) rayon İH-nə və rayon PŞ-nə ünvanladığı eyni məzmunlu məktublardan görünür ki, bələdiyyə sədri seçkisindən sonra bələdiyyəyə məxsus binanı və binada olan ləvazimatları təhvil ala bilmədiyini, binanın keçmiş bələdiyyə sədri tərəfindən qıfıllandığını bildirmişdir. Cavabdeh2 bələdiyyə binasının, binada olan ləvazimat və sənədlərin təhvil alınma prosesində rayon İH-i və rayon PŞ-nin nümayəndələrinin iştirakının təmin edilməsini xahiş etmişdir. Bu müraciət əsasında onların iştirakı ilə bələdiyyənin sədri və təhvil-təslim komissiyası üzvü tərəfindən keçmiş bələdiyyə sədri İddiaçılə telefon əlaqəsi saxlanılmış, sözügedən məsələ ona izah olunsa da, o, gəlməkdən qəti şəkildə imtina edərək qapının qıfılının açılmasından və bələdiyyəyə məxsus əmlak və sənədlərin təhvil-təslimindən imtina etmişdir. Bu səbəbdən onların şahidliyi, bələdiyyə sədri, habelə bələdiyyə üzvü Ülvü Orucov tərəfindən qapının qıfılı sındırılmış, içəridə olan avadanlıqlar və sənədlərin təhvil-təsliminə başlanılmışdır. Bələdiyyə məxsus otaqlarda 10 köhnə stul, 2 köhnə masa, 2 seyf, 1 köhnə kitab şkafı, 1 printer, 2 otun sobası, 1 modem aşkarlanaraq qeydə alınmışdır. Seyfləri açmaq mümkün olmadığından, onların işində nə olduğu müəyyən edilməmişdir. Binada bələdiyyəyə məxsus önəmli sənəd aşkar edilməmişdir. Aktın doğruluğunu R.Ağayev, D.Məmmədov, V.Əhmədov, R.Ələkbərov, K.Süleymanov, Cavabdeh2 və Şahid3 öz imzaları ilə təsdiq etmişlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Bələdiyyələrin nizamnamələrinə uyğun olaraq bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün səlahiyyət verilir. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən, bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvennədə iştirak etmək hüququ vardır. «Bələdiyyələlərin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndinə əsasən, Bələdiyyələrin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təstiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə mane olduqda, iclasın çagırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. İş materialları ilə müəyyən olunur ki, 23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında təyin olunmuş bələdiyyə seçkilərində, Cavabdeh2 Şabran rayonu Pirəbədil Bələdiyyəsinə üzv seçilmişdir. 18 yanvar 2020-ci il tarixində Şabran rayon Pirəbədil Bələdiyyəsinin seçilmiş 9 bələdiyyə üzvünün 7-nin iştirakı ilə keçirilən iclas zamanı gündəlik məsələlərdən biri də bələdiyyə sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur. İştirak edən 7 nəfər bələdiyyə üzvünün səsverməsi əsasında o Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri seçilmişdir. Seçkinin nəticəsi olaraq, 18 yanvar 2020-ci il tarixli 01 saylı protokol tərtib tərtib edilmişdir və 54 saylı X9nə təqdim edilmişdir. İşə əlavə edilmiş 54 saylı Şabran - X14 Dairə Seçki Komissiyası tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli, 57 saylı məktubundan görünür ki, 18 yanvar 2020-ci il tarixdə ilk olaraq 54 saylı X9 Dairə Seçki Komissiyasına təqdim olunmuş 1 nömrəli protokola əsasən Cavabdeh2 Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri seçilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 iddiasını təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh2 qarşı iclas protokolunun və qərarın etibarsız hesab edilməsi barədə iddiasını rədd edərkən düzgün qərara gəlməmişdir. Məhkəmə hazırki iddia ərizəsinə mülki mühakimə icraatında baxılmalı olub-olmamasına dair məsələni lazımi qaydada əsaslandırmamışdır. Belə ki, İddiaçı iddiası inzibati orqan olan Şabran rayon Pirəbədil bələdiyyəsinin 18 yanvar 2020-ci il tarixli 01 saylı və 12 avqust 2020-ci il tarixli 03 saylı protokol qərarının etibarsız hesab olunması barədədir. Bu iddianın predmeti nəzərdən keçirildikdə aydın olur ki, irəli sürülmüş tələblərə mahiyyət etibarı ilə mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada baxılmalıdır. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövləğ idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirilən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinə görə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tələbi əsasında faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır, lakin İddiaçı iddia tələbi hissəsində qətnamə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 05 may 2021-ci il tarixli, 2(031)-178/2021 nömrəli qətnaməsi ilk iddia üzrə hissədə dəyişdirilmədən saxlanılsın, İddiaçı Müzaffəddin oğlunun Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası və Şabran rayonu Pirəbədil Bələdiyyəsinə və Cavabdeh2 qarşı 12 avqust 2020-ci il tarixli iclas protokolunun və onun əsasında alınmış yeni möhür və ştempelin etibarsız hesab edilməsi tələbi hissəsində qətnamə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1373/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1373/2022
18.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver