Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-138/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı mülki iş üzrə (Açar sözlər: birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-768/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və X14 iddia ərizəsi ilə məhkəmyə müraciət edərək xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 nömrəli çıxarışa əsasən onun qəyyumluğunda olan qardaşı İddiaçı2 və cavabdehlərin mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən paylarının torpaq sahəsinin texniki pasportda göstərilən yaşayış evinin Səid Qurbanov küçəsi istiqamətində olan hissəsindən ayrılıb verilməsi, qalan hissələrin cavabdehlərin istifadəsində qalması şərti ilə yuxarıda göstərilən qaydada naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0.05 ha torpaq sahəsinin 1/5 hissəsi ona, 1/5 hissəsi qəyyumluğunda olan İddiaçı2 məxsusdur və qalan 3/5 hissəsi isə mərhum ataları X6 adına qeydiyyata alınmışdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 notariat orqanına müraciət etməmiş və vərəsəlik haqqında şəhadətnamə almamışlar. Bununla belə mərhum ataları X6 adına olan ümumi 3/5 hissə cavabdehlərə çatan hissədir və həmin hissədə də onların hərəsinin 1/5 hissədə payları vardır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 48 saylı sərəncamı ilə ikinci İddiaçı2 üzərində qəyyum təyin edilmiş və onu da təmsil edir. Cavabdehlərə təklif etmişdir ki, torpaq sahəsini texniki pasportda göstərilən yaşayış evinin Səid Qurbanov küçəsi istiqamətində olan hissəsindən ayrılıb ona verilsin, bu halda yaşayış evindən ümumiyyətlə pay tələb etmir. Cavabdehlər təklifinə heç bir münasibət bildirməmişlər. Təklif etdiyi qaydada bölgü aparılarsa, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş sahə ilə birlikdə cavabdehlərin istifadəsində qalar. O isə özünə və qəyyumluğunda olan İddiaçı2 məxsus hissə ilə birlikdə öz paylarını ayırıb hasara almaqla istifadə edə bilərlər.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 12.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0.05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 1/5 hissə İddiaçı1, 1/5 hissə İddiaçı2, 3/5 hissə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsi ev 2 ünvnında yerləşən 0.05 ha torpaq sahəsindən İddiaçı1, X8 Cavabdeh1, Cavabdeh2 və X3 1/5 hissədə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)- 768/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiasının təmin olunmaması, ödənilmiş məhkəmə xərclərinin iddiaçılara aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı1n və İddiaçı2 alınaraq X2 hesaba keçirilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2, 223.3, 223.4, 220.2, 220.3, 220.4 və 220.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 88, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
8. İddiaçı1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-768/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1591 saylı ekspert rəyinə istinad edərək məhkəmə qətnamədə göstərir ki, ünvan 3 ünvanda yerləşən 0.05 ha torpaq sahəsindən onun, X8, Cavabdeh1, Cavabdeh2 və X3 1/5 hissədə paylarının naturada ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında bildirmişdir ki, o, qəyyumluğunda olan qardaşı X14 ilə birlikdə 2/5 hissədə paylarını ayırmaq istəyir və 2/5 hissədə payın naturada ayrılması tamamilə mümkündür. Belə ki, torpaq sahəsinin sxeminə baxdıqda da görünür ki, torpaq sahəsinin 2 küçəyə, Bəhram Məcidov küçəsinə və Səid Qurbanov küçəsinə 2 giriş-çıxışı var. İddia ərizəsində göstərdiyi kimi torpaq sahəsinin texniki pasportda göstərilən yaşayış evinin Səid Qurbanov küçəsi istiqamətində olan hissəsindən ayrılıb ona və qəyyumluğunda olan qardaşı X11 verilsə, bu halda yaşayış evindən ümumiyyətlə pay tələb etmirlər. Həmin hissədə Səid Qurbanov küçəsinə giriş-çıxış olduğundan ayrılacaq torpaq sahəsini hasara almaqla bir dəfəlik məsələyə son qoymaq olar. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə qətiyyən razı olmadığından məhkəməyə rəsmi vəsatət verərək təkrar ekspertiza keçirilməsini xahiş etmiş, vəsatətində göstərmişdir ki, rəyin tədqiqat prosesinin təsviri adlanan hissəsində göstərilir ki, torpaq sahəsindən tərəflərin istifadəsi üçün sərhəd hasarının çəkilməsi “Evlərin bölgüsü zamanı məişət təyinatlı tikililər (hamam, tualet və s.) tərəflərdən birinin sərəncamında qaldığından, digər tərəflərin sərəncamında qalan torpaq sahəsində həmin təyinatlı tikililərin yaradılmasına texniki imkan olmadıqda” mümkün deyildir. Aşağıda göstərilənlərə əsasən rəy əsaslı hesab edilə bilməz. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 48 saylı sərəncamı ilə ikinci İddiaçı2 üzərində qəyyum təyin edilmiş və onu da təmsil edir. Beləliklə, 0.05 ha torpaq sahəsindən 2/5 hissədə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həyətyanı torpaq sahəsində iki yerdə ayaqyolu, bir hamam mövcuddur. İkinci hamam üçün yer ayrılıb və həmin yerə su xətti və kanalizasiya xətti çəkilib. Ekspert rəyində də qeyd edildiyi kimi həyətyanı torpaq sahəsinin iki yerdən giriş-çıxış qapısı mövcuddur. Lakin rəydə yazılanlar ekspertin müəyyən etdiyi hallara uyğun deyildir. Digər tərəfdən iddia ərizəsində də göstərildiyi kimi o, yaşayış evinin bölgüsünü ona görə tələb etməmişdir ki, 2/5 hissədə torpaq sahəsi ayrılsın. Faktiki olaraq 0.05 ha torpaq sahəsindən 2/5 hissədə torpaq sahəsini naturada ayırmaq üçün real imkanlar vardır. Belə ki, giriş-çıxış qapıları bir-birinə əks istiqamətdə, yəni qapının biri Bəhram Məcidov küçəsinə, digəri isə Səid Qurbanov küçəsinə açılır. Ayırmaq istədiyi 2/5 hissədə torpaq sahəsində yaşayış evi mövcud deyil. Ona görə də ekspert rəyi ilə qətiyyən razı deyil və hesab edir ki, yenidən təkrar ekspertiza təyin edilməlidir. Əlavə olaraq bildirir ki, iş üzrə cavabdehlərdən Cavabdeh3 apellyasiya məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsi ilə iddia ərizəsində göstərilən qaydada torpaq sahəsinin bölünməsinə razı olduğunu təsdiq etmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə ilə qətiyyən razı deyil. Hesab edir ki, iş üzrə yenidən ekspertiza təyin edilməli və 0.05ha torpaq sahəsindən 2/5 hissədə payları naturada ayrılmalıdır. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddianı təmin etməməklə faktiki olaraq onun və qəyyumluğunda olan qardaşı X8 əmlakdan dinc istifadə hüququnu məhdudlaşdırmışdır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qətnamədə göstərilən hallar qanunun tələblərinə uyğun deyildir. Məhkəmə yalnız ekspert rəyinə istinad etmiş, təkrar ekpsertiza keçirilməsi barədə vəsatətini təmin etməməklə faktiki olaraq işi başa çatdırmamışdır. Ekspert rəyinin özündən də görünür ki, rəy əsaslı deyil. Belə ki, rəyə əlavə olunmuş fotoşəkillər iddianın əsaslı olmasını tam təsdiq edir. MPM-nin 101-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla birgə (ərazinin sxeminə əsasən) yanaşı qiymətləndirməmişdir. Bu səbəbdən də həmin rəy əsaslı hesab edilə bilməz. Digər tərəfdən ekspert rəyi məhkəmə üçün məcburi qüvvəyə malik deyildir. Hesab edir ki, iş üzrə yenidən təkrar ekspertiza təyin edilərək ekspert rəyi alınmalıdır. Məhkəmə müvafiq qaydada sonadək araşdırma aparmamış, çıxardığı qətnamə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə obyektiv həqiqətə nail olmaq üçün bir neçə sübuta istinad etməli olduğu halda, yalnız əsassız və tərəfindən mübahisələndirilən ekspert rəyinə istinad etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
13. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
18. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və X14 məhkəmədə iddia qaldıraraq paylı mülkiyyətdə olan əmlakda öz paylarının naturada ayrılmasını xahiş etmişlər.
19. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.
20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, bu qəbildən olan (daşınmaz əmlakın naturada ayrılması) mülki işlər yalnız müvafiq ekspertizanın keçirilməsi və ekspert tərəfindən verilmiş rəyə uyğun həll edilməlidir. Hazırki iş üzrə keçirilmiş məhkəmə mühəndis texniki-ekspertizasının rəyinə əsasən mübahisəli daşınmaz əmlakın naturada ayrılması mümkün deyildir. Belə olan halda, iddiaçı AR Mülki Məcəlləsinin 220.3-cü maddəsində göstərilən tələblərə riayət etməklə (Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir) hüquqlarından istifadə edə bilər.
21. İddiaçı1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-768/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
23. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
24. Apellyator şkayətin dəlili olaraq göstərmişdir ki, faktiki olaraq mübahisəli 0.05 ha torpaq sahəsindən 2/5 hissədə torpaq sahəsini naturada ayırmaq üçün real imkanlar vardır.
25. Kollegiya şikayətin dəlili ilə razılaşmayaraq əsassız hesab edir.
26. Belə ki, araşdırılan mübahisənin həlli xüsusi bilik tələb etdiyindən, apellyasiya şikayətinin dəlillərinin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(105)-1818/2024 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin mütəxəssisləri cəlb edilməklə iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2- 4155/2025 nömrəli arayışdan görünür ki, iddiacı İddiaçı2 oğİunun və İddiaçı1 cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 birgə paylı mülkiyyətdə olan xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerİəşən 0.05 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi və həyət tikililəri olduğundan iddiacıların hır birinə 5/1 hissədə payının naturada ayrılması mümkün olmamışdır.
27. Kollegiya mütəxəssis rəyi ilə razılaşaraq qeyd edir ki, analoji işləri üzrə məhkəmə təcrübəsi göstərir ki, ekspert rəyi xüsusi bir tədqiqat aparılmadan mütəxəssis rəylərinə əsaslanır, odur ki, araşdırılan mübahisə üzrə yenidən ekspert tətqiqatının aparılmasına zərurət yoxdur, tədqiqat obyekti üzrə mübahisə doğuran məsələ mütəxəssis tərəfindən araşdırılmışdır.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
29. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, əsassız oldğundan, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-768/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(067)-768/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.