Məhkəmə qərarları › İş №2(105)-1393/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1393/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1393/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subraqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(034)-397/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2216.94 (iki min iki yüz on altı) manat sığorta ödənişi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh Allıxan oğluna qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maykıl Dikersona məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış D00645 dövlət qeydiyyat nişanlı, “Toyota Highlander” markalı avtomaşına vurulan ziyanın əvəzində 2186.54 (iki min yüz səksən altı manat 54 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik) manat, cəmi 2216.94 (iki min iki yüz on altı manat 94 qəpik) manat pulun cavabdehdən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 17.01.2016-cı il tarixdə idarə etdiyi “ZİL-495710” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Z.Əliyeva küçəsində hərəkət edərkən manevr etmək qaydasını pozaraq hərəkət edən İddiaçı Sığorta Şirkətində sığortalanmış D00645 dövlət qeydiyyat nişanlı, “Toyota Highlander” markalı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh mülkiyyətində olan “ZİL-495710” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması BYP 792244 saylı DYPİ X4 Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı “xxxx” MMC-nin təqdim etdiyi 07.03.2014-cü il tarixli Təmir Aktına uyğun olaraq, “Toyota Highlander” markalı, D00645 dövlət qeydiyyat nişanlı avtomaşına 2186.54 manat ziyan dəymişdir. MİP № 130279-U00/1 saylı sığorta müqaviləsinə və № 005722 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2186.54 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 2186.54 manat dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti zərərçəkən “xxxx” ASC-nə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cavadov X1 rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin 1000 manat həcmində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən obyektiv qiymət verilməmiş, düzgün araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin təqsirli hərəkəti nəticəsində ziyan dəyməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində iddia tələbinin 1000 manat müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (Mülki Məcəllənin 1108.1. və 1108.2. maddələri). Subroqasiya hüququ bu Məcəllənin 936.6. maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (Mülki Məcəllənin 936.1., 936.2. və 936.5. maddələri). İşdən görünür ki, Cavabdeh idarə etdiyi “ZİL- 495710” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə 17.01.2016-cı il tarixdə Bakı şəhəri, Z.Əliyeva küçəsində İddiaçı Sığorta Şirkətində sığortalanmış D00645 dövlət qeydiyyat nişanlı, “Toyota Highlander” markalı avtomaşına yol nəqliyyət hadisəsi nəticəsində zərər vurmuş, qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti tərəfindən 2186.54 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta ödənişinə görə sığorta şirkəti cavabdehə qarşı subroqasiya qaydasında ödənilmiş pulun ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, tələb qismən təmin edilmiş, Cavabdeh həmin nəticəni mübahisələndirmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Kollegiya qeyd edir ki, sığorta şirkəti olan iddiaçı dəymiş zərərin əvəzini zərərçəkən şəxsə ödəmiş, həmin vurulmuş zərərin əvəzini tələb etmək hüququ subroqasiya qaydasında ona keçmiş, bununla da onun zərər vuran şəxsdən zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Cavabdeh ona qarşı subroqasiya qaydasında pulun tutulmasını tələbini mübahisələndirsə də, bununla bağlı hər hansı mötəbər və əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 2186.54 (iki min yüz səksən altı manat 54 qəpik) manat sığorta ödənişi məbləğini və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 2216,94 (iki min iki yüz on altı manat 94 qəpik) manat məbləğində pulun tutulması barədə qərar qəbul etməsinə baxmayaraq, həmçinin əlavə olaraq 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, işdə ekspert rəyi yoxdur və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. MPM-in 97.1-ci maddəsinə əsasən məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Prosessual qanunvericilik işdə iştirak edən şəxslərin üzərinə məhkəməyə ünvanlanmış vəsatətlərini mütləq olaraq ayrıca sənəd şəklində təqdim etmək vəzifəsi qoymur. Bu baxımdan işdə iştirak edən şəxslər məhkəmə icraatı çərçivəsində məhkəməyə ünvanlanmış ərizə və şikayətlərində, o cümlədən apelyasiya şikayətində iş üzrə ekspertiza keçirilməsini məhkəmədən xahiş edə bilərlər. Əgər belə ərizə və şikayətlərdə şəxsin ekspertiza keçirilməsi barədə xahişi aydın ifadə edilibsə, məhkəmə həmin xahişi qanunun tələbinə uyğun verilmiş vəsatət kimi qiymətləndirməli və bundan irəli gələn prosessual vəzifələrini yerinə yetirməlidir. Təqdim edilmiş sənədin məzmunu əsasında işdə iştirak edən şəxsin mövqeyi aşkar deyilsə, məhkəmə hər bir halda bu məsələni məhkəmə iclasında iştirak edən şəxslərlə müzakirə edərək, həmin məsələyə aydınlıq gətirməlidir. MPM-in 97.1-ci maddəsi həmçinin nəzərdə tutur ki, işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etsə də, belə bir vəsatətlə məhkəməyə müraciət etməmiş və bunu yalnız apellyasiya şikayətində göstərmişdir. Cavabdehin mövqeyi aydın ifadə edilməmiş, o yalnız işdə müstəqil ekspert rəyinin olmamasını göstərmişdir. Halbuki, iddiaçı “xxxx” MMC-nin təmir kartını işə əlavə etmiş və həmin sənədlə avtomobilə dəymiş zərər müəyyənləşdirilmişdir. Odur ki, məhkəmə kollegiyası vəsatətin dəlilini əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh 2186.54 (iki min yüz səksən altı manat 54 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik) manat, cəmi 2216.94 (iki min iki yüz on altı manat 94 qəpik) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 2186.54 (iki min yüz səksən altı manat 54 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik) manat, cəmi 2216.94 (iki min iki yüz on altı manat 94 qəpik) manat pul alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar