Məhkəmə qərarları › İş №2(105)-1398/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1398/2025

07.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1398/2025 07.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və X3 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 nömrəli, 07 dekabr 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə (hakim R.Cəfərov) iddianın təmin edilməsi, Quba rayon "xxxx" MMC-nin istifadəsində olan inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, yeməkxana, mehmanxana və s. binalarına İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, həmin binalara mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsi Quba rayon DTİ və MHQİ-ə həvalə edilməsi qət edilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 nömrəli qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh və X3 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından iş üzrə işdə iştirak etməyən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli 2(027)- 987/2020 nömrəli qərardadının ləğv edilməsi, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(105)-3033/2020 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)- 406/2005 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakim R.Həsənov) Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 nömrəli qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərardadından şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 nömrəli 08 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim A.Babayev) Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 nömrəli iş üzrə 07 dekabr 2020-ci il tarixli qərardadından DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti geri qaytarılması qərara alınmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərardadından şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 nömrəli 31 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim A.Babayev) Quba Rayon Məhkəməsinin 2(027)-987/2020 nömrəli 08 yanvar 2025-ci il tarixli qərardadından DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 987/2020 nömrəli qərardadının ləğv edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin uyğunluğu qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli qərardadı ilə (hakim A.Babayev) Quba Rayon Məhkəməsinin 5 oktyabr 2005-ci il tarixli, 2(027)-987/2020 nömrəli qətnaməsindən mülki iş üzrə işdə iştirak etməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasının müəyyən edilməsi, apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli qərardadı ilə maraqlı şəxs Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərardadı ilə (hakim N.Xəlilova) Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətinin təmin edilməməsi, Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh və X3 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı tikililərə mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Quba rayon "xxxx" MMC-nin istifadəsində olan inzibati və çörək sexi binasına, dəyirman, ticarət və xidmət sahələri binalarına, yeməkxana, mehmanxana və s. binalarına İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, həmin binalara mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qərardadından qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı aid Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli 2-406 2005-ci il nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən veilmiş apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(027)-987/2020 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(027)- 987/2020 nömrəli qərardadında qeyd edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(105)-3033/2020 nömrəli qərardadı ilə Quba Rayon Məhkəməsinin 05 oktyabr 2(027)-406/2005 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin, Quba Rayon Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(105)- 3033/2020 nömrəli qərardadın əksinə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsini nəzərə almadan, həmin Məcəllənin 362-ci maddəsini tətbiq edərək Quba rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli 2-406/2005-ci il nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin surətləri işdə iştirak edən şəxslərin sayına görə məhkəməyə təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli 2-406\2005-ci il nömrəli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin surətləri işdə iştirak edən şəxslərin sayına görə Quba Rayon Məhkəməsinə ərizə ilə təqdim edilmiş və ərizədə qeyd edilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362-ci maddəsinə əsasən ümumən apellyasiya şikayətin qaytarılması nəzərdə tutulmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli və 27 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməli, Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)- 406/2005 nömrəli qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, xx.xx.2005-ci il tarixli qətnamədən verilmiş şikayəti 07 dekabr 2020-ci il tarixdə geri qaytaran birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi apelyasiya şikayətinin surətlərini məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələbinə əsasən apellyasiya şikayətinin geri qaytarılmasının konkret əsasları MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin əsasların siyahısı dəqiqdir və onların genişləndirici təsvirinə qanunvericilik yol vermir. Hazırki şikayəti geri qaytaran birinci instansiya məhkəməsi şikayətin surətinin əlavə edilməməsinə əsaslanmış və MPM-nin 362-ci maddəsinə istinad etmişdir. Halbuki MPMnin 363-cü maddəsində şikayətin bu əsasla geri qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Quba Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 5 oktyabr 2005-ci il tarixli qətnaməsindən mülki iş üzrə işdə iştirak etməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasının müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli və 27 avqust 2025-ci il tarixli qərardadları ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməli, Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 nömrəli qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli və 27 avqust 2025-ci il tarixli qərardadları ləğv edilsin. Quba Rayon Məhkəməsinin 05 oktyabr 2005-ci il tarixli, 2(027)-406/2005 nömrəli qətnaməsindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar