Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1402/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-557/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-557/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin fevral ayının ortalarında Abşeron rayonunun Masazır kəndinin ərazisində torpaq alqı-satqısı ilə məşğul olan X3 vasitəsi ilə həmin kənd ərazisində 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış aldıqdan sonar, 2016-cı ilin mart ayında evin tikintisini başa çatdırmışdır. Onun inamı yarandığından özünə məxsus olan evinin 30000 manata satılmasını X8 həvalə etmişdir. X1 rayonunun Masazır kəndi ərazisində yerləşən evin satışından əldə edilən puldan cəmi 17000 manat hissəsini ona vermişdir. O, qalan pulun ödənilməsini tələb etdikdə, X3 istifadə etdiyi mobil telefonlarını söndürüb gizlənməyə çalışmışdır. İddiaçı X9 tapdıqdan sonra, sonuncu evi Cavabdeh 30000 manata satdığını, lakin Cavabdeh 17000 manat pulu ödədiyini, qalan məbləği isə ödəmədiyini, bunun üçün X16 ilə torpaq sahəsinin alqı-satqı etmək lazım olduğunu və bundan sonra 13000 manat pulun ödənilə biləcəyini bildirmişdir. Bundan sonra, o, 05.02.2018-ci il tarixdə Cavabdeh ilə birlikdə 0,002 ha torpaq sahəsinin alqı-satqısını etmiş, həmin tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda X3 və X10 iştirakları ilə alqı-satqı müqaviləsi imzalamışlar. O, X11 qalan 13000 manat pulun ona verilməsini tələb etsə də, sonuncu pulu ödəməkdən yayınmışdır. O, X16 barəsində şikayəti ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin şikayət ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. X4 borcun etiraf edilməsi haqqında 20 fevral 2018-ci il tarixli qəbzdə ona 30000 manat borclu olduğunu, həmin puldan 17000 manat qaytardığını, hazırda 13000 manat borclu qalmasını qeyd etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, mübahisə araşdırılarkən cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmamışdır. Məhkəmə iclasında onun iştirakı təmin olunmamışdır. X2 arasında bağlanmış alqı-satqı müqaviləsində İddiaçı tərəf olmadığından onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Əgər məhkəmə iclasında iştirakı təmin edilsəydi, iddiaçı tərəfindən sübutlara əlavə edilməmiş, gizlədilmiş və şəxsən X3 yazdığı və sonda imzaladığı yazını məhkəməyə təqdim edərək həqiqətdə iddianın əsassız olduğunu sübut edə bilərdi. Həmin qeyd olunan sənəddə X12 göstərmişdir ki, ona satdığı evin dəyəri olan 30000 manatı tam almışdır. Bundan baçqa, qeyd edilən qətnamənin əsaslandırıcı hissəsində məhkəmə Mülki Məcəllənin borc münasibətlərini tənzilmləyən normalarına istinad etmişdir. Lakin iddiaçı tərəf borc müqaviləsi üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmiş və iddia ərizəsinə bununla bağlı heç bir sənəd əlavə etməmişdir. İddia ərizəsinin forma və məzmununa riayət ediləməməsinə baxmayaraq, məlikəmə qanunvericiliyin tələblərini pozmuş və iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmışdır. Lakin birinci instansiya məhkəməsi AR MPM-nin 152.1-ci maddəsinin tələblərinə uyğun olaraq qərardad qəbul etməli, hazırkı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Bu hallara düzgün qiymət verilmədiyindən, qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X14 apelyasiya şikayətini müdafiə edib izahatında bildirdi ki, iddia ərizəsi əslində Abşeron Rayon Məhkəməsində araşdırılmalı deyildi. Birinci instansiya məhkəməsi aidiyyat qaydalarını pozmaqla qətnamə qəbul edib. Hesab edir ki, hazırki mülki işə Cəbrayıl Rayon Məhkəməsində baxılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, cavabdeh Masazır kəndində yaşadığı üçün hazırki işə düzgün olaraq Abşeron Rayon Məhkəməsində baxılmışdır. Bu səbəbdən də işin ərazi aidiyyatı üzrə başqa məhkəməyə verilməsinə heç bir əsas yoxdur. Hesab edir ki, cavabdeh tərəf əsassız vəsatətlərlə vaxt qazanaraq məhkəmə qətnaməsinin icrasını yubatmaq istəyir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş 07 may 2021-ci il tarixli çıxarışından görünür ki, Həmzəyev X15 rayonunun Harovlu kəndində qeydiyyatdadır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştrak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutları, işin bütün faktiki hallarını qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 557/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, mülki iş baxılması üçün aidiyyatı üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Doğrudur qanunvericilikdə istisnalar nəzərədə tutulsa da həmin istisnalar hazırki hala şamil olunmur. İş materiallarından görünür ki, hazırkı mübahisə pul tələbi ilə bağlıdır və cavadeh Həmzəyev X15 rayonunun Harovlu kəndində qeydiyyatdadır. Başqa sözlə, iddiaçı aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.3-cü maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin rəsmi qeydə alındığı yer Cəbrayıl rayonu ərazisi olduğundan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-557/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyatı üzrə Cəbrayıl Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1402/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1402/2021
07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver