Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1404/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X32 və X7 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh vəkili X2, cavabdeh X14, onun nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh, X16, X8, X12, Bairamov Laich (X43) oğluna, X21 qarşı “mülkiyyət hüququnun tanınması və alqı-satqı müqavilələrinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddia təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən İddiaçı qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xhaiş etmişdir. İŞİN HALLARİ: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 20 saylı mənzilə, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 saylı mənzilə, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzilə, ünvan 6, 3 saylı mənzilə, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı qızı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh, X26, X13, X22, Bairamov Laich (X27) və X33 cavabdeh qismində işə cəlb edilməklə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilə dair Cavabdeh ilə X13 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli və X13 ilə X17 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, ünvan 6, 3 saylı mənzilə dair Cavabdeh ilə X26 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, Sumqayıt şəhəri, 3-cu mikrorayon, ev 9/6, 2 saylı mənzilə dair Cavabdeh ilə Bairamov Laich arasında bağlanmış xx xxxxxx 2013-ci il tarixli və Bairamov Laich ilə X33 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, ünvan 1, 20 saylı mənzilə, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 saylı mənzilə, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzilə, ünvan 6, 3 saylı mənzilə, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1, 20 saylı mənzil, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6, 2 sayllı mənzil, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21, 37/92 saylı mənzil, ünvan 6, 3 saylı mənzil, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 38/6V, 37 saylı mənzil faktiki olaraq ona məxsusdur və onun tərəfındən alqı- satqı müqaviləsi əsasında qardaşı X23 adına alınmışdır. Belə ki, biznes fəaliyyəti ilə, həm də ailə vəziyyəti ilə əlaqədar olaraq, o həmin mənzilləri öz adına deyil, qardaşının adına almışdır. Əmlak alqı-satqı üzrə maklerlərin və ev sahiblərinin iştirakı ilə mənzillərin baxışı və seçimi, mənzillərin əvvəlki sahibləri ilə ilkin danışıqları özü etmişdir. Mənzilin razılaşmış dəyərini özü ödəmişdir. Yaranmış vəziyyətlə bağlı alqı-satqı müqavilələri və digər sənədlər onun əvəzinə mərhum qardaşının adına sənədləşdirilmişdir. Mənzilləri özü kürayə vermişdir. Yalnız sərəncam vermə səlahiyyəti qardaşında olmuşdur. X44 xx xxxxxx 2017-ci il tarixdə 50 yaşı tam olmamış qəflətən vəfat etmişdir. Bundan sonra onun 20 ilə qədər müddətdə heç bir əlaqəsı olmayan, heç vaxt qayğısına qalmayan keçmiş həyat yoldaşı və qızı həmin mənzillərə yiyələnmiş, qardaşının vaxtsız vəfatından istifadə edərək mənzilləriu qanunsuz olaraq mənimsəyərək başqa şəxslərə satmışdır. Mənzillər Cavabdeh tərəfindən qanunsuz özgəninkiləşdirilərək bakirova Vüsalə Adil qızına, X16, X1 və onların mülkiyyətinə keçirilmişdir. Həmin mənzillərin özü tərəfindən alınmasını sübut etsə də, maklerlər, həmin mənzillərdə kirayə yaşayanlar şahid kimi ifadə versələrdə məhkəmə nəzərə almamışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Mübahisəli mənzillər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq qanun üzrə vərəsəlik qaydasında X18 qızı Cavabdeh keçmişdir. Həmin mənzilin alqı-satqısında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X26 apellyasiya şikayətinin dəlillərinə etiraz edirək göstərdi ki, ailəli olmaqla himayəsində 1 nəfər azyaşlı uşağı var. Yaşamağa evi olmadığı üçün bankdan kredit götürüb ev almaq qərarına gəlmişdir. Həmin vaxt onda 10.000 manat pul olmuşdur. Əvvəlcədən baxıb bəyəndiyi Sumqayıt şəhəri, 3-cü mikrorayon ev 13\17, 3 saylı, ümumi sahəsi 31.8 kvm olan mənzili almaq istəmiş, mənzilin qiyməti 28.000 manat olmuşdur. 18000 manatı çatmamışdır. Evin sahibi olan Cavabdeh 1000 manat beh vermişdir ki, evi başqasına satmasın, bankdan kredit götürüb evi alacaq. xx xxxxxx 2019-cu ildə “xxxxxx” İKB ASC ilə kredit müqaviləsi bağlayaraq anası X15 adına 18000 manat kredit götürmüş, həmin müqaviləyə əsasən anasına zamin dayanmış, xx xxxxxx 2019-cu ildə Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla mənzili almışdır. Alqı-satqı müqaviləsində mənzilin qiyməti 27.000 manat göstərilib. Lakin, əvvəlcədən beh kimi verdiyi 1000 manat göstərilməyib. Mənzil təmirsiz olduğu üçün oranı təmir etdirmiş, təmirə 7000 manat pulu çıxmışdır. Bundan sonra alqı-satıqı müqaviləsini ƏMDK yanında DƏDRX-in 2 saylı ərazi idarəsinə təqdim edərək adına çıxarış almışdır. Hal-hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Əlavə olaraq onu da qeyd edir ki, kreditin məbləği 18.000 manat olmaqla 7 illik müddətinə bağlanılıb. O, 18.000 manata görə əlavə olaraq 13779.00 manat faiz ödəyəcək. Mənzili alarkən onun satıcısının Cavabdeh olmasını bilmişdır. Cavabdeh mənzilin onun mülkiyyətində olmasına ona çıxarışı göstərmişdir. Yəni, mənzilin mülkiyyətçisi Ülkər idi. mənzil almağında və mülkiyyətinə keçirərək orada yaşamağında heç bir pozuntu yoxdur. İddia ərizəsində mənzillərin İddiaçı tərəfindən alınmasına dair heç bir mötəbər sübuta istinad edilməmişdir. Bəhanə kimi isə göstərilir ki, iddiaçı öz biznes və iş fəaliyyətinə görə mənzilləri öz adına sənədləşdirməmişdir. Halbuki, demokratik dövlətdə vətəndaşlara hər hansı bir qadağa qoyulmamışdır ki, hər hansı fəaliyyətinə görə adına əmlak almasın. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X14 nümayəndəsi və vəkili X24 apellyasiya şikayətinin dəlillərinə etiraz edib, müvəkkilinin izahatını təsdiq etdiyini bildirirək göstərdi ki, iddiaçının iddia tələbi öz təsdiqini tapmır. Hətta onun həqiqətən haqlı olduğunu qəbul etsə belə, bu hal cavabdeh İddiaçı qızı ilə X26 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, X26 vicdanlı alıcıdır. O mənzili alarkən onun başqa şəxslərə məxsus olması ehtimalından xəbəri belə olmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı qızına, cavabdehlər X8, X12, Bairamov Laich (X43) oğluna, X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X28 bildirdi ki, o ev alqı-satqısı ilə məşğul olur. Mərhum X29 tanjıyırdə. Sumqayıt şəhəri, 3-cü və 5-ci mikrorayondakı evlərin satışı ilə əlaqədar sosial şəbəkədə elan yerləşdirmişdir. Nail həmin evlərlə maraqlanmış, onları almaq istəmişdir. Evlərə baxdıqdan sonra bacısı Ülviyyənin də gəlib evlərə baxacağını bildirmişdir. Sonradan onların hər ikisi gəlib evlərə baxmış, evləri bəyənmişlər. Alqı-satqıya həm Nail, həm Ülviyyə, həm də o özü getmişdir. Orada Ülviyyə çantasından çıxardığı pulu Nailə vermiş, o isə banka həmin pulu ödəmişdir. Sənədləşdirmə Nailin adına olmuşdur. Həmin evləri o həm də kirayəyə vermişdir. Kirayə pullarını bəzən Nail, bəzən isə Ülviyyə ondan götürmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X25 bildirdi ki, ünvan 6, 3 saylı mənzil ona məxsus olmuşdur. O həmin evi təxminən 2017-ci ildə Ülviyyəyə satmışdır. Ülviyyə evə baxmağa qardaşı Naillə gəlmişdir. Ama evin pulunu Ülviyyə vermişdir. Ülviyyə ona demişdir ki, işi ilə əlaqədar evi öz adına yox, qardaşı Nailin adına alır. Notariusda sənədləşmə Nailin adına olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X19 bildirdi ki, o ev alqı-satqısı ilə məşğul olur. Hazırki iş üzrə mübahisələndirilən Sumqayıt şəhəri, 3-cü və 4-cü mikrorayondakı evlərin satışında o iştirak etmişdir. Evə birinci dəfə Nail gəlib baxmış, sonra isə Ülviyyə baxmışdır. Ülviyyənin kim olduğunu soruşanda Nail onun bacısı olduğunu bildirmişdir. Sözügedən mənzilləri bacı qardaş birlikdə almışlar. Alqı-satqıda bütün sənədləşdirmə Nailin adına olmuşdur. Evin alqısatqısı ilə əlaqədar bütün ödənişlərdə Ülviyyə də iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 X49 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********17 saylı məktubundan görünür ki: ünvan 1 ünvanda yerləşən 20 nömrəli mənzil Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu Ə.İ.Bünyatov tərəfindən 4Ə-90 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Əhmədov Nail Hikmət oğlunun adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) Bakı şəhəri, 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 2V- 144 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) ünvan 2 ünvanda yerləşən 2 nömrəli mənzil Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-114 saylı reyestrlə təsdiq edilən, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Əhmədov Nail Hikmət oğlunun adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) Bakı şəhər 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən 2V-145 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil Cavabdeh adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi; xx.xx.2018) Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 46-2155 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Bairamov İalchının adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən 4Ə-3 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil X20 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) Sumqayıt "ASAN” Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu B.M.Əhmədli tərəfindən təsdiq olunmuş 4Ə-3167 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil Süleymanov ilham Süleyman oğlunun adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ünvan 4 ünvanda yerləşən 37/92 nömrəli mənzil Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-122 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X23 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 2V- 146 saylı reyestrlə təsdiq olunmuş 19 05.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-1933 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu tarixli alqı-satqı müqaviləsi əsasında mənzil sahəsi X4 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ünvan 6 ünvanda yerləşən 3 nömrəli mənzil Sumqayıt şəhər 3 saylı notarıat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-545 reyestr nömrəli. xx.xx.2016-cı il tarixii alqı-satqı müqaviləsi əsasında mənzil sahəsi X23 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli dovlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhər 9 saylı notarıat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-143 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil ƏhıVıədzadə Ülkər Nfail qızının adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-101 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil sahəsi X14 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli. xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 8 ünvanda yerləşən 37 saylı mənzil Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-1295 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2017-cu tarixli alqı-satqı müqaviləsi əsasında X23 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017) Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfındən 2V- 207 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 4Ə-2166 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2018-ci tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X5 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018) Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən 4Ə- 926 saylı reyestrlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil X9 adına qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçının hazırki iddia ərizəsi ilə müraciət etməsinə subyektiv hüququnun olmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Belə ki, iş materaillarından müəyyən olunur ki, mübahisəli mənzillər X23 adına dövlət reyestrində qeydiyyata alınmış, X34 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, qeyd edilən mənzillər vərəsəlik şəhadətnamələri əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırki işdən görünür ki, iddiaçı mübahisələndirilən mənzillərin öz vəsaiti hesabına alınması, lakin mənzilləri öz adına deyil qardaşı Nailin adına rəsmiləşdirilməsini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X41 Məhkəməsinin «X6rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edillən qanunvericilik normasına əsasən iddiaçı iddiasını əsaslandıra bilməmişdir, həmin mənzillərin ona məxsus olmasına dair sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası mənzillərin iddiaçınin vəsaiti hesabına alınmasına dair şahid ifadələrini mötəbər sübut kimi, yəni iddianın təmin edilməsi üçün əsaslı saymır. Belə ki, həm mənzillərin seçilməsində, həm də mənzillərin dəyərinin satıcılara ödənilməsində X34 ilə yanaşı İddiaçı qızının da iştirak etməsi həmin mənzillərin İddiaçı qızı tərəfindən alındığını təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə iş materiallarından görünür ki, mübahisəli mənzillər vərəsəlik şəhadətnamələri əsasında Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmış, həmin qeydiyyatlar hazırki gündə hər hansı orqan və ya şəxs tərəfindən mübahisələndirilməmiş, eləcə də hər hansı məhkəmə qərarı ilə ləğv edilməmişdir. Belə olan halda, yəni mənzillərə dair Cavabdeh adına dövlət reyestrində qeydiyyat olduğu halda həmin mənzillərə dair iddiaçının mülkiyyət hüququnun tanınması qanunvericilik normalarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Həmin Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Həmin Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, AR Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə olan halda, hazırki iş üzrə iddiaçının qeyd edilən mənzillərə dair hər hansı hüququ olmadığından iddia qaldırmaq üçün heç bir hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzillərə dair hər hansı hüququ olmadığından, eləcə də onun mənzillərə dair mülkiyyət hüququnun tanınmasına dair iddiası əsassız olduğundan həmin mənzillərin Cavabdeh tərəfindən başqa şəxslərə satılmasında dair alqı-satqı müqavilələrinin etibarsız sayılmasına dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7017/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı qızının apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1404/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1404/2020
25.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver