Məhkəmə qərarları › İş №2(105)-1404/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1404/2024

26.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1404/2024 26.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh2 hüquqi varisi X6 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Cavabdeh2, Şamaxı Rayon Notariat Kontoruna və Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı qeydiyyat vəsiqəsinin, torpaq sahəsinin ayrılması haqqında qərarın, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-613/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh2 və Şamaxı rayon Notariat Kontoruna qarşı “qeydiyyat vəsiqəsinin, torpaq sahəsinin ayrılması haqqında qərarın, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə dair X1 adına verilmiş 12 dekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsinin, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X1 və onun oğlu X7 mülkiyyətinə ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının, 0,13 ha torpaq sahəsi üzərində X1 və X7 mülkiyyət hüququna dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin fərdi yaşayış evinə dair X5 ilə X13 və Cavabdeh2 arasında Şamaxı rayon notariat kontorunda bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında X8 Cavabdeh2 fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.m. yaşayış sahəsi, 144,5 kv.m. ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsi olan 0,13 ha torpaq sahəsinin rəsmiləşdirilməsinin, özgəninkiləşdirilməsinin və onlar üzərində hər hansı şəkildə sərəncam verilməsi ilə bağlı hərəkətlərin edilməsinin cavabdehlər DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh2, Şamaxı rayon Notariat Kontoru və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-613/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim Etibar Hümbətov) ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, Cavabdeh2 və X11 məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsi olan 0,13 ha torpaq sahəsinin rəsmiləşdirilməsi, özgəninkiləşdirilməsi və üzərində hər hansı şəkildə sərəncam verilməsi cavabdehlərə qadağan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3472/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3967/2022 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3472/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh2 hüquq varisi X12 ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-613/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri kimi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan, 3 otaqlı fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsi olan 0,13 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Cavabdehin hüquq varisi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Cavabdeh2 və Şamaxı rayon Notariat Kontoruna qarşı “qeydiyyat vəsiqəsinin, torpaq sahəsinin ayrılması haqqında qərarın, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair” iddia ərizəsi Şamaxı Rayon Məhkəməsinin 2(074)-613/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Lakin, qeyd olunan əmlakın üzərində məhdudiyyət olduğundan, həmin miras əmlakla bağlı müəyyən sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən, əmlakın üzərindən məhdudiyyətin götürülməsinə zərurət yaranmışdır. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-613/2021 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) ərizə təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-613/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 və X11 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsi olan 0,13 ha torpaq sahəsinin rəsmiləşdirilməsinə, özgəninkiləşdirilməsinə və üzərində hər hansı şəkildə sərəncam verilməsinə edilmiş qadağanın götürülməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(074)-613/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan ciddi narazı olduğundan bundan şikayət verir. O, 2024-cü ilin fevral ayında “X2, Cavabdeh2 Vasilyevişin və X7 adına verilmiş Çıxarışların ləğv olunması və onun adına yeni Çıxarışın verilməsi tələbinə dair” Şamaxı Rayonu, Çuxuryurd kəndində mərhum atam X3 məxsus fərdi yaşayış evi üzərində hüquqlarının tanınması üçün Dövlət Notariusu tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin bərpa olunması barədə qərar qəbul edilməsini və X2 adına verilmiş qeyri-qanuni Çıxarışın ləğv olunmasını, həmçinin Cavabdeh2 və X13 adlı şəxslərin adlarına olan Seriya MA ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan xx.xx.2011-ci il tarixli qeyri-qanuni Çıxarışın ləğv edilməsini Şamaxı Rayon Məhkəməsindən xahiş etmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-549/2024 saylı qərardadı ilə iddia ərizəsi üzrə məhkəmə icraatına xitam verilmişdir. Bu qərardaddan apellyasiya şikayəti vermiş və iş materialları hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsində 2(105)-1333/2024 saylı iş kimi xx.xx.2024-cü il tarixdən hakim Lalə Rəhimlinin icraatındadır. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-613/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadının 2-ci səhifəsinin 5-ci abzasında yazılmışdır ki, guya ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə İddiaçı və digər cavabdehlər DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin və Şamaxı rayon Notariat Kontorunun nümayəndələri məhkəməyə gəlməmişdirlər. Halbuki, bu yalandır. Ona bu barədə heç bir məlumat verilməmişdir. Bu qərardad ondan xəlvəti qəbul edilmişdir. Odur ki, nüsxəsini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-549/2024 saylı qərardadının mövcudluğu və ondan şikayəti nəticəsində işin Sumqayıt Apellyasiya Məhkəməsində 2(105)-1333/2024 saylı iş kimi xx.xx.2024-cü il tarixdən icraatda olması faktları təsdiq edir ki, sözügedən mənzil hal-hazırda mübahisəli vəziyyətdədir və bu iş məhkəmənin icraatındadır. Odur ki, mənzil mübahisəlikən onun üzərindən məhdudiyyətin götürülməsi işin qabaqcadan mahiyyəti üzrə necə həll olunacağını göstərir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.7-ci maddəsinə ziddir və mübahisəli evin üzərindən məhdudiyyətin götürülməsi onun hüquqlarını pozur. Buna görə də Şamaxı Rayon Məhkəməsinin 2(074)-613/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmalı və məhdudiyyət mübahisəli evin üzərində hələ bir müddət müvəqqəti qalmalıdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-613/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 hüquqi varisi X6 nümayəndəsi X9 şikayətə etiraz edərək bildirdi ki, Cavabdeh2 01 dekabr 2023-cü ildə ölüb, əmlak üzərindəki həbsə görə vəziyyətnaməyə əsasən əmlakı uşaqların adına sənədləşdirə bilmirlər. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-613/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisəli əmlakın rəsmiləşdirilməsi, özgəninkiləşdirilməsi və üzərində hər hansı şəkildə sərəncam verilməsinin cavabdehlərə qadağan edilmiş, Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(103)-3472/2021 nömrəli qətnaməsi ilə təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3967/2022 nömrəli qərarı təmin edilməmişdir. Bununla da iddia tələbinin təmin edilməməsinə dair Şamaxı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(074)-613/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbayсan Respublikası Mülki Prosessual Məсəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi hazırki iş üzrə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, işə apellyasiya və kassasiya qaydasında baxılaraq iddiaçının şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə də işə mahiyyəti üzrə baxılıb həll edildiyindən qanunvericiliyə uyğun olaraq müvəqqəti təminat tədbirini ləğv etmişdir. Məhkəmə kollegiyası şikayətin hazırda X2, Cavabdeh2 Vasilyevişin və X7 adına verilmiş Çıxarışların ləğv olunması və onun adına yeni Çıxarışın verilməsi tələbinə dair” Şamaxı Rayonu, Çuxuryurd kəndində mərhum atası X3 məxsus fərdi yaşayış evi üzərində hüquqlarının tanınması üçün Dövlət Notariusu tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin bərpa olunması barədə qərar qəbul edilməsi və X2 adına verilmiş qeyri-qanuni Çıxarışın ləğv olunması, həmçinin Cavabdeh2 və X13 adlı şəxslərin adlarına olan Seriya MA ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan xx.xx.2011-ci il tarixli qeyri-qanuni Çıxarışın ləğv edilməsi barədə tələbinə məhkəmədə baxılmasına dair dəlilinə münasibətdə isə qeyd edir ki, əmlak üzərinə qadağaların qoyulması hazırki mübahisə ilə əlaqədar işə baxılıb qurtarana qədər qoyulmuşdur. Digər tərəfdən isə məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1333/2024 nömrəli qərardadından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-549/2024 nömrəli qərardadı iddiaçının qeyd ettdiyi iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsini qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-613/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-613/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar