Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1414/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Cavabdeh 18 aprel 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Cavabdeh 18 aprel 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) İddiaçı Cavabdehnə qarşı Cavabdeh bütün tərkibinə etdiyi etiraz məsələsinin həll edilməsi üçün etirazının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə dair mülki iş üzrə Cavabdeh 30 dekabr 2021-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadından şikayət vermə müddətinin bərpa olunması barədə ərizəsi təmin olunmamış və Cavabdeh 30 dekabr 2021-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Cavabdeh 05 may 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Əliyeva X1 Rayon Məhkəməsinə qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi ittiham qaydasında ittiham olunmasına dair 1(012)-519/2021 saylı iş üzrə Cavabdeh bütün tərkibinə etdiyi etiraz məsələsinin həll edilməsi üçün etirazının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 30 dekabr 2021-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Cavabdeh 24 yanvar 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı ilə 30 dekabr 2021-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Cavabdeh 04 fevral 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2(105)-810/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh 24 yanvar 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh 30 dekabr 2021-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadından şikayət, həmçinin şikayət vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh 18 aprel 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin 30 dekabr 2021-ci il tarixli, 2(012)- 7344/2021 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər 21 yanvar 2021-ci il tarixdə ona geri qaytarılmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 (on) gün müddət keçmədən həmin qərardaddan şikayət vermişdir. Cavabdeh 24.01.2022-ci il tarixli, qərardadı ilə şikayəti təmin edilməmiş, şikayətə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində 25 yanvar 2022-ci il tarixdə şikayəti təmin edilməmiş və bu qərardaddan şikayət etmək hüququnun olmaması ona izah edilmişdir. Həmin qərardad ona hələ təqdim edilməmişdir. Buna görə də Cavabdeh 30 dekabr 2021-ci il tarixli, 2(012)- 7344/2021 nömrəli qərardadından şikayət edilməsi üçün prosessual müddətin buraxılması üzrlü sayılmalıdır, çünki onun tərəfindən Cavabdeh 2(012)-7344/2021 saylı, 30 dekabr 2021ci il tarixli qərardadından verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə məhkəməyə ünvanlandığı əsas götürülmüş, yəni şikayətin elektron ya poçt vasitəsi ilə verilməsi mübahisələndirilmişdir. Buna görə də Cavabdeh tərəfindən 24 yanvar 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardad çıxarılmışdır. Qərardaddan qanunla nəzərdə tutulmuş qaydada onun tərəfindən şikayət verilmiş, şikayəti təmin olunmamışdır. Bununla bağlı prosessual müddət bu baxımdan ötürülmüşdür. Məhkəməyə müraciət edilməsi qaydası tam aydınlaşdırılana qədər prosessual müddətin axımı dayandırılmış hesab olunmalıdır. Bu mənada 30.12.2021-ci il tarixli qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş müddət buraxılmamışdır. Buraxılsa belə, üzrlü səbəbdən buraxılmışdır. Ona görə də, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilib, apellyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh 30 dekabr 2021-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı iddiaçı tərəfindən 21 yanvar 2022-ci il tarixdə əldə edilmiş, qərardaddan onun şikayəti məhkəməyə 04 mart 2022-ci il tarixdə daxil olmuş, yəni iddiaçı qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini 32 gün gecikdirmişdir. Bu müddətin üzrlü səbəblərdən ötürülməsi barədə iddiaçı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Madə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllə Maddə 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 10 günlük müddətin axımının, qərardadın surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. sMəhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cavabdeh 18 aprel 2022-ci il tarixli, 2(012)-7344/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1414/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1414/2022
08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver