Məhkəmə qərarları › İş №2(105)-1418/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1418/2021

19.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1418/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddia qismən təmin edilib, tərəflərin bərabər paylarla, ümumi paylı mülkiyyətində olan, qiyməti 2500 manat təşkil edən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsindəki ½ hissə payının dəyəri, yəni 1250 (bir min iki yüz əlli) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası (müstəqil qiymətləndirici) tədqiqatının dəyəri 300 (üç yüz) manatın 50 %-i, yəni 150 (bir yüz əlli) manatı İddiaçı, 50 %-i, yəni 150 (bir yüz əlli) manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik Mall filialındakı (kod-201025, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT kod: AİİBAZ2X, h/h AZ53AİİB********************) hesablaşma hesabına keçirilməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddiasının “payların naturada ayrılması” hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı G.S. Əliyeva həmin qərardaddan şikayət verib, ləğv edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “payların uyğun olaraq naturada ayrılması, payının dəyərinin cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Siyəzən şəhəri Xətai küçəsində yerləşən evin və torpağın ona düşən payının naturada bölünməsi mümkün olmadığı təqdirdə, onun payının dəyəri müəyyən edilməklə, digər mülkiyyətçi cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı G.S. Əliyeva şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh və üçüncü şəxs ƏMDX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “payların uyğun olaraq naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddiasının “payların naturada ayrılması” hissəsi üzrə icraata xitam verərkən Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(059)-110/2018 saylı qətnaməsinə istinad edib, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair artıq iddianın təmin edilməməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmənin qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(059)-110/2018 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və üzərindəki tikilidəki payının naturada bölgüsünün həyata keçrilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payın tanınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olur ki, həmin vaxt İddiaçı Cavabdeh qarşı iddia tələbinin əsasını “torpaq sahəsinin və üzərindəki tikilidəki payının naturada bölgüsünün həyata keçrilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payın tanınması” təşkil etdiyi halda, hazırkı iddia tələbinin əsasını “payların uyğun olaraq naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” təşkil edir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Göründüyü kimi iddia tələbləri eyni tərəflər arasında və eyni predmet üzrə mübahisə olduğu halda, hər iki iş üzrə mülki mübahisənin tələb və əsası ayrı-ayrı olub, eynilik təşkil etmir. Belə olduğu halda hazırkı iddia tələbi Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2021ci il tarixli, 2(059)-24/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxx 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “payların uyğun olaraq naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddiasının “payların uyğun olaraq naturada ayrılması” hissəsi üzrə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxx 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “payların uyğun olaraq naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddiasının “payların uyğun olaraq naturada ayrılması” hissəsi üzrə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar