Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1424/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X10 vəTağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X13, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X11, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-804/2019 saylı qətnaməsindən İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-804/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “Ford Transit” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 3278 manat, həmin avtomobildə olan əmlaka dəymiş maddi ziyana görə 758 manat və avtomobilin sürücüsü X5 dəymiş maddi ziyana görə 750 manat olmaqla, cəmi 4786 manat məbləğində maddi ziyanın və 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin hesabına ödənilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə, avtomobildə olan əmlaka və zərərçəkənə dəymiş zərərə görə 5016 manat sığorta ödənişi məbləğinin və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun, cəmi 5046,40 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitələrinin icbari sığortalar növü üzrə cəmiyyətdə sığortalı olan Cavabdeh2 xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında Cavabdeh1 məxsus idarə etdiyi “VAZ 21074” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Mədrəsə kəndinə yol ayrıcının yaxınlığında zərərçəkmiş X6 tərəfindən idarə olunan “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və toqquşma nəticəsində X6 yüngül dərəcəli xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili sərxoş vəziyyətdə və etibarnaməsi olmadan idarə etmişdir. “İcbari sığortalar haqqında” qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili sərxoş vəziyyətdə və etibarnaməsi olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Şamaxı Rayon Məhkəməsinin 3(074)-418/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli hesabata uyğun olaraq, “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobildə olan əmlaka (mebel aksesuarları) 758 manat ziyan dəymişdir. X7 (VÖEN: **********) tərtib etdiyi qüsur aktına əsasən “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3508 manat ziyan dəymişdir. PAT ********** sığorta müqaviləsinin 056655 saylı sığorta aktına əsasən cəmiyyət 750 manat X2 dəyən yüngül xəsarətə görə, 057229 saylı sığorta aktına əsasən “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobildə olan əmlaka dəymiş zərərə görə və 057473 saylı sığorta aktına əsasən “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmi 5016 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində cəmiyyətə dəymiş 5016 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməli və iş üzrə iddia tələbi tam təmin edilməklə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutların içində xx.xx.2018-ci il tarixli, 41677418 (11589) saylı, xx.xx.2018-ci il tarixli, 41956018(11972) saylı, xx.xx.2018-ci il tarixli, 14062 saylı ödəniş tapşırıqlarına və dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata görə zərərin ümumi məbləği 5016 manat təşkil edir. Bu qədər mötəbər və əsaslı sübutlar isə məhkəmə tərəfindən qiymətləndirilməmiş və düzgün nəzərə alınmamışdır. Buda öz növbəsində prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə nəticələnərək səhv qətnamə çıxarılmasına səbəb olmuşdur. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edərək, 5046,40 manat məbləğində pulun və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmiyyətin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X16 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD seriyalı, 052225 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan AB seriyalı, 283598 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-21074” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X14r. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat kontorunda xx xxx 2018-ci il tarixdə təsdiq edilərək 7E-10295 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X17 “Vaz-21074” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxx 2019-cu il tarixədək idarə etməyi və s. hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 057473 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu, Mədrəsə yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Vaz-21074” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Nəticədə “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 3508 manat məbləğində maddi ziyan dəymişdir, sığorta ödənişinin məbləği 3508 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli fiziki şəxs X15 (VÖEN: **********) tərəfindən verilmiş qüsur aktının surətindən görünür ki, “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3508 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 057473 saylı sığorta aktına əsasən X7 hesabına 3508 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 057229 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu, Mədrəsə yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış “Vaz-21074 markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka (mebel, elektronika məhsulları) 758 manat məbləğində maddi ziyan vurmuşdur, sığorta ödənişinin məbləği 758 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, zədələnmiş əmlaka baxış keçirilmiş və nəticədə 758 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 057229 saylı sığorta aktına əsasən X4 hesabına 758 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 056655 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış “Vaz-21074” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Şamaxı rayonu, Mədrəsə yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X1 yüngül xəsarət yetirilmişdir. X1 dəymiş yüngül xəsarətə görə sığorta ödənişinin məbləği 750 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 056655 saylı sığorta aktına əsasən X4 hesabına 750 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə portaldan çıxarışın surətindən görünür ki, “Vaz-21074” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil PAT ********** saylı sığorta şəhadətnaməsi ilə İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, qəza törətmiş nəqliyyat vasitəsi “Vaz-21074” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobildir, mülkiyyətçisi X14r, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2 olduğu müəyyən edilmişdir. Həmçinin sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş, lakin o, sərxoş olmuşdur. Hadisə zamanı zərərçəkmiş şəxs X6 olmuş, onun sağlamlığına yüngül zərər dəymişdir. Eyni zamanda hadisə zamanı “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 3(074)- 418/2018 saylı qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 700 manat cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh2 Şamaxı rayon Polis şöbəsinin İstintaq bölməsinə verdiyi izahatın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman o, içkili vəziyyətdə olmuş, Cavabdeh1 etibarnamə ilə edarə etdiyi “Vaz-21074” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün istəmiş, daha sonra Cavabdeh1 həmin avtomobildə olmaqla “Vaz 21074” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 174 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixdə sərxoş olmuşdur. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli, 25887 saylı rəyindən görünür ki, “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti 1898 manat, təmir-bərpa işlərininqiyməti1380 manat olmaqla, cəmi 3278 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli, 25887 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiyməti 1898 manat, təmir bərpa işlərininqiyməti 1380 manat olmaqla, cəmi 3278 manat təşkil edir. Göründüyü ki, “Ford Transit” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3278 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş xx.xx.2019-cu il tarixli, 25887 saylı ekspert rəyi ilə tam təkzib olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-804/2019 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-1424/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1424/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver