Məhkəmə qərarları › İş №2(105)-1437/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1437/2024

22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1437/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X22 qarşı payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X64 və X6 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X30, onun vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X22 qarşı payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-656/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İV-ЖГ seriyalı 326436 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 ilə X49 29 yanvar 1960-cı il tarixdə 28 № ilə rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən X49 ərinin soyadına uyğun “Xanəliyeva” soyadını qəbul etmişdir.

2. AZ-İİ seriyalı 394446 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 03 mart 2002-ci ildə vəfat etmişdir.

3. AZ-İ seriyalı, 706781 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 30 avqust 2014-cü ildə vəfat etmişdir.

4. X13 01 mart 1994-cü il tarixli vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, X25 özünə məxsus Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən fərdi yaşayış evini ölümündən sonra nəvəsi X22 vəsiyyət etmişdir.

5. JN 0067 seriyalı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktınının surətindən müəyyən olunur ki, X13 mülkiyyətinə Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsi verilmişdir.

6. JN-067A kodu 30213088 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, 27 noyabr 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının 12 saylı qərarına əsasən X13 paylı mülkiyyətinə Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsi verilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 81,80 kv.metr olan fərdi yaşayış evi X13 xüsusi mülkiyyətindədir.

8. Xaçmaz rayon Dövlət Arxivinin 22 noyabr 2023-cü il tarixli, 348-18RA/2-X983- 14/23 saylı arxiv arayışından müəyyən olunur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1991-1995-ci illərə aid Ağaverdioba kəndi üzrə 01 saylı təsərrüfat başına kitabında mərhum X25 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi mülkiyyətində 1953-cü ildə tikilən ev, şəxsi istifadəsində cəmi torpaq 0.25 ha, kolluqların, tikililərin və s. altında 0.002 ha qeyd olunmuşdur. Təsərrüfatın üzvləri - X31, İddiaçı - gəlini, X50 - nəvəsi, X14 - nəvəsi, X30 - nəvəsi.

9. Xaçmaz rayonu Qusarçay kəndi İƏD üzrə nümayəndəsinin 24 avqust 2023-cü il tarixli 622 nömrəli arayışının surətindən müəyyən olunur ki, X31 1960 ildən 2014-cü ilədək Xaçmaz rayonu, Ağaverdioba kəndində yaşamış, orada da 30 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: həyat yoldaşı - İddiaçı, oğlu - X50, oğlu - X14, oğlu - X30.

10. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, X11 əri X68 xx.xx.1975-ci ildə, oğlanları X32 xx.xx.2017-ci ildə, X39 xx.xx.2013-cü ildə, X31 xx.xx.2014-cü ildə vəfat etmişlər.

11. Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2002-ci ildə vəfat etmiş anası X13 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir.

12. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2002-ci ildə vəfat etmiş anası X13 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir.

13. X23 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı 04 aprel 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X12 miras qalan payından İddiaçı xeyrinə imtina etmişdir.

14. X26 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən əmisi arvadı İddiaçı xeyrinə imtina etmişdir.

15. X27 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən əmisi arvadı İddiaçı xeyrinə imtina etmişdir.

16. İddiaçı Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı 29 mart 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X15 məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsində özünə düşən payından imtina etmişdir.

17. X8 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı 29 mart 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X15 məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsindən özünə düşən payından imtina etmişdir.

18. X33 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı 29 mart 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X15 məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsində özünə düşən payından imtina etmişdir.

19. Cavabdeh1 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı 04 aprel 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, özünə düşən miras paydan X16 xeyrinə imtina etmişdir.

20. Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı 04 aprel 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, özünə düşən miras paydan X16 xeyrinə imtina etmişdir.

21. X23 Xaçmaz Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, özünə düşən miras paydan İddiaçı xeyrinə imtina etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

22. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X22 qarşı payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehlər arasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.1999-cu il tarixli JN0067 KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən 0.48 ha kənd təssarüfatlı torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.2002-ci il tarixli JN067A KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi, mərhumə qaynanası X12 miras qalmış mülkə münasibətdə mirasın tərəflərindən qəbul edilməsi faktı müəyyən edilməklə mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun yaxın qohumarıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.1999-cu il tarixli JN-0067 KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xäçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.2002-ci il tarixli JN-067A KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi mərhum qaynanası X13 adına verilmişdir. Mərhum qaynanası X25 əri X17 anasıdır. Həmin evdə o və onun ailəsi birgə nikahda olan zaman xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X31, övladı X18, Cavabdeh3, X51 və xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum qaynanası X4 rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin arayışından göründüyü kimi birgə ancaq öz ailələri yaşamışlar. Hətta 0.48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən hal-hazırda o, istifadə edir. Mərhum qaynanası olan X13 Xaçmaz rayon Qeydiyyat şöbəsinin arayışından göründüyü kimi iki nikahından 5 övladı var. xx.xx.1953-cü il təvəllüdlü X32, xx.xx.1955-ci il təvəllüdlü xx.xx.2013-cü il tarixdə vəfat etmiş X39, xx.xx.1960-cı il təvəllüdlü xx.xx.2014-cü il tarixdə vəfat etmiş X31, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Sonuncu nikahda olan X68 ilə xx.xx.1975-ci il tarixdə nikahları pozulmuşdur. O, gəlin köçərkən bu günə qədər mərhum qaynanasından miras qalmış fərdi yaşayış evini və kənd təsərrüfat təyinatlı torpaq sahəsini o, ailəsi ilə birgə idarə edir və arayışlardan da göründüyü kimi mirası o, qəbul etmişdir. Mirası onlar qəbul etmişlər, ümumiyyətlə mərhum qayınanasına o və ailəsi baxmışdır. Mərhum qayınanasının digər övladları həmin mirasdan istifadə etməyiblər və onlarla birgə yaşamayıblar, ümumiyyətlə həmin torpaq sahələrini və üzərində olan fərdi yaşayış evini o və onun ailəsi idarə edir və yaşayırlar. Mərhum qayınanasından miras qalmış 0.29 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi və 0.48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onunla cavabdehlər arasında bölünməlidir. Həmin torpaq sahələri onun yə öyladlarının istifadəsindədir. Təsərüffatı o və övladları ailələri ilə birgə istifadə etmişlər. Torpaq sahəsinin üzərində olan tikilidə o, övladlarının ailəsi ilə birgə yaşayır. Digər vərəsələrin bu torpaq sahəsinə və evə heç bir marağı, əməyi və istifadəsi olmayıb. Ümumiyyətlə həmin torpaq sahəsindən istifadə etməyiblər, bir vərəsə kimi mərhum qayınanasına baxmayıblar. Mərhum qayınanasına o, baxmış, qulluq etmişdir. Həmin torpaq sahəsinin naturada bölünərək ona düşən torpaq sahəsinin ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

24. Daha sonra, İddiaçı 29 mart 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək 0.48 ha torpaq sahəsindən ona düşən paydan imtina etmişdir.

25. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-656/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abıyeva) iddia təmin edilmiş, xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X13 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən 1/40 hissədə İddiaçı, 39/40 hissədə isə X16 payları müəyyən edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X31 30 avqust 2014-cü ildə məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyündən onun məcburi pay tələb etmək hüququ onun birinci növbəli vərəsələri - arvadı olan İddiaçı, uşaqları X50, X14 və X1.

27. Belə olan halda birinci növbəli vərəsələri - arvadı olan İddiaçı xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X13 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsindən 1/40 hissədə və JN 0067 seriyalı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X13 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsindən 1/40 hissədə məcburi pay almaq hüququ vardır. Lakin İddiaçı 29 mart 2024-cü il tarixli ərizəsi ilə 0.48 ha torpaq sahəsindən ona düşən məcburi paydan imtina etmişdir.

28. Bundan başqa X25 01 mart 1994-cü il tarixli vəsiyyətnamə ilə xx.xx.2024-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən fərdi yaşayış evini X22 vəsiyyət etdiyinə görə, həmin evin 39/40 hissəsinə X16 vəsiyyət üzrə vərəsəlik qaydasında payı vardır.

29. Məhkəmə araşdırması zamanı X5 Badyacamal Əlibəy qızından miras qalan payından İddiaçı xeyrinə, X44 ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən İddiaçı xeyrinə, X45 ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən İddiaçı xeyrinə imtina etmişlər. Cavabdeh1 və Cavabdeh2 özlərinə düşən miras paydan X16 xeyrinə imtina etmişlər.

30. X2 və X10 Badyacamal Əlibəy qızına məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsində özlərinə düşən paydan imtina etmişlər.

31. X24 birinci növbəli vərəsəsi X52 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, dəfələrlə məhkəmə iclaslarına dəvət edilməsinə baxmayaraq, heç bir məhkəmə iclasına gəlməmiş, həmçinin özünə düşən paydan hər hansı bir vərəsənin xeyrinə imtina etməsi barədə ərizəsini məhkəməyə təqdim etməmişdir.

32. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X13 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən 1/40 hissədə İddiaçı, 39/40 hissədə isə X16 payları müəyyən edilməlidir.

33. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1194 və 1202.1ci maddələrinin və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

34. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirərək vərəsəlik üzrə payının düzgün müəyyən edilməklə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətin anlayışı adlanan qeyd edilən normadan da göründüyü kimi, şərt deyildir ki, vəsiyyət edən bütün əmlakını vəsiyyət etsin, əmlakın bir hissəsinin də vəsiyyət edilməsinə qanun izin verir. Hazırki vəziyyətdə də miras qoyan X25 da miras əmlakının tamamını deyil, sadəcə bir hissəsini, yəni özünə məxsus fərdi yaşayış evini vəsiyyət etmişdir. Lakin məhkəmə qətnamə çıxararkən bütün əmlakın vəsiyyət olunduğu nəticəsinə gəlmişdir. Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Vəsiyyətnamədən kənarda qalan əmlaklara, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-067A KOD 30213088 saylı şəhadətnamə ilə Xaçmaz rayonu, Ağaverdi-Oba kəndində 0,29 ha həyətyanı torpaq sahəsinə münasibətdə qanun üzrə vərəsəlik tətbiq etməkdənsə, vəsiyyət üzrə vərəsəlik tətbiq etmişdir. Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar, əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. Vəsiyyətnamədə toxunulmamış miras hissəsinə, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-067A KOD 30213088 saylı şəhadətnamə ilə Xaçmaz rayonu, Ağaverdi-Oba kəndində 0,29 ha həyətyanı torpaq sahəsinə mənim irsi transmissiya qaydasında vərəsəlik hüququ saxlanmalı idi. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1256-cı maddə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İş materiallarından göründüyü kimi iş üzrə qanun üzrə və məcburi pay hüququ olan vərəsələr miras qoyan Badyacamal Əliyeva 2002-ci ildə vəfat etsə də, 2023-cü və 2024-cü ildə miras əmlakdan imtina etmişlər. Bununla da onlar 3 aylıq məcburi paydan imtina etmək müddətini ötürmüşlər. Bu halda isə onların payları həmin müddət ötürüldüyü üçün iş üzrə cavabdeh X16 payına əlavə edilə bilməzdi. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. İş materiallarından da göründüyü kimi miras qoyan X13 qanun üzrə vərəsələrindən X39 2013-cü ildə, X34 isə 2017-ci ildə ölmüşdür. Onların vərəsələri isə irsi transmissiya üzrə onlara keçməli olan əmlakdan imtina edirlər. Bu halda onların vəsiyyətnamədən kənarda qalan imtina olunmuş əmlakları mirası qəbul etmiş vərəsə kimi həm iddiaçıya, həm də cavabdeh Əmirəli Xanəliyevə keçməlidir. Xaçmaz Rayon Məhkəməsi isə həmin payları da əsassız olaraq cavabdehə vermişdir. Kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, əmək alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, ümumiyyətlə, mirasın qəbulundan imtina sayılmır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun 0,48 ha torpaq sahəsindən pay tələb etməməyi qeyd edilən normanın tələbinə əsasən mirasdan imtina kimi qəbul edilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X30, onun vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs X18 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

39. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər Alim Xanalıyev, Ədalət Xanəliyev, Elçin Xanəliyev və Ramin Xanəliyevə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

40. Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

41. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

42. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)

43. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

44. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (...)

45. Maddə 1172. Vəsiyyətnamədən kənarda qalmış əmlaka vərəsəlik Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

46. Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

47. Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

48. Maddə 1195. Məcburi payın həcminin müəyyənləşdirilməsi Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

49. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

50. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

51. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

52. Maddə 1273-1 . Vərəsənin susması Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

53. Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

56. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

57. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

59. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

60. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

61. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

63. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.

65. İşdən görünür ki, miras əmlaklarla bağlı iddia tələbi iki hissədən ibarətdir - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.2002-ci il tarixli JN067A KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi və mərhum X12 miras qalmış mülkə münasibətdə mirasdan paylarının müəyyən olunması;

66. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

67. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

68. Apellyasiya şikayəti ilə mübahisələndirilən hal kimi göstərilmişdir ki, miras qoyan X25 miras əmlakının tamamını deyil, sadəcə bir hissəsini, yəni özünə məxsus fərdi yaşayış evini vəsiyyət etmişdir. Lakin məhkəmə qətnamə çıxararkən bütün əmlakın vəsiyyət olunduğu nəticəsinə gəlmişdir. Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Vəsiyyətnamədən kənarda qalan əmlaklara, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-067A KOD 30213088 saylı şəhadətnamə ilə Xaçmaz rayonu, Ağaverdi-Oba kəndində 0,29 ha həyətyanı torpaq sahəsinə münasibətdə qanun üzrə vərəsəlik tətbiq etməkdənsə, vəsiyyət üzrə vərəsəlik tətbiq etmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlili ilə razılaşır və hesab edir ki, miras kütləsinə daxil olan torpaq sahəsinin vəsiyyət edilməsi ilə bağlı vəsiyyətnamədə göstəriş olmadığından, həmin torpaq sahəsinə dair paylar qanun üzrə vərəsəlik qaydasında müəyyən edilməlidir.

70. Belə ki, miras qoyan X13 birinci növbədən olan vərəsələri X32, X39, X35, Cavabdeh1 və Cavabdeh2 hesab olunurlar.

71. Həmin vərəsələrdən X32, X39 və X35 vəfat etmişlər.

72. İddiaçı (arvadı), X19 (oğlu), X53 (oğlu) və X36 (oğlu) mərhum X20 vərəsləridir.

73. X3 vərəsəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X52, mərhum X21 vərəsələri isə iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X40, X44 və X37r.

74. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, miras kütləsinə daxil olan Xaçmaz rayonu, Ağaverdi-Oba kəndində 0,29 ha həyətyanı torpaq sahəsində 4/20 hissədə Cavabdeh2, 4/20 hissədə Cavabdeh1, 1/20 hissədə İddiaçı, 1/20 hissədə X16, 1/20 hissədə X9, 1/20 hissədə X33, 4/20 hissədə X38, 1/15 hissədə X23, 1/15 hissədə X26, 1/15 hissədə X27 payları var.

75. Həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə münasibətdə isə vəsiyyətnamə nəzərə alındıqda payların miqdarı aşağıdakı qaydada müəyyən olunur: 21/40 hissədə (5/10 vəsiyyətnamə ilə + 1/40 məcburi pay) X16, 4/40 hissədə Cavabdeh2, 4/40 hissədə Cavabdeh1, 1/40 hissədə İddiaçı, 1/40 hissədə X9, 1/40 hissədə X33, 4/40 hissədə X38, 1/30 hissədə X23, 1/30 hissədə X26, 1/30 hissədə X27.

76. Kollegiya mirasdan imtina barədə ərizələrə münasibətdə qeyd edir ki, imtina məcburi paydan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

77. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər...

78. Məhkəmə kollegiyası 2002-ci ildə vəfat etmiş Badyacamal Əliyevadan qalmış mirasın qəbulundan 2024-cü ildə imtina üzrə müddətin keçməsi barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir, həmçinin qeyd edir ki, bu hal qeyd olunan vərəsələr tərəfindən payların müəyyən olunmasından sonrakı mərhələdə öz paylarının digər vərəsəyə bağışlanması üçün maneə deyildir.

79. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər...

80. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

81. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

82. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış hallarına, iş üzrə təqdim və tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-656/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X13 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsində və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 81,80 kv.metr olan fərdi yaşayış evində iş üzrə tərəflərin payları müəyyən edilməlidir.

83. Belə ki, xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X13 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsində 1/20 İddiaçı, 1/20 hissədə X16, 4/20 hissədə Cavabdeh2, 4/20 hissədə Cavabdeh1 payları müəyyən edilməli, həmin torpaq sahəsi üzərində ümumi sahəsi 81,80 kv.metr olan fərdi yaşayış evində 1/40 hissədə İddiaçı, 21/40 hissədə X16, 4/40 hissədə Cavabdeh2, 4/40 hissədə Cavabdeh1 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-656/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X13 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsində 1/20 İddiaçı, 1/20 hissədə X16, 4/20 hissədə Cavabdeh2, 4/20 hissədə Cavabdeh1 payları müəyyən edilsin. Həmin torpaq sahəsi üzərində ümumi sahəsi 81,80 kv.metr olan fərdi yaşayış evində 1/40 hissədə İddiaçı, 21/40 hissədə X16, 4/40 hissədə Cavabdeh2, 4/40 hissədə Cavabdeh1 payları müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar