Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1442/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı X3, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşağın xəstəliliyi ilə əlaqədar əlavə xərclərə cəlb olunma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3606/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3606/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, 04.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh 22.05.2014-cü il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar hər ay sabit pul məbləğində 100 manat pulun tutularaq iddiaçı X4 ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (Hakim G.Tanrıverdiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3606/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və qətnamə əsasında yaranmış borcun silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X8 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.05.2014-cü il təvəllüdlü X7 müalicəsi ilə əlaqədar olaraq yetkinlik yaşına çatana kimi hər ay 200 manat əlavə xərclərə cəlb olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2 (060)-963/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 19.04.2011-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 22 may 2014-cü il təvəllüdlü X15 və 28 sentyabr 2011-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Hazırda 22 may 2014-cü il təvəllüdlü X15 xəstədir və mütəmadi surətdə müalicəyə ehtiyacı vardır. Bunu “Dimed” Tibb Mərkəzinin 22.07.2019-cu il tarixli, 56 nömrəli arayışı da təsdiq edir. Ona görə cavabdehin qanunvericiliyə uyğun olaraq valideyn kimi əlavə xərclərə cəlb olunmasına ehtiyac yaranmışdır. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, əvvəlki məhkəmə qətnaməsilə qət edilmiş alimenti vaxtında ödəyir. Mübahisə araşdırılarkən iddiaçının onun ünvanını bilərəkdən səhv qeyd etməsinə görə məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Özü “xxxx” ASC X22 İdarəsində işləyir və aylıq əmək haqqı qeyri-müntəzəmdir, yəni 500-700 manat arasındadır. O, hazırda ikinci dəfə ailə qurmuşdur. Yaşlı valideynləri də onun himayəsindədirlər. Evə tək işləyən adam odur. Birgə nikahdan doğulmuş Fidanın xəstəliyi daimi deyil, müəyyən vaxtlarda tutur. Ondan tutulan alimentin məbləği əmək haqqının yarısı həddindədir. Birgə nikahda olarkən o, xəstə uşağını ildə iki dəfə müayinə etdirirdi və buna 50 manat olmaqla cəmi 100 manat xərci çıxırdı. İndi də uşaqları üçün alimenti vaxtında ödəyir. Uşağın xəstəliyi və müalicəsi üçün gərəkli xərc tərəflər arasında bərabər bölünməlidir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, qətnamə ilə yaranmış borc silinməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, müalicə ilə bağlı o, maksimum ayda 50 manat ödəyə bilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı X8 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(060)-963/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X12 arasında 19.04.2011-ci il tarixdə Sumqayıt Şəhər qeydiyyat Şöbəsində bağlanmış nikah qeydiyyatının pozulması, tərəflərin birgə nikahlarından olan 22 may 2014-cü il təvəllüdlü X15 və 28 sentyabr 2011-ci il təvəllüdlü X5 anaları X6 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq X9 verilməsi qət edilmişdir. Yenə iş materiallarında olan AZ-İ 319028 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X12 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13.03.2013-cü il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Sultanova soyadı verilmişdir. İş materiallarında olan ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.07.2018-ci il tarixli, AZ-İ 040918 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 22.05.2014-cü il təvəllüdlü X7 atası Cavabdeh, anası X10r. İş materiallarna əlavə olunmuş “Dimed” Tibb Mərkəzinin 22.07.2019-cu il tarixli, 56 nömrəli arayışından görünür ki, X15 (2014-cü ildə anadan olmuş) həqiqətən də 22.07.2019-cu il tarixində müayinədən keçmiş və həkim diaqnozu əsasinda mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. İşdə olan Sumqayıt şəhər Uşaq Xəstəxanası 3 saylı uşaq poliklinikasından verilmiş 15284 saylı ambulator kitabçadan çıxarışdan görünür ki, X15 “sadə parsial tutulmalarla simptomatik epilepsiya” xəstəliyindən əziyyət çəkir. Uşaqda qıcolma tutulmaları, yıxılmaları 1,7 yaşından baş verir. Həmin vaxtdan tutulmalar davam edir. Dispanser qeydiyyatındadır. Yenə işdə olan “Dimed” X17 EEQ müayinəsinin 30.08.2018-ci il tarixli nəticəsinə dair arayışdan görünür ki, Əlizadə Fidanda rezidual-orqanik əlamətləri qeyd olunur. Kəllədaxili hipertenziya qeyd olunur. Qıcgah-təpə zonada paraksizmal aktivliyi qeyd olunur. HV-dən sonra artır. Qıcolmaya hazırlıq qeyd olunur. Yenə də işdə olan “Dimed” X17 EEQ müayinəsinin 07.12.2018-ci il tarixli nəticələsinə dair arayışdan görünür ki, Əlizadə Fidanda rezidual-orqanik əlamətləri qeyd olunur. EEQ-də yaxşılıq qeyd olunur. Hipertenziyanın əlamətləri azalıb. Qıcgah-təpə zonada paraksizmal aktivliyi qeyd olunur, əsas HV-dən sonra. İş materiallarında olan “Dimed” X17 EEQ müayinəsinin 30.07.2019-cu il tarixli nəticəsinə dair arayışdan görünür ki, Əlizadə Fidanda rezidual-orqanik əlamətləri qeyd olunur. Alın-qıcgah nahiyəsində paraksizmal aktivliyi qeyd olunur. HV-dən sonra artır (qıcolmaya meyllik). İşdə olan AZ-İİ 379188 saylı nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X11 06 yanvar 2020-ci il tarixdə nikaha girmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməyən hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, həmin hissədə qətnamə apelyasiya baxışının predmeti hesab edilməməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3606/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər məhkəmə qaydasında boşanmışlar və birgə nikahdan doğulmuş uşaqlar analarının himayəsinə verilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(060)- 963/2019 saylı qətnaməsilə Cavabdeh ilə X12 arasında 19.04.2011-ci il tarixdə Sumqayıt Şəhər qeydiyyat Şöbəsində bağlanmış nikah qeydiyyatının pozulması, tərəflərin birgə nikahlarından olan 22 may 2014-cü il təvəllüdlü X15 və 28 sentyabr 2011-ci il təvəllüdlü X5 anaları X6 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq X9 verilməsi qət edilmişdir. İşdən görünür ki, birgə nikahdan doğulmuş Fidan adlı uşaq epilepsiya xəstəliyindən əziyyət çəkir və onun müntəzəm olaraq həkim müayinəsinə və müalicəyə ehtiyacı vardır. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.05.2014-cü il təvəllüdlü X7 müalicəsi ilə əlaqədar olaraq yetkinlik yaşına çatana kimi hər ay 200 manat əlavə xərclərə cəlb olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə bu tələbi qismən ayda 100 manat olmaqla təmin etmiş, iddiaçı bunu mübahisələndirməmiş, cavabdeh isə şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Yenə həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. İş materiallarından isə görünür ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı Fidan epilepsiya xəstəsidir və onun müalicə alınması üçün əlavə xərclərə atası, yəni Cavabdeh də cəlb edilməlidir. Məhkəmə kollegiyası hər şeydən öncə qeyd edir ki, birgə nikahdan doğulmuş Fidan adlı azyaşlı uşağın sağlamlığı, xəstəliyinə görə müayinə olunmaq və müalicə almaq hüquqlarının lazımı şəkildə həyata keçirilməsi nəzərə alınmalıdır. Bunun üçün isə cavabdehdən iddia ərizəsinin verildiyi tarixdən başlayaraq hər ay 100 manat əlavə xərcin tutulmasını məhkəmə kollegiyası məqsədə müvafiq hesab edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 04.06.2020-ci il tarixdən başlayaraq Cavabdeh 22.05.2014-cü il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar hər ay sabit pul məbləğində 100 manat pulun tutularaq iddiaçı X4 ödənilməsi barədə qanuna, habelə işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh əlavə xərc kimi hər ay 50 manat ödəmək imkanı olduğunu bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, azyaşlı Fidanın daimi kənar qulluğa və müalicəyə ehtiyacı olduğu üçün bu məbləğ yetərli deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş bu xərc hazırki halda cavabdehin maddi imkanlarına adekvatdır və azyaşlı Fidanın mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh A.H.Əliyev apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Onun təkrar nikaha girməsi əvvəlki nikahdan doğulmuş uşaqların xəstəliyinin aradan qaldırılmasında maddi cəhətdən iştirak etmək vəzifəsindən azad olunmasına əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3606/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1442/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1442/2021
30.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver