Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1445/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş halların aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verdiyi 31.000 (otuz bir min) manat borc və 10.000 manat məbləğində faizlərin İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdehlər Laçın rayonunda pasport qeydiyyatında olsalar da, faktiki olaraq qaçqın kimi Sumqayıt şəhərində yaşayırlar. MİSdən və Qaçqınlar və X2 üzrə Dövlət Komitəsindən alınmış arayışlara əsasən cavabdehlər Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 6, mənzil 34-də məskunlaşmışdır. Laçın Rayon Məhkəməsi Ağcabədi rayonunda yerləşir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3760/2022 nömrəli 12 may 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddia üzrə mülki işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı hazırkı iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh2 Laçın rayonu, Hoçaz kəndində, Cavabdeh1 isə Laçın rayonu, Ə.Verdiyev küçəsi, ev 18-də qeydiyyatdadırlar. (elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən). Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia ərizəsinə aidiyyəti üzrə Laçın Rayon Məhkəməsində (ünvan: AZ-4100, ünvan 2nci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli 26 saylı arayışdan məlum olur ki, Cavabdeh2 həqiqətən Laçın rayon Hoçaz kəndindən məcburi köçkün düşmüş, hal-hazırda müvəqqəti olaraq Sumqayıt şəhəri 10-cu mkr, ev 61, mənzil 34-də yaşayır. Cavabdehlər Laçın rayonunda pasport qeydiyyatında olsada, faktiki olaraq qaçqın kimi Sumqayıt şəhərində 29 il müddətində yaşayırlar və məhkəmə kollegiyası hesab edir ki, işin tam, tez və obyektiv baxılması üçün iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsində baxılması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən ərizəyə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 12 may 2022-ci il tarixli e-2(060)-3760/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1445/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1445/2022
13.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver