Məhkəmə qərarları › İş №2(105)-1452/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1452/2024

28.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1452/2024 28.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-102/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin 4/6 hissəsi onun payına, 1/6 hissəsi Cavabdeh1 payına, 1/6 hissəsi Cavabdeh2 payına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdehlər tərəfindən onun payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdehlər qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsinə əsasən (hakim Habil Əhmədov) iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin 4/6 hissəsi onun payına, 1/6 hissəsi Cavabdeh1 payına, 1/6 hissəsi Cavabdeh2 payına mütənasib naturada bölünməsi mümkün olmadığından həmin mübahisəli mənzil 97000 manat məbləğində qiymətləndirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının payına mütənasib şəklində 1 ay ərzində kompensasiya ödənilməsi təklif olunması, təklif mümkün olmadıqda həmin əmlak açıq hərracda 97000 manat məbləğində satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşdərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Apışov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin və Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qərardadına əsasən apellyasiya şikayəti forma və məzmuna riayət edilmədiyinə görə cavabdeh geri qaytarılmışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən apellyasiya şikayəti və Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qərardadına əsasən müddətin bərpasından imtina edilməsi, Abşeron rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Apışov X1 Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(012)-102/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və apellyasiya şikayətinin mahiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinin tələb hissəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı və xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnamələrinin ləğv edilməsi xahiş edilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qərardadı ilə forma və məzmuna riayət edilmədiyinə görə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə təkrar apellyasiya şikayəti vermiş, şikayətin məzmununda məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı və xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnamələrini mübahisələndirmiş, şikayətin tələb hissəsində isə konkret olaraq ləğv edilməli olan qətnamənin tarixini və nömrəsini qeyd etməməklə, cəm şəkilində qətnamələrin ləğv edilməsini xahiş etmişdir ki, bu da cavabdehin birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qərardadında qeyd etdiyi nöqsanın aradan qaldırılmaması anlamına gəlmişdir. Belə ki, cavabdeh təkrarən bir apellyasiya şikayətində həm xx.xx.2024-cü il tarixli, 2(012)- 102/2024 saylı, həm də hazırkı mülki işə aidiyyəti olmayan xx.xx.2020-ci il tarixli, 2(012)- 710/2020 saylı qətnaməni mübahisələndirmişdir. Halbuki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsindən ayrıca şəkildə apellyasiya şikayəti verməli idi. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı və xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnamələrindən xx.xx.2024-cü il tarixdə, daha sonra isə xx.xx.2024-cü il tarixdə yenidən eyni apellyasiya şikayətini məhkəməyə təqdim etməklə yanaşı, eyni zamanda xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinə vəsatət əlavə edərək, vəsatətində Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmiş, həmçinin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadda qeyd edilən nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti verməsini bildirməklə həmin şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətinə xx.xx.2024-cü il tarixli digər bir vəsatət əlavə edərək, həmin vəsatətində Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il qətnaməsini həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsini poçtla alandan sonra bilməsini, müraciət edib həmin qətnaməni gec aldığına görə buraxılmış müddətin bərpa olunmasını və şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmiş, eləcə də Abşeron Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsinin geri qaytarıldığı xx.xx.2024cü il tarixdə almasını, həmin günü də göstərilən iradları aradan qaldırıb yenidən şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmək üçün Abşeron Rayon Məhkəməsinə göndərməsini qeyd etmişdir. Göründüyü kimi cavabdeh prosessual müddətin bərpasına dair ərizəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsi ilə bağlı deyil, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsi ilə bağlı olmuşdur. Həmçinin iş materiallarından görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə əldə etmiş, qətnamədən apellyasiya şikayəti vermə müddəti xx.xx.2024-cü il tarixinədək müəyyən edilməsi nəzərə alınarsa xx.xx.2024cü il tarixdə apellyasiya şikayəti geri qaytarıldıqdan sonra yenidən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilərkən müddət ötürülməmişdir. Belə olan halda həmin qətnamədən şikayət verilməsi müddətinin bərpasına dair vəsatət verilməsinə də zərurət olmamış, həmçinin buna dair cavabdeh tərəfindən vəsatət də verilməmişdir. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinin tələbi baxımından prosessual müddətlərlə bağlı məhkəmənin baxmalı olduğu ərizə buraxılmış müddətin bərpası haqqındakı ərizə hesab olunur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi yalnız cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlanmaq əvəzinə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-102/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə olmadığı halda, cavabdehin Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə baxılması və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 102/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətini apellyasiya instansiyasına göndərilməsinə dair xx.xx.2024-cü il tarixli müraciətini səhvən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət kimi qəbul edib, həmin vəsatətə baxaraq müddətin bərpa edilməməsinə dair qərardad qəbul etməklə prosessual qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin diqqətinə çatdırır ki, yenidən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması zamanı digər uyğunluqlarla yanaşı, bir apellyasiya şikayətində həm xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı, həm də hazırkı mülki işə aidiyyəti olmayan xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnamənin mübahisələndirilməsinə diqqət yetirməlidir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-102/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar