Məhkəmə qərarları › İş №2(105)-1455/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1455/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1455/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Xaçmaz Rayon İcra Hakimiyyətinin Uzunoba İƏD-nə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, onların əsasında verilmiş çıxarışların, vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1048/2022, 29 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 11 dekabr 2002-ci il tarixli Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 5 saylı protokolunun gündəliyinə daxil olmayan və islahat komissiyası adından tərtib edilmiş Xaçmaz rayonu, Uzunoba kənd sakini Cavabdeh1 adına verilmiş JN-057A, 30223018 kodlu kitabda 54 və 55 nömrələrlə qeyd olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1, adına verilmiş xx.xx.2013cü il tarixli, **********7 Qeydiyyat nömrəli, **********88-10301 nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********8810301 nömrəli və xx.xx.2020-ci tarixli, **********1 qeydiyyat nömrəli çıxarışların və 09 mart 2017-ci il tarixli 208/2017 saylı vərəsəlik işinin, 03 fevral 2015-ci il tarixli 490/2014 saylı vərəsəlik işinin, eləcə də 23 iyun 2014-cü il tarixli 281/2014 saylı vərəsəlik işləri üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Xaçmaz rayonu Uzunoba kənd ZDS İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid 04 saylı təsərrüfat başı Kitabında 75 №-li təsərrüfatın başçısı atası mərhum X1 mülkiyyət hüquqlarının (057A; kod: 30223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq) tanınması və 5 saylı Xaçmaz Ərazi İdarəsində 0,28 ha, faktiki 0,30 ha torpaq və inşa edilmiş üzərində 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi barədə qətnamənin çıxarılması, sənədlərin saxtaldaşdırılaraq atasına məxsus əmlakın dələduzluq yolu ilə mənimsəyərək öz mülkiyyətinə keçirmiş Cavabdeh1 Səfərbək oğlunun və digər vəzifəli şəxslərin əməllərində cinayət tərkibi olduğundan onların dairəsinin müəyyənləşdirilərək barələrində cinayət məsuliyyətinin müəyyən edilməsi üçün xüsusi qərar çıxararaq prokurorluq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini, iddia ərizəsi üzrə ödənilmiş 100 manat dövlət rüsumu "xxxx" MMC tərəfindən göstərilmiş hüquqi xidmətlərə görə ödənilmiş 300 manat, eləcə də vəkil xidmətlərinə görə ödənilmiş 100 manat, ümumilikdə 500 manat pulun Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1048/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1048/2022 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv olunması və işin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 20 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini müzakirə etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1048/2022, 29 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş (MPM-ə 2 saylı əlavəyə uyğun) formada verilməmiş, bununla da, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozulmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilsə də, şikayətin mətni mülki prosessual qanunvericiliyin tələblərində qeyd olunan (MPM-ə 2 saylı əlavəyə uyğun) formada tərtib olunmamış, məhkəmə qətnaməsində pozulduğu iddia edilən maddi, prosessual hüquq normaları həmin əlavədə göstərilən şəkildə əks etdirilməmişdir. Halbuki, daha öncə qeyd olunan 2 saylı Əlavənin 12-ci bəndinin tələblərinə görə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İş materiallarından aydın olur ki, sözügedən şikayətin mətni ümumiyyətlə mövcud deyildir, şikayət 2 vərəqdən (iş materiallarında 222 və 223-cü vərəqlər) ibarət tərtib olunmuş, onun mətni yoxdur, məzmunu və iddiaçının tələbi aydın deyildir. Qeyd olunanlar hazırkı halda həmin şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş şikayət hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılmalıdr. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1048/2022, 29 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət, qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, şikayət qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1048/2022, 29 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq şikayəti geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1048/2022, 29 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar