Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1464/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3018/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3018/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Zülfüqar Sadiqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh ondan aldığı 23000 (iyirmi üç min) manat, bu pulun 3 il müddətinə ona dəymiş 40000 (qırx min) manat maddi ziyan və 1000 (min) manat mənəvi ziyan olmaqla, ümumilikdə 73000 (yetmiş üç min) manat məbləğində pulun tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 7 il birgə ticarətlə məşğul olmuş və həmin dövrdə onların yaxın münasibətləri olmuşdur. 2017-ci ilin avqust ayında ona etdiyi ticarətlə əlaqədar 20000 manat pul lazım olmuş və Cavabdeh həmin pulu başqasından götürərək girovsuz hər ay 2400 manat faiz ödəməklə ona verə biləcəyini bildirmişdir. O, buna razılaşmış və xx xxxxxx 2017-ci ildə Cavabdeh ona hər ay 2400 manat faiz ödəmək şərti ilə 20000 manat pul vermişdir. Həmin borca görə o, 2018-ci ilin fevral ayına kimi hər ay 2400 manat faiz ödəməklə bərabər, əsas borcundan da 7000 manat pul ödəmişdi. 6 aydan sonra isə qalmış olan 13000 manat əsas borcuna qarşı isə 1560 manat faizlə bərabər əsas borcundan da əlavə olaraq 4000 manat ödəməklə, ümumilikdə 20000 manat borcunun əvəzinə əsas borcundan 17000 manat pul ödəmişdi. Lakin, bir gün Beyləqan rayonuna tanımadığı şəxslər gələrək onun 30000 manat borcunun olduğunu bildirmişlər. Bununla əlaqədar o, Elvirə zəng vurub, 20000 manat borcundan cəmi 3000 manat borcunun qaldığını, həmin borcuna görə də əsas borcdan 17000 manat, faizlərə görə isə 23760 manat pul ödədiyini bildirmiş və 30000 manat borcun haradan yarandığını soruşmuşdur. Elvir isə həmin adamların təhlükəli adamlar olduğunu, onların istədiyi pulu vermədiyi halda yaxşı olmayacağını bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Elvir onun ödəmiş olduğu 17000 manat əsas borcu və həmin borca görə ödəmiş olduğu faizləri mənimsəmiş və bununla da etibarından sui- istifadə edərək onu aldadtmışdır. Hətta bundan sonra Elvir Rəşid adlı qohumu ilə əlbir olub Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq, həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ondan 30000 manat pulun X5 xeyrinə tutulmasına nail olmuşlar. Lakin o, heç vaxt Rəşid adlı şəxsdən 30000 manat borc almamışdır. O, Elvirdən 20000 manat borc almış və həmin borcu da aralarında olan şifahi razılaşma əsasında hissə-hissə olmaqla çox hissəsini və faizlərini ödəmiş və cəmi 3000 manat borcu qalmışdır. Elvir isə onu aldatmış və onun ödədiyi, pulları pul sahibinə verməmiş və mənimsəmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3018/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçı cavabdehə qarşı məhkəmədə böhtan xarakterli, əsassız iddia qaldırmışdır. İddia ərizəsində qeyd edilən faktlar onun şəxsi fantaziyasının və düzgün olmayan mülahizələrinin məhsuludur. O cavabdehdən tələb etdiyi pul məbləğini cavabdehə heç yerdə əlbəəl verməmişdir və uyğun olaraq da cavabdeh ondan həmin məbləği almamışdır. Buna görə də cavabdeh özünü iddiaçıya qarşı borclu hesab etmir. İddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun iddia qaldırmasının yeganə məqsədi cavabdehin qohumu X4 aldığı 30000 (otuz min) manat məbləğində pulu qaytarmamamaq və vaxtı uzatmaqdan ibarətdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3018/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, İddiaçı hal-hazırda bacısının həyat yoldaşı olan Cavabdeh vasitəsi ilə tanımış və bir neçə dəfə o, Validəyə kiçik həcmli borclar vermiş və sonuncu da həmin borcları qaytarmışdır. Lakin, Validə 2017-ci ildə ondan almış olduğu 30000 manat məbləğində borcu qaytarmamış və buna görə də o, məhkəməyə müraciət etmişdir. Yasamal Rayon məhkəmsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-703/2019 saylı qətnaməsi ilə onun iddiası təmin olunmuş İddiaçı onun xeyrinə 30000 manat məbləğində pul tutulmuşdur. Bundan sonra Validə Elvirə qarşı məhkəmədə iddia qaldıraraq sonuncudan pul tələb etməyə başlamışdır. Lakin, o, heç vaxt Elvirin vasitəsi ilə Validəyə borc verməmişdir və eləcə də Validə ona olan borcunu Elvir vasitəsi ilə ona qaytarmamışdır. Validə və Elvir bir müddət birlikdə ticarət fəaliyyəti ilə, yəni “Sədərək” bazarından müxtəlif əşyalar alaraq Elvirin idarə etdiyi avtomobillə aparıb rayonlarda satmaqla məşğul olsalar da, sonradan onlar ayrılmış və aralarında olan münasibət pozulmuşdur. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-703/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 30000 (otuz min) manat məbləğində pul vəsaiti iddiaçı X5 xeyrinə tutulmuşdur. İş materiallarından görünür ki, qeyd edilən qətnamədən cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)6060/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçının iddianın əsasını təşkil edən halların sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbində cavabdehə 23000 manat pul verməsini, eyni zamanda həmin pula görə 3 il müddətində ona 40000 manat ziyan dəyməsini, eləcə də ona 1000 manat mənəvi ziyan dəyməsinə dair sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X11 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, yəni cavabdehə 23000 manat verməsini, həmin pulua görə 3 il müddətinə ona 40000 manat ziyan dəyməsini, eləcə də mənəvi ziyana görə 1000 manat ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3018/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1464/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1464/2020
25.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver