Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-147/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə və s. tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-45/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə
1. İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyul 2014-cü il təvəllüdlü X3 ana himayəsindən məhrum olduğu nəzərə alınaraq ona verilməsi, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 nömrəli qətnaməsinə əsasən 08 iyul 2014-cü il təvəllüdlü X5 ödəməli olduğu aliment üzrə 2022-ci ilin iyul ayından hal-hazıradək olan dövr üçün yığılan 1330 manat aliment borcunun ödənilməsindən azad edilməsi, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 nömrəli qətnaməsinə əsasən 08 iyul 2014-cü il təvəllüdlü X5 görə Cavabdeh aliment ödəməkdən azad edilməsi və Cavabdeh 08 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2022-ci ilin iyul ayından hesablanmaqla hər ay 150 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şabran Rayon Məhkəməsinin 2(031)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbinə dair” iddia qismən təmin edilmiş və tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 anası Cavabdeh alınaraq atası İddiaçı verilməsi, Şabran Rayon Məhkəməsinin 2(031)-475/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X5 ödənilməli olduğu aliment üzrə 2022-ci ilin iyul ayından yığılan 1330 (min üç yüz otuz) manat məbləğində aliment borcunun silinməsi, İddiaçı Şabran Rayon Məhkəməsinin 2(031)-475/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2014-cü il təvəllüdlü X5 görə aliment öhdəliklərindən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının isə Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq bank hesabına köçürülməsi qət edilmişdir.
3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Apellyasiya baxışı zamanı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etdi.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 idiaçı tərəf ilə razılığa gəldiklərini bildirmiş, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə qarşı tərəfin dedikləri ilə razı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
7. Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
8. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
9. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ünvanladığı müraciətdən aydın olur ki, tərəflər arasında məhkəmədən kənar razılıq əldə edildiyindən cavabdeh apellyasiya şikayətindən imtina edir.
11. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətindən imtina etdiyindən və tərəfin apellyasiya şikayətindən imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir.
12. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-45/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.