Məhkəmə qərarları › İş №e-2(012)-5331/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5331/2022

14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5331/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 141 nömrə ilə qeydə alınmış nikahın pozulması, cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə ilkin dövrlərdə normal ailə münasibətlərində olsalar da, sonradan xarakterləri uyğun gəlməmiş və hörmət saxlanılmamışdır. Cavabdeh ilə birgə yaşadıqları 3 il nikah müddətində 5 dəfə yaşayış yerini dəyişmişlər, belə ki, cavabdehin özünə məxsus şəxsi daşınmaz əmlakı mövcud deyildir. Nikah pozulduqdan sonra cavabdehlə birgə nikahlarından olan uşağın onun yanında saxlanılmasını və uşağın saxlanılması üçün alimentin tutulmasını zəruri hesab edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı ilə ailə nikah münasibətləri pozulmuş, nikah münasibətlərinin pozulmasının başlıca səbəbi maddi vəziyyət olmuşdur. Nikah məhkəmə qaydasında pozulacağı təqdirdə azyaşlı qızının iddiaçının yanında qalmasına və aliment ödəməyə etiraz etmir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 19.1. maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 156149 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 141 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Seyidova” soyadı verilmişdir. -1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 617820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3517 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Masazır ərazi dairəsi Masazır kəndi İstiqlaliyyət küçəsi 37 saylı evin 2 saylı mənzilində, Cavabdeh isə Naxçıvan Muxtar Respublikası Culfa rayonu Bənəniyar ərazi dairəsi Bənəniyar kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda, tərəflər arasında ailə münasibətləri pozulmuş və onlar birgə təsərrüfat aparmırlar. Məhkəmə araşdırması ərəfəsində tərəflər nikahlarının pozulmasına razı olduqlarını bildirmişlər. Ailə Məcəlləsinin: 20.1. maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1. maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı razı olduqlarından, tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından, nikaha daxil olmaq könüllü olduğu kimi, nikah münasibətlərində qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan iddia ərizəsi bu hissədə təmin edilərək, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsini həll etməlidir. Məhkəmə eyni zamanda, tərəflərin birgə nikahlarından olan uşağın yaşını, anaya bağlılığını, cavabdehin razılığını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra xx.xx.2021-ci il təvəllüdlü X4 anasının (iddiaçının) yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Bеləliklə, məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub, məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhındаn оlаn uşаğın mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını nəzərə аlаrаq, xx.xx.2021-ci il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, yəni, xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, Cavabdeh İddiaçı хеyrinə hər аy bir uşağa görə 193 mаnаt sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (193 manat x 12 = 2316 manat) ödənilməli olan 43.16 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində bağlanmış 141 nömrəli akt qeydli nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət rüsumuna görə 43.16 (qırx üç manat on altı qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar