Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1496/2024 17.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən, evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 qarşı “torpaq sahəsindən, evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-2214/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 ,X8, Cavabdeh2 və orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin əşyaları ilə birlikdə boşaldılaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixli, AN-İ №1186328 saylı notarial qaydada bağlanılmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə X4 almış, həmin müqavilə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-1241 № ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmişdir. Bildirir ki, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur və həmin ev qanunsuz tikilidir. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq məqsədilə həmin əraziyə müştəri aparan zaman orada tanımadığı şəxslərin olduğu və yaşadığı ona məlum olmuşdur. İddiaçı həmin şəxslərdən torpaq sahəsini və fərdi yaşayış evini tərk etmələri tələb etsə də X10 adlı şəxs həmin torpaq sahəsini alacağını və bunun üçün vaxt verilməsini xahiş etmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq X10 nə alqı-satqı etmiş, nə də ki heç bir əsas olmadan həmin sahəni zəbt edən tanımadığı şəxslər həmin ərazini tərk etmişdir. Əldə etdikləri məlumata görə sözü gedən fərdi yaşayış evində Cavabdeh5, onun arvadı digər Cavabdeh3, atası Cavabdeh2, anası Cavabdeh1, qardaşı Cavabdeh4, qardaşı Cavabdeh4 arvadı Cavabdeh6 və uşaqları X8, Cavabdeh2 yaşayırlar. Daha sonra məlum olmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evində yaşayan həmin şəxslərdən biri - Cavabdeh2 vəfat etmişdir. Hazırda İddiaçı burada deyil, Türkiyə Respublikasında yaşayır. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu asanlıqla realizə edə biləcəyinə baxmayaraq orada yaşayan şəxslər həmin ərazinin müştərilərə göstərilməsinə aşkar şəkildə mane olur. Beləliklə həmin şəxslər İddiaçı mülkiyyət hüququnu kobud surətdə pozurlar.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. 17 avqust 2023-cü il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ilə alıcı İddiaçı əvəzinə onun nümayəndəsi Məmmədov Fuad Sabir oğlu arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı X2 rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0,3938 ha olan torpaq sahəsini tam hissədə alıcı İddiaçı mülkiyyətinə vermiş, alıcı İddiaçı isə satıcı X1 torpaq sahəsini ondan 187000 manat qiymətinə almışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,3938 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-2214/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin digər şəxslərə aid hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İV bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 sentyabr 2024cü il tarixli, 2(105)-1496/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-2214/2024 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmə izahatında Abşeron rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0,3938 ha olan torpaq sahəsinin özünə məxsus olması iddiası rəsmi olaraq doğru olsada, həmin torpaq sahəsinin üzərində tikilmiş tikilinin iddiaçıya heç bir əlaqəsi yoxdur. Həmin tikili ailə üzvləri olan Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, X8, Cavabdeh2 tərəfindən tikilmişdir. Belə ki, həmin torpaq sahəsi 17 avqust 2023-cü il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sürətindən görünür ki, satıcı X5 ilə alıcı İddiaçı əvəzinə onun nümayəndəsi Məmmədov Fuad Sabir oğlu arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı X2 rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0,3938 ha olan torpaq sahəsini tam hissədə alıcı İddiaçı mülkiyyətinə həmin tikilidə yaşayan ailə üzvlərinin xəbəri olmadan vermişdir. Məhkəmə işi hərtərəfli deyil, qeyri-obyektiv və qərəzli şəkildə araşdırmışdır. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. İddiaçı reystr çıxarışına əsasən formal olaraq mülkiyyətçi hesab edilsə də, mübahisəli evə və torpaq sahəsinə sahibliyi və istifadəni həyata keçirmədiyi üçün mülkiyyət hüququ qazanmamışdır. Məhkəmənin həmin tikilidə yaşayan ailəinin evdən və torpaq sahəsindən çıxarılması qanunsuz və əsassızdır. Məhkəmə təcrübəsində tərəflər arasında mövcud olan hüquq pozmaların müdafiəsi öhdəçilik münasibətlərini tənzim edən konkret öhdəçilik normaları tətbiq edilir. Məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadənin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşlıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alır. Əgər satıcı satılmış əmlakı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. İşin materiallarından, tərəflərin izahatlarından təsdiq olunur ki, tərəflər arasındakı mübahisəli hüquq münasibəti mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbi yox, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən yaranmışdır. Daşınmaz əmlakın alqısatqısından yaranmış mübahisəli hüquq münasibətinə öhdəçilik haqqında müddəalara uyğun tənzimlənməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hesab edir ki,məhkəmə payını ayıraraq naturada bölgü üçün ekspertiza təyin etməlidir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh3 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, 17 avqust 2023-cü il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X2 rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0,3938 ha olan torpaq sahəsini tam hissədə alıcı İddiaçı mülkiyyətinə vermiş, alıcı İddiaçı isə satıcı X1 torpaq sahəsini ondan 187000 manat qiymətinə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,3938 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 heç bir əsas olmadan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evində yaşamaqla, oranı tərk etmirlər. Həmçinin müəyyən edildi ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 0,3938 ha olan torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olsa da, fərdi yaşayış evi üzərində əmlak hüquqları qeydə alınmamışdır. İddiaçı mülkiyyət hüquqlarının pozulduğunu iddia edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin digər şəxslərə aid hissədə rədd edilməsi qət edilmişdir.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehlərin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin orada yaşayan digər şəxslərin qanunsuz sahibliyindən geri alınması və fərdi yaşayış evinin onların əşyaları ilə birlikdə boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində konkret olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir.
24. Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-2214/2024 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Göründüy kimi apellyatorun şikayətinin əsas dəlilləri torpaq sahəsi üzərində tikilmiş tikili ilə iddiaçının heç bir əlaqəsinin olmaması, həmin tikilinin ailə üzvləri olan Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, X8, Cavabdeh2 tərəfindən tikilməsi ilə bağlıdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
28. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
29. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq şikayətin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyator fərdi yaşayış evinin ailə üzvləri tərəfindən tikildiyini iddia etsə də, nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı istinad etdiyi etirazının dəlilləri ilə bağlı məhkəmə heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, etirazın dəlilləri formal olmaqla, heç bir sübuta söykənmir, odur ki, əsaslı hesab edilə bilməz.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və həmin fərdi yaşayış evinə iddiaçının gözlənti mülkiyyət hüququnun olması aşkardır. Qeyd olunduğu kimi bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
31. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 135.4-cü maddəsinin tələbinə görə isə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
32. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-2214/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.