Məhkəmə qərarları › İş №2(105)-1506/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1506/2025

24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1506/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququ müdafiə olunmaqla əmlakın boşaldılması, əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-33/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.00245 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 20.4 kv.metr sahəsi olan daşınmaz əmlak xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyəti hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Qusar Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(029)-374/2020 nömrəli qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, X4, X3 və X2 müştərək qaydada 032R********** saylı kredit razılaşması üzrə 26916.11 (iyirmi altı min doqquz yüz on altı dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcu, 20096.83 (iyirmi min doxsan altı dollar səksən üç sent) ABŞ dolları məbləğində faiz borcu və 1000 (bir min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 48012.94 (qırx səkkiz min on iki dollar doxsan dörd sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulub iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Qusar şəhəri, Müqtədir küçəsində istifadədə olan 0.0024 ha torpaq sahəsində xüsusi mülkiyyətli 1 mərtəbəli, ümumi sahəsi 20.4 kv.metr olan ticarət təyinatlı qeyri yaşayış binasının ilkin satış qiyməti 21000.00 (iyirmi bir min) ABŞ dolları qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilməsi, Qusar şəhəri, Müqtədir küçəsində istifadədə olan 0.0024 ha torpaq sahəsində xüsusi mülkiyyətli 1 mərtəbəli, ümumi sahəsi 20.4 kv.metr olan ticarət təyinatlı qeyri-yaşayış binasının açıq hərracdan satılması, 48012.94 (qırx səkkiz min on iki dollar doxsan dörd sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh, X4, X3 və X2 ümumi qaydada tutulması, Qusar şəhəri, Müqtədir küçəsində istifadədə olan 0.0024 ha torpaq sahəsində xüsusi mülkiyyətli 1 mərtəbəli, ümumi sahəsi 20.4 kv.metr olan ticarət təyinatlı qeyri-yaşayış binasına tutma yönəldildikdən və o, satıldıqdan 1 (bir) ay sonra Cavabdeh həmin qeyri-yaşayış binasından çıxarılması, qeyriyaşayış binasının boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-271/2021 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid dəyəri 22.000 (iyirmi iki min) manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh, X6, X5 və X2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli) manat "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

4. İşdə olan "xxxx" MMC Hərracın Yekunları barədə 071 saylı Protokolun surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının tam dəyəri 22000 (iyirmi iki min) manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 maddəsinə əsasən 15 % endirimlə 18700 (on səkkiz min yeddi yüz) manat təyin edilmiş, həmin əmlak İddiaçı tərəfindən 18700 (on səkkiz min yeddi yüz) manata satın alınmışdır.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 10/6035 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 5-ci sualları üzrə: Tədqiq olunan qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 1-ci mərtəbənin üzərində və bir dam örtüyü altında yerləşdiyini, eləcə də tikinti işlərinin faktiki aparılma ardıcıllığnı, hörgü daşlarının bir-birinə bağlantılı şəkildə olduğunu və sonluqların kəsilmədiyini (və ya sökülmədiyini) nəzərə alaraq alt və yuxarı mərtəbələr konstruktiv elementlərinə görə vahid tikili təşkil etdiyi və 2-ci mərtəbənin qeyri-yaşayış binasının tərkib hissəsi olduğu hesab edilir. Qərardadın 2-ci sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsi ilə bağlı Cavabdeh adına hər hansı hüquqmüəyyənedici sənədlər mövcud olub-olmaması ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğu üçün bu sual üzrə tədqiqat aparılmır. Qərardadın 3-cü sualı üzrə: Tikililərin inşa olunma müddətini müəyyən etmək üçün metodika olmadığı üçün bu sual üzrə tədqiqat aparılmır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74- 06301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsindən istifadə olunmasına son qoyulması, Cavabdeh həmin üst tikilidə olan əşyalarının onun özü tərəfindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binası RX seriyalı ******* nömrəli çıxarışla Cavabdeh məxsus olmuşdur. Cavabdeh həmin qeyri-yaşayış binasını başqa bir şəxsdən alqı-satqı müqaviləsi əsasında satın almış, qeyri-yaşayış binasını alan zaman çıxarışla bir mərtəbəli olsa belə, faktiki olaraq iki mərtəbəli bina olmuşdur. Belə ki, Cavabdeh əvvəl olan mülkiyyətçi əvvəlcə bir mərtəbəli qeyri-yaşayış binasına çıxarış alsa da, sonradan həmin binanın üzərində əşyaların qoyulması üçün yardımçı ikinci mərtəbəni inşa etmiş, lakin həmin yardımçı sahəyə Dövlət reyestrindən çıxarış almamışdır. Həmin binanı sənədlə bir mərtəbəli, amma faktiki olaraq iki mərtəbəli vəziyyətdə Cavabdeh satmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-271/2021 saylı icra sənədinə əsasən Cavabdeh, X6, X3 və X2 pulun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, pulun ipoteka predmeti olan Qusar şəhəri Müqtədir (indiki Zərifə Əliyeva) küçəsində istifadədə olan 0,0024 ha torpaq sahəsində xüsusi mülkiyyətli 1 mərtəbəli, ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq həracda satılması, əmlak satıldıqdan bir ay sonra Cavabdeh həmin qeyri-yaşayış binasından çıxarılması, qeyri yaşayış binasının boşaldılması qət edilmişdir. Bundan sonra Qusar rayon İcra şöbəsinin sifarişi əsasında 15 noyabr 2021-ci il tarixli "xxxx" MMC-nin təşkil etdiyi Hərracın Yekunları barədə 071 nömrəli protokola əsasən qeyri-yaşayış binasını o, hərracdan 18700 manata almışdır. Hərrac mərkəzinə isə beh olaraq 935 manat məbləğində pul ödəmişdir. Hərrac yekunlaşdıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 20,4 kv.m olan qeyri-yaşayış binasını o, öz adına qeydiyyatdan keçirmişdir. Hal-hazırda həmin qeyri-yaşayış binası onun mülkiyyətində olmaqla binadan təyinatı üzrə istifadə edir. Lakin Cavabdeh məhkəmə qətnaməsi icra olunduqdan sonra ona məxsus qeyri-yaşayış binasının üst yardımçı tikilisində olan əmlaklarını saxlamış, oranın qapısını qıfıllamış, arada gəlib qapını açır, sonra isə qıfıllayıb gedir. O, dəfələrlə cavabdehə həmin tikilidə olan əşyalarını aparmasını və oradan istifadəyə son qoymasını bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Hesab edir ki, Cavabdeh həmin hərəkətləri ilə onun mülkiyyət hüququna müdaxilə edir, qanuni əsaslarla əldə etdiyi əmlakdan sərbəst şəkildə istifadə etməyinə maneçilik törədir. Belə ki, yuxarıda qeyd etdiyi kimi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binası qanuni əsaslarla mülkiyyətinə keçmiş, həmin binanın üst yardımçı tikilisi isə onun sahibliyinə və istifadəsinə keçmişdir. Çünki hərrac yolu ilə satın aldığı qeyri-yaşayış binasının üst tikilisi müstəqil tikili olmamaqla satın aldığı qeyri-yaşayış binasının tərkib hissəsidir və həmin binanın yardımçı sahəsidir, müxtəlif əşyaların yığılması üçün inşa edilmişdir. Başqa sözlə, üst tikili hazırda onun mülkiyyətində olan əsas binanın təyinatı üzrə istifadəsi üçün nəzərdə tutulmuş tikilidir və üst tikiliyə istifadə hüququ məhz əsas binanın mülkiyyətçisinə məxsusdur. Bununla da, hazırda onun həmin binanın üst tikilisinə subyektiv əmlak hüququ var, həmin tikiliyə mülkiyyət hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması üçün hər hansı hüquqi maneə yoxdur. Hazırda o, mülkiyyətində olan qeyriyaşayış binasının istifadəsi üçün zəruri olan əşyalarını həmin üst tikiliyə yığmaq istəyir, lakin Cavabdeh həmin tikilidən istifadə etməsi və əmlaklarını orada saxlaması buna mane olur. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış binasının yardımçı üst tikilisindən istifadə etməsinə son qoyulmalı, həmin şəxs tərəfindən həmin tikilidə olan əşyalar çıxarılmalıdır.

8. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda iddia tələbini dəqiqləşdirərək Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsindən istifadə olunmasına son qoyulması, Cavabdeh həmin üst tikilidə olan əşyalarının Cavabdeh tərəfindən çıxarılaraq həmin tikilinin tamamilə boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

9. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-33/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilmiş, Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsindən istifadə olunmasına son qoyulması, Cavabdeh həmin üst tikilidə olan əşyaları onun tərəfindən çıxarılaraq həmin tikilinin tamamilə boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi, həmçinin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 04 fevral 2025ci il tarixli 10/6035 saylı rəyi üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya məxsus olan, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsi, iddiaçıya mülkiyyət hüququ ilə təsdiq olunan əmlakla bağlılıq təşkil edir. Bu hal, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 10/6035 nömrəli ekspert rəyi ilə təsdiq olunur, həmin rəydə qeyd olunmuşdur ki, tədqiq olunan qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 1-ci mərtəbənin üzərində və bir dam örtüyü altında yerləşdiyini, eləcə də tikinti işlərinin faktiki aparılma ardıcıllığını, hörgü daşlarının bir-birinə bağlantılı şəkildə olduğunu və sonluqların kəsilmədiyini (və ya sökülmədiyini) nəzərə alaraq alt və yuxarı mərtəbələr konstruktiv elementlərinə görə vahid tikili təşkil edir, 2-ci mərtəbənin qeyri-yaşayış binasının tərkib hissəsi olduğu hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməli, cavabdeh qanunsuz istifadə etdiyi həmin tikilidən çıxarılmalı, həmin tikili iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmalı və iddia tələbi təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 146.1, 146.2, 148.1, 148.2, 152.1,157.2, 157.4, 165.1, 173.1 və173.3-vü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnamədə qeyd edilənlərlə qətiyyən razı deyil və hesab edir ki, həmin qətnamə bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və ona görə də qətnamə ləğv edilməklə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, qeyd olunan qeyri-yaşayış binası tərəfindən satın alınarkən birmərtəbəli bina kimi satın alınmaqla sahəsi 20,4 kv.metr olmuş, ikinci mərtəbədə inşa edilmiş otağa isə ayrıca, çöl tərəfdən pilləkən qoyulmaqla birinci mərtəbədə yerləşən və iddiaçı tərəfdən hərrac vasitəsilə satın alınmış qeyri-yaşayış binasına aidiyyəti yoxdur. İddia ərizəsində də qeyd edilmişdir ki, həmin qeyri-yaşayış binasının ilk mülkiyyətçisi birinci mərtəbəni tikib qurtarandan sonra həmin binanın üstündə ayrıca ikinci mərtəbəni inşa etmişdir, bununla da iddiaçı özü etiraf edir ki, sonradan inşa edilmiş ikinci mərtəbənin birinci mərtəbə ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Belə olan halda iddiaçı haqsız olaraq ikinci mərtəbədə yerləşməklə birinci mərtəbədə yerləşən qeyriyaşayış binası ilə heç bir əlaqəsi olmayan yardımçı tikili barəsində sərəncam verərək həmin binanın boşaldılması barəsində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar şəhəri, Zərifə Əliyeva küşəsi, 11B ünvanında yerləşən qeyri-yaşayış binasının sahəsi 20,4 kv.metr olmaqla birmərtəbəlidir. İkinci mərtəbədə yerləşməklə ayrıca giriş-çıxışı olan yardımçı bina isə qeyd olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışda öz əksini tapmamış, belə olan halda İddiaçı həmin yardımçı tikili barəsində hər hansı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə isə iş üzrə sübutlara qiymət verərkən qeyd edilənlərə hüquqi qiymət verməmiş, tam olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Ona görə ki, ikinci mərtəbənin birinci mərtəbə ilə bağlılığı var. Belə ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarış aid texniki parportda ikinci mərtəbə öz əksini tapmışdır. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 10/6035 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 5-ci sualları üzrə: Tədqiq olunan qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 1-ci mərtəbənin üzərində və bir dam örtüyü altında yerləşdiyini, eləcə də tikinti işlərinin faktiki aparılma ardıcıllığı, hörgü daşlarının bir-birinə bağlantılı şəkildə olduğunu və sonluqların kəsilmədiyini (və ya sökülmədiyini) nəzərə alaraq alt və yuxarı mərtəbələr konstruktiv elementlərinə görə vahid tikili təşkil etdiyi və 2-ci mərtəbənin qeyri-yaşayış binasının tərkib hissəsi olduğu hesab edilir. Beləliklə, həm ona məxsus texniki parportda həmin tikili öz əksini tapır, həmçinin texniki cəhətdən də ona aid tikilinin yuxarı mərtəbəsidir. Həmçinin etiraza əlavə etdiyi 22 dekabr 2025-ci il tarixli iş üzrə icraata xitam verilməsi haqqında qərardan da göründüyü kimi cavabdeh həmin tikilidən çıxarılmış və tikili ona təhvil verilmişdir. Göründüyü kimi artıq məhkəmə qərarı icra edilmişdir. Bundan əlavə də cavabdeh hazırda ona məxsus mağazanın ikimərtəbəli almışdır. Təbii ki, cavabdeh də həmin mağazanı alanda yalnız çıxarışda birinci mərtəbə olmuşdur. O da hərrac vasitəsilə həmin qeyri-yaşayış binasını almışdır. Həm hüquqi cəhətdən, həm də sənədlə ikinci mərtəbə ayrıca tikili olmadığından ona məxsusdur. Cavabdehin aqrumentinə əsasən ondan cavabdehin satın aldığı adam da gərək gəlib ikinci mərtəbədə oturardı ki, bura onundur, çıxmır. Hazırda cavabdehin etdiyi hərəkət nə qanunla, nə də vicdanla düzgün deyildir. Ümumiyyətlə, cavabdehin ora heç bir subyektiv hüququ yoxdur. Cavabdehin subyektiv hüququ olmadan məhkəmə qətnaməsindən həmin binadan çıxmamaqla bağlı şikayət verməsi ona qarşı qərəzli olmasına dəlalət edir. Yuxarıda sadaladığı halları nəzərə alaraq Cavabdeh Qusar Rayon Məhkəməsinin 2(029)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)

24. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (...)

25. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

26. Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

27. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

28. Maddə 173. Çıxıntılı binalar 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

38. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Baxılan mübahisə qeyri-yaşayış bınasına mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan qeyri-yaşayış binasının ikinci mərtəbəsinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

42. İşin mübahisəsiz halına görə məhkəmə qətnaməsinə əsasən hərrac vasitəsilə satılan və əvvəllər cavabdehə məxsus olmuş qeyri-yaşayış sahəsini iddiaçı satın almışdır. Həmin əmlak üzərində onun xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Lakin həmin qeyri-yaşayış sahəsinin üstündə inşa edilmiş mübahisəli yardımçı tikilidən cavabdeh özünə aid olan əşyaları yığmaqla istifadə edir.

43. İddiaçı dəfələrlə cavabdehə həmin tikilidə olan əşyalarını aparmasını və oradan istifadəyə son qoymasını tələb etsə də, cavabdeh bundan imtina edir. İddiaçı hesab edir ki, cavabdeh həmin hərəkətləri ilə onun mülkiyyət hüququna müdaxilə edir, qanuni əsaslarla əldə etdiyi əmlakdan sərbəst şəkildə istifadə etməyinə maneçilik törədir. Çünki hərrac yolu ilə satın aldığı qeyri-yaşayış binasının üst tikilisi müstəqil tikili olmamaqla satın aldığı qeyri-yaşayış binasının tərkib hissəsidir və həmin binanın yardımçı sahəsidir, müxtəlif əşyaların yığılması üçün inşa edilmişdir. Başqa sözlə, üst tikili hazırda onun mülkiyyətində olan əsas binanın təyinatı üzrə istifadəsi üçün nəzərdə tutulmuş tikilidir və üst tikiliyə istifadə hüququ məhz əsas binanın mülkiyyətçisinə məxsusdur.

44. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 10/6035 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 1-ci mərtəbənin üzərində və bir dam örtüyü altında yerləşdiyini, eləcə də tikinti işlərinin faktiki aparılma ardıcıllığnı, hörgü daşlarının bir-birinə bağlantılı şəkildə olduğunu və sonluqların kəsilmədiyini (və ya sökülmədiyini) nəzərə alaraq alt və yuxarı mərtəbələr konstruktiv elementlərinə görə vahid tikili təşkil etdiyi və 2-ci mərtəbənin qeyri-yaşayış binasının tərkib hissəsi olduğu hesab edilir.

46. Cavabdeh isə məhkəməyə qeyri-yaşayış binasının mübahisəli ikinci mərtəbəsinin onun qanuni istifadəsində olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

47. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

48. Sadalananlardan göründüyü kimi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binası ilə vahidlik təşkil edən və onun tərkib hissəsi olan mübahisəli daşınmaz əşyanı (2-ci mərtəbə) tələb etməsi üçün hüquqi əsas vardır və cavabdehin bu hüququn həyata keçirilməsinə etdiyi müdaxilə əsasızdır.

49. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin mövcud dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-33/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-33/2025 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar