Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1507/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı “xx.xx.2021ci il tarixli, 22 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTəhqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı məcburi işburaxmasına görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsinə bərpa olunması qət edilmişdir (hakim Rahim Həsənov). Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən apellyasiya şikayəti Quba Rayon Məhkəməsinin 2(027)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam olunması, onun işdən azad olunmağı barədə 12 iyul 2021-ci il tarixli 22 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə işəgötürən tərəfindən 12 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi ilə öz əvvəlki X10 laboratoriyasında böyük elmi işçi vəzifəsinə bərpa olmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(027)-975/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı ilk növbədə 02 iyul 2021-ci il tarixli əmrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdi. Bu barədə sənəd də təqdim etmişlər ki, artıq 02 iyul 2021-ci il tarixli əmr qüvvədə deyil. İddiaçı işdən 12 iyul 2021-ci il tarixli əmrlə çıxarılıb. Buna baxmayaraq tərəf 12 iyul 2021-ci il tarixli əmri mübahisələndirməyib. Əmr də yalnız əmrin alındığı yaxud tərəfin məlumatlı olunduğu gündən bir ay ərzində mübahisələndirilə bilər. İddiaçı həmin müddəti ötürüb. Əmri ona xx.xx.2021-ci il tarixdə təqdim etsələr də, o, qəbul etməkdən imtina etmişdir. Bundan əlavə məhkəmə prosesində də əmrin mövcudluğundan məlumatı olub, bunu məhkəmə iclas protokolları təsdiq edir. Lakin iddiaçı vaxtında məhkəməyə müraciət etməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(027)-975/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(027)- 975/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan TVT 094614 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə “meyvə, tərəvəzçilik və üzümçülük” ixtisasını alim aqronom dərəcəsi üzrə S.Ağamalı oğlu adına “şərəf nişan ordenli” Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 20 saylı əmrindən görünür ki, keçirilmiş attestasiyanın nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı müəssisənin xx.xx.1991 -ci il tarixli, 89 nömrəli əmri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə onun əmək müqaviləsinə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun 20 nömrəli əmri ilə attestasiya komissiyasının nəticələrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) uyğun olaraq xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbləri gözlənilməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbi pozularaq, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onun əmək müqaviləsinə xitam verildiyindən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun direktoru X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi üçün müəssisəyə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutun xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişiklik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən X8 və X10 laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişlər. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1684/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilmiş, İddiaçı işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq iddia həmin hissədə təmin edilməmiş, məcburi işburaxmaya görə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(105)-3658 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsi qismən- məcburi işburaxmaya görə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun apelyasiya şikayəti qismən təmin edilmişdir. «Elm haqqında» 14 iyun 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunun 25.325.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı ilə yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndində əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X1 analitik analizlər laboratoriyasında böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə keçirilmiş attestasiya nəticələri əsasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 20 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1684/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilmişdir. Sonradan məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutun xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişiklik edilmiş, X10 laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli attestasiya nəticələri Quba Rayon Məhkəməsinin 2(027)-1684/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən, həmin attestasiya nəticələri əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmr İddiaçı münasibətdə ləğv edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmrin tərtib edilməsinə səbəb xx.xx.2021-ci il tarixli attestasiya nəticələri olmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmr iddiaçıya təqdim edilməmiş və həmin əmrə münasibət bildirməsi üçün ona cavabdeh tərəfindən heç bir şərait yaradılmamışdır. Bundan başqa İddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu tərəfindən verilmiş müddətin ötürülməsi barədə ərizənin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Lakin müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutu iddiaçının qeyd etdiyi ərizə ilə, Quba rayon Məhkəməsinə müraciət etməmiş və iş materiallarında müddətin ötürülməsi barədə ərizə mövcud deyildir. Məhkəmə cavabdehin izahatına münasibət bildirərək qeyd edir ki, mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət üçün iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X2 analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmri ləğv edilməli, işçiyə xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqı ödənilməli və iddiaçı Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTəhqiqat İnstitutunun X10 laboratoriyasının böyük elmi işçisi vəzifəsinə bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Apellyant apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır və iddiaçı tərəfindən bir aylıq iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X2 analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021ci il tarixli, 22 nömrəli əmri əsassız olmuşdur. Belə ki, əmrin verilməsinə əsas olmuş attestasiyanın nəticələri məhkəmənin qətnaməsi ilə ləğv olunmuşdur. Bundan başqa apellyant iddia müddətinin ötürülməsinə dair dəlilini əsaslandıra bilməmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmr iddiaçıya təqdim edilməmiş və həmin əmrə münasibət bildirməsi üçün ona cavabdeh tərəfindən heç bir şərait yaradılmamışdır. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətində qeyd edilən dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Onun dəlilləri isə iş materialları ilə təkzib olunur. Qeyd edilən dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelysiya şikayətində qeyd edilən dəlillər formal mülahizələrə əsaslandığı üçün məhkəmə qətnaməsinin ləğv üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-975/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1507/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1507/2022
01.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver