Məhkəmə qərarları › İş №2(105)-1527/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1527/2022

23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1527/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızından və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4159/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraat baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4159/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, X3 mülkiyyətində olmuş ünvan 7, mənzil 1A-nın, ünvan 6nında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi ev 23, mənzil 5-in, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının, Sumqayıt şəhəri, 2-ci məhəllədə 1/32 nömrəli ünvanda yerləşən qeyri yaşayış sahəsinin (47 saylı mağaza), Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (19 saylı mağaza) özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilmiş, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək X2 400000 ABŞ dolları borcun, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 16666 ABŞ dollarının ümumilikdə 416666 ABŞ dolları borcun tutularaq ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 Aftandil oğlu iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, Sumqayıt şəhəri, 2-ci məhəllədə 1/32 nömrəli ünvanda yerləşən qeyri yaşayış sahəsinin, ünvan 6nında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi ev 23, mənzil 5-in, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, ünvan 7, mənzil 1A-nın və **-BP-*** dövlət qeydiyyat nişanlı “JEEP GRAND CHEROKEE” markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4159/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil1 Aftandil oğlu tərəfindən iddianı təmin etmə tədbiri barədə verilmiş ərizə qismən təmin edilərək X3 mülkiyyətində olan ünvan 7, mənzil 1A-nın, ünvan 6nında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi ev 23, mənzil 5-in, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının, Sumqayıt şəhəri 2-ci məhəllədə 1/32 nömrəli ünvanda yerləşən qeyri yaşayış sahəsinin (47 saylı mağaza), Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (19 saylı mağaza) özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(060)-4159/2021 saylı qərardadı ilə iddiacı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4159/2021 saylı qərardadı ilə mülki iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, X3 mülkiyyətində olan ünvan 7, mənzil 1A-nın, ünvan 6nında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi ev 23, mənzil 5-in, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının, Sumqayıt şəhəri, 2-ci məhəllədə 1/32 nömrəli ünvanda yerləşən qeyri yaşayış sahəsinin (47 saylı mağaza), Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (19 saylı mağaza) özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadda göstərmişdir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından və həmin məhkəmə aktı qanuni qüvvəyə mindiyindən X3 mülkiyyətində olan ünvan 7, mənzil 1A-nın, ünvan 6nında yerləşən qeyri yaşayış sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi ev 23, mənzil 5-in, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının, Sumqayıt şəhəri 2-ci məhəllədə 1/32 nömrəli ünvanda yerləşən qeyri yaşayış sahəsinin (47 saylı mağaza), Sumqayıt şəhəri, 1-ci məhəllə, 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (19 saylı mağaza) özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağa ləğv edilməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, qanunvericilikdə bu məsələyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılması nəzərdə tutulmuşdur. Hazırki mübahisə ilə bağlı o, məhkəmədə yeni iddia irəli sürməyə hazırlaşdığından iddianı təmin etmə tədbirinin ləğv edilməsi və qadağanın götürülməsi qanunsuzdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4159/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil1 Aftandil oğlu tərəfindən iddianı təmin etmə tədbiri barədə verilmiş ərizə qismən təmin edilərək X3 mülkiyyətində olan ünvan 7, mənzil 1A-nın, ünvan 6nında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi ev 23, mənzil 5-in, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının, Sumqayıt şəhəri 2-ci məhəllədə 1/32 nömrəli ünvanda yerləşən qeyri yaşayış sahəsinin (47 saylı mağaza), Sumqayıt şəhəri, 1ci məhəllə, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (19 saylı mağaza) özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(060)-4159/2021 saylı qərardadı ilə iddiacı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(060)-4159/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır və həmin qərardad qanuni qüvvəyə minmişdir. Belə olan halda, müvəqqəti təminat tədbirinin ləğv edilməsi Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur. İşdən görünür ki, müvəqqəti təminat tədbirinin ləğv edilməsinə baxılmasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı şikayətində yeni iddia irəli sürməyə hazırlaşdığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yeni iddia irəli sürülməsi hazırki iş üzrə müvəqqəti təminat tədbirinin ləğv edilməməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4159/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar