Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1530/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC-nin “Liman Klinikası” və Cavabdeh2 tərəfindən İddiaçı dəyən 115742,77 manat maddi zərərin, 340000 manat müalicə xərclərinin, 100000 manat mənəvi zərərin, cəmi 555742,77 manat məbləğində pul vəsaitinin müştərək qaydada "xxxx" MMC-nin “Liman Klinikası” və Cavabdeh2 tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2014-cü ildən başlayaraq, görmə qabiliyyətinin pozulması şikayətləri ilə müxtəlif tibb müəssisələrinə müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə görmə pozğunluğu, görmə sahəsinin daralması və baş ağrıları şikayəti ilə "Liman Klinikası"na müraciət etmişdir. Burada iddiaçıya ödənişli tibbi xidmət əsasında müxtəlif oftalmoloji müayinələr keçirilmişdir. Müayinələrin nəticəsi olaraq iddiaçının adına xx.xx.2017-ci il tarixli 151851 №-li "Ambulator kart" tərtib edilmişdir. Eyni zamanda differensial diaqnostika məqsədilə tərtib edilmiş göndərişlərinə əsasən cavabdehlərin digər ixtisas həkimləri tərəfindən ödənişli əsaslarla iddiaçıya qanın ümumi analizi, kart-test və EKQ tibbi müayinələr keçirilmişdir. Son kliniki diaqnoz olaraq, cavabdehlərdə iddiaçıya "OU - komplikat katarakta" (ÜST XBT-10 üzrə "H26.2 Ağırlaşmış katarakta Göz xəstəliklərində ikincili katarakta") diaqnozu təyin olunmuşdur. Keçirilmiş natamam müayinələr əsasında həkim-oftalmoloq Rəna Nəbiyeva iddiaçıya bildirmişdir: həkim rəyi: bu vaxtadək digər tibbi müəssisələrdə təyin olunmuş diaqnozları yanlışdır, məhz xx.xx.2017-ci il tarixli diaqnoz düzgün və qətidir; həkim proqnozu: görmə qabiliyyətim zaman geçdikcə daha da pozulacaq, əlaqədar baş ağrıları daha da artacaq və bu xəstəliyi korluqla nəticələnə bilər; həkim məsləhəti: xəstəliyini müalicə etmək, 100 % görmə qabiliyyətini bərpa etmək üçün ilkin olaraq sağ gözdə, 1-2 aylıq bərpa fasiləsindən sonra isə sol gözdə oftalmoloji cərrahi əməliyyatlar keçirilməlidir. 2014-cü ildən başlayaraq tədricən görmə qabiliyyətinin pozulması səbəbindən iddiaçı həkim-oftalmoloq Rəna Nəbiyevanın rəyinə, proqnozuna və məsləhətinə inanmış, onun tərəfindən üzərində oftalmoloji cərrahi əməliyyatın keçirilməsinə razılıq vermişdir. xx.xx.2017-ci il tarixdə təyin olunmuş "OU - komplikat katarakta" diaqnozuna əsasən iddiaçı üzərində "OD kataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası + İOL (25,5) implantasiyası" cərrahiyyə əməliyyatı keçirilmişdir. Həkim-oftalmoloq Rəna Nəbiyeva 2(105)-377/2023 nömrəli iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsində verdiyi izahatında bildirmişdir ki, yuxanda adı çəkilən cərrahiyyə əməliyyatını "Dünya Göz" klinikasının baş həkimi oftalmoloq Cavabdeh2 icra etmişdir və əsl cavabdeh də məhz Cavabdeh2dır. Cərrahiyyə əməliyyatdan sonra xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə cavabdeh iddiaçının oftalmoloji müayinələrini keçirmişdir. İddiaçının adına tərtib olunmuş rekvizitsiz, imzasız əlavə vərəqədə cavabdeh keçirdiyi həmin oftalmoloji müayinələrə dair aşağıdakı məlumatları qeyd etmişdir: xx.xx.2017 ilk sarğı, OD ön kamerada hava qabarı, aydın refleks alınır. - xx.xx.2017 Vis OD = 0,5 k/i cyl - 0,75 ax 96 = 0,8 Tn OU - N. Göz dibindən aydın refleks almır. İddiaçının müalicəsi zamanı keçirilmiş tibbi tədbirlərin nəticəsi olaraq cababdeh tərəfindən xx.xx.2017-ci il tarixli epikriz tərtib olunmuşdur. Lakin cavabdehin keçirdiyi müalicədən zaman geçdikcə iddiaçının görmə pozğunluğu daha da artmış, baş ağrıları daha da kəskinləşmişdir. Bununlə əlaqədar iddiaçı 2-3 aylıq aralıqlarla həkimoftalmoloq Rəna Nəbiyevanm həkim qəbuluna gələrək, şikayətlərini bildirmişdir. Belə ki, onun görmə qabiliyyəti nəinki bərpa olunmamış, hətta keçirdiyi cərrahi əməliyyatdan əvvəlki səviyyədən də aşağı düşmüşdür. Bununla yanaşı baş ağrılarının daha kəskin və tez-tez yarandığını da müalicə həkiminə bildirmişdir. Lakin həkim-oftalmoloq Rəna Nəbiyeva bu zaman keçirdiyi tibbi müyinələrdən sonra iddiaçıya bildirmişdir ki, cərrahi əməliyyat uğurlu olmuşdur, narahatçılığa əsas yoxdur, bərpa prosesini yekunlaşdırmaq məqsədilə təyin etdiyi dərman və vitamin qəbulunu davam etdirməlidir. İddiaçıda olan baş ağrıları isə görmə pozğunluğu ilə əlaqədardır və görmə qabiliyyəti bərpa olunduqdan sonra keçəcəkdir. Eyni tipli, mövzulu həkim qəbulları daha üç dəfə keçirilmiş və 2017-ci ilin sonunadək davam etmişdir. Cavabdehlərdən lazımi keyfiyyətli və təhlükəsiz tibbi xidmət almayan, görmə pozğunluğu daha da artmış, baş ağrıları daha da kəskinləşmiş iddiaçı 2018-ci ildə digər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı 26 saylı Bakı şəhər poliklinikasına müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində (əlavə 12) aşağıdakılar müəyyən edilmişdir: - D5 - Vis OD = 0,2 k/i; Vis OS = 0,02. DS - OU sol göz sinirinin atrofiyası. Differensial diaqnostika tədbiri olaraq iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində "VEP müayinəsi"nə (görmənin oyandırdığı potensialların müayinəsi) göndəriş verilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı göndərişə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada keçirilmiş "VEP müayinəsi" nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - VEP (pattern) OU-P100 kompanentinin latentliyi sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə azalmışdır; - VEP (flash) OU-P2-nin latentliyi sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə uzanmışdır, amplitudası sağ gözdə orta, solda nəzərəçarpacaq dərəcədə azalmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçı Mərkəzi Hərbi Klinik Hospitalın Oftalmologiya şöbəsinə müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində göz dibində patologiya aşkar edilmişdir. Differensial diaqnostika tədbiri olaraq iddiaçıya "Baş beyinin MRT" və "Orbital MRT" müayinələrinə göndərişlər verilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı göndərişlərə əsasən "Medera Hospital”ın Radiologiya şöbəsinə müraciət etmişdir. Burada keçirilmiş "Beyinin MRT müayinəsi" nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - Türk yəhəri (sella) boşluğunu dolduraraq hipofiz vəzini superiordan kompressiya edən, orta xətt ilə anterior kranial fossaya uzanaraq interhemisferik fissurada yerləşib medial frontal girusları kompressiya edən, optik xiazmı anteroinferiordan kompressiya edən, konturları dalğavari və hamar, T2 və FLAİR seriyalarında serebral korteksə nəzərən zəif hiperintens, T1 seriyada izointens, intravenoz paramaqnetik kontrast maddə inyeksiyasından sonra intensiv kontrastlanan 40 x 40 x 30 mm ölçüdə törəmə aşkar edilir. Frontoparietal zirvədə sol parasaggital sahədə geniş əsasla duraya söykənən, serebral korteksi həmin nahiyədə minimal kompressiya edən, sellada qeyd olunan törəmə ilə bənzər xüsusiyyətlərə malik - 17 x 22 x 16 mm ölçüdə ikinci törəmə aşkar edilir. Həmçinin burada keçirilmiş "Orbital MRT müayinasi" nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - Optik xiazma sellar törəmə tərəfindən anteroinferiorda kompressiya olunmaqdadır (Beyin MRT rəyində təsviri verilib). xx.xx.2018-ci il tarixdə iddiaçı 26 saylı Bakı şəhər poliklinikasına müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - OS - Billurda dəyişiklik var; GSD (görmə siniri diski) hüdudları aydın, avazımış, damar kolibri 1 : 3; Vis OU = 0 (sıfır); Görmə sinirinin atrofiyası. DS — OS Görmə sinirinin ikincili atrofiyası; OD - Billurun çıxarılması, Billurda dəyişiklik (residiv). Son, qəti diaqnostika tədbiri olaraq iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzində müayinəyə göndəriş verilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı göndərişə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adma Milli Oftalmologiya Mərkəzinə müraciət etmişdir. Burada keçirilmiş oftalmoloji müayinələr nəticəsində aşağıdakılar müəyyən edilmişdir: - ÜST XBT-10 üzrə "H47.2 Görmə sinirinin atrofiyası görmə siniri diskinin gicgah yarısının avazıması"; - ÜST XBT-10 üzrə "H27 Büllurun digər xəstəlikləri"; - ÜST XBT-10 üzrə "H54.0 Binokulyar korluq 5-ci dərəcəli görmə pozğunluğu"; - Diaqnoz: OU - Görmə sinirinin ikincili atrofiyası (enən), OD - Artifakiya. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspertiza müayinəsindən çıxarışa əsasən iddiaçıya "Görmə sinirinin atrofiyası. OU-Görmə sinirinin ikincili atrofiyası (enən). OD-Artifakiya. VİS OU-O (sıfır). Binokulyar korluq. Baş beyin qişalarının xoşxassəli yenitörəməsi. Sellyar nahiyyəsinin böyük ölçülü törəməsi meningioma Grade 1. Cərrahi əməliyyatdan sonrakı vəziyyət." diaqnozu müəyyən olunmuşdur. Nəticədə iddiaçıya müddətsiz əlillik qrupu: "Birinci dərəcəli əlillik, Səbəb: Ümumi xəstəlik => Gözdən əlil" təyin edilmişdir. Beləliklə, cavabdeh tərəfindən təyin olunmuş yanlış "OU-Komplikatkatarakta" (ÜST-nın XBT üzrə "H26.2 Ağırlaşmış katarakta Göz xəstəliklərində ikincili katarakta") diaqnozu nəticəsində iddiaçınm həyatı üçün təhlükəli olan patoloji vəziyyət yaranmışdır. Yuxarıda adı çəkilən diaqnozun düzgün, dəqiq təyin olunması üçün tələb olunan tibbi müayinələr qüsurlu, natamam keçirilmişdir. Belə ki: - "H26.2 ağırlaşmış katarakta göz xəstəliklərində ikincili katarakta" diaqnozu təyin olunarkən "katarakta" xəstəliyi törəmə, ikincili xəstəlikdir. Əsas (birincili) xəstəliyin müəyyən edilməsi üçün standart oftalmoloji müayinələr oftalmoskopiya (göz dibinin müayinəsi), perimetriya (görmə sahəsinin müayinəsi), kranioqrafiya (vizual rentgenoloji müayinəsi) və s. aparılmamış, əsas (birincili) xəstəlik müəyyən edilməmişdir. Cavabdeh tərəfindən keçirilmiş diaqnostik müayinələr zamanı iddiaçının xroniki, kəskin baş ağrıları şikayəti ilə əlaqədar müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının xx.xx.2012-ci il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş "Baş ağrılarının diferensial diaqnostikası üzrə klinik protokol"un "Yüksək beyindaxili təzyiq" bölməsinə əsasən beyindaxili təzyiqin artmasına dəlalət edən əlamətlərlə baş ağrısı olan xəstələri təxirə salmadan mütəxəssisə göndərmək lazımdır. Cavabdeh tərəfindən keçirilmiş diaqnostik müayinələr zamanı - xx.xx.2017-ci il tarixdə "Göz dibi: görmə siniri (D, S) - solğun çəhrayı, sərhədləri aydındır. Tor qişa (D, S) - MZ refleks saxlanılıb. Sarı ləkənin intensivliyi azalıb" onkoloji əlamətli müyyən edilmişdir. Lakin cavabdeh ciddi kəllədaxili patologiyaya dəlalət edən bu simptomlarla əlaqədar differensial diaqnostika tədbiri olaraq iddiaçıya "Beyinin MRT miiayinəsi"nə göndəriş verməmiş, müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmişdir. 2) Cavabdeh tərəfindən iddiaçının adına tərtib edilmiş 151851 saylı ambulator xəstənin tibbi kartası Forma № AZS-025"də xx.xx.2017-ci il tarixdə keçirilmiş müayinələr nəticəsində aşağıdakılar qeyd edilmişdir: Görmə itiliyi: Sağ göz 0,05 k/i + 3,5 D = 0,65 (korreksiyasız 0,05; korreksiya ilə 0,65); Sol göz 0,001 k/i + 3,5 D = 0,01/0,02 (korreksiyasız 0,001; korreksiya ilə 0,01-0,02); Diaqnoz: OU (hər iki göz) - komplikat katarakta. İkitərəfli kataraktın müalicəsi praktikasında yüksək risklərlə əlaqədar hər iki gözün eyni vaxtda cərrahiyyə əməliyyatı keçirilmir. Tibbi praktikaya uyğun olaraq, görmə funksiyası daha zəif olan göz ilk növbədə əməliyyat olunur. İkinci gözün əməliyyat olunmasına dair qərar birinci, əməliyyat olunmuş göz tam sağaldıqdan sonra verilir. İlk cərrahiyyə əməliyyatdan sonra xəstəyə öz vəziyyətini bərpa etmək və sabitləşdirmək üçün vaxt verilir. Sonra həkim-cərrah ilkin nəticələri qiymətləndirir və müalicənin ikinci mərhələsi - görmə funksiyası daha yüksək olan göz əməliyyat olunur. İki mərhələli yanaşma çərçivəsində həkim-cərrah müalicənin gedişatını tənzimləmək imkanına malikdir. Bu çox vacibdir, çünki birinci cərrahiyyə əməliyyatının nəticəsi təxmin ediləndən bir qədər fərqli ola bilər. İkincisində - digər gözdə əməliyyat apararkən həkim-cərrah birincisindəki nəticəni nəzərə almalıdır. xx.xx.2017-ci il tarixdə cavabdehin iddiaçı üzərində icra etdiyi səhv cərrahiyyə əməliyyatı nəticəsində görmə funksiyası daha zəif olan sol göz deyil, görmə funksiyası daha yüksək olan sağ göz əməliyyat olunmuşdur. Bundan əlavə əməliyyatdan sonra sağ gözdə "arxa kapsulun fibrozu" yaranmışdır. Cavabdehin keçirdiyi cərrahi əməliyyatdan sonra - xx.xx.2017-ci il tarixdə iddiaçıda görmə pozğunluğuna dəlalət edən "Göz dibindən aydın refleks almır" onkoloji əlaməti müyyən etmişdir. Lakin cavabdeh tərəfindən ciddi kəllədaxili patologiyaya dəlalət edən bu simptomla əlaqədar differensial diaqnostika tədbiri olaraq iddiaçıya "Beyinin MRT müayinəsi"nə göndəriş verilməmiş, müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmişdir. Cavabdehlərin səhlənkarlığı nəticəsində vaxt keçdikcə öz gedişatı boyu iddiaçının sağlamlığına ağır zərər vurulmuşdur. Belə ki, katarakta göz mühitinə təsir edən pozğunluqlar (endokrin pozğunluqlar, sistemik infeksiya, qan dövranı pozğunluqları və s.) ilə əlaqədardırsa, ilk növbədə səbəbkar ümumi xəstəlik müalicə olunmalıdır. Aydın bir terapevtik müvəffəqiyyət əldə edildikdə, tərs inkişafa, büllurun bulanıqlığının rezorbsiyasına meyl aşkar edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin etik davranış qaydaları"na əsasən həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Həkim öz işində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur. Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır. Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinyyət və digər məsuliyyətə cəlb oluna bilər.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(060)- 671/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Liman Klinikası”na və X5 qarşı tibb müəssisəsində müalicə zamanı sağlamlığa vurulmuş zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(060)-671/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3968/2023 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-377/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli rəyinə əsasən, iddiaçı 11 aprel 2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə - meningioma” müəyyən edilmişdir. Göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etmək mümkün deyil. İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsi olmamışdır. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır.
8. 31.03.2023-cü il tarixli, 129/KEŞ saylı ekspert rəyinə əsasən “Liman Klinikası”nda iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2017-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “OU-komplikat katarakta” diaqnozu düzgün təyin edilmişidir. İddiaçı xx.xx.2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma”nın olduğu müəyyən edilmişdir. Lakin İddiaçı mövcud olan beyin patologiyası “Liman Klinikası”nda vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofıyanın qarşısının alınması imkanı çox ola bilərdi. İddiaçıya “Liman Klinikası”nda təyin edilmiş “OU-komplikat katarakta" diaqnozu ilə onun görmə qabiliyyətinin pozulması arasında səbəbli əlaqəsi olmamışdır. Tibbi manipuiyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı cavabdehlər X11 Məsuliyətli Cəmiyyəti və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1097.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)- 193/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, “Qətnamə”nin əsaslandırıcı hissəsində aşağıdakılar göstərilmişdir: Məhkəmə qeyd edir ki, hazırki işdə cavabdeh başqa şəxs olsa da, iddianın əsasını təşkil edən hallar əvvəlki məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə tərəfindən həmin hallara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə hazırki iş üzrə ekspertiza təyin edilməsinə hər hansı bir zərurət görməmiş və bununla bağlı iddiaçının vəsatətini təmin etməmişdir. Bununla əlaqədar aşağıdakıları bildirir: Əvvəlki məhkəmə mübahisəsi Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-671/2021 nömrəli mülki iş üzrə onun "xxxx" MMC-nin “Liman Klinikası”na və həkim X5 qarşı “Həkim səhvi və səhlənkarlığı nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi haqqında” iddia tələbi əsasında olmuşdur. Adı çəkilən iddia tələbinin əsasını təşkil edən hallar üzrə mübahisə predmeti "xxxx" MMC-nin Liman Klinikasında əmək müqaviləsi əsasında çalışan həkim X7 tərəfindən ona təyin edilmiş yanlış diaqnoz olmuşdur. Məhkəmə əlaqədar faktları və halları müəyyən edərək, iş materiallarında olan yazılı sübutların aidiyyatını və mümkünlüyünü qiymətləndirərək kompleks məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərardad (əlavə 30) qəbul etmişdir. Adı çəkilən Qərardadın məzmununda təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar, ekspertə göndərilən materiallar sırasında aşağıdakılar göstərilmişdir: - Liman Klinikası tərəfindən tərtib edilmiş xx.xx.2017ci il tarixli “Epikriz”ə əsasən iddiaçıya “OU-komplikat katarakta”diaqnozu qoyulması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş “Kliniki protocol”lara əsasən ən zəruri müayinələr keçirilmişdirmi və qoyulmuş diaqnoz düzgündürmü?; - Liman Klinikası tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Epikriz”ə əsasən “İddiaçı”ya “OUkomplikat katarakta” diaqnozunun qoyulması və keçirilmiş müvafiq müalicə nəticəsində xəstənin sağlamlığına, digər daxili orqanlarına və gələcək həyat keyfiyyətinə vurulmuş zərərin dərəcəsi hansı səviyyədədir? Ekspertizanın keçirilməsinə həkim-oftalmoloq, həkimonkoloq və həkim-neyrocərrahın iştirakları təmin edilsin. Ekspert rəy veriləndə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “İddiaçı”ya aid xx.xx.2014-cü il tarixli 38079 saylı “Ambulator xəstənin fərdi vərəqəsi”ndə və Liman Klinikasının “İddiaçı”ya aid xx.xx.2017-ci il tarixli 1/5- 1851 saylı kartın məlumatlarında qeyd olunanlar nəzərə alınsın. Lakin “Azərbaycan Respublikası SəhiyyəNazirliyinin MTEPAB” PHŞ -də tərtib edilmiş “Ekspert rəyi № 601”də adı çəkilən iş materialları və faktiki hallar tədqiq edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 105 saylı “Tibbi rəy” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 3/7-40 saylı məktub tədqiq edilməmiş, onun sağlamlığına, digər daxili orqanlarına vurulmuş zərərə dair faktiki hallar nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının icraatında olmuş 2(102)-4267/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən məhkəmələr mövqeyini onunla əsaslandırmışlar ki, iddiaçı cavabdehlərin göstərdikləri tibbi xidmət nəticəsində ona zərər vurulmasını sübut edə bilməmişdir. Bu zaman iş üzrə keçirilmiş kompleks məhkəmə-tibbi ekspertizasının rəyinə istinad olunmuşdur. Lakin apellyasiya məhkəməsi ekspert rəyini MPM-in 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmiş, o cümlədən nəzərə almamışdır ki, ekspert rəyində işin həlli üçün zəruri olan bütün suallara cavab verilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi məsələlərdən biri ondan ibarət olmuşdur ki, ona cavabdehlər tərəfdən düzgün diaqnoz qoyulmamış, müalicə düzgün aparılmamış və bunun üçün zəruri müayinələr keçirilməmişdir. O cümlədən, iddiaçı apellyasiya şikayətində və məhkəmələrə verdiyi vəsatətlərdə cavabdehlər tərəfindən keçirilmiş müayinənin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Kliniki protokollara, X2 qəbul etdiyi “X3” uyğun olmadığını, onun “göz dibinin” və “görmə sahəsinin” müayinəsinin keçirilmədiyini göstərmişdir. Qeyd olunmalıdır ki, keçirilmiş məhkəmə tibbi ekspertizasının 17 mart 2021ci il tarixli rəyinə əsasən iddiaçı komissiyanın müayinəsində olduğu zaman 2017-ci ildə görmə qabiliyyətinin zəiflənməsi və kəskin baş ağrıları şikayəti ilə “Liman Klinikası”na müraciət etdiyini göstərmişdir. Lakin iş materiallarında olan ambulator xəstənin tibbi kartasının surətində xəstənin şikayətləri öz əksini tapmamışdır. Bundan əlavə, iddiaçı şikayət və vəsatətlərində cavabdehlər tərəfindən edilmiş əməliyyatdan sonrakı dövrdə dəfələrlə təkrar şikayətlərlə müayinə olunduğunu, lakin ona yenə də zəruri müayinə və müalicələrin edilmədiyini göstərmişdir. Bu hallarla bağlı da, iddiaçının tibbi kartasında hər hansı qeydiyyat aparılmamışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olmuş 2(105)-377/2023 nömrəli mülki iş üzrə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTEPAB” PHŞ-də tərtib edilmiş “Ekspert rəyi № 129/KEŞ”də də adı çəkilən iş materialları və faktiki hallar tədqiq edilməmişdir. “Qətnamə”nin əsaslandırıcı hissəsində aşağıdakılar göstərilmişdir: Bundan başqa yuxarıda adı qeyd edilən ekspert rəyləri əsasında da görmə sinirinin atrofiyasının səbəbinin beyində olan meningioma olması, onun da aparılmış əməliyyatla heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir ki, bu halda iddiaçının dəlilləri öz təsdiqini tapmır. Bununla əlaqədar aşağıdakıları bildirir: Əvvəlki məhkəmə araşdırmaları (Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-377/2023 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-671/2021 nömrəli işlər üzrə icraat) üzrə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTEPAB” PHŞ-də tərtib edilmiş “Ekspert rəyi № 129/KEŞ”də və “Ekspert rəyi № 601”də ekspertlər iş üzrə səbəbli əlaqəni müəyyən edərkən xx.xx.2019-cu il tarixdə keçirdiyi müayinələrin nəticəsində həkim-mütəxəssis Qurban İsmayılovun “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə zidd olaraq, elmi inkişafın müasir tələblərinə uyğun olmayan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmayan aşağıdakı qeyri-mötəbər, ziddiyyətli fikrinə əsaslanmışdılar: - Xəstənin göz dibində olan patologiyanın — görmə sinirindəki atrofiyanın cərrahiyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur – beyinə bağlıdır. Lakin “İddiaçı”da mövcud olan beyin patologiyası Liman Klinikasında vaxtında müəyyən edilib adekvat müalicə tədbirləri, yəni vaxtında MRT müayinəsi və neyrocərrahın konsultasiyası aparılmış olsa idi, görmə sinirindəki atrofıyanın qarşısının alınması imkanı çox ola bilərdi. Halbuki həkimmütəxəssis Qurban İsmayılova Azərbaycan Respulikasının CPM-nin 97-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmamış, ona Azərbaycan Respulikasının CMnin 297-ci maddəsinə əsasən bilə-bilə yalan rəy verilməsi ilə əlaqədar məsuliyyəti barədə xəbərdarlıq edilməmiş, iş materialları ilə tanış edilməmiş və ekspert rəylərini imzalamamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. “Qətnamə”nin əsaslandırıcı hissəsində aşağıdakılar göstərilmişdir: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Bununla əlaqədar aşağıdakıları bildirir: Liman Klinikası tərəfindən “Cərrahi əməliyyat”a dair sübutlar məhkəməyə təqdim edilmədiyindən o, Azərbaycan Respublikasının MPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət etmiş və cavabdehlərlə qarşılıqlı münasibətlərinə dair faktiki halları müəyyən edən sübutların tələb edilərək, iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iş üzrə keçirilmiş hazırlıq iclasında Liman Klinikasının nümayəndəsi izahatında bildirmişdir ki, əməliyyatın aparılması ilə bağlı bütün sənədlər əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəməyə təqdim olunmuşdur. Həmçinin, onunla bağlanmış tibbi xidmət barədə müqavilə və post operativ əməliyyatlar xidmətinin həyata keçirilməsi barədə sənədlər, onun bildiyi qədəri ilə, məhkəməyə təqdim olunmuşdur. FAKO emulsifikasiya aparatı həkimə məxsus aparat olmaqla lisenziyası mövcuddur. Belə olan halda o, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli “Ərizə № 004” (əlavələr 36, 37, 38, 39, 40) ilə məhkəməyə həmin sübutların təmin olunması məqsədilə müraciət etmişdir. Adı çəkilən sübutların təmin olunmasına dair ərizələrin cavablandırılmaması ilə əlaqədar o, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət etmişdir. Onun adı çəkilən müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurası tərəfindən xx.xx.2025-ci il tarixli, 2-4/2-1212/2025 saylı məktub (əlavə 41) Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-671/2021 saylı cavab məktubu ilə xx.xx.2025-ci il tarixdə onun ünvanına çatdırılmış əvvəlki məhkəmə mübahisəsi üzrə 59 vərəqədən ibarət iş materialları sırasında Liman Klinikasının nümayəndəsinin bildirdiyi “Tibbi xidmət müqavilə”si, təkrar müayinələrin nəticələri, FAKO emulsifikasiya aparatının setifikatı və s. sənədlərin surəti mövcud olmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bu mənada qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı mübahisə elə həll olunmalıdır ki, həmin işlə əlaqəli olan digər iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Bu baxımdan, mülki prosessual qanunvericilikdə bir sıra hüquqi prosedurlar nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. “Qətnamə”nin əsaslandırıcı hissəsində aşağıdakılar göstərilmişdir: Belə ki, iddiaçının iddia ərizəsindən və məhkəmə iclaslarında verdiyi izahatlar əsasında müəyyən olunur ki, iddiaçının hazırki iddianı irəli sürməsinin əsasını təşkil edən dəlillər ondan ibarət olmuşdur ki, iddiaçını əməliyyat edən həkimin X7 deyil Cavabdeh2 olmuş, “Liman” klinikası tərəfindən əvvəlki məhkəmə icraatı zamanı məhkəməyə bütün sənədlər təqdim edilməmiş, iddiaçıya "Beyinin MRT müayinəsi"nə göndəriş verilməməsi, müvafiq sahə üzrə ixtisas həkiminin (nevropatoloq, neyrocərrah və s.) konsultasiyası keçirilməmiş, iddiaçıya katarakta diaqnozu düzgün qoyulmamış, FAKO emulsifikasiya aparatının lisenziyası məkhəməyə təqdim olunmamış, Fako emulsifikasiya aparatının şüalarının iddiaçıya təsir etməsi, əməlliyyatın iddiaçının onkoloji xəstəliyini aqressivləşdirmiş, ambulator xəstənin tibbi kartasınının cəmi 3 səhifədən ibarət olmaqla Səhiyyə Nazirliyinin normativlərinə uyğun olaraq 32 səhifə olması tələb olunmasına baxmayaraq 3 səhifədən ibarət olmuş, cərrahi əməliyyatın protokolu onda şübhələr yaratmış, protokol nə X1, nə də ki Səhiyyə Nazirliyinin standartlarına uyğun gəlməmişdir. Bununla əlaqədar aşağıdakıları bildirir: Əvvəlki məhkəmə icraatı zamanı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-5450/2019 nömrəli məktubuna (əlavə 17) cavab olaraq, Liman Klinikası tərəfindən xx.xx.2019-cu il tarixli 077 nömrəli məktubla (əlavə 18) məhkəməyə “Cərrahi əməliyyatın protokolu (şərti ad)” vərəqəsi təqdim edilmişdir. Adı çəkilən vərəqə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 saylı Əmrin tələblərinə riayət olunmadan, xəstənin adı, soyadı, xəstəlik tarixinin nömrəsi qeyd edilmədən, müalicə həkiminin imzası ilə təsdiq olunmadan tərtib edilmişdir və bu səbəbdən Azərbaycan Respulikasının MPM-nin 80-ci və 81-ci maddələrinin tələblərinə uyğun deyildir. xx.xx.2019-cu il tarixdə o, məktubla (əlavə 22) Liman Klinikasına müraciət edərək klinikada xx.xx.2017-ci il tarixdə keçirmiş olduğu cərrahiyyə əməliyyatına dair “Tibbi xidmət müqaviləsi”nin, ödəniş qəbzlərinin və digər əlaqəli sənədlərin surətlərinin ünvanına göndərilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Liman Klinikası tərəfindən cavab olaraq, ona göndərilmiş “İddiaçı”nın adına tərtib edilmiş sənədlər sırasında “Tibbi xidmət müqaviləsi” təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4267 saylı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-377/2023 nömrəli işlər üzrə icraatı zamanı göndərilmiş sorğularına cavab olaraq, Liman Klinikası tərəfindən göndərilmiş məktublarla (əlavələr 19 və 20) heç bir yeni sübut, o cümlədən “Tibbi xidmət müqaviləsi” məhkəməyə təqdim edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-193/2025 nömrəli iş üzrə icraatı zamanı göndərilmiş sorğuya cavab olaraq, Liman Klinikası tərəfindən göndərilmiş məktubla (əlavə 21) heç bir yeni sübut, o cümlədən “Tibbi xidmət müqaviləsi” məhkəməyə təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixdə onun vəkili Vəkil2 tərəfindən yeni sübutlara dair göndərilmiş sorğuya (əlavə 34) isə Liman Klinikası tərəfindən ümumiyyətlə heç bir cavab verilməmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu “Tibbi sənədləşmələr və hesabatlar” maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli 137 saylı Əmri (əlavə 28) ilə təsdiq edilmiş “Ambulator xəstənin tibbi kartası № AZS-025” forması 32 səhifədən ibarət olmaqla xəstənin xəstəlik tarixinə (ilkin müayinələr, keçirilmiş müalicələr, təkrar müayinələr və s.) dair tam məlumatların əks etdirilməsi məqsədi ilə hazırlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 5450/2019 nömrəli məktubuna (əlavə 17) Liman Klinikası tərəfindən xx.xx.2019-cu il tarixli 077 saylı cavab məktubu (əlavə 18) ilə onun adına tərtib edilmiş “Ambulator xəstənin tibbi kartası № AZS-025”nın üç səhifəsi (1-ci, 22-ci və 23-cü səhifələr) – “Okulistin müayinəsi (ilk)” hissəsi (əlavə 3) məhkəməyə təqdim edilmişdir. Adı çəkilən formanın xəstənin təkrar müayinələrinə dair digər səhifələri məhkəməyə təqdim edilməmişdir (əlavələr 19, 20 və 21). xx.xx.2025-ci il tarixdə onun vəkili Vəkil2 tərəfindən yeni sübutlara dair göndərilmiş sorğuya (əlavə 34) isə Liman Klinikası tərəfindən ümumiyyətlə heç bir cavab verilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
16. İş üzrə cavabdeh X11 Məsuliyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
19. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Maddə 24. 10-cu bəndinə əsasən pasiyentin hüquqları pozulduqda, o, müalicəprofilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 57. 1-ci bəndinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi «İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia tələbinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. İş materialları ilə müəyyən olunur ki, İddiaçı təyin olunmuş “OU-Komplikat katarakta” diaqnozuna əsasən onun üzərində “ODkataraktanın FAKO emulsifikasiya üsulu ilə ekstraksiyası +İOL (25,5) implantasiyası” cərrahi əməliyyatı həyata keçirilmişdir. İddiaçı xx.xx.2018-ci ildə “MedEra hospital”ında baş beynin MRT müayinəsindən keçmiş və müayinə zamanı “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə meningioma” aşkar edilmişdir. İddiaçı ona “Liman” klinikasında təyin edilmiş “OU-Komplikat katarakta” diaqnozunun düzgün təyin edilməməsini, “Liman”klinikasında aparılmış müayinə nəticəsində iddiaçının beynində patalogiya olmasını aşkar etməli olduğu halda bunun edilməməsi, iddiaçıda sonradan aşkar edilmiş “Sellar nahiyədə və sol fronto-parietal zirvədə qeyd olunan törəmə meningioma”nın iddiaçı üzərində aparılmış cərahiyyə əməliyyatı və müalicələrin səhv aparılması nəticəsində yaranmasını iddia edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, iddiaçı bundan öncə "xxxx" MMC və X5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir, iddia təmin edilməmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçının tələbinin əsası kimi göstərdiyi hallar əvvəlki məhkəmə icraatı zamanı da məhkəmə araşdırmasının predmeti olmuş və həmin hallar öz təsdiqini tapmamış, iddia təmin edilməmişdir. Belə ki, əvvəlki məhkəmə icraatı zamanı təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq təqdim edilmiş ekspert rəyində iddiaçının 11 aprel 2017-ci il tarixdə “Liman Klinikası”na hər iki gözünün zəif görməsi şikayətləri ilə müraciət etdiyi və aparılmış müvafiq müayinələrdən sonra ona “OU komplikat katarakta” diaqnozunun düzgün təyin edildiyi, İddiaçı 10 mart 2018-ci il tarixdə “MedEra Hospital”da baş beynin MRT müayinəsində “Sellar nahiyədə və sol frontoparietal zirvədə qeyd olunan törəmə meningioma” müəyyən edildiyi, göz müayinəsi zamanı baş beyində olan hər hansı bir patologiyanı aşkar etməyin mümkün olmadığı, İddiaçı təsdiq olunmuş “Sellar nahiyədə meningioma” diaqnozu və istər əməliyyat öncəsi, istərsə də əməliyyatdan sonrakı dövr üçün törəmənin fəsadı kimi olan görmə qabiliyyətinin pozulması ilə “Liman Klinikası”nda təyin edilmiş “OU komplikat katarakta” və müalicə məqsədi ilə aparılmış cərrahi müdaxilə ilə səbəbli əlaqəsinin olmadığı müəyyən edilmişdir.
25. Sözügedən məhkəmə icraatı zamanı məhkəmə iclasında iştirak edən müvafiq rəyi verən ekspert də ekspert rəyini müdafiə edərək bildirmişdir ki, iddiaçıya düzgün diaqnoz qoyulmuş. Ümumilikdə katarakt əməliyyatı zamanı xəstənin MRT-yə göndərilməsi barədə protokol qayda yoxdur. MRT-yə göndəriş üçün əsas olmalıdır. Katarakta görə MRTyə göndərilmir. Rəydə qeyd olunan “MRT keçirilsə idi, görmə sinirinin atrofiyasının qarşısının alınma imkanı çox olardı” cümləsi tövsiyyə xarakterlidir. Rəyə əsasən görmə sinirinin atrofiyasının səbəbi beyində olan meningiomadır. Onun da aparılmış əməliyyatla heç bir əlaqəsi yoxdur. Atrofiya beyinlə bağlıdır, görmə sinirinin atrofiyasının cərrahiyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur, xəstənin anemnezində beyin əməliyyatı, beyin şişi, onkolji xəstəlik olduqda MRT-yə göndərilir. Göndərişi oftalmoloq etmir. Göz dibinin müalicəsi üçün oftalmoloqların özündə xüsusi cihazlar var, bu zaman MRT müayinəsinə göndəriş olmur. Beyindəki şiş katarakta əməliyyatının nəticəsi ola bilməzdi.
26. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən məhkəmə aktlarından göründüyü kimi iddiaçıya diaqnozunun düzgün qoyulmaması, əməliyyatın düzgün müalicə metodu olmaması, vaxtında MRT aparılmaması, bunların nəticəsində iddiaçının gözünün kor olması və.s dəlillərinin əsassız olması məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapmışdır.
27. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə iddianın əsasını təşkil edən hallar əvvəlki məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə tərəfindən həmin hallara hüquqi qiymət verilmişdir.
28. Bundan başqa yuxarıda adı qeyd edilən ekspert rəyləri əsasında da görmə sinirinin atrofiyasının səbəbinin beyində olan meningioma olması, onun da aparılmış əməliyyatla heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir ki, bu halda iddiaçının dəlilləri öz təsdiqini tapmır. İddiaçının maddi ziyanla bağlı tələbi təmin edilmədiyindən məhkəmə digər tələblərin də, məhz bu tələbdən aslılığını nəzərə alaraq hesab etmişdir ki, iddia müalicə xərclərinin ödənilməsi və mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir.
29. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)- 193/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərardadına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsi qismən – «İddiaçı "xxxx" MMC-nin “Liman Klinikası”na qarşı maddi və mənəzi zərərin ödənilməsinə dair iddianın təmin edilməməsi hissədə- ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
31. Məhkəmə kollegiyası «İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair hissədə apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir.
32. Kollegiya vurğulayır ki, göründüyü kimi iddiaçı eyni əsasla və eyni tələblə bundan öncə "xxxx" MMC və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
33. Qüvvədə olan məhkəmə aktlarından görünür ki, araşdırılan mübahisə xüsusi bilik tələb edən sahə olmaqla iş yüzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün müvafiq ekspert rəyləri alınmış və sübuta yetirilmədiyindən iddia rədd edilmişdir.
34. MPM-nin 82.3-cü maddəsin əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 fevral 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
36. Kollegiya vuruğulayır, iddia tələbi üzrə mübahisələndirilən hallar qüvvədə olan məhkəmə qətnamələri ilə araşdırılaraq qiymət verildiyindən və həmin işdə iştirak edən şəxslər (İddiaçı, cavabdeh Liman Qrup MMC) hazırki işin tərəfləri olmaqla, həmin tərəflər arasında eyni faktların yenidən mübahisələndirilməsi yolverilməzdir. Odur ki, birinci intsansiya məhkəməsi MPM-nin 82.3-cü maddəsinə əsaslanaraq iddianın rədd edilməsinə dair düzgün nəticəyə gəlmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Həmçinin qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfndən həmin dəlillər üzrə qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırmanın aparılmasına zərurət görümür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara istinadən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsi - «İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddianın təmin edilməməsi hissədə- dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-193/2025 nömrəli qətnaməsi - «İddiaçı Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.