Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1536/2024 21.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi ) X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 İddiaçı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil (sonuncu iclasda iştirak etmir) cavabdeh “Azərkimya” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 2748 nömrəli orderə əsasən ünvan 1 , mənzil 6 Aşurova İradə Abuzər qızına verilmişdir.
2. “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 530 nömrəli orderə əsasən ünvan 1 , mənzil 6 İddiaçı verilmişdir.
3. “X25” zavodu tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 888 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, 32 saylı protokol əsasında ünvan 1 , mənzil 6 Cavabdeh2 Haidayət oğluna verilmişdir.
4. “X25” zavodunun direktoru İ.A.Balakişiyev tərəfindən təsdiq edilmiş, həmin zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri İ.H.Paşayev, MMK-nın sədri Ş.Əhmədova, MMK üzvləri İ.Rəhimov və S.S.Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli, 32 nömrəli protokola əsasən “SAM” zavodunun 1 saylı yataqxanasının 13a saylı otağının müvəqqəti yaşamaq üçün mərhum X13 qızı X10 verilməsi və onun adına sənədləşdirilməsi, xx.xx.2009-cu il tarixə kimi 17 saylı yataqxananın 6 saylı otağında müvəqqət yaşamaq hüququ verən sənədlərin ləğv edilib, müvəqqəti yaşamaq üçün Cavabdeh2 adına sənədləşdirilməsi, MKT-nın rəisi X4 bu protokoldan irəli gələn bütün məsələlərin həll etməsinin tapşırıılması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli sərəncamına əsasən Sumqayıt şəhərində yerləşən və bu sərəncamın əlavəsində göstərilən bina və tikililər “Azərkimya” İstehsalat Birliyinin balansından çıxarılmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Aşurova İradə Abuzər qızına qarşı “yaşayış sahəsindən çıxarılmaqla, onun həmin sahəyə köçürülməsi tələbinin əsaslı olduğundan təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasına İ.Aşurovaya məxsus mənzil boşaldılanadək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququnun bərpa edilməsi üçün iddiaçı Nümayəndə3 onu verilmiş order üzrə eyni sahəli və şəraitli yaşayış sahəsi ilə təmin etməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan onun həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 6 Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 168 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.
8. Azərbaycan Neft və X21 Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərkimya” X6 İttifaqı Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, vətəndaş İddiaçı ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilinə “Kimyasənaye” İstehsalat Birliyinin “X25” zavodunun xx.xx.1993-cü il tarixli protokolu “Azərkimya” X2 İttifaqı Komitəsinə təhvil verilməmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-832/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2- 1(118)-2867/2023 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2- 1(118)-2867/2023 nömrəli qərarına əsasən iddia təmin edilmiş, X5, X3 və İddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2, X14, X9, İddiaçı, X8, X18, X12, X22 oğlu, Aşurov Hidayət Şaban oğlu ünvan 1, mənzil 6-da qeydiyyatdadırlar.
11. “Azərkimya” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh2 “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X25” zavodunda işləməsi barədə arxiv fondlarında araşdırmalar aparılmış, lakin onun qeyd olunan müəssisədə işləməsi barədə hər hansı bir arxiv sənədi aşkarlanmamışdır.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil “X25” zavodunun Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 888 nömrəli order, Sumqayıt şəhər 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 365 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzil kommunal-məişət vəziyyəti barədə (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxsin mənzili özəlləşdirməyə razılığı barədə ərizəsi əsasında Cavabdeh2 adına qeydiyyata alınaraq dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh “Azərkimya” İstehsalat Birliyinə qarşı daşınmaz əmlaka dair protokolun və həmin protokol əsasında verilmiş orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev ünvan 2, mənzil 6-da yerləşməklə bu mənzil işlədiyi SAM istehsalat birliyinin xx.xx.1993-cü il tarixli Protokolu əsasında 530 saylı xx.xx.1994-cü il tarixli Orderə əsasən iddiaçıya və oğlu İsmayılov Ceyhuna ayrılmışdır. Bu otaq əvvəlcə həmin zavodun işçisi İ.Aşurovaya ayrılmış, lakin həmin şəxsə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə 3 otaqlı mənzil verildiyi üçün bu otaq boş otaq kimi iddiaçıya verilmişdir. Lakin İ.Aşurovanın mənzilində məcburi köçkün ailəsi yaşadığı üçün o mənzildən çıxmamış və iddiaçı onun ailə üzvləri ilə birlikdə bu mənzildən çıxmaları ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə İ.Aşurovaya ailə üzvləri ilə bu mənzildə həmin məcburi köçkün başqa yaşayış sahəsinə köçürülənə qədər yaşamaq üçün möhlət verilmişdir. Lakin bu mənzilə dair iddiaçının adına order olmasına baxmayaraq, bu mənzildə qeydiyyatda olmuş və başqa yerdən 3 otaqlı mənzilə dair orderdə adı olan Cavabdeh2 iddiaçının işlədiyi SAM istehsalat birliyinə müraciət edərək xx.xx.2009-cu il tarixdə 32 saylı Protokol əldə etmiş və həmin protokol əsasında bu otağa dair müvəqqəti yaşamaq hüququ verən sənədlərin ləğv edilməsi və Cavabdeh2 bu otaqda müvəqqəti yaşamaq hüququnun verilməsi qərara alınmışdır. Həmin protokol əsasında Cavabdeh2 xx.xx.2009-cu il 888 saylı order verilmiş və o həmin order əsasında bu mənzili öz adına özəlləşdirmiş və daha sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçını və uşaqlarını bu mənzildən qeydiyyatdan çıxarmışdır. Onlar bu barədə şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız hesab olunmasını bildikdən sonra məlumat əldə etmiş, məhkəmə qərarından apellyasiya şikayəti vermişlər. Həmin iclasın keçirilməsindən iddiaçının xəbəri və məlumatı olmamış və bu məsələ illər boyu iddiaçıdan gizlin saxlanılmış, iclası keçirən SAM Həmkarlar İttifaqı iddiaçını bu məsələnin müzakirəsi ilə bağlı dəvət etməmişdir. Halbuki, bu iclas keçirilən vaxt qeyd edilən otaq iddiaçıya verilməklə yanaşı, adına order də olmuş və həmin order ləğv edilməmiş, qüvvədədir. İddiaçının adına orderin olmasına və bu order əsasında ailə üzvləri ilə bu mənzilə qeydiyyata düşmələrinə baxmayaraq, bu qanunsuz protokol əsasında mənzil onlardan alınaraq həmin müəssisədə bir gün də olsun işləməyən başqa bir şəxsə verilmişdir. Halbuki, Cavabdeh2 İradə Aşurovanın oğlu olmaqla onun adına 3 otaqlı mənzilə dair verilmiş orderdə Cavabdeh2da adı vardır, yəni məhz bu şəxsin İ.Aşurovanın ailə üzvü olması nəzərə alınaraq həmin 3 otaqlı mənzil ona verilmişdir. Hüquq münasibətləri yaranan vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 49-cu maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Lakin iddiaçının adına order olduğu halda cavabdeh «Azərkimya» istehsalat birliyi SAM zavodunun HK-si qanunsuz protokol əsasında iddiaçının adına olan orderi ləğv edərək həmin zavodda işləməyən Cavabdeh2nın adına protokol əsasında bu mənzili ayırmış və order vermişdir. Cavabdeh2 da xx.xx.2012-ci il tarixdə bu mənzili özəlləşdirməklə adına çıxarış almışdır. İddiaçı bu barədə özünün və uşaqlarının şəxsiyyət vəsiqələrinin sistemdə etibarsız sayıldıqdan sonra bilmiş və ona məlum olmuşdur ki, Cavabdeh2 bu mənzili onlar qeydiyyatda olduqları halda özəlləşdirməklə çıxarış almış və bundan 11 il sonra Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onların mənzildən qeydiyyatdan çıxarılmalarına nail olmuşdur. Göründüyü kimi bütün bu əməliyyatlar qanun tələblərinin pozulması ilə həyata keçirilmiş və hüquqlarının pozulduğu iddiaçıya xx.xx.2023-cü il tarixdə onların qeydiyyatdan çıxarılmaları barədə Sumqayıt İnzibati Məhkəməsinin qərarını aldıqdan sonra məlum olmuş və bu barədə sorğu əsasında müvafiq sənədləri əldə etməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən cavabdeh «Azərkimya» istehsalat birliyinin SAM zavodu tərəfindən ünvan 2, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli 32 saylı protokolun və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli 888 saylı order etibarsız hesab olunmalıdır.
15. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 məhkəməyə ərizə təqdim edərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Cavabdeh2 cavabdehlər kimi cəlb olunmasını məhkəmədən xahiş etmişdir.
16. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia qismən təmin edilərək, cavabdeh «Azərkimya» İstehsalat Birliyinin SAM zavodu tərəfindən ünvan 2, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun Cavabdeh2 aid olan hissəsi və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli, 888 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş 1994-cü il tarixli orderə əsasən İddiaçı işlədiyi dövrdə ünvan 1, mənzil 6 ayrılmışdır. Həmin mənzil daha əvvəl müvafiq order əsasında hazırki iş üzrə Cavabdeh2 anası Aşurova İradə Abuzər qızına ayrılmış, daha sonra həmin order ləğv edilərək, ona başqa ünvandan mənzil verilsə də, sonuncu mübahisəli mənzili boşaldalaraq İddiaçı təhvil verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İ.A.Aşurovanın mənzildən çıxarılması, İddiaçı isə mənzilə istifadə hüquqları tanınaraq onun mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Sonradan “X25” zavodunun xx.xx.2009-cu il tarixli, 888 nömrəli orderinə əsasən ünvan 1, mənzil 6 Cavabdeh2 verilmişdir. Hazırda iddiaçı ünvan 2, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli 32 saylı protokolun və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli 888 saylı orderin etibarsız hesab olunması tələb edir, cavabdeh tərəf iddiaya etiraz edir.
18. Beləliklə ünvan 1, mənzil 6-ya dair İddiaçı adına müəssisə tərəfindən order verilmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun həmin mənzilə istifadə hüquqları tanınmışdır. Hansı ki, bununla da onun yaşayış sahəsinə münasibətdə əmlak hüquqlarının mövcudluğu təsdiq edilir. Mübahisəli əmlakla bağlı İddiaçı aid məhkəmə qaydasında ləğv edilməmiş order mövcud olduğu halda, eyni əmlakla bağlı Cavabdeh2 sonradan order verilmişdir. Belə olan halda, məhkəmə hesab edib ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Sözügedən orderin verilməsindən 15 il keçsə də, iddiaçı həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarına əsasən onun və digərlərinin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları zamanı məlumatlı olmuşdur.
19. Göründüyü kimi iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi üçün müddət ötürülməmişdir. Məhkəmə iddia tələbinin “ünvan 2, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edib ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, sözügedən protokol Cavabdeh2 aid hissədə etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4,6, 33, 48, 49, 89, 107-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qət edilmiş qətnamədə bəzi məsələlər ətraflı qeyd olunsa da, işin faktiki halları qeyri-müəyyən şəkildə yazılmış, qanunvericiliyin prinsiplərinə uyğun olmayan şəkildə şərh olunmuşdur. Mübahisəli mənzil indiki “Azərkimya” İstehsalat Birliyinin, keçmiş “X25” zavodunun balansında olmuşdur. Məhkəmə çıxartdığı qətnaməni mənzilin qanuni sahibi olduğu halda cavabdehə orderin verilməsinin imkansız olması ilə əsaslandırsa da, mənzilin iddiaçının adına hansı yollarla ayrılmasını düzgün şəkildə araşdırmamışdır. SAM istehsalat birliyinin xx.xx.1993-cü il tarixli Protokolu əsasında 530 saylı xx.xx.1994-cü il tarixli Orderə əsasən iddiaçıya və oğlu İsmayılov Ceyhuna mənzil ayrılsa da, bu otaq əvvəlcə həmin zavodun işçisi yəni cavabdehin anası İ.Aşurovaya ayrılmış, lakin həmin şəxsə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə 3 otaqlı mənzil verildiyi üçün bu otaq boş otaq kimi iddiaçıya verilmişdir. Lakin İ.Aşurovanın mənzilində məcburi köçkün ailəsi yaşadığı üçün o mənzildən çıxmamış və iddiaçı onun ailə üzvləri ilə birlikdə bu mənzildən çıxmaları ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə İ.Aşurovaya ailə üzvləri ilə bu mənzildə həmin məcburi köçkün başqa yaşayış sahəsinə köçürülənə qədər yaşamaq üçün möhlət verilmişdir. Lakin bu mənzilə dair iddiaçının adına order olmasına baxmayaraq, bu mənzildə qeydiyyatda olmuş və başqa yerdən 3 otaqlı mənzilə dair orderdə adı olan Cavabdeh2 iddiaçının işlədiyi SAM istehsalat birliyinə müraciət edərək xx.xx.2009-cu il tarixdə 32 saylı Protokol əldə etmiş və həmin protokol əsasında bu otağa dair müvəqqəti yaşamaq hüququ verən sənədlərin ləğv edilməsi və Cavabdeh2 bu otaqda müvəqqəti yaşamaq hüququnun verilməsi qərara alınmışdır. Həmin protokol əsasında Cavabdeh2 xx.xx.2009-cu il 888 saylı order verilmiş və o həmin order əsasında bu mənzili öz adına özəlləşdirmişdir. Order Cavabdeh2 adına verilərkən səlahiyyətli orqan İcra Hakimiyyəti olmamışdır. Göründüyü kimi iddia tələbinin rədd edilməsi, qətnamənin ləğv edilməsi üçün qanunun bir çox müddəları mövcuddur. Həmçinin mənzilinin Elvinin adına keçməsinə əsas səbəblərdən biri də iddiaçının orada heç vaxt yaşamamasıdır. Belə ki, o iddiasında orderə və yaranmış istifadə hüququna istinad etmişdir. Lakin həmin order qərar əsasında öz qüvvəsini itirmiş və onun orda yaşamaması da onun həmin mənzidə heç bir istifadə hüququnun olmamasının əyani sübutudur. İşdə olan 31 saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən mənzildə Cavabdeh2, həyat yoldaşı və azyaşlı uşaqları yaşayır. İddianın rədd edilməsi üçün əsas olan sənədlərdən də biri də həmin arayışdır. Yuxarıda qeyd edildiyi kimi sözü gedən mənzil haqqında qərar qəbul edilərkən mənzil İcra Hakimiyyətinin deyil, zavodun balansında olmuşdur. Zavod da öz daxili qayda qanunlarına uyğun olaraq keçirdiyi iclaslarda müvafiq qərarlar qəbul etmişdir. İlk növbədə sözü gedən mənzil zavodun xx.xx.1988-ci il tarixli orderinə əsasən, Aşurova İradə Abuzər qızına verilmişdir. Bu müddətdə də İradə ailə üzvləri ilə birlikdə orada yaşamışlar. Sonradan Aşurova İradəyə verilən həmin mənzil 1994-cü il tarixində iddiaçıya verilmişdir. Məhkəmənin gözdən qaçırdığı əsas məsələ budur ki 1994-cü il tarixində mənzil İddiaçı verilərkən, Aşurova İradənin adında olan orderin ləğv olunmasına dair heç bir qərar mövcud deyildir və ya həmin mənzil iddiaçıya təqdim edilərkən köhnə ev sahibi olan Aşurova İradə ilə iddiaçı arasında heç bir təhviltəslim aktı belə yoxdur. Göründüyü kimi iddiaçı mənzilə formal və qanunsuz yolla sahib olmağa çalışmışdır. Belə ki mənzil onun adına verildikdən sonra o həmin mənzildə yaşamasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmin məsələyə obyektiv yanaşmamış, mənzilin hansı yolla onun adına ayrılmasını düzgün araşdırmamışdır. Aşurova İradənin adına olan order qüvvədə olarkən onun adına yeni order o vaxt qanuni hesab edilərdi ki, 1988-ci il tarixli orderin ləğv olunmasına dair qərar və ya mənzilə dair təhvil-təslim aktı mövcud olsun. Habelə iddiaçının orderinin ləğvinə dair qərar olduğu halda məhkəmə əsassız qərar qəbul etmişdir. Orderin verilməsindən 15 il keçməsini məhkəmə nəzərə almamış, hətta iddiaçının həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarından sonra məlumatlı olduğunu bildirmişdir. Lakin iddiaçı həmin qərarla yalnız qeydiyyatdan çıxarmaları barədə məlumat əldə etmişdir. İddiaçı uzun müddətdir ki, həmin orderdən məlumatlı olmuşdur. Bu illər ərzində qeydiyyatdan çıxmamaqları qərəzli olmuşdur. Köhnə mənzil məcəlləsinin müddəalarına uyğun olaraq şəxs yaşayış yerində 6 ay yaşamadıqda həmin order ləğv olunmalıdır. İşdə olan Protokoldan görünür ki, həmin yataqxanaya dair hər iki order qüvvəsini itirmişdir. Mənzilin cavabdehin mülkiyyətinə keçməsinə səbəb olan hüquqmüəyyənedici sənəd həmin protokoldur. Mənzil özəlləşdirilərkən daşınmaz əmlak həmin protokolu əsaslı hüquqi sənəd hesab edərək mənzili cavabdehin adına rəsmiləşdirmişdir. İşə baxan məhkəmə zəruri qaydada araşdırma aparmamış, iddiaçının adına olan orderin ləğvinə dair qərara əhəmiyyət verməmişdir. Habelə iddiaçının yoldaşının adına olan evi də nəzərə almamış, bu illər ərzində harada yaşamaları barədə dərin araşdırma belə aparmamışdır. Belə ki, mübahisəli mənzil iddiaçıya 1994-cü il tarixində verilmişdir. 1992-ci il tarixində isə iddiaçı X11 ilə rəsmi nikaha daxil olmuşlar. Başqa bir məhkəmə çəkişməsi zamanı Tahir adlı şəxslə ailə təsərrüfatı apardığı halda, yoldaşının adına əmlak olduğu sənədlərlə sübuta yetirilmişdir. Lakin iddiaçı o evin qardaşına məxsus olamsını bildirir. Bu isə qanuna zidd məsələ olsa da sübut kimi qiymətləndirilmişdir. Yəni iddiaçının həyat yoldaşının mülkiyyətində ev olması artıq onların bir evə sahib olmasının əyani sübutudur. Məhkəmə bu hissəni araşdırmamış, prosesslər zamanı belə bununla bağlı iddiaçını sorğu sual belə etməmişdir. Göründüyü kimi məhkəmə səthi araşdırma aparmaqla, əsassız olaraq iddia tələbini Cavabdeh2 aid hissədə təmin etməklə sonuncunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz və mülahizələr verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, o zavodda 14 il işləmişdir. Bunun müqabilində ona mübahisəli mənzil verilmişdir. Həmin mənzilə dair protokol və order qanunsuz olaraq Cavabdeh2 adına verilmişdir. Birliyə müvafiq sorğular göndərilmiş, lakin həmin sorğulara cavab olaraq heç bir arxiv sənədinin olmadığı qeyd edilmişdir. Cavabdeh2 ümumiyyətlə müəssisədə işləməmişdir. Cavabdehin anası İradə Aşurovaya Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 3 otaqlı ev verilmişdir, iddiaçı isə yataqxana növbəsində olduğuna görə müəssisə tərəfindən ona yataqxanadan boş olduğu üçün ev verilmişdir. Lakin məcburi köçkün ailəsi İradə Aşurovaya verilmiş 47-ci məhəllədə yerləşən mənzilə yerləşdiklərinə görə problemlər yaranmışdı. İddiaçının məhkəməyə müraciəti nəticəsində məhkəmə qərarı ilə məcburi köçkünlər başqa yaşayış sahəsinə köçürülənə qədər İradə Aşurovaya ailə üzvləri birlikdə yataqxanadakı mənzildə yaşamağa möhlət verilməsi, məcburi köçkünlər köçdükdən sonra iddiaçının yataqxanadakı mənzilə köçməli olduğu təsbit olunmuşdur. Lakin keçən müddət ərzində yataqxanadakı ev qeyri-qanuni şəkildə özəlləşdirilmiş, onu və ailə üzvlərini həmin evə qeydiyyatdan çıxarmışlar, lakin təxminən 1 ay olar ki, həmin evə yenidən pasport qeydiyyatına düşmüşlər. İşə baxan məhkəmə qeyd olunan halları lazımı qaydada araşdırmış və iş üzrə qanuni qətnamə qəbul etmişdir. Bu səbəbdən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azərkimya” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli sərəncamı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı və “Azərkimya” İstehsalat Birliyinin daxili əmrinə əsasən, bütün yataqxanalar və onlara dair sənədlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə təhvil verilmişdir, bu səbəbdən Birlikdə heç bir sənəd mövcud deyildir. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə4 izahatında bildirdi ki, vaxtikən “Azərkimya” İstehsalat Birliyinin yataqxanaları və digər yataqxanalar müvafiq sərəncamlar əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Hazırda mübahisəsi gedən mənzil özəlləşdirildiyindən artıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansında deyil. Mübahisə ilə bağlı bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin protokolu, orderi ləğv etmək səlahiyyəti yoxdur, həmin sənədləri ləğv etmək məhkəmənin səlahiyyətindədir. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
27. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbində mübahisələndirilən protokol bir neçə bənddən ibarətdir ki, həmin protokolun, bəzi bəndləri Cavabdeh2 aiddir,. Buna səbəb isə mübahisəli yataqxanada yerləşən mənzilə dair Cavabdeh2 qabaq, müvafiq illərdə İradə Aşurovaya, digəri isə İddiaçı aid olmaqla 2 dəfə order verilmişdir. Sözügedən protokol əsasında həm İradə Aşurovaya, həm də İddiaçı aid orderlər ləğv edilmiş və mübahisəsi gedən yataqxanada yerləşən mənzil Cavabdeh2 təqdim edilmişdir. ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil ilk növbədə İradə Aşurovaya ayrılmışdır. Bundan sonra İradə Aşurova öz qohumuna yaxşılıq etmək niyyəti ilə şərait yaratmış, İradə Aşurovanın protokolu, orderi ola-ola, onun adına olan order ləğv olunmadan İddiaçı order təqdim olunmuşdur. Bu hissədə “Azərkimya” İstehsalat Birliyinin zavodu tərəfindən nöqsana yol verilmişdir. Belə ki, Mənzil Məcəlləsinə əsasən, dövlət tərəfindən verilən kirayə mənzillər və digər təyinatlı mənzillər şəxsin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verilir. Həmin vaxtı iddiaçının xüsusi mülkiyyətində mənzilləri olmasına baxmayaraq, ona qanunsuz olaraq mənzil verilmişdir. İşə baxan məhkəmə protokolu Cavabdeh2 aid hissədə etibarsız hesab etmişdir, lakin əvvəlki hissədə protokolların müqəddaratı natamam almışdır. Birinci instansiya məhkəməsi işə baxarkən işi ətraflı araşdırmamış, nəticədə yanlış qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
28. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq cavabdehlər “Azərkimya” İstehsalat Birliyi və Cavabdeh2 sonuncu məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Mənzil Məcəlləsi (1982-ci il redaksiyalı) Maddə 4. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Maddə 6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Maddə 49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Maddə 89. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Tələb mübahisəli mənzilə dair qəbul edilmiş protokolun və onun əsasında verilmiş ikinci orderin etibarsız hesab edilməsi barədədir.
36. Cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər, yəni sözügedən mənzilə dair onun adına orderin verilməsində hər hansı qanun pozuntusunun olmamasıdır.
37. Araşdırılan işin faktiki əsasları ilə müəyyən edilmişdir ki, cavabdeh “Kimyasənaye” İB tərəfindən verilmiş 1994-cü il tarixli orderə əsasən İddiaçı işlədiyi dövrdə ünvan 1, mənzil 6 ayrılmışdır.
38. Həmin mənzil daha əvvəllər müvafiq order əsasında hazırki iş üzrə Cavabdeh2 anası Aşurova İradə Abuzər qızına ayrılmış, lakin sonradan həmin order ləğv edilərək, ona başqa ünvanda mənzil verilsə də, sonuncu mübahisəli mənzili boşaldaraq İddiaçı təhvil verməmişdir.
39. Bundan sonra Nümayəndə3 məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2-1469/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İ.A.Aşurovanın mənzildən çıxarılması, İddiaçı isə mənzilə istifadə hüquqları tanınaraq onun mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
40. Sonradan “X25” zavodunun xx.xx.2009-cu il tarixli, 888 nömrəli orderinə əsasən ünvan 1, mənzil 6 Cavabdeh2 verilmişdir. İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət edərək ünvan 2, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli 32 saylı protokolun və bu protokol əsasında verilmiş xx.xx.2009-cu il tarixli 888 saylı orderin etibarsız hesab olunması tələb etmiş, məhkəmə iddianı yuxarıda göstərilən formada həll etmiş, narazı qalan Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir.
41. İşin tədqiq olunan faktiki hallarından bəlli olduğu kimi mübahisəli ünvan 1, mənzil 6-ya dair İddiaçı adına müəssisə tərəfindən order verilmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun həmin mənzilə istifadə hüquqları tanınmışdır. Yuxarıda qeyd edildiyi kimi Mənzil Məcəlləsinin (1982-ci il redaksiyalı) 48-ci maddəsinin 2ci bəndinə əsasən order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Lakin işdən görünür ki, mübahisəli mənzilə Cavabdeh2 adına order verilərkən həmin mənzil faktiki olaraq boş olmamışdır.
42. Başqa sözlə mübahisəli əmlakla bağlı İddiaçı adına qüvvədə olan order, həmçinin məhkəmə qətnaməsinin olmasına baxmayaraq, eyni əmlakla bağlı Cavabdeh2 sonradan order verilmişdir.
43. Apellyasiya şikayətinin iddia tələbi üçün müddətin ötməsi barədə dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddia müddəti şəxsə pozulmuş hüququnu müdafiə etməsi üçün qanunla müəyyən edilmiş zaman kəsiyində məhkəmədə iddia qaldırmaq imkanını nəzərdə tutur. İddia müddəti tələb etmə hüququ ilə bağlıdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndinə əsasən isə orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur.
44. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar konkret göstərilmişdir. Qeyd edilən müddəanın mənasından da aydın olur ki, orderin etibarsız hesab edilməsi üçün göstərilən əsaslarla bağlı hüquq sahibi tələbini (orderin etibarsız hesab edilməsi barədə) 3 il ərzində irəli sürə bilər. İş materiallarından göründüyü kimi sözügedən orderin verilməsindən xeyli müddət keçsə də, iddiaçı həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli qərarına əsasən onun və digərlərinin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin 6 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları zamanı məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı orderin etibarsız hesab edilməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmışdır
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin ünvan 2, mənzil 6-nın Cavabdeh2 ayrılmasına dair xx.xx.2009-cu il tarixli, 32 saylı protokolun etibarsız hesab edilməsi barədə işə baxan məhkəmənin mövqeyini əsaslı və qanuni hesab edir.
46. Beləliklə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
47. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.