Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1537/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ərizəçi İddiaçı Mirzəmməd oğlunun maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktından adın çıxarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)122/2021 saylı qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ona və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:0029 kod 30409028 saylı Dövlət aktından X3 adının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)122/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmi, İddiaçı və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:0029 kod 30409028 saylı Dövlət aktından X3 adının çıxarılması qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə X3 mülkiyyət hüququna xitam verilmişdir. Eyni zamanda məhkəmə mülkiyyət hüququna xitam verilməsi ilə bağlı məsələyə xüsusi icraat qaydasıdna deyil, iddia icraatı qaydasında baxmalı idi. Odur ki, Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)122/2021 saylı qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 460859 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 08 mart 2011-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:0029 kod 30409028 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon İqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən İddiaçı, X7, X2, X1 və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 7.59 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Çölquşçu İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2020-ci il tarixli 280 saylı arayışdan görünür ki, X2 ailə tərkibi – həyat yoldaşı X5, qızıAydəmirova Sevil Cəlal qızı, oğlu – X4r. Birinci instansiya məhkəməsi X3 ailə üzvü olmaması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:0029 kod 30409028 saylı Dövlət aktından X3 adının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsini qeyd etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəmə işə əlavə etdiyi bildiriş, qərardad və digər sənədlərdə tələbi iddia icraatı qaydasında, iş üzrə tərəflər də iddiaçı və cavabdeh qismində göstərilmiş, lakin sonuncu məhkəmə iclas protokolundə və qətnamədə icraat qaydası dəyişilərək iddia ərizəsi xüsusi icraat qaydasında baxılaraq, iş üzrə tərəflər ərizəçi və maraqlı şəxs kimi qeyd edilmiş, lakin qeyd edilən hal əsaslandırılmamışdır. Göründüyü kimi, məhkəmə iddia ərizəsinə iddia icraatında baxmalı olduğu halda, xüsusi icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər : 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında; 305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.14. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında. Hazırki işdən görünür ki, iddiaçı ona və ailə üzvlərinə məxsus dövlət aktından şəxsin çıxarılmasını xahiş etməklə, dövlət aktı ilə X6 ayrılmış torpaq sahəsinə mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, xüsusi icraat qaydasında baxılmalı işlərin siyahısında mülkiyyət hüququna xitam verilmə ilə bağlı işlər yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş dövlət aktında düzəliş edilərək adın çıxarılması və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ona və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:0029 kod 30409028 saylı Dövlət aktından X3 adının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi, X3 adının çıxarılmasını tələb etdiyi Torpağa Mülkiyyət Hüququna Dair JN:0029 kod 30409028 saylı Dövlət aktının Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 10.07.1998-ci il tarixli, 04 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərara düzəliş edilərək X3 adının qərardan çıxarılmasıdır. Məhz bundan sonra dövlət aktına düzəliş edilərək onun adı dövlət aktından çıxarıla bilər. Həmin qərara və dövlət aktınına düzəliş edilməsi tələbi isə tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Dəvəçi rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)122/2021 saylı qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(031)122/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi İddiaçı Mirzəmməd oğlunun maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktından adın çıxarılması tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1537/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1537/2021
08.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver