Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1544/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1307/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh 4000 manat usta və fəhlələrə əlmuzdu verdiyi, 6270 manat qəlibə (apalovkaya) verdiyi, 1000 manat usta və fəhlələrin kirayə evlə və ərzaqla təmin etməyi üçün verdiyi, 500 manat vəkilinə verdiyi, 540 manat müalicə üçün xərclədiyi, 500 manat ekspertiza mərkəzinə ödədiyi, 643 manat sementin alınması, 24000 manat ümumi məbləğin 0,1 faiz olmaqla, cəmi 37453 manat maddi və 3000 manat mənəvi ziyanın, 212 manat ödənilən dövlət rüsumunun (ümumi məbləğ 40665 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehin əməllərində cinayət tərkibinin olubolmaması barədə xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə pokurorkuğa göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC-nin direktoru Cavabdeh ilə 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilə əsasında Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 307,6 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin aparılması, tikintiyə lazım olan tikinti-inşaat materialları, tikintidə işləyən usta və fəhlələrin əlmuzdları və təmirinin bütün xərclərini öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini layiqincə və tam şəkildə yerinə yetirməyərək həm tikintinin sturukturunu nəzərdə tutulmuş layihə plan üzrə icra etməmiş, həm də işçilərin və fəhlələrin əlmuzdunu vermədən ondan aldatma yolu ilə 55 min manat pul alaraq yoxa çıxmışdır. Tikilinin birinci mərtəbəsini yarımçıq qoyduğundan məcbur olub onun gətirdiyi usta və fəhlələrlə birlikdə əməkdaşlıq edərək işlərini davam etdirmiş, baxmayaraq ki, usta və fəhlələrin pulları 55000 (əlli beş min) manat dəyərində hesablanmış smetada nəzərdə tutulsa da, şəxsən onun tərəfindən ödənilmişdir. Məsələnin qanuni yolla həll edilməsi üçün mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə ekspertizası keçirilsə də, usta və fəhlələrin əlmuzdu və digər xərclər nəzərə alınmamış, rmübahisələndirilməmişdir. Hesab edir ki, ona küllü miqdarda ziyan vuran cavabdeh etibarından sui-istifadə edərək qanunla nəzərdə tutulmuş konstitusiyon hüquqlarını pozmaqda davam edir. Eyni zamanda cavabdehin bu və ya digər şəkildə hərəkət və ya hərəkətsizliyi üzündən maddi və mənəvi ziyanlara məruz qalmışdır. Belə ki, tərəfindən ustalara, fəhlələrə 4000 (dörd min) manatdan çox əl muzdu vermiş, birinci iş üzrə hüquqlarının müdafiə edilməsi üçün 500 (beş yüz) manat vəkilinə, ustaların və fəhlələrin yaşayış sahəsi və ərzaqla təmin edilməsi üçün 3 ay müddətində 1000 (bir min) manatdan çox vəsait xərcləmiş, nəqliyyat və telefon rabitə vasitələrindən istifadə etdiyinə və digər xərclərə görə 500 (beş yüz) manata qədər pulu çıxmışdır. Eyni zamanda cavabdehin hərəkət və ya hərəkətsizliyi üzündən o və digər ailə üzvləri sarsıntılar keçirərək qısa müddətə sinir sistemi problemləri ilə müalicələr almışdır. Müayinə və müalicələr etdirmək üçün 540 (beş yüz qırx) manatdan çox xərcə məruz qalmışdır. Həmçinin müqavilədə bütün tikinti inşaat materialların cavabdeh təmin etməli idi, lakin cavabdeh müqavilənin şərtlərini də bu hissədə pozaraq cəmi 643 (altı yüz qırx üç) manat smetadan əlavə tərəfindən sement almaq üçün vəsait xərclənmişdir. Bundan başqa beton maye tikintisi üçün nəzərdə tutulan qəliblər cavabdeh tərəfindən ödənilməli olsa da, həmin pulları da verməyərək tərəfindən 6270 (altı min iki yüz yetmiş) manat qəliblərin icarə haqqı ödənilmişdir. Əmlak ekspertizası üçün isə əmlak ekspertiza mərkəzinin kassasına tərəfindən 500 (beş yüz) manat ödənilmişdir. Xeyli miqdarda əlavə xərclər çəkmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ümumi məbləğin 0,1% miqdarında cərimələnməlidir. Bu isə işlərin görülüb bitməsi günündən bu günə kimi təxminən 15 aya yaxın vaxt təşkil edir. Bu ödənilən ümumi məbləğin 0,1%, yəni 24000 (iyirmi dörd min) manatdan çox pul deməkdir. Ona görə də hesab edir ki, cavabdeh müqavilədə göstərilən öhdəliklərini tam yerinə yetirmədiyindən əlavə xərcə düşdüyü pulların alınaraq ona ödənilməsi barədə məhkəmə tərəfindən ədalətli qətnamə qəbul edəcəkdir. O və digər ailə üzvləri cavabdehin bu hərəkətlərinə görə səhhətlərində baş vermiş əsəb, sinir, ürək, qandamar pozğunluqları proqnozlarından ambulator şəkildə müalicə alırlar. Bu faktları təsdiq edən kifayət qədər şahidləri vardır ki, cavabdeh ona qarşı naqis hərəkətlər edərək sosial-iqtisadi, maddi və mənəvi ziyanlara məruz qalmışdır. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1307/2022 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudov) İddiaçı Cavabdeh qarşı pulun, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan əlavə işin mübahisə olunmayan halı onu göstərir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların təkrar mübahisələndirilməsi qanunvericiliyin tələbinə uyğun deyildir, ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425, 442, 752.1, 752.2, 762.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 88, 89, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1307/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, o, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə maddi və prossesual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş və bununla da qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə maddi ziyana düşmüş və hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlə aralarında müqavilə var və həmin müqavilə üzrə o, öz öhdəliyini icra etməmişdir. Məhkəmə iş üzrə heç bir obyektiv araşdırma aparmamış, iddia tələbinə əlavə etdiyi sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə iclaslarının təxirə salınması yalnız cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək olub. Ona isə “nail” ola bilməyən məhkəmə iddia tələbinin rədd olunmasına “nail” olmuşdur. Qeyd olunanlara əsasən hesab edirəm ki, qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı, nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icraçı kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sifarişçi kimi İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 saylı müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 307,6 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasını öz üzərinə götürmüş və texniki çertyojlardan irəli gələn şərtlərlə tamamilə razıdır. 24 avqust 2020-ci il tarixli, 24081144 saylı xidmət müqaviləsinə 01 saylı əlavə olan qiymət razılaşma protokolundan görünür ki, işin icra müddəti 3 ay və göstəriləcək xidmətin ümumi dəyəri (vergilər və digər icbari tutulmalar daxildir) 50000 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4978/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “EM GROUP İNŞAAT" MMC və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, "xxxx" MMC və İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 9279,07 manatın tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 19000 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllə Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. İş materialları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh fiziki şəxs olaraq arasında razılaşdırılmış iradə ifadəsini əks etdirən mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş heç bir müqavilə bağlanmamış və sonuncu hazırkı mülki hüquq münasibəti üzrə iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımır. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı hazırkı iddiasına cavab verməli olan şəxs deyildir və tələb müqavilə tərəfi olaraq öhdəlik daşıyan hüquqi şəxs "xxxx" MMC-yə qarşı yönələ bilər. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Göründüyü kimi, prosessual qanunvericiliyə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh ola bilərlər. Qanunvericiliyin tələbləri baxımından hazırki işdə cavabdeh qismində göstərilən Cavabdeh iddia üzrə cavab verməli şəxs hesab ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 212 (iki yüz on iki) manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1307/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 212 (iki yüz on iki) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1544/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1544/2022
12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver