Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1544/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəsdən törədilmiş avtoqəza hərəkətinə görə maddi ziyanın əvəzi kimi cavabdehdən 1820 manat pul, habelə cavabdehin İddiaçı2 söydüyü söyüştəhqirlərə görə iddiaçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində iddiaçının keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə dəymiş əlavə maddi və mənəvi zərər nəzərə alınmaqla, o cümlədən dörd aya 1200 manat pul, ümumilikdə cəmi 3020 manat pulun alınaraq onlara ödənilməsi, habelə ödənilmiş 50 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 vurulmuş maddi ziyana görə 820 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manatın X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1544/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş, apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılması 20 sentyabr 2023-cü il tarixə, saat 10:30-a Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasına təyin edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. İşdən görünür ki, apellyasiya şikayəti verilərkən qanunvericiliklə nəzərdə tutulmuş formaya riayət edilməmiş, birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin forması 2 saylı Əlavədə müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 363.1.1-1. maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Kollegiya iş materiallarını nəzərdən keçirib qeyd edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətinin formasına və məzmununa dair tələbləri pozulmaqla verilmişdir. Belə ki, işdən görünür ki, cavabdeh tərəfindən işin halları (natamam olmaqla), apellyasiya şikayətinə əlavə edilmiş sənədlər, dövlət rüsumunun ödənilməsi barədə məlumat və ərizəni imzalayan şəxs haqqında məlumatlar bölmələri daxil edilməklə elektron formada apellyasiya şikayəti verilsə də, apellyasiya şikayətinin məzmununu təşkil edən “maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməməsinə dair dəlillər”, “apellyasiya şikayəti verən şəxsin tələbi” və digər bölmələr sözügedən şikayətdə əks olunmamışdır. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1544/2023 nömrəli qərardadı ləğv edilməli, şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1544/2023 nömrəli qərardadı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-35/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1544/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1544/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver