Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1553/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(012)-4861/2018 saylı qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin direktoru R.R.Adıgözəlovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(012)-4861/2018 saylı qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən 3397 (üç min üç yüz doxsan yeddi) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3427 (üç min dörd yüz iyirmi yeddi) manat pulun tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin direktoru R.R.Adıgözəlov apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(012)-4861/2018 saylı qətnaməsinin qismən ləğv edilib, iddianın Cavabdeh2 ASC-yə aid olan hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən «Atonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış Cavabdeh1 20.06.2018-ci il tarixdə idarə etdiyi «Daewoo Gentra» markalı, **-RV-*** dövlət nömrə nişanlı avtomobilə Abşeron rayonu, Xırdalan şəhərciyi, H.Əliyev prospekti ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə «Chevrolet Aveo» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə ilə bağlı Abşeron RPİ-nin DYRŞ-də tərtib olunan İXP № ******* saylı X15 protokola əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh1 müəyyən olunmuş, həmçinin X15 protokolda «Daewoo Gentra» markalı, **-RV-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 verilmiş etibarnamənin müddətinin bitməsi də qeyd edilmişdir. Göstərilən yolnəqliyyat hadisəsi nəticəsində «Chevrolet Aveo» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3397 manat məbləğində maddi zərər dəymişdir. PME ********** nömrəli sığorta müqaviləsinə və İAS 180579 saylı, 24 iyul 2018-ci il tarixli Sığorta ödənişi aktına əsasən «xxxx» ASC tərəfindən zərərçəkənə 3397 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də, «Chevrolet Aveo» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 ASC-də bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən 3397 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta odənişinin məbləği və 30 manat dövlət rüsumunun tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin direktoru R.R.Adıgözəlov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 30 noyabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 748-7.1, 1108.1, 1108.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh2 ASC və X7 arasında 29 sentyabr 2018-ci il tarixli, UN.İ-275 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və X5 müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA557857 ban, 212140772DFCX0423 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. T.H.Nağıyevə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair 19.05.2018-ci tarixli, POA********** saylı etibarnamə verilmiş və etibarnamə 16.06.2018-ci il tarixə qədər etibarlı olmuşdur. 29 may 2018-ci il tarixdə T.H.Nağıyev Cavabdeh2 ASC-yə yaxınlaşaraq X2 avtomobilin idarə olunmasına dair bir aylıq etibarnamə verilməsini xahiş etmiş və bildirmişdir ki, etibarnamənin müddəti başa çatdıqdan sonra avtomobili T.H.Nağıyevin özü idarə edəcəkdir. Cavabdeh2 ASC lizinq alanın xahişini nəzərə alaraq Cavabdeh1 də avtomobilin idarə olunmasına dair 29 may 2018-ci il tarixli, POA********** saylı etibarnamə verilmiş və etibarnamə 16.06,2018-ci il tarixə qədər etibarlı olmuşdur. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh1 verilmiş etibarnamənin müddəti başa çatmış olsa da lizinq alan T.H.Nağıyevə verilmiş etibarnamə qüvvədə olmuşdur. Cavabdeh1 etibarnaməsinin müddəti başa çatdıqdan sonra lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili T.H.Nağıyevə qaytarmalı olduğu halda qaytarmamış, N.H.Tağıyev avtomobilin qaytarılmasını ondan tələb etməmiş və Cavabdeh1 heç bir hüquqi əsası olmadan idarə etməklə üçüncü şəxsə ziyan vurmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddianın Cavabdeh2 ASC-yə aid olan hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi G.Guseinov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən “xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia Cavabdeh2 ASC-yə münasibətdə təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 1096.1, 1108.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, zərəri nəqliyyat vasitəsindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusunu törətmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən maddi ziyanın tutulması üçün kifayət qədər əsaslara olduğundan iddia tələbi də əsaslıdır. Belə ki, mülki iş materiallarında olan Abşeron RPİ-nin DYRŞ-də tərtib olunan İXP № ******* saylı X15 Protokolunun surətindən görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 göstərilmiş və qərarla 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. Mülki iş materiallarında olan “General Motors” tərəfindən verilmiş Preyskurant-dan (qüsur aktından) görünür ki, «Chevrolet Aveo» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə ümumilikdə 3397.00 manat məbləğ tələb olunur. «xxxx» ASC ilə X7 arasında bağlanmış 16.01.2018-ci il tarixli UNİ-275 saylı «X9» əsasında liziqə verilmiş 1 (bir) ədəd «Daewoo Gentra» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC 233122 seriyalı, 2014-cü il buraxılışlı, ban № 557857, mühərrik № 0423, qara rəngli) avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə 29.05.2018-ci il tarixdən 16.06.2018-ci il tarixə qədər etibarlıdır. İAS180579№-li 24 iyul 2018-ci il tarixli sığorta ödənişi aktının surətindən görünür ki, «xxxx» ASC tərəfindən X3 3397.000 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 ASC kommersiya hüquqi şəxsdir. Cavabdeh2 ASC və X7 arasında bağlanmış 16 yanvar 2018-cı il tarixli, AL-275 nömrəli X9nin surətindən görünür ki, Cavabdeh2 ASC ümumi dəyəri 14800 manat dəyərində olan lizinq obyektini lizinq alana 48 ay müddətinə hissə-hissə ödəməklə lizinqə verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq obyektinə mülkiyyət hüququ Lizinq verəndə qalır, Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ Lizinq Alana keçir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Lizinq alan Lizinq obyektinin qəbul aktı imzaladığı andan sonra Lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və Lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür. Cavabdeh2 ASC-nin 19 may 2018-ci il tarixli, POA********** nömrəli etibarnaməni surətindən görünür ki, Cavabdeh2 ASC və X7 arasında bağlanmış 16 yanvar 2018-ci il tarixli UNİ-275 saylı “X13” əsasında lizinqə verilmiş 1 ədəd “Daewoo Gentra” markalı, **- FV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA557857 ban, 212140772DFCX0423 mühərrik nömrəli, qara rəngli avtomobilin idarə edilməsi üçün 19 may 2018-ci il tarixdən 16 iyul 2018-ci il tarixə qədər etibarnamə verilmişdir. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1, 747-1.2 və 747-1.3-cü maddələrinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 748-2.1 və 748-2.2-ci maddələrinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, Cavabdeh2 ASC və X7 arasında 29 sentyabr 2018-ci il tarixli, UN.İ-275 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və X5 müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **- FV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA557857 ban, 212140772DFCX0423 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. T.H.Nağıyevə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair 19.05.2018-ci tarixli, POA********** saylı etibarnamə verilmiş və etibarnamə 16.06.2018-ci il tarixə qədər etibarlı olmuşdur. 29 may 2018-ci U tarixdə T.H.Nağıyev Cavabdeh2 ASC-yə yaxınlaşaraq X2 avtomobilin idarə olunmasına dair bir aylıq etibarnamə verilməsini xahiş etmiş və bildirmişdir ki, etibarnamənin müddəti başa çatdıqdan sonra avtomobili T.H.Nağıyevin özü idarə edəcəkdir. Cavabdeh2 ASC lizinq alanın xahişini nəzərə alaraq Cavabdeh1 də avtomobilin idarə olunmasına dair 29 may 2018-ci il tarixli, POA********** saylı etibarnamə verilmiş və etibarnamə 16.06,2018-ci il tarixə qədər etibarlı olmuşdur. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh1 verilmiş etibarnamənin müddəti başa çatmış olsa da lizinq alan T.H.Nağıyevə verilmiş etibarnamə qüvvədə olmuşdur. Cavabdeh1 etibarnaməsinin müddəti başa çatdıqdan sonra lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili T.H.Nağıyevə qaytarmalı olduğu halda qaytarmamış, N.H.Tağıyev avtomobilin qaytarılmasını ondan tələb etməmiş və Cavabdeh1 heç bir hüquqi əsası olmadan idarə etməklə üçüncü şəxsə ziyan vurmuşdur. Bundan əlavə iş materialları ilə müəyyən olur ki, 25-ci vərəqəsində olan 22 oktyabr 2018-ci il tarixli məhkəmə iclasının protokolunda iddiaçının nümayəndəsi qismində X6 iştirak etdiyi qeyd olunmuş, lakin işdə həmin şəxsin nümayəndə qismində səlahiyyətli olmasını təsdiq edən etibarnamə mövcud deyildir. İşin 26-cı vərəqəsində növbəti məhkəmə iclasının vaxtı və yeri barədə verilmiş 22 oktyabr 2018-ci il tarixli məhkəmə bildirişinin kötüyündə isə iddiaçının nümayəndəsi qismində X1 adı yazılaraq imza edilmişdir. Həmin ziddiyətli hallar işin 29 və 30-cu vərəqələrində olan 16 noyabr 2018-ci il tarixli məhkəmə iclasının protokolunun tərtibində və məhkəmə bildirişinin kötüyündə eyni ilə bir daha təkrar olunmuşdur. Bundan başqa işin 32-ci vərəqəsində 30 noyabr 2018-ci il tarixli məhkəmə iclasının protokolunda iddiaçının nümayəndəsi qismində X1 iştirak etdiyi qeyd olunmuş, lakin işdə onun iddiaçı tərəfindən səlahiyyətli şəxs olmasını təsdiq edən etibarnamə mövcud deyildir və məhkəmə iclas protokolunda onun anket məlumatları göstərilməmişdir. Nəticədə mülki iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsində prosessual qanunverciliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 3397 (üç min üç yüz doxsan yeddi) manat sığorta ödənişi tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməli və iddia tələbi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmə kollegiaysı hesab edir ki, iddia ərizəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilməli və 15 manat hissəsi isə Cavabdeh1 tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin direktoru R.R.Adıgözəlovun verdiyi apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(012)-4861/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 3397 (üç min üç yüz doxsan yeddi) manat sığorta ödənişi tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilsin. İddia tələbi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə aid hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin və 15 manat hissəsi isə Cavabdeh1 tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1553/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1553/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver