Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1575/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X18 qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, ilk idia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, habelə Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı ilk və qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2371/2025 nömrəli qətnaməsindən tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5198/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 13 may 2020-ci il təvəllüdlü X7 və 06 mart 2023-cü il təvəllüdlü X16 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin və ödənilmiş 25 manat mediasiya xərcinin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-198/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il təvəllüdlü X16 oğlunun atasının İddiaçı olmaması müəyyən edilmiş, cavabdeh X2 1150 manat pulun (ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına çəkilmiş xərcin yarısı) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1203/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Ali Məhkəmənin 2(102)-4119/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-93/2024 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 04 dekabr 2018-ci il tarixdə bağlanmış və 3367 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X4 anası Cavabdeh himayəsinə verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh nikah dövründə birgə vəsaitlə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, “AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kvadrat metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzildə tərəflərin paylarının bərabər şəkildə Cavabdeh payının ½, İddiaçı payının ½ hissədə müəyyən edilməsi, İddiaçı 11 iyun 2022-ci il tarixdə birgə vəsaitlə əldə edilmiş “Hyundai Tucson” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin yarısı 9050 manat pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1493/2024 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-93/2024 saylı qətnaməsi avtomobilin dəyərinin yarısının tutulması hissəsində dəyişdirilmiş, İddiaçı 11 iyun 2022-ci il tarixdə birgə vəsaitlə əldə edilmiş “Hyundai Tucson” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin yarısı kimi 7850 manat pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Cavabdeh 1225 manat aliment təyinatlı ödəniş etmişdir.
6. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 99 manat ödəniş etmişdir.
7. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat ödəniş etmişdir.
8. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat ödəniş etmişdir.
9. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat ödəniş etmişdir.
10. İş materiallarında olan "xxxx" MMC-nin bir neçə (8 ədəd) ödəmə qəbzindən görünür ki, Cavabdeh müayinə və müalicəsi üçün cəmi 1364 manat pul ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manat, uşağın saxlanması üçün ödədiyi 3212 manat 50 qəpik aliment pulu, məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənmiş 1180 manat, mediasiya və vəkil xidmətinə ödədiyi 1225 manat, eləcə də mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 59767 manat 50 qəpik məbləğində pulun alınaraq ona verilməsi və bioloji atası olmadığı X16 oğluna təyin edilmiş alimentin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 dekabr 2018-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X16 oğlu adlı uşaqlar doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasa da, sonradan ailə daxili münasibətlər pisləşmiş, aralarında söz-söhbət yaranmışdır. Cavabdeh ona xəyanət etdiyinə görə artıq ər-arvad münasibəti pozulmuş, o, idarə olunmaz vəziyyətə düşmüş və bir müddət gərgin mənəvipsixoloji gərginlik keçirdiyinə və qohum-əqraba içərisində biabır olacağına görə qapalı həyat keçirməyə məcbur olmuşdur. O, ikinci uşağın, yəni Ayxanın onun övladı olmasına şübhə ilə yanaşdığına görə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, nikahın pozulması və qızı Şəkərin anasından alınaraq ona verilməsi barədə qətnamə qəbul etməsini, bundan sonra isə atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə-bioloji ekspertiza təyin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10 ” X15 xx.xx.2024-cü il tarixli, 836\2023-MTBŞ saylı ekspert rəyi ilə İddiaçı ekspertizaya təqdim olunmuş X16 oğlu adlı uşağın bioloji atası olması faktı inkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 9/127 nömrəli məlumatda qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasını (2330 manat) İddiaçı təmin etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-198\2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il təvəllüdlü X16 oğlunun atasının İddiaçı olmaması müəyyən edilmiş, Cavabdeh 1150 manat pulun (ekspertiza xərcinin yarısı) tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan başqa, “nikahın pozulması və uşağın himayədə saxlanması tələbinə dair” və Cavabdeh ona qarşı “nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətin bölünməsi tələbi” barədə qarşılıqlı iddiasına xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində baxılaraq, ilkin iddia qismən təmin edilərək, tərəflər arasındakı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Birgə nikah dövründə birgə vəsaitlə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, “AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kv.metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzildə tərəflərin paylarının bərabər şəkildə Cavabdeh payının 1/2, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi və xx.xx.2022-ci il tarixdə birgə vəsaitlə əldə edilmiş “Hundai Tucson” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin tərəflər arasında bərabər şəkildə bölünməsi, eləcə də vəkil xidmətindən istifadə etməyə görə, mediasiya prosesində iştirakla bağlı və dövlət rüsumu olaraq ödədiyi pul vəsaitlərinin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh birgə yaşadıqları evdə, hər an ata və ya ananın, eləcə də onun evə gələ biləcəyini belə nəzərə almayaraq ona qarşı xəyanət edərək, şərəf və ləyaqətini alçaltmışdır. Nəyinki onun, hətta bütün ailə üzvlərinin və yaxın qohumlarının hamısını biabır edərək onları çox sarsıtmışdır. O, bu xəbəri eşidəndə bərk psixoloji gərginlik keçirmişdir. Keçirdiyi psixoloji gərginliyin əlamətləri bu gün də qalmaqdadır. Bir müddət utandığından evdən bayıra belə çıxa bilməmişdir. Həyat yoldaşının ona qarşı bu hərəkəti ona çox dəhşətli şəkildə pis təsir etmiş, mənəvi cəhətdən çökdürmüş, yaşamağa həvəsini öldürmüşdür. O, sonradan ikinci uşağın bioloji atası olmasından şübhələnmişdir. Bu barədə Fatimədən soruşsa da, ilk öncə o, hər şeydən imtina edərək xəyanət etmədiyini bildirdi. Lakin sonradan əldə olunmuş təkzib olunmaz sübutlar qarşısında aciz qalaraq dolayı yolla etdiyi xəyanəti etiraf etdi. Fatmanın yaşadıqları evdə xəyanət etməsindən ailə üzvləri də dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər, daim yaşadıqları və əmək fəaliyyəti göstərdiyi kollektivdə böyük hörmət və nüfuz sahibi olmuş ailədə bu kimi xəyanətin baş verdiyi ailənin, özünün və yaxın qohumlarının keçirdikləri hiss-həyəcan və dərin sarsıntıların əvəzini heç nə verə bilməz. İş üzrə təyin edilmiş və hər üç instansiya məhkəməsində öz təsdiqini tapmış məhkəmə-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, birgə nikah dövründə doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X16 oğlunun bioloji atası o deyil. Bu fakt öz təsdiqini tapandan sonra təkrar mənəvi-psixoloji sarsıntı keçirmişdir. Lakin sonradan özünü ələ almış, azyaşlı qızı Şəkərin belə əxlaq sahibinin yanında qalmaması üçün məhkəməyə müraciət etmiş, lakin sanki bu kimi hərəkətlərin yolverilən olduğunu nəzərə alan məhkəmələr Azərbaycan mentalitetini (adətləri) nəzərə almayaraq uşağın anasının himayəsində qalmasını məqsədəuyğun hesab edərək onun anasının himayəsində qalması barədə qərar qəbul etmişlər. Bundan başqa, o, hazırkı vaxta kimi bioloji atası olmadığı X16 oğlunun saxlanması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq hər ay 200 manat olmaqla, 31 yanvar 2025-ci il tarixədək 3212,50 manat aliment ödəmişdir. Hazırkı vaxta kimi əmək haqqından müəyyən edilmiş aliment cavabdehin xeyirinə tutulur. Bununla yanaşı, uşağın ana bətnində olduğu vaxta kimi və uşaq doğulduqdan sonra 4 ay müddətində uşağın saxlanması, müayinə və müalicəsi üçün 4250 manat xərc çəkmişdir. Odur ki həmin pullar, yəni 7462,50 manat cavabdehdən tutularaq ona qaytarılmalıdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı iki ilə yaxındır ki, məhkəmə çəkişmələrindədir, mediasiya və vəkil xidmətləri üçün 1125 manat pul xərcləməyə məcbur olmuş, normal əmək fəaliyyəti ilə məşğul ola bilmədiyindən əldə edə biləcəyi gəlirlər də azalmışdır. Mövcud qanunvericiliyin tələblərinə görə məhkəmə-bioloji ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş xərc cavabdeh tərəfdən tutulub ona verilməli olduğu halda, məhkəmə həmin məbləğin də yarısının, yəni 1150 manatının ondan tutulması barədə qərar qəbul etmişlər. Cavabdeh özünün qanunsuz hərəkətləri ilə bağlı vurduğu maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidir. Cavabdehin ailəsinə qarşı xəyanətindən dərin sarsıntılar keçirən ailə üzvləri, bununla bərabər cəmiyyətdə utanc hissləri keçirmişlər, bu kimi xəyanətlə üzləşmiş insanın ailəsinin özünün və yaxın qohumlarının keçirdikləri hisshəyəcan və dərin sarsıntıların əvəzini heç nə verə bilməz. Qeyd olunanlarla bərabər Cavabdeh ona qarşı etdiyi xəyanətlə kifayətlənməyərək, guya ona qarşı fiziki, cinsi və məişət zorakılığı ilə bağlı aidiyyəti orqanlara çoxsaylı şikayət ərizələri yazaraq ona qarşı şər-böhtan ataraq ləkələməyə çalışmış və əsəbləri ilə oynamaqla əlavə iztirablar yaşatmışdır. Lakin araşdırma zamanı onun yazdıqları öz təsdiqini tapmamışdır. Cavabdehin xəyanəti (qanunsuz hərəkətləri) və sui-istifadəsi ona və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Cavabdehin ona qarşı xəyanət etməsi onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olduğundan, fəal ictimai həyat tərzindən mərhum olmuş, ailə sirrinin açıqlanması, şərəf-ləyaqət və işgüzar nüfuzun ləkələnməsi kimi hallardan iztirab keçirərək yuxusuzluqdan əziyyət çəkir, əsəbləri korlanıb, tez özündən çıxmaqla idarəolunmaz vəziyyətə düşmüşdür. Ona dəymiş mənəvi zərərin məbləği 50000 manatdır.
13. Məhkəmə gedişatında Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin, 26 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödədiyi 3111,85 manat kredit məbləğinin, vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin, ona vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pulun və məhkəməyə ödədiyi 272 manat dövlət rüsumunun, ümumilikdə 60680,56 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onu əxlaqsızlıqda ittiham edən şəxsin özü sosial şəbəkələrdə əxlaqa zidd hərəkətlər etmişdir. Bu barədə o, öz subutlarını məhkəməyə təqdim etmişdir. O, öz ərizəsində qeyd etmişdir ki, cavabdehin məqsədi nikah dövründə ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını verməmək idi. Bunun böhtan olduğu elə məhkəmə prosesinin gedişatında üzə çıxmışdır. Belə ki, o, cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı cavabdehə qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə zalında “gedəndə oğurlayıb özu ilə aparıb” deyərək şər atdıqları qızıl-zinət əşyalarını cavabdeh gətirib bir-bir təhvil vermişdir. Hətta ailə qurarkən atası tərəfindən təxminən 50000 manat dəyərində alınmış olan cehizlik əşyaları da məhkəmə yolu ilə cavabdehdən almışdır. Onu döyub evdən qovduqdan beş ay sonra aldığı cehiz əşyalarını pis vəziyyətdə qaytarmışlar. Bundan başqa, təhsil sistemindəki güclü əlaqələrindən istifadə edərək, cavabdeh onu işlədiyi 1 saylı Uşaq və X3 qeyri-qanuni olaraq işdən çıxartdırmışdır. Bu müəssisədə işlədiyi 4 il müddətində nə qədər maaş aldığını belə bilməmişdir. Maaş kartını qaynatası elə ilk gündən alıb cibinə qoymuş və aldığı maaşı istədiyi şəkildə xərcləmişdir. Bankdan maaş kartı ilə bağlı hesabdan çıxarış almış və nə qədər vəsaiti mənimsədikləri ona məlum olmuşdur. Cavabdeh avtomobilini dəyişdirmək uçun "xxxx" ASC-nin Qubadlı filialından onun adına kredit götürmüş və onu evdən qovandan sonra götürdüyü həmin krediti ödəmədiyi üçün krediti atası ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda da onun şərəf və ləyaqətini alçaltmağa davam edir. Bütün qohum-əqrabaya və dost-tanışlara onun barəsində hər cür böhtan və yalan danışırlar. Məhkəmədə uşaqlara aliment təyin olunarkən iki uşağa alimentin ödənilməli olduğu nəzərə alınmış və cavabdehin əmək haqqının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini ödəməyə imkan vermədiyi diqqətə alınaraq hər uşağa cəmi 200 manat aliment təyin olunmuşdur. Əgər ikinci uşağın alimenti ləğv olunaraq geri qaytarılırsa, onda ikinci uşağa görə birinci uşağa təyin oluna bilməyən minimum həddin kompensasiyası tələb edilməlidir. Eyni zamanda, cavabdeh aliment məbləğini az miqdarda ödəmək üçün məhkəməni aldatmışdır ki, maaşdan başqa gəliri yoxdur. Lakin başqa məhkəmə işində maşın alveri ilə məşğul olduğunu və evlilik müddətində 55-60 maşın alıb-satdığını özü etiraf etmişdir. Bu səbəbdən də o, hər satılmış maşından əldə edilmiş və gizələdilmiş gəlirdən 100 manat ödənilməsini tələb edir. Onun maaş kartı vasitəsilə əldə olunmuş pulların, atası tərəfindən kredit borcunun ödənilməsinə sərf edilmiş vəsaitin, işdən çıxardılması və əşyalarının verilməsi ilə bağlı çəkdiyi məhkəmə xərclərinin qaytarlmasını da tələb edir.
15. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin nəticə hissəsinin Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manat, uşağın saxlanması üçün ödədiyi 4012 manat 50 qəpik aliment pulu, məhkəmə tibbibioloji ekspertizası üçün ödənilmiş 1180 manat, mediasiya və vəkil xidmətinə ödədiyi 1225 manat, birgə nikah dövründə götürülmüş kreditin faizi ilə birlikdə 9541,78 manat, eləcə də mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 70108,78 manat məbləğində pulun alınaraq ona verilməsi və bioloji atası olmadığı X16 oğluna təyin edilmiş alimentin dayandırılması, habelə indiyə qədər ödədiyi alimentin onun xeyrinə tutulması” kimi oxunmasını xahiş etmişdir.
16. Daha sonra, Cavabdeh xx.xx.2025-ci il tarixdə MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin, 27 iyun 2018-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş kreditin ödənilmiş pulunun yarısının, yəni 1065 manat pulun, 26 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödədiyi 3111,85 manat kredit məbləğinin, vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin, birgə nikah dövründə birgə vəsaitlə əldə edilmiş və üzərində ½ hissədə payı müəyyən edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, "AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kvadrat metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzilin 01 iyun 2023-cü ildən hesablanmaqla kirayəyə verilməsindən əldə edilmiş pul vəsaitinin yarısının (25 ay x 110 manat=2750 manat), ümumilikdə 2750 manat pul vəsaitinin, birgə nikah dövründə avtomobillərin satışından əldə edilmiş gəlirin yarısının, yəni 5000 manat pul vəsaitinin, vurulmuş mənəvi zyana görə 50000 manat məbləğində pulun və məhkəməyə ödədiyi 296 manat dövlət rüsumunun, ümumilikdə 68519,56 məbləğində pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2371/2025 nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) İddiaçı Cavabdeh qarşı qaldırdığı ilkin iddia kredit müqaviləsi üzrə 9541,78 manat pulun tutulması və xx.xx.2023-cü il təvəllüdlü X16 oğluna təyin edilmiş alimentin dayandırılması hissəsində, eləcə də Cavabdeh İddiaçı qarşı qaldırdığı qarşılıqlı iddia 27 iyun 2018-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş kreditin ödənilmiş pulunun yarısının, yəni 1065 manat pulun tutulması, 26 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödədiyi 3111,85 manat kredit məbləğinin qaytarılması, birgə nikah dövründə birgə vəsaitlə əldə edilmiş və üzərində 1/2 hissədə payı müəyyən edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, "AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kvadrat metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzilin 01 iyun 2023-cü ildən hesablanmaqla kirayəyə verilməsindən əldə edilmiş pul vəsaitinin yarısının (25 ay x 110 manat=2750 manat), ümumilikdə 2750 manat pul vəsaitinin ödənilməsi və birgə nikah dövründə avtomobillərin satışından əldə edilmiş gəlirin yarısının, yəni 5000 manat pul vəsaitinin tutulması hissəsində baxılmamış saxlanılması, Cavabdeh xx.xx.2025-ci il tarixdə müvafiq ödəmə sistemi vasitəsi ilə ********** nömrəli qəbzlə ödəmiş olduğu 272 manat dövlət rüsumunun 196 manat hissəsi Dövlət Büdcəsindən ona geri qaytarılması və qərardadın icrasının dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6 İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
18. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, hazırda İddiaçı tələbi dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manatın, uşağın saxlanması üçün ödədiyi 4012 manat 50 qəpik aliment pulunun, məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənilmiş 1180 manatın, mediasiya və vəkil xidmətinə ödədiyi 1225 manatın, eləcə də mənəvi ziyana görə 50000 manatın Cavabdeh tutulmasından, Cavabdeh tələbi isə xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin, vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin, vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pulun İddiaçı alınaraq ona ödənilməsindən ibarətdir və bu tələblərə hüquqi qiymət verilməlidir.
19. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2371/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 06 mart 2023-cü il təvəllüdlü X16 oğlunun saxlanılması üçün aliment kimi ödənilmiş 4012.50 manat, vəkil xidmətinə görə ödənilmiş 200 manat və dəymiş mənəvi zərərə görə 3000 manatın tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qətnamə ilə baxılan digər hissələrdə, habelə qarşılıqlı iddianın qətnamə ilə baxılan bütün hissələrdə təmin olunmaması, məhkəmənin ilkin və qarşılıqlı iddiaların qismən baxılmamış saxlanılması barədə eyni tarixli qərardadının nəzərə alınması qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında xx.xx.2023-cü il təvəllüdlü X16 oğlunun saxlanması, müayinə və müalicəsi üçün vəsaitin xərclənməsi barədə yazılı sübut (qəbz, qaimə-faktura və s.) yoxdur. Təqdim edilmiş 1364 manatlıq ödəmə qəbzləri Ayxanın deyil, Cavabdeh müayinə və müalicəsi üçün xərclənmişdir. Bu dövrdə isə tərəflər birgə nikahda idilər və bu hal xərcin məhz azyaşlı Ayxan üçün çəkilməsini istisna edir.
21. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 5198/2023 nömrəli qətnaməsi ilə 06 mart 2023-cü il təvəllüdlü X16 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Alimentin ödənilməsi barədə işdə ödəmə qəbzi mövcuddur. Məhkəmə iclasında proses iştirakçıları da etiraf etdilər ki, İddiaçı azyaşlı Ayxanın saxlanılması üçün hələ də aliment ödəməkdə davam edir. Alimentin tutulma vaxtından (2023-cü ilin oktyabr ayı) keçən müddət ərzində 4012,50 manat alimentin iddiaçı tərəfindən ödənilməsi real görünür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-198/2024 nömrəli qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X16 oğlunun atasının İddiaçı olmaması müəyyən edilmişdir. Belə olan halda isə, məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır.
22. Qeyd edilən qətnamə ilə həmçinin X2 1150 manat pulun (ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınmasına çəkilmiş xərcin yarısı) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı həmin iş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənilmiş 1180 manatın cavabdehdən tutulmasını tələb edir. Halbuki, bu məsələyə, yəni ekspertiza üçün çəkilmiş xərcin tutulması məsələsinə əvvəlki işə baxan məhkəmə tərəfindən qiymət verilmiş və bu xərcin tərəflər arasında bölünməsi nəticəsinə gəlmişdir. Bu səbəbdən də məhkəmə iddianın bu hissədə əsassız olması qənaətinə gəlir. Bundan başqa, ilkin iddianın mediasiya və vəkil xidmətinə görə ödənilmiş 1225 manatın qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yalnız hazırki iş üzrə çəkilmiş məsrəflər həll edilməlidir. Mövcud prosessual qanunvericiliyə görə, əvvəlki mübahisələr üzrə İddiaçı ödədiyi məhkəmə məsrəflərinə bu iş üzrə qiymət verilməsi mümkün deyildir.
23. Təqdim edilmiş ödəmə qəbzlərindən görünür ki, hazırki mübahisə üzrə İddiaçı Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat vəsait ödəmişdir. İlkin iddia qismən təmin edildiyindən məhkəmə bu xərcin 200 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı qaytarılması nəticəsinə gəlir.
24. Həmçinin Ayxan anadan olandan təqribən 1 il sonra onun atasının İddiaçı olmaması Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-198/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bu fakt İddiaçı dərin mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, onun mənəvi sarsıntılar keçirməsi Cavabdeh ailə və mental dəyərlərə, əxlaqi prinsiplərə uymayan hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə bu hallara qiymət verərək hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi Cavabdeh tərəfindən ödənilməlidir. Lakin bu zərəri məhkəmə 3000 manat məbləğində dəyərləndirir və bu məbləği ağlabatan hesab edir.
25. Qarşılıqlı iddia tələbinə aid hissə ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh hansı məzmunda mənəvi zərər vurulması barədə isə iş mateiallarında hər hansı mötəbər sübut və əsas mövcud deyildir. İşdən görünür ki, tərəflər ayrıldıqdan sonra onlar arasındakı münasibətlər olduqca gərgindir və qadırılmış iddiaların mahiyyətindən görünür ki, tərəflər hazırda qisas zəminidə bir-birilərinə qarşı tələblər irəli sürürlər. Qarşılıqlı iddidan görünür ki, Cavabdeh xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin İddiaçı onun xeyrinə tutulmasını da tələb edir. İşdə Cavabdeh əmək haqqı ödəmələri barədə çıxarış olsa da, bu kartdan vəsaitin məhz İddiaçı tərəfindən çıxarılmasını təsdiq edən mötəbər və legitim sübut yoxdur. Bu isə tələbin həmin hissədə əsassız olması mənasına gəlir və məhkəmənin qənaətinə görə təmin oluna bilməz. Baxılan iş üzrə Cavabdeh qarşılıqlı iddiası tamamilə rədd olunduğundan onun vəkil xidmətinə ödədiyi 1500 manat pul vəsaitinin tutulması tələbi də təmin olunmamalıdır.
26. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Ailə Məcəlləsinin 75.1, 75.4, 109-cu, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, Mülki Prosesual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1-ci maddələrinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin təmin ediləməyən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən göründüyü kimi, hakim qərar qəbul edərkən onun təqdim etdiyi sənədləri və qəbzləri tədqiq etməyərək atası olmadığı uşağın ana bətnində olduğu vaxtdan doğulduğu vaxta qədər çəkdiyi 4250 manatın əlində olan 1364 manat məhkəməyə təqdim olunmuş qəbzləri belə nazərə almayaraq, guya həmin pulun uşağın deyil, Cavabdeh müayinə və müalicəsinə çəkilmiş xərc kimi qiymətləndirərək həmin məbləğin ödənilməsindən imtina etmişdir. Hansı ki, müayinə və müalicə yeni doğulmuş Ayxanın dünyaya gəlməsi ilə bağlı olan xərclərdir. Odur ki, qətnamə həmin hissəsdə ləğv edilərək Ayxanın ana bətnində olduğu vaxtdan nikah pozulana qədər çəkilmiş 4250 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qərar qəbul edilməlidir. Bundan başqa, qeyd olunan məsələlərlə bağlı çəkilmiş 1225 manat vəkil xərcləri də təqdim edilmiş qəbzlər nəzərə alınmayaraq 200 manat ödənilməsi qət edilmişdir. Odur ki, qətnamə həmin hissədə də ləğv edilərək vəkil üçün ödənilmiş 1225 manat pul cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsi məqsəd uyğundur. Eləcə də birgə nikah dövründə götürülmüş kreditin faizlə birlikdə 9541,78 manat pulun alınaraq ona verilməsi iddia ərizəsində qeyd olunsa da və məhkəmə araşdırması zamanı bu dedikləri öz təsdiqini tapsa da məhkəmə həmin tələbi təmin etməmişdir. Odur ki, qətnamə həmin hissədə də ləğv edilərək qeyd olunan məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, ər üçün həyat yoldaşının ona xəyanət edərək başqa kişidən dünyaya övlad gətirməsindən ağır təhqir və psixoloji travma ola bilməz. Hakimin təyin etdiyi 3000 manat mənəvi ziyan onun həmin anda çəkdiyi sarsıntının heç yüzdə birini də əvəz edə bilməz. Qeyd olunan hallar üzrə mənəvi ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir. O və ailəsi üç ilə yaxındır ki, heç kəsin dərk edə bilməyəcəyi əzab və əziyyəti çəkir. O nə rahat yaşaya, nə də yata bilir. Yuxusu ərşə çəkilib. Bu məsələ yadına düşəndə özünü ələ ala bilmir. Hesab edir ki, tələb etdiyi 50000 (əlli min manat) mənəvi ziyana görə təzminat ağlabatandır. Ona görə də qətnamə həmin hissədə də ləğv edilərək 50000 manat mənəvi ziyana görə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X15 836/2023-MTBŞ saylı ekspert rəyi ilə xx.xx.2023-cü il təvəllüdlü X16 oğlunun atasının İddiaçı olması müəyyən edilməmiş, bununla da Cavabdeh mənə xəyanət etməsi və onun azərbaycan qadınına yaraşmayan hərəkətlərə yol verən birisi olduğuğu öz təsdiqini tapmışdır. Lakin məhkəmə qeyd olunanları nəzərə almayaraq azyaşlı qızının belə bir əxlaq sahibinin himayəsində qalmasını məqsədə müvafiq hesab etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi həmin hissədə də ləğv edilməli və uşağın onun himayəsinə verilməsi barədə yeni qətnamə qəbul etməlidir. Cavabdeh xəyanət etməsi iş materiallarında olan özünün SMS yazışmaları və səs yazıları ilə də öz təsdiqini tapıb.
29. Qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin qismən - ilkin iddia tələbinin təmin edildiyi və qarşılıqlı iddia ərisəzinin rədd edildiyi hissədə ləğv edilməsini, İddiaçı iddia tələblərinin həmin hissədə rədd edilməsini və Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbini qismən təmin edərkən müvafiq qanunvericilik normlarının, eləcə də mənəvi zərərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan Qərarlarında əks olunmuş mövqeyini nəzərə almamışdır. Belə ki, məhkəmə Ayxanın anadan olandan təqribən 1 il sonra onun atasının İddiaçı olmamasının Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-198/2024 saylı qətnaməsi ilə müəyyən edilməsi faktını İddiaçı dərin mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb kimi qiymətləndirmiş, onun mənəvi sarsıntılar keçirməsinin Cavabdeh ailə və mental dəyərlərə, əxlaqi prinsiplərə uymayan hərəkətləri nəticəsində baş verdiyi qənaətinə gəlmiş, vurulmuş mənəvi zərərin əvəzinin Cavabdeh tərəfindən ödənilməsi nəticəsinə gələrək və vurulmuş zərəri 3000 manat məbləğində dəyərləndirərək bu məbləği ağlabatan hesab etmişdir. Halbuki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında mənəvi zərərlə bağlı məsələyə bu baxımdan yanaşaraq göstərmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Məhkəmə Cavabdeh ailə və mental dəyərlərə, əxlaqi prinsiplərə uymayan hərəkətləri nəticəsində İddiaçı dərin mənəvi sarsıntı və iztirab keçirməsi qənaətinə gələrkən bu sarsıntı və iztirabın nədə ifadə olunmasını müəyyən etməmiş, bu hərəkətlərin onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmasının və nəticəsində fiziki əzab çəkməsinə səbəb ola biləcək sağlamlığının hər hansı şəkildə pozulmasının sübuta yetirilmədiyini nəzərə almamışdır. Məhkəmə iddiaçının cavabdehin guya ona xəyanət etməsi nəticəsində mənəvi zərərə uğradığını iddia etmişdir. Halbuki belə bir xəyanət olduğu halda belə hesab edir ki, bu hal sözügedən iddia tələbinin irəli sürülməsi üçün əsas sayıla bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında da qeyd edimişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması kimi anlaşılır. Xəyanət isə milli qanunvericiliyimizdə qanunsuz hərəkət və ya hərəkətsizlik hesab edilmədiyindən, buna görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ da istisna olunur. Həmçinin işə baxan məhkəmə iddiaçıya dəymiş mənəvi zərər məbləğini müəyyən edərkən Cavabdeh heç yerdə işləmədiyini, onun sonuncu iş yerindən iddiaçının yaxınlarının əlaqələrindən istifadə olunmaqla işdən azad edildiyini, iki azyaşlı uşaqla valideynlərinin yanında yaşamaq məcburiyyətində qaldığını və maddi durumunun cox çətin olduğunu nəzərə almayaraq 3000 manat məbləğində İddiaçı vurulduğu qənaətinə gəlmiş mənəvi zərərin əvəzinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarmışdır. Hesab edir ki, bununla da məhkəmə Konstitusiya Məhkəməsini sadalanan Qərarlarında şərholunanlarla bağlı düzgün nəticəyə gəlməmiş, vurulduğu iddia edilən mənəvi zərər məbləğini həddən artıq yüksək hesablamış və ümumiyyətlə, iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə uğradıldığı hər hansı şəkildə sübuta yetirilmədiyi halda əsassız olaraq ilkin iddia tələbinin həmin hissədə qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Hesab edir ki, məhkəmə Cavabdeh 06 mart 2023-cü il təvəllüdlü X16 oğlunun saxlanılması üçün aliment kimi ödənilmiş 4012.50 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə nəticəyə gələrkən sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Ailə Məcəlləsinin109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.2.1-109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Məhkəmənin özünün də qeyd etdiyi kimi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5198/2023 saylı qətnaməsi ilə 06 mart 2023-cü il təvəllüdlü X16 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2023cü ilin oktyabr ayından başlayaraq İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi halhazırda da qüvvədədir və İddiaçı həmin aliment məbləğinin tutulması davam edir. Belə olan halda hesab edir ki, adıçəkilən məhkəmə qətnaməsi Cavabdeh 06 mart 2023-cü il təvəllüdlü X16 oğlunun saxlanılması üçün aliment kimi ödənilmiş 4012.50 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbinin təmin edildiyi hissədə sadalanan maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki bu nəticəyə gələrkən məhkəmə Ailə Məcəlləsinin 109-cu madəsinin tələblərini pozmuşdur, yəni alimentin ödənilmiş məbləğinin geri tələb olunmasına imkan verən Ailə Məcəlləsinin 109.2ci maddəsində nəzərdə tutulan hallar olmadığı halda, ilkin iddia üzrə iddiaçının ödədiyi alimentin cavabdehdən geri alınması barədə qətnamə çıxarılmışdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən yalnız İddiaçı bildirdiklərinə istinad etmişdir. Halbuki onun məhkəmədə bildirdiklərininin özü kifayət qədər ziddiyyətli və mübahisəlidir. Hesab edir ki, məhkəmə ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə nəticəyə gələrkən bütün faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia üzrə iddiaçının uşağın atası olmaması barədə məhkəmə qətnaməsi çıxarılmaqla mənəvi ziyana uğradığına dair gəldiyi nəticə mötəbər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan bütün halların müəyyən edilməsi üçün nə iş üçün əhəmiyyət kəsb edən zəruri məlumatları əldə etməmiş, nə də iddiaçı tərəfindən təqdim edilmiş dəlilləri lazımi şəkildə qiymətləndirməyərək iddia tələblərinin qismən təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddianın tam təmin edilməsini, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdirlər.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
37. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
38. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
39. Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1–109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
41. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
42. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
44. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
47. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2371/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qaldırdığı ilkin iddia kredit müqaviləsi üzrə 9541,78 manat pulun tutulması və xx.xx.2023-cü il təvəllüdlü X16 oğluna təyin edilmiş alimentin dayandırılması hissəsində, eləcə də Cavabdeh İddiaçı qarşı qaldırdığı qarşılıqlı iddia 27 iyun 2018-ci il tarixdə "xxxx" ASC-dən götürülmüş kreditin ödənilmiş pulunun yarısının, yəni 1065 manat pulun tutulması, 26 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödədiyi 3111,85 manat kredit məbləğinin qaytarılması, birgə nikah dövründə birgə vəsaitlə əldə edilmiş və üzərində ½ hissədə payı müəyyən edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167, “AAAF Park” yaşayış massivinin 1 saylı küçəsində, bina 3, mərtəbə 1, ümumi sahəsi 36,3 kvadrat metrdən ibarət 1 otaqlı 1 nömrəli mənzilin 01 iyun 2023-cü ildən hesablanmaqla kirayəyə verilməsindən əldə edilmiş pul vəsaitinin yarısının (25 ay x 110 manat=2750 manat), ümumilikdə 2750 manat pul vəsaitinin ödənilməsi və birgə nikah dövründə avtomobillərin satışından əldə edilmiş gəlirin yarısının, yəni 5000 manat pul vəsaitinin tutulması hissəsində baxılmamış saxlanılmışdır.
51. Həmin qərardaddan şikayət verilməmişdir.
52. Birinci instansiya məhkəməsi İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq bioloji atası olmadığı uşağın saxlanması, müayinə və müalicəsi üçün xərclədiyi 4250 manatın qaytarılması barədə tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında xx.xx.2023cü il təvəllüdlü X16 oğlunun saxlanması, müayinə və müalicəsi üçün vəsaitin xərclənməsi barədə yazılı sübut (qəbz, qaimə-faktura və s.) yoxdur. Təqdim edilmiş 1364 manatlıq ödəmə qəbzləri Ayxanın deyil, Cavabdeh müayinə və müalicəsi üçün xərclənmişdir. Bu dövrdə isə tərəflər birgə nikahda idilər və bu hal xərcin məhz azyaşlı Ayxan üçün çəkilməsini istisna edir.
53. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 5198/2023 saylı qətnaməsi ilə 06 mart 2023-cü il təvəllüdlü X16 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2023-cü ilin oktyabr ayından başlayaraq İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Alimentin ödənilməsi barədə işdə ödəmə qəbzi mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı proses iştirakçıları da etiraf etmişdirlər ki, İddiaçı azyaşlı Ayxanın saxlanılması üçün hələ də aliment ödəməkdə davam edir. Alimentin tutulma vaxtından (2023-cü ilin oktyabr ayı) keçən müddət ərzində 4012,50 manat alimentin iddiaçı tərəfindən ödənilməsi real görünür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-198/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X16 oğlunun atasının İddiaçı olmaması müəyyən edilmişdir.
54. Apellyasiya şikayətində mübahisələndirsə də, məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclasında iştirak edən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Bədəlov X8 Asəf Əli oğlu tərəfindən ödənilmiş alimentin geri qaytarılmasına etiraz etmədiklərini bildirdi. Odur ki, kollegiya həmin dəlilə qiymət vermir və hesab edir ki, ilk iddia üzrə cavabdeh tərəf aliment üçün ödənilmiş 4012,50 manatın qaytarılmasına etiraz etmədiyindən, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
56. Kollegiya ilk idia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, məhkəmə xərcləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
57. Belə ki, ilk iddia üzrə iddiaçı əvvəllər baxılmış başqa iş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizası üçün ödənilmiş 1180 manatın, mediasiya və vəkil xidmətinə görə ödənilmiş 1225 manatın cavabdehdən tutulmasını tələb edir ki, əvvəlki mübahisələr üzrə məhkəmə məsrəflərinə bu iş üzrə qiymət verilməsini birinci instansiya məhkəməsi mümkün hesab etməmişdir. Hazırki iş üzrə isə ilkin iddiaçının Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödədiyi 325 manatın, ilk iddia qismən təmin edildiyindən, məhkəmə bu xərcin 200 manat hissəsinin ilk iddia üzrə cavabdehdən tutmuşdur.
58. Məhkəmə kollegiyası ilk iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
59. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
60. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilk iddiaçının təqribən bir il sonra uşağın atası olmamasını bilməsi, cavabdeh tərəfindən həqiqətin ondan gizlədilməsi, bu vəziyyətin yaranmasına səbəb olan iddiada göstərilən digər halların baş verməsi nəticəsində onun dərin mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsizdir.
61. Qanunverici belə hal baş verdiyi təqdirdə mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Odur ki, birinci instansiya məhkəməsinin mənəvi ziyanın tutulması ilə bağlı gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgün olmuşdur.
62. Kollegiya ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona mənəvi zərər vurulması barədə iş materiallarında hər hansı mötəbər sübut və əsas mövcud deyildir.
63. Qarşılıqlı iddia ilə Cavabdeh xx.xx.2021-xx.xx.2023-cü illər ərzində əmək haqqı kartından çıxarılmış 5796,71 manat pul vəsaitinin İddiaçı onun xeyrinə tutulmasını tələb etsə də, həmin pul vəsaitinin birgə nikah dövründə məhz İddiaçı tərəfindən çıxarılması və onun ailə ehtiyacları üçün xərclənmədiyini təsdiq edən mötəbər sübut növü məhkəməyə təqdim olunmamışdır.
64. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
65. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
66. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
67. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2371/2025 nömrəli qətnaməsin dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2371/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin mənəvi zərərə dair hissəsindən qətnamə cavabdehə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.