Məhkəmə qərarları › İş №2(105)-1586/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1586/2021

09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1586/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil2, Cavabdehlərin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Cavabdeh2 qarşı darvazının sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia tələbinin qismən təmin olunması, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvaza) sökülməsi, divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 1 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi hissəsində iddia tələbinin təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 229,90 (iki yüz iyirmi doqquz manat doxsan qəpik) manat xərcin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN 990003611, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, benfisiarin adı kadastr və yerqur layiha tadq mar, VÖEN **********, hesab AZ23AİİB********************) hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı darvazanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 949 ünvanında yerləşən bağ sahəsində olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir, mülkiyyət hüququ dövlət tərəfindən 28.03.2007-ci il tarixdə, xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilərək, 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində, **********92 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı seriya MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmiş, xüsusi mülkiyyətində olan torpaq sahəsinin göstəricilərini əks etdirən 27.03.2007-ci il tarixli Daşınmaz Əmlakın Pasportu tərtib edilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 946 ünvanında yerləşən bağ evi və torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir, mülkiyyət hüququ dövlət tərəfindən 19.11.2014-cü il tarixdə, xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilərək, 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində, **********62-11301 reyestr nömrəsi ilə qeydiyyata alınıb. Bununla bağlı seriya RX ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmiş, xüsusi mülkiyyətində olan bağ evinin texniki göstəricilərini əks etdirən 17.11.2014-cü il tarixli Texniki Pasportu tərtib edilmişdir. Onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsi və bağ evi qonşuluqda yerləşməklə yanaşıdır və həmin daşınmaz əmlaklara giriş-çıxış yolu da eynidir. Onlar əmlaklarına gedib gəlmək üçün bir yoldan istifadə edirlər, bu yol da yeganə giriş-çıxış yoludur. Qonşuluqda yerləşən torpaq sahələrinə və bağ evlərinə giriş-çıxış yolları hər biri üzrə başqa yerlərdəndir. Onlara məxsus əmlaklara giriş-çıxış yolundan heç bir qonşunun istifadəsi nəzərdə tutulmamışdır. Həmin yol qonşu divarlarla sərhəd təşkil edir və onların vəsaiti hesabına vaxtaşırı abadlaşdırılır və istifadə edilir. 2019-cu ilin aprel ayında cavabdeh qanunsuz olaraq onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək qapı açmış və sökülmüş divara metal darvaza yerləşdirmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində demək olar ki, onlar öz əmlaklarından istifadə edə bilmirlər. Əksər hallarda cavabdehin qanunsuz açdığı qapının önündə avtomobilin dayanması və tikinti materiallarının yerləşdirilməsi nəticəsində yol tamamilə bağlanır. Nəticədə onlar öz əmlaklarından istifadə edə bilmir və əmlakları böyük risk altına atılır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlara məxsus bağ evinə və torpaq sahəsinə hər hansı nəqliyyat, o cümlədən yanğınsöndürən maşın, təcili-tibbi yardım maşını daxil ola bilmir. Cavabdehin onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək açdığı qapı tamami ilə qanunsuzdur. Belə ki, cavabdehə məxsus sahədən bu vaxta qədər həmin yola hər hansı qapı olmamışdır. Qeyd edilən yola qapının açılması barədə müvafiq dövlət orqanlarının razılığı və yaxud buna hüquq verən hər hansı qərarı yoxdur. Cavabdeh bu qapını özbaşına və tikinti norma və qaydalarının tələbini pozmaqla açmışdır. Cavabdehin bağ sahəsinə qapı hazırda mövcuddur və paralel küçədən olmaqla yanaşı uzun illərdir istifadə edilir. Hesab edirlər ki, cavabdehin qanunsuz əməli nəticəsində əmlaklarından maneəsiz istifadə hüququndan məhrum edilmişlər və bu cavabdehin qanunsuz olaraq onların yeganə giriş-çıxış yoluna qapı açmaqla baş vermişdir. İşin faktiki halları bir daha təsdiq edir ki, cavabdehin həmin qapını açmağa hüququ olmamış və onlara bu cür maneənin yaradılması cavabdehin birbaşa qanunsuz maraqlarına xidmət edir. Qeyd olunanlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B-949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 həvalə edilməsi və onların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-30/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçılar darvazanın sökülməsi tələbinə dair iddia ərizəsinə əlavə verərək göstərmişlər ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-949 ünvanında yerləşən bağ sahəsində olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ dövlət tərəfindən 28.03.2007-ci il tarixdə, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilərək, 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində, **********92 reyestr nömrəsi ilə qeydiyyata alınmış, bununla bağlı seriya MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmiş, xüsusi mülkiyyətində olan torpaq sahəsinin göstəricilərini əks etdirən 27.03.2007- ci il tarixli Daşınmaz Əmlakın Pasportu tərtib edilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 946 ünvanında yerləşən bağ evi və torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Onun mülkiyyət hüququ dövlət tərəfindən adına 19.11.2014-cü il tarixdə, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilərək, 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində, **********62-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla bağlı seriya RX ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" verilmişdir. Xüsusi mülkiyyətində olan bağ evinin texniki göstəricilərini əks etdirən 17.11.2014-cü il tarixli Texniki Pasportu tərtib edilmişdir. İş üzrə icraat davam edən zaman, iddia ərizəsi məhkəməyə təqdim edildikdən 11 aya yaxın müddət keçdikdən sonra iş üzrə Cavabdeh1 mülkiyyətində olan ümumi torpaq sahəsinin 0.0603 ha hissəsini, yəni mübahisəli qapının açıldığı torpaq sahəsini və üzərində yerləşən 220.20 bağ evini Cavabdeh2 satmışdır. Bununla bağlı müvafiq sənədlər (çıxarış və texniki pasport) iş üzrə 22 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında təqdim edilmişdir. Cavabdeh2 adına ünvan 1 ünvandakı bağ evinin reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" verilib. Həmçinin həmin bağ evi ilə bağlı inventar nömrəsi 37276 olan texniki pasport verilib. Göründüyü kimi, qanunsuz qapının açıldığı torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququ tam həcmdə 29.03.2020-ci il tarixdən Cavabdeh2 keçib. Əldə olunan məlumata əsasən həmin torpaq sahəsi və bağ evi ilə bağlı alqı-satqı müqaviləsi daha əvvəl bağlanıb. İş üçün əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, iddia tələbinin ikinci hissəsi yəni, onların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə maneçiliyin və məhdudiyyətin yaradılması 29.03.2020-ci il tarixdən sonrada davam etdirilib. Hətta Cavabdeh2 mülkiyyət hüququnu əldə etdikdən sonra bir müddət yeganə giriş-çıxış yolunu qazdıraraq onların nəqliyyat vasitəsinin keçməsini qeyri-mümkün etmişdir. Bundan əlavə, qanunsuz qapının açılmasına əsas kimi cavabdeh tərəf Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301 olan "Çıxarış»ı əsas göstərir. Bu Çıxarış isə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alqı-satqı müqaviləsi əsasında verilmişdir. Hazırkı iş üzrə iddia tələbinin həcmi artırılaraq Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"ın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsi və bağ evi qonşuluqda yerləşməklə yanaşı həmin daşınmaz əmlaklara giriş-çıxış yolu da eynidir. Yəni onlar əmlaklarına gedib gəlmək üçün bir yoldan istifadə edirlər, bu yol da yeganə giriş-çıxış yoludur. Qonşuluqda yerləşən torpaq sahələrinə və bağ evlərinə giriş-çıxış yolları hər biri üzrə başqa yerlərdəndir. Onlara məxsus əmlaklara giriş-çıxış yolundan heç bir qonşunun istifadəsi nəzərdə tutulmamışdır. Həmin yol qonşu divarlarla sərhəd təşkil edir və onların vəsaiti hesabına vaxtaşırı abadlaşdırılır və istifadə edilir. 2019-cu ilin aprel ayında cavabdeh qanunsuz olaraq onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək qapı açmış və sökülmüş divara metal darvaza yerləşdirmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində demək olar ki, onlar öz əmlaklarından istifadə edə bilmirlər. Əksər hallarda cavabdehin qanunsuz açdığı qapının önündə avtomobilin dayanması və tikinti materiallarının yerləşdirilməsi nəticəsində yol tamamilə bağlanır. Nəticədə onlar öz əmlaklarından istifadə edə bilmir və əmlakları böyük risk altına atılır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlara məxsus bağ evinə və torpaq sahəsinə hər hansı nəqliyyat, o cümlədən yanğınsöndürmə maşını, təcili-tibbi yardım maşını daxil ola bilmir. Onların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə maneçiliyin və məhdudiyyətin yaradılması 29.03.2020-ci il tarixdən sonrada davam etdirilib. Hətta Cavabdeh2 mülkiyyət hüququnu əldə etdikdən sonra bir müddət yeganə giriş-çıxış yolunun qazdıraraq onların nəqliyyat vasitəsinin keçməsini qeyrimümkün etmişdir. Müdaxilənin qanunsuz olmasına dair faktiki hallar cavabdehin onlara məxsus əmlaklara giriş-çıxış yoluna divarı sökərək açdığı qapı tamamilə qanunsuzdur. Belə ki, cavabdehə məxsus sahədən bu vaxta qədər həmin yola hər hansı qapı olmamışdır. Qeyd edilən yola qapının açılması barədə müvafiq dövlət orqanlarının razılığı və yaxud buna hüquq verən hər hansı qərarı yoxdur, cavabdeh bu qapını özbaşına və tikinti norma və qaydalarının tələbini pozmaqla açıb. Cavabdehin bağ sahəsinə qapı hazırda mövcuddur və paralel küçədən olmaqla yanaşı uzun illərdir istifadə edilir. Cavabdehlər öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün sonradan həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlamışlar və daha sonra həmin müqavilə əsasında çıxarış almışlar. Ancaq bu sənədlər məhkəmədə iddia qaldırıldıqdan sonra əldə edilmişdir. Onların mülkiyyətinə müdaxilə olmuş (əmlakı sökülərək məhv edilib) və bu müdaxilə qanunsuz olmuşdur. Hüquqi cavabdehlik baxımından hal hazırda qanunsuz qapının açıldığı torpaq sahəsi və üzərində yerləşən bağ evi Cavabdeh2 adına rəsmiləşdirildiyi üçün iddia tələbinin bu hissəsində də cavabdehlik daşıyır. Bundan əlavə Cavabdeh2 hüquqları dövlət qeydiyyatına alındıqdan sonra 2020-ci ilin may-iyun ayında maneçilik törədilməsi davam etdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən də cavabdehin inşa etdiyi qapı qanunsuzdur. Belə ki, onun bununla apardığı tikinti quraşdırma işlərinə hər hansı icazə verilməmişdir. Cavabdehlər öz qanunsuz əməllərinə qanuni don geydirmək üçün sonradan həmin torpaq sahəsinin alqısatqısı barədə müqavilə bağlamışlar və daha sonra həmin müqavilə əsasında çıxarış almışlar. Ancaq bu sənədlər məhkəmədə iddia qaldırıldıqdan sonra əldə edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B949 nömrəli bağ sahəsində olan torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ evinin yeganə giriş-çıxış yoluna qanunsuz açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilməsi, ünvan 1 ünvandakı bağ evinin yerləşdiyi 0.0603 ha torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ünvan 1 ünvandakı bağ evinə dair reyestr nömrəsi **********67-11301, qeydiyyat tarixi 29.03.2020-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddiaçıların xüsusi mülkiyyətlərindən (B-949 nömrəli bağ sahəsindən və 946 nömrəli bağ evindən) sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, heç bir qanuni əsas olmadan və ya müvafiq dövlət orqanlarından müvafiq sənədlər alınmadan onların giriş-çıxış yoluna qanunsuz qapı açılmışdır. İşdə olan foto şəkillərdən də görünür ki, cavabdehlər hətta yolda qazıntı apararaq mülkiyyətdən istifadəyə maneçilik yaratmışdır. Qanunsuz açılmış qapının bağlanması, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi cavabdehlərin gələcəkdə onlara maneçilik yaratmaq ehtimalını aradan qaldırmır. Onların xüsusi mülkiyyətlərindən sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində iddia tələbi təmin edilməlidir ki, gələcəkdə lüzumsuz məhkəmə mübahisələri yaranmasın. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(060)-30/2021 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Əqdlərin etibarsızlıgı» adlanan 14-cü fəslində göstərilmişdir. Lakin Mülki Məcəlləsinin bu fəslində sadalanan əsaslardan heç biri hazırkı iş üzrə müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyinin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. İşə əlavə edilmiş sənədlərdən də aydın olur ki, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yoldan cavabdehin də istifadə etməsinin iddiaçılar tərəfindən öz mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsi də tam əsassız və absurd tələb hesab olunmalıdır. Belə ki, həmin yol iddiaçılar üçün olduğu kimi, Cavabdeh1 üçün də mülkiyyətində olan torpaq sahəsinə və bağ evinə daxil olmaq üçün mümkün olan yeganə vasitə olmuşdur. Hazırda isə bu yoldan həmin daşınmaz əmlakın yeni mülkiyyətçisi Cavabdeh2 öz bağ evinə daxil olmaq üçün yeganə vasitə kimi istifadə edir. İddiaçılara hər hansı formada məxsus olmayan, həm də ümumi istifadə üçün nəzərdə tutulmuş yolun altındakı torpaq sahəsindən istifadənin başqa şəxslərə, xüsusilə də öz torpaq sahəsinə giriş-çıxış üçün bu yoldan başqa imkanı olmayan şəxsə qadagan edilməsi tələbi tam qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(060)-30/2021 saylı qətnaməsini qismən, iddianın təmin olunduğu hissədə ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçıların nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, cavabdehlərin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlərin nümayəndəsi R.Z.Əliyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, onun təmin olunmasını, iddiaçıların apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası ƏMDX-i yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, cavabdehlərin apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən yolun qanunsuz tutulmasına, tərəflər arasında alqısatqı müqaviləsinin qanuna zidd bağlanmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1a və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-ti tərəfindən verilmiş HDQHDƏ Dövlət Reyestrindən Çıxarışın görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.1034 ha torpaq sahəsində yerləşən B-949 nömrəli bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 28.03.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının DƏDRX-ti Sumqayıt şəhər ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın pasportunun surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-949 nömrəli bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. İşə əlavə olan Azərbaycan Respublikasının DƏDRX-ti tərəfindən verilmiş HDQH Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.12 ha torpaq sahəsində yerləşən 946 nömrəli ev İddiaçı2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində 19.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti 2 saylı ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 946 İddiaçı2 xüsusi mülkiyyətindədir. İşə əlavə olan fotoşəkillərdən müəyyən edilir ki, mübahisə edilən bağ torpaq sahəsində hasara alınmış yola tərəf olan bir hissəsi sökülmüş, həmin yola mişar daşları tökülmüşdür. İşdə olan Azərbaycan Respublikasının DƏDRX-ti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.12 ha torpaq sahəsində yerləşən 952 nömrəli bağ evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 06.03.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDR-ri Xidməti 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 952 Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə ƏMDK-si yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçıya və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılaraq müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan invertar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış darvaza texniki pasporta qismən uyğundur. Cavabdeh R.Y.Musatafayevanın mülkiyyətində olan invertar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ sahələrinə gedən ümumi istifadədə olan yola açılır. İddaçı İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışlı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 G nömrəli bağ sahəsinin giriş-çıxış qapısı texniki pasporta qismən uyğundur. İddaçı İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yeriəşən 946 nömrəli bağ sahəsinin giriş-çıxış yolu texniki pasporta qismən uyğundur. İddaçı İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20 fevral 2020ci il tarixli, 25852 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏK və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Rəfael Hüseynovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, birinci sual üzrə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 nömrəli bağ sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B949 və 946 nömrəli bağ sahələrinin giriş-çıxış yoluna açılmış əlavə qapı texniki pasporta qismən uyğundur. İkinci sual üzrə göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan invertar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ sahələrinə gedən ümumi istifadədə olan yola açılır. İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışlı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. Üçüncü sual üzrə göstərilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 952 G nömrəli bağ sahəsinin giriş-çıxış qapısı texniki pasporta qismən uyğundur. Dördüncü sual üzrə göstərilmişdir ki, İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yeriəşən 946 nömrəli bağ sahəsinin giriş-çıxış yolu texniki pasporta qismən uyğundur. İddaçı İddiaçı1 mülkiyyətində olan RX-0007531 nömrəli çıxarışı torpaq sahəsinə gedən yol İddiaçı2 mülkiyyətində olan RX-0518097 nömrəli çıxarışlı torpaq sahəsinin daxilindən keçir. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-ti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.0603 ha torpaq sahəsində yerləşən 952 G nömrəli bağ evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüququ 29.03.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-ti 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 952 G Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, mübahisə edilən bağ torpaq sahəsinə gedən yola tökülmüş mişar daşları yoldan götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna və düzgün tətbiq edilmədiyinə, iş üzrə əhəmiyyətli hallara, təqdim edilmiş sübutlara düzgün qiymət verilmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə qanunsuz və əsassız olduğundan qismən ləğv edilməlidir. Müqavilələrin etibarsız sayılması üçün əsaslar (əqdin aldatma, zorakarılıq, hədə təsiri altında, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılıga gəlməsi nəticəsində bağlanması, habelə şəxsin agır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamada məcbur olması, yalan və ya uydurma əqdin bağlanması, vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdin bağlanması və sair) Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Əqdlərin etibarsızlıgı» adlanan 14-cü fəslində göstərilmişdir. Mübahisələndirilən daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də göründüyü kimi, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uygun olaraq həyata keçirilmişdir və onun etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, mülki qanunvericiliyinin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmuqlu bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlıgı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqdin etibarsız hesab edilməsi üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan heç bir hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materialları ilə və məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən müqavilə bağlanarkən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmiş, onlar səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunverciliyin tələblərinə müvafiq olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. «Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərarında qeyd olunduğu kimi, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Birinci instansiya məhkəməsi əqdlərin etibarsızlığının müxtəlif əsaslarını müəyyən edən normaların (Mülki Məcəllənin 339, 340 və 341-ci maddələri) tələblərini nəzərə almadan, qeyd olunmuş qanunvericilik aktlarının hər hansı imperativ qaydasına zidd olmasına dair hər hansı dəlil mövcud olmadıgı halda bağlanmış əqdin hüquqi cəhətdən «formal əqd» olması qənaətinə gəlmiş və cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsində göstərilmiş hallar isə heç nə (nə yazılı və maddi sübutlar, nə şahid ifadələri ilə) sübut edilməmişdir və faktiki olaraq uydurma xarakter daşıyır. İddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübet etmək üçün heç bir tədbir görməmişlər. Ümumiyyətlə, bu hal (iddiaçıların xüsusi mülkiyyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması faktı) mövcud olmadıgına görə belə sübutların əldə olunması da qeyri mümkündür. İddiaçıların mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin daş hasarla əhatə olunduğu nəzərə alınsa, qanuni sahiblərinin iradəsinə zidd olaraq kənar şəxslərin ora daxil olması və mülkiyyətçilərə öz əmlakından sərbəst istifadə etmələrinə hər hansı formada maneələr törətməsi iddiasının sübut edə bilməmişlər. Digər tərəfdən, özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yoldan cavabdehdin də istifadə etməsinin iddiaçılar tərəfindən öz mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməsini məhkəmə kollegiyası əsassız hesab edir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 20 fevral 2020ci il tarixli, 25852 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan invertar nömrəsi 37276 texniki pasportunda qeyd olunan darvaza iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 946 nömrəli bağ sahələrinə gedən ümumi istifadədə olan yola açılır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən yol iddiaçılar üçün olduğu kimi, Cavabdeh1 və hazırda Cavabdeh2 üçün də mülkiyyətində olan torpaq sahəsinə və bağ evinə daxil olmaq üçün mümkün olan yeganə vasitə olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların və s.altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurguların, ümumi istifadə olan digər yerli əhəmiyyətli obyekt və qurguların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanlarının, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sütutların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, həalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan baladiyyələrin kənd təsərrüfatlı təyinatlı, eləcə də meş əvə su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İddia tələbinin qanuni əsası kimi iddiaçılar tərəfindən istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.4-cü maddələrinin məzmunundan da göründüyü kimi, yalnız mülkiyyətçi öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın, hazırkı iş üzrə isə iddiaçıların, özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yolun altındakı torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə yolun altındakı torpağın hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. Qeyd olunan qanun normalarından da göründüyü kimi, ümumiyyətlə, bu cür torpaq ümumi istifadədə olan torpaqlar kateqoriyasına aiddir və heç kəsin xüsusi mülkiyyətinə verilə bilməz. İddiaçıların, özlərinə məxsus olan torpaq sahəsi və bağ evinə gedən yola açılmış qapının (metal darvazanın) sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi tələbini də məhkəmə kollegiyası əsassız hesab edir. Öz iddia tələblərini əsaslandırmaq üçün iddiaçılar qeyd olunan yola qapının açılması üçün Cavabdeh1 tərəfindən müvafiq dövlət orqanlarının razılığının və ya qərarının alınmamasını, qapının özbaşına, qanunsuz, tikinti norma və qaydalarının tələblərinin pozulmaqla açılmasını bildirsələr də, cavabdehin hərəkətləri ilə konkret olaraq hansı qanunvericilik və ya digər normativ hüquqi aktın tələblərinin pozulduğunu göstərməmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı mübahisənin predmeti olan metal darvazanın quraşdırıldığı torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş və bu torpaq üzərində bağ evi inşa edilmişdir. Sonradan həmin daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsi və bağ evinə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ona verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla və Texniki Pasportla rəsmiləşdirilmişdir. Bu rəsmi sənədlər qüvvədədir və onların etibarlıgı heç bir dövlət orqanı, hüquqi və ya fiziki şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Yuxarıda qeyd olunan qanun maddəsinin mənasına görə, yalnız lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurgu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldıgı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutdugu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin, cavabdehlərin nümayəndəsi Vəkil1 Rəsul oğlunun apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 09 fevral 2021-ci il tarixli 2(060)-30/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Cavabdeh2 qızına qarşı darvazının sökülməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğv edilməsi, bağ evinin giriş-çıxış yoluna qanunsuz açılmış qapının sökülərək divarın əvvəlki vəziyyətə bərpa edilməsi, iddiaçıların xüsusi mülkiyyətindən sərbəst istifadə etmələrinə hər hansı maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 229,90 (iki yüz iyirmi doqquz manat doxsan qəpik) manat xərc iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN 990003611, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, benfisiarin adı kadastr və yerqur layiha tadq mar, VÖEN **********, hesab AZ23AİİB********************) hesabına keçirilsin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar