Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1589/2023 17.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(031)-735/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd dəmir metaldan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun, 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahın, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokornıy dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın Cavabdeh2 qanunsuz sahibliyindən "xxxx" ASC-nin səhmdarlarına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh2 "xxxx" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 "xxxx" ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 işdən azad olunması barədə "xxxx" ASC-nin 03 fevral 2015-ci il tarixli 02 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 "xxxx" ASC-yə baş iqtisadçı vəzifəsinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Belə ki, Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadı ilə Cavabdeh1 təqdimatı təmin edilərək borclu "xxxx" ASC-yə məxsus olan 2 karidordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh1 tərəfindən 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl Cavabdeh2 verilmişdir. Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 8(031)-7/2019 nömrəli qərardadı ilə Cavabdeh1 təqdimatı təmin edilərək borclu "xxxx" ASC-nin mülkiyyətində olan 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahın, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokornıy dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan tokornıy dəzgahı, 1 ədəd rus istehsalı olan hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası, 2 otaqdan ibarət yardımçı bina Cavabdeh2 verilmişdir. Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)- 82/2017 nömrəli qərardadında göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsinin 03 mart 2015-ci il tarixli **********35 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən "xxxx" ASC-nin adına Reyestr Xidmətində daşınmaz əmlak qeydə alınmamışdır. Bu o deməkdir ki, "xxxx" ASC-nin ərazisində olan əmlaklar ASC-nin səhmdarlarına məxsusdur. “GREE” markalı kondisionerlərin isə "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. Həmin əmlak RAMCO şirkətinə məxsusdur. Belə ki, həmin kondisionerlər müvəqqəti saxlanılması üçün "xxxx" ASC-nin ərazisinə qoyulmuşdur. "xxxx" ASC-nin mülkiyyətində hər hansı bir əmlak aşkar edilməməsinə baxmayaraq, həmin icra sənədlərinin icrası məqsədi ilə Cavabdeh1 tərəfindən Şabran Rayon Məhkəməsinə əsassız təqdimatlar verilərək "xxxx" ASC-nin ərazisində olan səhmdarlara məxsus bir çox əmlakların üzərinə həbslər qoyulmuş və qanunsuz şəkildə Cavabdeh2 təhvil verilmişdir. Əmlak üzərinə həbs qoyularkən birbaşa "xxxx" ASC-nin səhmdarlarına məxsus işlək əmlakın üzərinə həbs qoyulmuşdur. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzərinə həbs qoyula bilər. Odur ki, Cavabdeh1nə müraciət edərək həmin əmlakların "xxxx" ASC-nin səhmdarlarına geri qaytarılması üçün zəruri tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh1 31 may 2022-ci il tarixli cavab məktubu ilə tələbi təmin edilməmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də, "xxxx" ASC-nin sədri və səhmdarlardan biri olaraq Cavabdeh2 qanunsuz sahibliyində olan sadalanan əmlakların "xxxx" ASC-nin səhmdarlarına geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı əsassız və qanunsuz iddia ərizələri ilə eyni mövzuda dəfələrlə yerli, yuxarı məhkəmələrə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının təzədən baxılmasını istəyir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 8(105)-226/2019 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-dən ona 13693.21 manat məbləğində və Şabran Rayon Məhkəməsinin 2 (031)-906/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqinə əsasən borclu "xxxx" ASC-dən ona 18922.73 manat məbləğində borc, cəmi 32615.94 manat məbləğində pul ona ödənilməlidir. Qərardad çıxarılan andan qanuni qüvvəyə minmişdir. Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)- 82/2017 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-yə məxsus 2 kalidordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmir sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. Borclu "xxxx" ASC-nin sədrinin həmin qərardaddan apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2017-ci il tarixli, 2(102)-5122/17 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-in sədrinin kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli, 8(105)-41/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019cu il tarixli, 8(031)-7/2017 nömrəli qərardadı ilə Cavabdeh1 təqdimatı təmin olunmuş "xxxx" ASC-nin balansında aşkar edilmiş 1 ədəd direl-deşici dəzgah, 1 ədəd dəmir yonan dəzgah, 1 ədəd tokar dəzgahı, 1 ədəd hava kompressoru, 2 otaqdan ibarət gözətçi bina və 2 otaqdan ibarət yardımçı binanın üzərinə həbs qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 10 dekabr 2019-cu il tarixli, 8(105)-226/2019 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8 (031)-3/2021 nömrəli qərardadına əsasən Cavabdeh1 təqdimatı təmin edilmiş, borclu "xxxx" ASC-nin mülkiyyətində aşkar edilmiş 1 ədəd anbarın, 1 ədəd köməkçi binanın (sex), 1 ədəd köməkçi binanın üzərinə həbs qoyulmuşdur. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(031)-3/2021 nömrəli qərardadının ləğv edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan "xxxx" ASC-nin Cavabdeh1nə qarşı “qətnamənin icraatına xitam verilməsinə” dair işə baxılıb qutaranadək hazırkı işin icraatının dayandırılması qərara alınmışdır. O, həmin qərardaddan şikayət vermiş, Şabran Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(105)-77/2021 nömrəli qərardadı ilə onun şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli və onunla bağlı 22 fevral 2021-ci il tarixli qərardadları ləğv edilmiş, ərizə rədd edilmişdir. "xxxx" ASC-nin sədri İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş 2 kolidordan ibarət 1 inzibati binanın, 4 ədəd maşın təmir sexinin və Şabran Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 8(031)-3/2021 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş 1 ədəd anbarın, 1 ədəd köməkçi binanın (sex), 1 ədəd köməkçi binanın üzərindən həbsin götürməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 8(031)-63/2021 nömrəli qərardadı ilə İddiaçı ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(105)-17/2022 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-in sədri İddiaçı şikayəti təmin edilməmiş, iş üzrə Şabran Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 8 (031)-63/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şabran Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 8(031)-32/2021 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-in sədri İddiaçı Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)- 906/2017 nömrəli qətnaməsinin icraata xitam verilməsi barədə ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 8(105)-143/2021 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-nin sədri İddiaçı şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 8(031)-32/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-in sədri İddiaçı Şabran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı olan pul vəsaitinin tamamilə ödənildiyini, lakin buna baxmayaraq Cavabdeh1 həmin qətnamə üzrə icraata xitam vermədən boyun qaçırdığını qeyd edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-632/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-206/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-632/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, "xxxx" ASC-nin heç bir daşınmaz əmlakı yoxdur. Bu tamamilə yalandır. İddiaçı 10 dekabr 2019cu ildə Sumqayıt Apellyasiya Məhkəməsində rəsmi surətdə qeyd etmişdir ki, həbs qoyulmuş əmlaklar ASC-nin mülkiyyətindədir. Qeyd olunan məhkəmədə məhkəmə kollegiyası şikayətin dəlillərini üzərinə həbs qoyulan əmlakların səhmdarların hamısının mülkiyyəti olmasını qəbul etmir. Belə ki, Mülki Məcəllənin 106.1.1-ci maddəsinə görə Səhmdar Cəmiyyətinin səhmdarları cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və ya hüquqi şəxsdir. Qanunvericiliyin tələbindən də görünür ki, səhmdarlar əmlakın deyil, səhmin mülkiyyətçisidir. Bu baxımdan məhkəmə kollegiyası şikayəti əsassız saymış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün heç bir əsas yoxdur. Cavabdeh1 rəsmi arayışında hal-hazırda borclu "xxxx" ASC-nin ona 12170 manat borcu qalmışdır. Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(031)-735/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(031)-735/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 nömrəli qətnaməsi ilə Cavabdeh2 "xxxx" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013cü il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 "xxxx" ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 işdən azad olunması barədə "xxxx" ASC-nin 03 fevral 2015-ci il tarixli 02 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 "xxxx" ASC-yə baş iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Belə ki, Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadı ilə Cavabdeh1 təqdimatı təmin edilərək borclu "xxxx" ASC-yə məxsus olan 2 karidordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 tərəfindən 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl Cavabdeh2 verilmişdir. Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 8(031)-7/2019 nömrəli qərardadı ilə Cavabdeh1 təqdimatı təmin edilərək borclu "xxxx" ASC-nin mülkiyyətində aşkar edilmiş 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokornıy dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçının bina üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan tokornıy dəzgahı, 1 ədəd rus istehsalı olan hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası, 2 otaqdan ibarət yardımçı bina Cavabdeh2 verilmişdir. Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadında göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsinin 03 mart 2015-ci il tarixli **********35 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən "xxxx" ASC-nin adına Reyestri Xidmətində daşınmaz əmlak qeydə alınmamışdır. Bu o deməkdir ki, "xxxx" ASC-nin ərazisində olan və Cavabdeh1 tərəfindən qeyri-qanuni şəkildə Cavabdeh2 verilən əmlaklar ASC-nin səhmdarlarına məxsusdur. “GREE” markalı kondisionerlərin isə "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. Həmin əmlak “RAMCO” şirkətinə məxsusdur. Belə ki, həmin kondisionerlər müvvəqqəti saxlanılması üçün "xxxx" ASC-nin ərazisinə qoyulmuşdur. Beləliklə, "xxxx" ASC-nin mülkiyyətində hər hansı bir əmlak aşkar edilməməsinə baxmayaraq, həmin icra sənədlərinin icrası məqsədi ilə Cavabdeh1 tərəfindən səhmdarlara və “RAMCO” şirkətinə məxsus qeyd olunan əmlaklar qanunsuz şəkildə Cavabdeh2 təhvil verilmişdir. Hal-hazırda səhmdarlar öz əmlaklarını geri tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmamışdır. APELLYASİYA ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Məhkəmə qərarları da Cavabdeh1 tərəfindən icra olunaraq Akt tərtib olunmuş, həmin əmlaklar ona verilmiş, İddiaçı da həmin Akta imza etmişdir. İddiaçı izahat verərək məhkəmə qərarı ilə həbs qoyulmuş əmlakları ona verməyə hazır olduğunu bildirmişdir. İddiaçı ərizəsində "xxxx" ASC-nin əmlakının olmadığını qeyd edir. Lakin İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli iclasında həbs qoyulmuş əmlakların "xxxx" ASC-nin mülkiyyətində olduğunu bildirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadından görünür ki, borclu "xxxx" ASC-yə məxsus olan 2 koridordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd «GREE» markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli, 8(105)-41/2017 nömrəli qərardadından görünür ki, borclu "xxxx" ASC-nin şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 24 iyul 2017-ci il tarixli, 2(102)-5122/2017 nömrəli qərarından görünür ki, borclu "xxxx" ASCnin şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli, 8(105)-41/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli, 8(031)- 7/2019 nömrəli qərardadından görünür ki, borclu "xxxx" ASC-nin balansında aşkar edilmiş 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokarnıy dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava komperossoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 10 dekabr 2019cu il tarixli, 8(105)-226/2019 saylı qərardadından görünür ki, borclu "xxxx" ASC-nin şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 8(031)-7/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin sədri İddiaçı ünvanlanmış 31 may 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-662/2014 nömrəli, 02 iyun 2014-cü il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin Cavabdeh2 iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013cü il 01 saylı əmrin ləğv edilməli, Cavabdeh2 "xxxx" ASC-nin iqtisadçı vəzifəsinə işinə bərpa edilməli, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq ödənilməlidir. Həmçinin Şabran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(031)-906/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 işdən azad edilməsi barədə "xxxx" ASC-nin 03 fevral 2015ci il tarixli, 02 saylı əmrinin ləğv edilməli, Cavabdeh2 "xxxx" ASC-yə baş iqtisadçı vəzifəsinə işinə bərpa edilməli, ona əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Qeyd olunan icra sənədlərinin icrası ilə əlaqədar "xxxx" ASC-yə məxsus əmlaklara məhkəmənin qərardadı ilə həbs qoyulmuş və icra sənədləri üzrə tələb həbs qoyulmuş əmlaklara yönəldilmişdir. Həmin əmlakların "xxxx" ASC-yə geri qaytarılması mümkün deyildir və bununla bağlı məhkəmənin müvafiq qərardadı mövcuddur. Həmin əmlakların üzərindən həbsin götürülməsi və əmlakların "xxxx" ASC-yə geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 nömrəli qətnaməsi ilə Cavabdeh2 "xxxx" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli 01 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 "xxxx" ASCyə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanaraq verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar Cavabdeh1ndə görülən icra tədbirləri nəticəsində borclu "xxxx" ASC-yə məxsus 2 koridordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd «GREE» markalı kondisionerləri aşkar olunaraq siyahıya alınmış və icra məmurunun təqdimatı əsasında icra sənədinin icrasını təmin etmək məqsədilə Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-yə məxsus olan 2 koridordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd «GREE» markalı kondisionerlərin üzərinə həbs qoyulmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli, 8(105)-41/2017 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 iyul 2017-ci il tarixli, 2(102)-5122/2017 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli, 8(105)-41/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 işdən azad olunması barədə "xxxx" ASC-nin 03 fevral 2015-ci il tarixli 02 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 "xxxx" ASC-yə baş iqtisadçı vəzifəsinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar Cavabdeh1ndə görülən icra tədbirləri nəticəsində borclu "xxxx" ASC-nin balansında edilmiş 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokarnıy dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava komperossoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina aşkar edilmiş və icra məmurunun təqdimatı əsasında icra sənədinin icrasını təmin etmək məqsədilə Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli, 8(031)- 7/2019 nömrəli qərardadı ilə borclu "xxxx" ASC-nin balansında aşkar edilmiş 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokarnıy dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava komperossoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina üzərinə həbs qoyulmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 8(105)-226/2019 saylı qərardadı ilə Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 8(031)-7/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd dəmir metaldan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun, 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahın, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokornıy dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın Cavabdeh2 qanunsuz sahibliyindən "xxxx" ASC-nin səhmdarlarına geri qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddiasını "xxxx" ASC-nin əmlakının üzərinə həbs qoyulması barədə məhkəmə qərardadlarının qüvvədə olması əsası ilə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı göstərdiyi bu xüsusatlara və digər sübutlara Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli və Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli, 8(031)-7/2019 nömrəli qərardadları ilə qiymət verilmiş, həmin qərardadlar "xxxx" ASC tərəfindən mübahisələndirilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadları və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi "xxxx" ASC-nin sədri İddiaçı hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərardadları mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. “X2 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər (iddiaçı "xxxx" ASCnin sədri İddiaçı və Cavabdeh2) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, eləcə də yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli və Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli, 8(031)-7/2019 nömrəli məhkəmə qərardadları ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qərardadlarla hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələlərə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qərardadlarla müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur. Bundan əlavə iddiaçı apellyasiya şikayətində - "xxxx" ASC-nin adına Reyestri Xidmətində daşınmaz əmlak qeydə alınmadığını, Cavabdeh2 verilən əmlakların ASC-nin səhmdarlarına məxsus olduğunu, “GREE” markalı kondisionerlərin isə "xxxx" ASC-yə heç bir aidiyyəti olmadığını, həmin əmlakın “RAMCO” şirkətinə məxsus olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadında 2 koridordan ibarət 1 inzibati binanın, 4 ədəd maşın təmiri sexinin, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun və 3 ədəd «GREE» markalı kondisionerlərin "xxxx" ASC-yə məxsus olduğu, həmin əmlakların uzun müddətdir ki, ASC-nin faktiki mülkiyyətində olmaqla istifadə etdiyi qeyd edilmiş, həmçinin qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 8(105)-226/2019 nömrəli qərardadından görünür ki, məhkəmə kollegiyasının iclasında "xxxx" ASC-nin nümayəndəsi (sədri) İddiaçı izahatında həmin əmlakların ASC-nin mülkiyyətində olmasını təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(031)-735/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1589/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1589/2023
17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver