Məhkəmə qərarları › İş №2(105)-1597/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1597/2022

12.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1597/2022 12.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı-nin nümayəndəsi Vəkil, qarşılıqlı iddiaçı Cavabdeh Şixvəli oğlunun hüquqi varisi X1 iştirakı ilə, İlkin İddiaçı-nin ilkin iddia üzrə Cavabdeh Şixvəli oğluna qarşı xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh Şixvəli oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-yə qarşı mülkiyyət hüququnun tanınması və ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 nömrəli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh Şixvəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.Məmmədova – sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) 2(105)-2971/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(027)-681/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı ilə (İ.K.Xəlilov (məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2971/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İlkin İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan qeyri yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, Cavabdeh əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə İddiaçı Kiçik Müəssisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü İddiaçı Kiçik müəssisəsinə ayrılmış, İddiaçı kiçik müəssisəsi 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra müəssisədə tikinti quraşdırma işləri başlanmış Qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında İddiaçı Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə İddiaçı kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı müəssisəyə ayrılmış torpaq sahəsinə dair İddiaçı X3 X8 dair JN- 1287 KOD 30300001 JN-1287 saylı Dövlət Aktı verilmiş, xx.xx.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X6r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli İddiaçı Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. İddiaçı Kiçik Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. Cavabdeh uzun illərdir İddiaçı Kiçik Müəssisəsinin o vaxtkı direktoru Paşa Ağayevlə şəxsi münasibətlərindən istifadə edərək müəssisəyə aid 24 kv.m sahəsi olan qeyri yaşayış obyektini istifadə edir, icarə haqqı vermir, ümumiyyətlə müəssisə ilə icarə müqaviləsi bağlamaqdan imtina edir. Dəfələrlə ona həmin sahəni boşaltmağı tələb etsə də, cavabdeh bundan imtina etmişdir. 2020-ci ilin fevral ayında İddiaçı-nə Sumqayıt Apelyasiya Məhkəməsindən bildiriş gəlir və müəssisə üçüncü şəxs kimi işə cəlb olunaraq məhkəmədə iştirak etmək tələb olunur. Bu zaman məlum olur ki, Cavabdeh Şixvəli oğlu qanunsuz olaraq istifadə etdiyi İddiaçı-nə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən məxsus olan ümumi sahəsi 2454,4 kv.m tikintinin 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Məhkəmənin 08 noyabr 2018- ci il tarixli qərarı ilə cavabdehin iddiası mümkün sayılmır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-130/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia qismən təmin olunmuş, iddiaçının adına Quba şəhəri, 22-ci məhəllə, 24 kv.metrlik torpaq sahəsində yerləşən mağaza binasına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2431/2019 nömrəli, 14 avqust 2019- cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra İddiaçı Kiçik müəssiəsi üçüncü şəxs kimi işə cəlb edilmiş, məhkəmə iclası zamanı cavabdehin çıxarış almaq istədiyi mağazanın çıxarışla müəssisəyə məxsus olması, cavabdehin iddiasına görə guya həmin mağazanı müəssisənin əvvəlki direktoru tərəfindən xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılması iddiasının heç bir əsasının olmaması, həmin qeyri yaşayış obyektlərinin hələ 15 fevral 2000-ci ildə müəssiəsiyə məxsus olması, ona görə də hələ müəssisəyə məxsus olmayan hüquqlarının dövlət qeydiyyatına alınmayan yarımçıq tikilinin satılmasının qanunsuz olması, həmin tikilinin satılmasının mümkün olmaması barədə etirazı məhkəməyə təqdim etmişlər. Bundan sonra işi ətraflı araşdıran Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-53/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin ilkin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərarla razılaşmayaraq kassasiya şikayəti vermiş, lakin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2-1(102)- 1679/2020 nömrəli qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-53/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə qərar çıxarıldıqdan sonra Cavabdehlə danışıqlar aparmaq, müəssisəyə məxsus mağazadan çıxması ilə bağlı onunla razılığa gəlmək istəmişlər. Lakin cavabdeh heç cürə razılığa gəlməmiş, müəsisəyə məxsus mağazanı tərk etmək istəmədiyini bildirmişdir. Belə olan halda cavabdehin qanunsuz olaraq 2000-ci ildən istifadə etdiyi mağazaya görə müəssisə olaraq icarə haqqı kimi vurduğu ziyanı, əldən çıxmış faydanı tələb etmək qərarına gəlmişdir. Ona görə ki, İddiaçı mülkiyyətində olan mağazaların kvadradmetrini aylıq 4 (dörd) manata icarəyə verərək gəlir əldə edir. Bu barədə nümunə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin müəssisəyə qarşı tətbiq etdiyi cərimə və məhkəmə mübahisəsi barədə qərarı əlavə edirlər. Cavabdeh də İddiaçı-nin mülkiyyətində olan 24 kv.mlik mağazanı uzun illərdir qanunsuz, heç bir icarə haqqı vermədən istifadə edir. Belə olan halda cavabdehin qanunsuz olaraq tutduğu müsəsisəyə məxsus 24 kv.m sahəsi olan mağazaya görə cavabdeh əslində 24 kv.m x 4 manat aylıq 96 manat olmaqla, bir illik 96manat x12 ay = 1152 manat məbləğində icarə haqqı ödəməli, cavabdehin mağazanı 2000-ci ildən istifadə etməsini nəzərə alaraq 1152 manat/illik x 20 il =23040 manat edir. Lakin yenə də humanistlik edərək cavabdehdən beş illik 1152 manat/illik x 5 il = 5760 (beş min yeddi yüz altmış) manat əldən çıxmış faydanı tələb edir. Beləliklə Cavabdeh müəssisə ilə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin mülkiyyətində olan istifadə etdiyi 24 kv.m sahəsi olan mağazaya adına mülkiyyət hüququnu qeyd aldırmaq istəmiş, lakin ədalətli məhkəmə araşdırması nəticəsində, cavabdehin qanunsuz tələbi rədd edilmişdir. Cavabdeh isə heç bir əsas olmadan müəssisənin mülkiyyətində olan 24 kv.m sahəsi olan mağazanı qanunsuz olaraq istifadə edir və icarə haqqı ödəmir, mağazanı tərk etməkdən imtina edir, müəssisə mağazaya dair mülkiyyət hüququnu həyata keçirə bilmir. Buna görə də müəssisə uzun illərdir mağazanı icarəyə verə bilməmiş, gəlirdən məhrum olmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı-nə qarşı mülkiyyət hüququnun tanınması və ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş olduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumun alınıb verilməsi və ilkin iddia üzrə tələblərin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı olan İddiaçı KM-nin mərhum sədri Paşa Ağayevlə qabaqcadan tanışlıqları belə başlamışdır. O, səhmdarı olduğu “Quba Nəqliyyat” ATSC-nin (keçmiş Quba avtobazası) Paz markalı avtobusunda sürücü işləmiş və Quba-Dərbənd (Rusiya Federasiyası) marşurutunda işləmişdir. İşlədiyi dövrdə təxminən 1995-2000-ci illərdə o, Dərbənd şəhərində ərzaq və qeyri-ərzaq məhsullarını daşımaqla "xxxx"də fəaliyyət göstərən sahibkarların tələbatlarını ödəmişdir. Həmin vaxtı o, KM-nin sədri ilə tanış olmuş, onun sifarişlərini icra etmişdir. 1999-cu ildə Paşa Ağayev ona müraciət edərək, oğlu Fərruxun bir türk vətəndaşına külli miqdarda borcu olması səbəbindən barəsində cinayət işinin açılması və axtrarışa verilməsini, məsuliyyətdən azad olunması üçün dələduzluq yolu ilə mənimsənilən pulun qaytarılmasına köməklik göstərilməsi məqsədilə müəssisənin mülkiyyətində olan yarımçıq tikilini almağını xahiş etmişdir. Lakin o, buna ehtiyacı olmadığını bildirərək təklifi qəbul etməmişdir. Lakin sonradan mərhum Paşa Ağayev yaşadığı evinə gələrək oğlunun borcunun qaytarılmasına heç bir adam köməklik etmədiyini bildirərək bu məsələdə ona köməklik etməsinə dair xahişlərini nəzərə alaraq yarımçıq tikili olan 24.kv.m torpaq sahəsində yerləşən mağaza binasını (yarımçıq tikilini) almaq üçün razılığa gəlmişlər. Beləliklə, onlar notariat kontoruna müraciət etmiş və yaramçıq tikilinin dəyərini 800 min AZN məbləğində pulu ödəməklə xx.xx.1999-cu il tarixdə Quba rayon Notriat kontorunda İddiaçı KM-nin sədri mərhum Paşa Ağayevlə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən “Fərid" KM-nin ərazisində inşa edəcəyi tikintinin şəxsi əmlakı sayılması, lakin tikinti üçün ayrılmış 24 kv.m sahə müəssisənin torpaq sahəsi ilə ümumi balansında oturması səbəbi ilə bölünməz olaraq qalması, mağzasının yerləşdiyi 24 kv.m torpaq sahəsinə görə ildə torpaq vergisi nəğd yolla tərəfindən müəssisənin kassasına köçürülməsi öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin sonrakı bəndlərində inşa olunmuş tikintidə elektrik enerjisindən istifadə etdiyi halda sayğac üzrə sərfiyyatın məbləğinin müəsisənin hesabına köçürülməyini, torpaq sahəsindən istəfədə etdiyi halda müvafiq rüsum ödəməli olduğu, sanitar gigiyena, yanğından mühafizə qaydalarına əməl etməyi öhdəsinə götürmüşdür. Bağlanılan müqavilənin tərəfindən tikinti sahibi kimi qeyd edilməsi isə obyektin onun tərəfindən tikiləcəyini sübut edir. Keçən müddət ərzində müqavilə üzrə öhdəliklərini icra etmiş və İddiaçı KM-nin ********** VÖEN hesabına müqavilə üzrə payına düşən ödənişləri (24 kv.m torpaq sahəsinə, zibillərin daşınmasına və sair xidmətlərə) həyata keçirmişdir. Mağazanı tikib başa çatdırdıqdan sonra mərhum Paşa Ağayev ona satılan mağaza binasına dair sənədləri hazırlayıb təqdim etmişdir. Həmin sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş lisenziya əsasında "Bakı Torpaq” layihə smeta bürosunun təsdiq etdiyi layihə, obyektin yerləşdiyi sahənin elekton çəklişi, mağazanın plan-layihəsi ona təqdim edilmişdir. Həmin sənədlərdə hüquq subyektin sahibi Cavabdeh kimi, həmçinin Quba şəhəri 29 məhəllə Fərid KM - Cavabdeh məxsus ticarət obyekti kimi göstərilmişdir. Bundan başqa 12 iyul 2010-cu il tarixli etibarnamə ilə ona məxsus olan həmin mağazanı X7 etibarnamə ilə iki il müddətinə təyinatı üzrə istifadəsinə vermişdir. Lakin Fərrux vərəsəlik qaydasında "xxxx" KM-nin mülkiyyətçisi (sahibi) olduqdan sonra mağazasına gələn işiğı kəsmiş, giriş-çıxış qapısının ağzına tikinti materialları yığaraq, sonra isə icarəyə verməklə fəaliyyətinə maneələr yaratması səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. VÖEN hesabını bağlamışdır. Mülkiyyət hüququnun pozulması səbəbindən xx.xx.1999-cu il tarixli Müqaviləyə uyğun müəyyən olunan şərtləri pozması səbəbindən əvvəlcə razılığa gəlmək üçün təkliflər etmişdir. Təklifi ondan ibarət olub ki, o, satılan və mülkiyyəti olan 24 kv.m həcmdə mağazanın əvəzinə Quba şəhərinin istənilən ərazisindən mağaza alınıb mülkiyyətinə verilməsi və yaxud dəyərinin müəyyənləşdirib ödənilməsi olmuşdur. X9 mağazasının dəyərini tələb etdiyi 18 000 (on səkkiz min) manat əvəzinə 12 000 (on iki min) manat ödəməyə razılaşmışdır. Lakin sonradan həmin razılığı da pozmuş 12 iki min manat pulu də ödəməyə imtina etdikdən sonra aidiyyatı qurumalara şikayətlər etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar 1649 (dəfə) saylı şikayət ərizəsi əlavə edərək bildirir ki, şikayət ərizələrindən başqa 7 generalın , baş prokurorun , Ədliyyə Nazirinin, müavinlərinin PA qanunvericilik şöbəsinin müdiri Şahin Əliyevin və sair dövlət rəhbərlərinin qəbullarında olmuşdur. Nəhayət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mağazasının dövlət qeydiyyatına alınmasının cavabdeh DƏDRX-nin vəzifəli şəxslərinin üzərinə qoyulması tələbi təmin edilməmişdir. Səbəb isə, mağazasının onun xəbəri olmadan qanunsuz "xxxx"-nin balansına keçirilməsi olmuşdur. Həmçinin notariat qaydasında aralarında bağlanmış müqavilənin arxiv sənədinin reyestr kitabının arxivə təhvil verilməməsi müəyyən edilsə də, həmin məhkəmə qərarlarında alqı-satqı müqaviləsinin qanuniliyi müəyyən edilmişdir. Ən maraqlısı odur ki, guya Fərrux Ağayev iddia ərziəsində bildirir ki, alqı-satqı, müqavilə "xxxx"-nin hesabına köçürülmüş vəsaitlərdən xəbəri olmamışdır. Digər tərəfdən isə qeyd etmişdir ki, razılığa gələ bilməmişlər. Apelyasiya qaydasında işə cəlb edilən "xxxx" MMC-nin sahibi dələduzluq hərəkətinin mülki qaydada baxılması zamanı xüsusi qərardad qəbul edilmədən öncə cəzasız qalması səbəbindən sui-istifadə edərək ona qarşı icarə haqqının ödənilməsi və mülkiyyəti olan mağaza binasından çıxarılmağı barədə qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbinin təmin edilməsi əsasları kimi xx.xx.1999-cu il tarixdə Quba rayon Notariat kontorunda "xxxx"–nin sədri mərhum Paşa Ağayevlə bağlanmış alqı-satqı müqaviləsi; xx.xx.1999-cu il tarixdə mərhum Paşa Ağayevlə aralarında bağlanmış əlavə müqavilə; Obyektin ona məxsus olması barədə KM-nin mərhum sədri tərəfindən hazırlanmış layihə sənədləri; İcarə müqaviləsi; "xxxx"-ə 24.kv.m torpaq sahəsinə və xidmətlərə görə ********* VÖEN hesabına ödəniş qəbzləri işə əlavə olunmuşdur. Hesab edir ki, keçən müddət ərzində sahibkarlıq fəaliyyətinin qəsdən məhdudlaşdırılması səbəbindən ona dəyən zərəri də (əldən çıxmış fayda) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı KM-i tərəfindən məhkəmə qaydasında ödənilməsi təmin edilməlidir. 2015-ci ildən cavabdeh İddiaçı KM-nin mülkiyyətçisi Fərrux Ağayev onun qanuni fəaliyyətini məhdudlaşdırmaqla mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Mağazada sahibkarlıq fəaliyyətilə ayda təqribən 1000-1500 manat məbləğində gəlir əldə etdiyi, yəni 2015-ci ildən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığından 2015- 2021-ci illərdə mülki dövriyyə şəraitində hər ay ona ən aşağı gəlirlə hesablansa 1000 manat x 75 ay= 75000 manat məbləğində zərər vurulmuşdur ki, həmin məbləğdə zərəri də ödəməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh Şixvəli oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-yə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanunazidd, qeyri-obyektiv hesab edir. İddia qismən təmin edilmiş, iddia əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun tutulması hissəsində təmin edilməmişdir. Qətnamə həmin hissədə əsassızdır və ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həmin hissədə iddianı təmin etməli olduğu halda, iddianın təmin edilməməsi üçün heç bir əsas olmadığı halda iş üzrə kifayət qədər aydın və əsassız sübutlar olduğu halda iddianı həmin hissədə təmin etməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı olan "Fərid” Kiçik Müəssisəsi MMC-nin mərhum sədri Paşa Ağayevlə qabaqcadan tanışlığı olmuş, o, səhmdarı olduğu "Quba Nəqliyyat” ATSC-nin (keçmiş Quba avtobazası) «Paz» markalı avtobusunda sürücü kimi Quba-Dərbənd (Rusiya Fedarasiyası) marşrutunda işlədiyi dövrdə təxminən 1995-2000-ci illərdə Dərbənd şəhərindən ərzaq və qeyri-ərzaq məhsullarını daşımaqla İddiaçı-də fəaliyyət göstərən sahibkarların tələbatlarını ödəmişdir. 1999-cu ildə Paşa Ağayev ona müraciət edərək oğlu Fərruxun bir türk vətəndaşına külli miqdarda borcu olması səbəbindən barəsində cinayət işinin açılması və axtarışa verilməsini, məsuliyyətindən azad olunması üçün dələduzluq yolu ilə mənimsənilən pulun qaytarılmasına köməklik göstərilməsi məqsədilə müəssisənin mülkiyyətində olan yarımçıq tikilini almağını xahiş etmişdir. Lakin o, ehtiyacı olmadığını bildirərək təklifi qəbul etməyib. Lakin sonradan mərhum Paşa Ağayev yaşadığı evə gələrək oğlunun borcunun qaytarılmasına kömək etməsinə dair xahişlərini nəzərə alıb yarımçıq tikili olan 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasını (yarımçıq tikilini) almaq üçün razılığa gəlmişdir. Beləliklə onlar notariat kontoruna müraciət etmiş və yarımçıq tikilinin dəyəri 800.000 AZN məbləğində pulu ödəməklə xx.xx.1999-cu il tarixdə Quba rayon Notariat kontorunda "Fərid” Kiçik Müəssisəsi MMC-nin sədri mərhum Paşa Ağayevlə ilə alğı-satqı müqaviləsini bağlamşlar. Bununla yanaşı 30 dekabr 1999-cu il tarixdə mərhum Paşa Ağayevlə əlavə müqavilə bağlamışlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən "Fərid” Kiçik Müəssisəsi MMC-nin ərazisində inşa edəcəyi tikilinin şəxsi əmlakı sayılması, lakin tikinti üçün ayrılmış 24 kv.m sahə müəssisənin torpaq sahəsi ilə ümumi balansında olması səbəbi ilə bölünməz olaraq qalması, mağazanın yerləşdiyi 24 kv.m torpaq sahəsinə görə ildə torpaq vergisinin nağd olaraq tərəfindən müəssisənin kassasına köçürülməsi öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin sonrakı bəndlərində inşa olunmuş tikintidə elektrik enerjisindən istifadə etdiyi halda sayğac üzrə sərfiyyat məbləğini müəssisənin hesabına köçürməyi, torpaq sahəsindən istifadə etdiyi halda müvafiq rüsum ödəməli olduğu, sanitar gigiyena, yanğından mühafizə qaydalarına əməl etməyi öhdəsinə götürmüşdür. Bağlanılan müqavilədə tikili sahibi kimi qeyd edilməyi isə obyektin onun tərəfindən tikiləcəyini sübut edir. Keçən müddət ərzində müqavilə üzrə öhdəliklərini icra etmiş və İddiaçı-nin ********** VÖEN hesabına müqavilə üzrə payına düşən ödənişləri (24 kv.m torpaq sahəsinə, zibillərin daşınmasına və sair xidmətlərə) həyata keçirmişdir. Mağazanı tikib başa çatdırdıqdan sonra mərhum Paşa Ağayev ona satılan mağaza binasına dair sənədləri hazırlayıb təqdim etmişdir. Həmin sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş lisenziya əsasında "Bakı Torpaq" layihə smeta bürosunun təsdiq etdiyi layihə, obyektin yerləşdiyi sahənin elektron çəklişi, mağazanın plan-layihəsi təqdim edilmişdir. Bundan başqa 12 iyul 2010-cu il tarixli etibarnamə ilə ona məxsus olan həmin mağazanı X7 iki il müddətinə təyinatı üzrə istifadəsinə vermişdir. Lakin Fərrux vərəsəlik qaydasında "Fərid” Kiçik Müəssisəsi MMCnin mülkiyyətçisi (sahibi) olduqdan sonra mağazaya gələn işiğı kəsmiş, giriş-çıxış qapısının ağzına tikinti materialları yığaraq, sonra isə icarəyə verməklə fəaliyyətinə maneələr yaratması səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, VÖEN hesabını bağlamışdır. Mülkiyyət hüququnun pozulması səbəbindən xx.xx.1999-cu il tarixli müqaviləyə uyğun müəyyən olunan şərtləri pozması səbəbindən əvvəlcə razılığa gəlmək üçün təkliflər etmişdir. Təklifi ondan ibarət olub ki, ona satılan və mülkiyyəti olan 24 kv.m həcmdə mağazanın əvəzinə Quba şəhərinin istənilən ərazisindən mağaza alınıb mülkiyyətinə verilməsi və yaxud dəyərinin müəyyənləşdirib ödənilməsi olmuşdur. X9 mağazanın dəyərini tələb etdiyi 18000 (on səkkiz min) manat əvəzinə 12000 (on iki min) manat ödəməyə razılaşmış, sonradan həmin razılığı da pozmuş, 12000 manat pulu də ödəməyə imtina etdikdən sonra aidiyyatı qurumalara şikayətlər etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mağazanın dövlət qeydiyyatına alınmasının cavabdeh DƏDRX-nin vəzifəli şəxslərinin üzərinə qoyulması tələbi təmin edilməmişdir. Səbəb isə mağazanın onun xəbəri olmadan qanunsuz İddiaçınin balansına keçirilməsi olmuşdur. Həmçinin notariat qaydasında aralarında bağlanılmış müqavilənin arxiv sənədinin - reyestr kitabının arxivə təhvil verilməməsi müəyyən olunsa da həmin məhkəmə qərarlarında alğı-satqı müqaviləsinin qanuniliyi müəyyən olunmuşdur. Fərrux Ağayev iddia ərizəsində bildirir ki, alğı-satqı müqaviləsindən və İddiaçı-nin hesabına köçürülmüş vəsaitlərdən xəbəri yoxdur, digər tərəfdən qeyd edir ki, razılığa gələ bilməmişlər. Apellyasiya qaydasında işə cəlb edilən "Fərid” Kiçik Müəssisəsi MMC-nin sahibi öz dələduzluq hərəkətinin mülki qaydada baxılması zamanı xüsusi qərardad qəbul edilmədən cəzasız qalması səbəbindən sui-istifadə edərək ona qarşı icarə haqqının ödənilməsi və mülkiyyəti olan mağaza binasından çıxarılmağı barədə qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı-nin nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh Şixvəli oğlunun hüquqi varisi X2 ilkin iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini, onun apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və qarşılıqlı iddia tələbinə dair hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsini iddiada qeyd etdikləri halların qismən əsaslı olması, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə Cavabdeh mağaza binasına onun mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı məsələyə bundan əvvəl işə baxılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-1(102)-1679/2020 saylı qərarında qiymət verilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı və qarşılıqlı iddiaçı apellyasiya şikayətləri vermiş, ilkin iddiaçı qətnaməni ilkin iddia tələbinin təmin olunmayan, qarşılıqlı iddiaçı isə ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissələrində mübahisələndirmişlər. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan qarşılıqlı iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Baxılan iş üzrə ilkin iddia tələbi xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi, qarşılıqlı iddia tələbi isə mülkiyyət hüququnun tanınması və İddiaçı-nin ona vurmuş olduğu zərərin ödənilməsi barədədir. İlkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21, 157-ci maddələri, qarşılıqlı iddia tələbinin isə Mülki Məcəllənin 140, 157.1 və 21-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verdiyini nəzərə alaraq ilk olaraq ilkin iddiaçının ilkin iddia tələbinin təmin olunmayan hissəsinə, yəni Cavabdeh əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun alınaraq ona ödənilməsi hissəsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddiaçı zərərin cavabdehdən tərəfindən vurulmasını sübutetmə öhdəliyi daşıdığından, qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin ona vurulmuş ziyanın ödənilməsi hissəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia tələbi mülkiyyət hüququnun tanınması və dəymiş ziyanın ödənilməsi barədədir. Məhkəmə kollegiyası ilkin olaraq qarşılıqlı iddia tələbinin mülkiyyət hüququnun tanınması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı-nin 24 kv.m. sahəsi olan mağazasını almağa hüquqi əsaslar olmamışdır. Ona görə ki, Paşa Ağayevin bağlamış olduğu əqd qanunsuz olmuşdur. O, özəlləşməmiş müəssisənin əmlakını Cavabdeh satmış və əvəzində əmlakın dəyərini almışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı əqdə istinad edərək həmin əmlaka mülkiyyət hüququ tələb etsə də, həmin əqdin qanunsuz olduğu qüvvədə olan məhkəmə aktına əsasən müəyyən edildiyindən, qarşılıqlı iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, qarşılıqlı iddiaçının hüquqi varisi Fuad Hacıverdiyev İddiaçı-nin ona vurmuş olduğu 75000 (yetmiş beş min) manat zərərin ödənilməsi barədə təkrar apellyasiya baxışında bu hissədə kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq həm yazılı ərizəsində, həm də izahatında tələbinin əsası kimi mağazanın icarəyə verə bilməməsinə görə ona zərərin vurulduğunu bildirmiş və bunun nəticəsi olaraq həmin zərərin cavabeh tərəfindən ona ödənilməsini xahiş etmişdir, dəlili də ondan ibarət olmuşdur ki, Fərrux Ağayev vərəsəlik qaydasında "Fərid” Kiçik Müəssisəsi MMC-nin mülkiyyətçisi (sahibi) olduqdan sonra mağazaya gələn işığı kəsmiş, giriş-çıxış qapısının ağzına tikinti materialları yığmış, nəticədə icarəyə verməklə fəaliyyətinə maneələr yaratması səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, 2015-ci ildən cavabdeh İddiaçı KM-nin mülkiyyətçisi Fərrux Ağayev onun qanuni fəaliyyətini məhdudlaşdırmaqla mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən onu məhrum etmişdir. Mağazada sahibkarlıq fəaliyyətilə ayda təqribən 1000-1500 manat məbləğində gəlir əldə etdiyi, yəni 2015-ci ildən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığından 2015-2021-ci illərdə mülki dövriyyə şəraitində hər ay ona ən aşağı gəlirlə hesablansa 1000 manat x 75 ay=75000 manat məbləğində zərər vurulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin mağaza bütövlükdə reyestrdəki qeydiyyata əsasən İddiaçı Kiçik Müəssisəsinə məxsus olduğundan, qarşılıqlı iddiaçı ilkin növbədə cavabdeh tərəfindən ona zərərin vurulduğunu və həmin zərərin vurulmasında cavabdehin təqsirli olduğunu və zərərin qarşılıqlı iddiaçının tələb etdiyi məbləğdə vurulmasını sübut etməlidir. Lakin qarşılıqlı iddiaçı bunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Qarşılıqlı iddiaçının apellyasiya şikayətində ilkin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi (sahəsi 24 kv.m olan mağaza) Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı-yə məxsus olduğundan, həmin çıxarış etibarsız və ləğv edilmədiyindən, Mülki Məcəllənin 140-cı maddəsinin tələbi baxımından reyestr məlumatlarının həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olduğundan, şikakətin dəlili əsassızdır və təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə dair hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh Şixvəli oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-yə qarşı mülkiyyət hüququnun tanınması və ziyan tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar