Məhkəmə qərarları › İş №2(105)-16/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-16/2023

18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-16/2023 18.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X2 qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1519/2018 nömrəli 09 aprel 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər X7 və Məsimov Səyyar Ələkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın təmin edilməsi, İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanan 12 avqust 2010-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İH Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 133,3 kv.m. olan 60 saylı 4 otaqlı mənzilə və 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 kv.m. olan market üçün nəzərdə tutulmuş sahəyə dair İddiaçı2 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar manelərin aradan qaldırılması və həmin sahələrin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi, "xxxx" MTK-dan 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Maraqlarına toxunan şəxslər X7 və Məsimov Səyyar Ələkbər oğlunun nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayətləri vermişdir. İŞİN HALLARİ İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə iddiaçının arasında bağlanan 12 avqust 2010-cu il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH Başçısının xx.xx.2006-cı il tarixli,301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z. Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 133,3 kv.m. olan 60 saylı 4 otaqlı mənzilə və 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 kv.m. olan market üçün nəzərdə tutulmuş sahəyə dair İddiaçı2 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahələrin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçının arasında bağlanan 12 avqust 2010-cu il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH Başçısının xx.xx.2006-cı il tarixli,301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z. Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 133,3 kv.m. olan 60 saylı 4 otaqlı mənzilə və 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 kv.m. olan market üçün nəzərdə tutulmuş sahə ona ayrılmışdır. Tərəflər arasında bağlanan həmin müqaviləyə əsasən ayrılmış mənzilin ümumi dəyəri 37099 manat, 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən ona ayrılmış qeyri-yaşayış sahəsinin ümumi dəyəri 61460 manat təşkil edir. Hər iki müqavilə bağlanarkən iddiaçı tərəfindən dəyərləri tam olaraq ödənilmiş, bu barədə ona maliyyə arayışları verilmişdir. 28.10. 2014-cü il tarixdə "xxxx" MMC təşkilati- hüquqi formasını dəyişərək "xxxx" MTK-ya çevrilmiş və onun hüquqi varisi olmuşdur.Lakin , bütün bunlardan sonra "xxxx" MTK onu həmin sahələrə buraxmır, ona yerində təhvil vermir, orada təmir işləri aparmasına maneəçilik törədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlarına toxunan şəxs Məsimov Səyyar Ələkbər oğlunun nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)- 1519/2018 nömrəli qətnaməsinin İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH-nin başçısının 301 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin ünvan 3 ünvanda inşasına icazə verilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyat keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-nə həvalə edilməsi hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 18 iyun 2019-ci il tarixli bildirişlə cavabdeh “Progress-2016'’ MTK-nə rəsmi qaydada müraciət olunaraq 5 (beş) gün ərzində onunla bağlanılmış "xxxx" MMC ilə 20 mart 2007-ci il tarixli alıq-satqı müqaviləsinə və maliyyə arayışına əsasən ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1- ci mərtəbəsində ümumi sahəsi 119 kvadrat metr olan qeyri-yaşayış sahəsinə Məsimov Səyyar Ələkbər oğlunun sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh "xxxx" MTK 22 iyun 2019-cu il tarixli 22/06 saylı məktubu ilə ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində ümumi sahəsi 113.52 kvadrat metr olan qeyri-yaşayış sahəsinə İddiaçı2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsi 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi çıxarıldığından ərizədə göstərilən tələblərin yerinə yetirməyin qeyrimümkünsüzlüyü və qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək hüququndan istifadə etməyi tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsi işə baxarkən kobud prosessual pozuntu ilə aparılmaqla işi hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçünçü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, hal-hazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız 09 aprel 2018-ci il tarixli, 2( 012)-1519/2018 nömrəli qətnamə qəbul etmişdir. İştirakı təmin olmadan bu barədə ona xəbər verilmədən, cavabdeh ”Progress-2016” MTK tərəfindən məlumatlandırılmadan mülkiyyət hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. Məhkəmə müəyyən edilmiş faktları səthi araşdırmış və bunun nəticəsində qanunla qorunan qeyriyaşayış sahəsi üzərində olan hüquqları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılması tam aparılmadığından tətbiq edilən maddi və prosessual hüquq normalarının pozulması nəticəsində da qanunla qorunan mülkiyyət üzərində olan sahiblik və istifadə hüquqları kobud şəkildə pozulmuşdur. Maraqlarına toxunan şəxs X3 nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 nömrəli qətnaməsinin İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 12 avqust 2010-cı il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH-nin başçısının 301 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyat keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-nə həvalə edilməsi hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 iyun 2019-ci il tarixli bildirişlə cavabdeh “Progress-2016'’ MTK-nə rəsmi qaydada müraciət olunaraq 5 (beş) gün ərzində onunla bağlanılmış "xxxx" MMC ilə 21 may 2009-cu il tarixli alıq-satqı müqaviləsinə və maliyyə arayışına əsasən ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı, 60 saylı mənzilin X1 və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh "xxxx" MTK 21 iyun 2019-cu il tarixli 21/06 saylı məktubu ilə ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı, 60 saylı mənzilin İddiaçı2 təhvil verilməsi barədə Abşeron Rayon Məhkəməsi 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 saylı qətnaməsi çıxarıldığından ərizədə göstərilən tələblərin yerinə yetirməyin qeyri-mümkünsüzlüyü və qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmış məhkəmə qətnaməsi hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək hüququndan istifadə etməyi tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsi işə baxarkən kobud prosessual pozuntu ilə aparılmaqla işi hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçünçü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, halhazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən qanunsuz və əsassız 09 aprel 2018-ci il tarixli, 2(012)-1519/2018 nömrəli qətnamə qəbul etmişdir. İştirakı təmin olmadan bu barədə ona xəbər verilmədən, cavabdeh ”Progress-2016” MTK tərəfindən məlumatlandırılmadan mülkiyyət hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. Məhkəmə müəyyən edilmiş faktları səthi araşdırmış və bunun nəticəsində qanunla qorunan qeyri-yaşayış sahəsi üzərində olan hüquqları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılması tam aparılmadığından tətbiq edilən maddi və prosessual hüquq normalarının pozulması nəticəsində da qanunla qorunan mülkiyyət üzərində olan sahiblik və istifadə hüquqları kobud şəkildə pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən maraqlarına toxunan şəxslər X3 və Məsimov Səyyar Ələkbər oğlunun nümayəndəsi Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" MTK-ya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs X3 apellyasiya şikayəti təmin, maraqlarına toxunan şəxs Məsimov Səyyar Ələkbər oğlunun apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 12 avqust 2010-cı il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH-nin başçısının 301 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyat keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması, həmin sahənin ona təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağı instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tərəfindən mübahisəli sahələrlə bağlı öhdəliyin tam yerinə yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan maraqlı şəxslər X7 və Məsimov Səyyar Ələkbər oğlu apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı1la "xxxx" MTK arasında xx.xx.2010-cu il tarixdə 60 saylı mənzillə, xx.xx.2012ci il tarixdə qeyri-yaşayış sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması mövcud iş üzrə işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi öhdəliyin təmin edilməsi, sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2, 157.8, 158.2-ci maddələri təşkil edir. İşdən görünür ki, Qasım Qasımov "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair, İddiaçı1 Qasım Qasımova və "xxxx" MTK-ya qarşı mənəvi zərərin əvəzinin tutulması barədə iddia tələbləri üzrə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X3 "xxxx" MTK və İddiaçı2 qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilk iddia tələbi qismən təmin edilməklə, X7 və "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli, 15 saylı müqavilə (xx.xx.2009-cu il tarixli müqaviləyə edilmiş dəyişiklik barədə) və X7 və nayaH˝-E˝ MMC-nin hüquqi varisi ssergorP˝-2016˝ MTK arasında xx.xx.2016-cı il tarixli, 204 saylı müqavilələr etibarsız hesab edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, İddiaçı2 X7 və "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia tələbi qismən təmin edilməklə, "xxxx" MMC və X7 arasında "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1A ünvanında inşa etdiyi yaşayış binasının 3-cü blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 m2 olan, 4 otaqlı, 60 saylı mənzilin pay alğı-satqısına dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, İddiaçı2 və "xxxx" MMC arasında xx.xx.2010cu il tarixdə bağlanmış ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzilin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzil X4 təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququ tanınması, mənzilin X4 təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK-ya həvalə edilməsi, "xxxx" MMC ilə X7 arasında ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kv.m. olan 4 otaqlı, 60 saylı mənzillin alqısatqısına dair bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı2 kassasiya şikayəti təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi iddiaçının hazırkı iş üzrə xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tələb etdiyi 60 saylı mənzilə bağlı müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, İddiaçı1 həmin mənzil üzərində hüququ artıq mövcud deyildir, başqa sözlə desək tələb etmək hüququnu (subyektiv hüququnu) itirmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanan 12 avqust 2010-cu il tarixli müqaviləyə əsasən 60 saylı mənzilə dair İddiaçı1 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Lakin iddia tələbinin 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 kv.m. market üçün nəzərdə tutulmuş sahəyə dair İddiaçı2 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar manelərin aradan qaldırılması və həmin sahnin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruru hesab edir. İşdən görünür ki, iddiaçı Səyyar Məsimov cavabdehlər "xxxx" MTK-ya və İddiaçı1 qarşı 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifələri cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, İddiaçı1 cavabdehlər Səyyar Məsimov və "xxxx" MTK-ya qarşı cavabdehlər arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Məsimov Səyyar Ələkbər oğlundan qanunsuz hərəkətləri ilə vurduğu mənəvi ziyana görə 5000 manat tutulması barədə iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, qətnaməsi ilə ilk iddia qismən təmin edilməklə, İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinin Səyyar Məsimova təhvil verilməsi vəzifəsinin "xxxx" MTK həvalə edilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-159/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia üzrə iddiaçı Məsimov Səyyar Ələkbər oğlunun iddiası təmin edilməmiş, İddiaçı2 qarşılıqlı iddiası qismən təmin edilərək, Məsimov Səyyar Ələkbər oğlu ilə "xxxx" MMC arasında bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MTK-dan 119000 manatın alınaraq Məsimov Səyyar Ələkbər oğluna verilməsi, qarşılıqlı iddianın digər hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərarı ilə Məsimov Səyyar Ələkbər oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən, yəni ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu mənada məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Səyyar Məsimovun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, İddiaçı1 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən həmin binanın 5-ci blokunda qeyri-yaşayış hissəsində ümumi sahəsi 113,52 kv.m. market üçün nəzərdə tutulmuş sahəyə dair İddiaçı2 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar manelərin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs X3 apellyasiya şikayəti təmin edilməli, maraqlı şəxs Məsimov Səyyar Ələkbər oğlunun apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 12 avqust 2010-cı il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH-nin başçısının 301 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyat keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-nə həvalə edilməsi hissəsində ləğv edilməli və bu hissədə iddianın rədd, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Maraqlarına toxunan şəxs X3 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 12 avqust 2010-cı il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH-nin başçısının 301 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyat keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-nə həvalə edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış 12 avqust 2010-cı il tarixli müqaviləyə əsasən həmin Cəmiyyətin Abşeron rayon İH-nin başçısının 301 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə inşasına icazə verilmiş 14 mərtəbəli yaşayış evinin İİİ blok, 10-cu mərtəbəsində ümumi sahəsi 133,6 kvadrat metr olan 4 otaqlı 60 saylı mənzilə sahiblik və istifadə hüquqlarının həyat keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin sahənin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-nə həvalə edilməsi hissəsində iddia tələbi rədd edilsin. Maraqlarına toxunan şəxs Məsimov Səyyar Ələkbər oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar