Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-162/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Xəzri İnşaat” Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi və mənzilə köçürülmə) X16 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh “Xəzri İnşaat” Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi Vəkil, Üçüncü şəxslər X12 və X8 iştirakları ilə, İddiaçı cavabdeh “Xəzri İnşaat” Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(012)-2349/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin ona (iddiaçıya) təhvil verilməsi və onun (iddiaçının) ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin yanvar ayında Abşeron rayonu, Hökməli qəsəbəsində özünə məxsus evi 35000 manata sataraq cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli AA267 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzili almışdır. Mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Mənzilin alınması ilə bağlı alıcı ödəniləcək məbləği tam şəkildə ödədiyi üçün mənzil ona təhvil verilmiş, bununla bağlı ona elə həmin tarixdə pulun tam ödənilməsinə dair B/389 nömrəli maliyyə arayışı təqdim edilmişdir. O, faktiki nikahda olan həyat yoldaşı X14 "xxxx" MMC-də işləmişdir. Onunla faktiki nikahda X14 arasında ailə münaqişəsi olduğundan və maddi imkanı olmadığından mənzili təmir etdirməmiş, mənzil "xxxx" MMC tərəfindən verilmiş təmirsiz formasında qalmışdır. O, X14 ilə aralarında olan ailə münasibətlərinə xitam verildikdən sonra, aldığı mənzili təmir etdirərək yaşamaq qərarına gəlmiş, təmir işlərinə başlamaq üçün "xxxx" MMC-yə getmişdir. Orada onu MMC-nin direktoru qarşılayaraq ona məxsus mənzilin faktiki nikahdan olan həyat yoldaşı X14 tərəfindən satıldığını, artıq onun həmin "xxxx" MMC-də mənzilinin olmadığını bildirmişdir. İddiaçı ona məxsus mənzilin satılması və s. hərəkətlər etməsi üçün Anar İbrahimova və "xxxx" MMC-ə hər hansı bir hüquqi səlahiyyət vermədiyi halda, mənzilin alınması üçün mənzilin dəyərini tam ödədiyini və belə olduğu halda mənzilin hansı səbəblərdən satıldığını "xxxx" MMC-dən tələb etmiş olsa da, cavabdeh "xxxx" MMC-nin direktoru “yoldaşın evi onlara satmışdır, gedin hara şikayət edirsiniz, edin” deyərək onu otaqdan qovmuş və beləcə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüquqlarından məhrum olmuşdur. İddiaçı hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh MMC-yə vəkil sorğusu ilə müraciət edilərək mənzilin alınmasına dair onunla cavabdeh arasında bağlanmış müqavilənin və s. hüquqmüəyyənedici sənədlərin, əgər mənzil MMC tərəfindən başqa şəxsə satılmışdırsa, mənzilin onun adından satılmasına əsas olan sənədlərin onlara təqdim olunması xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh "xxxx" MMC tərəfindən bugünədək sorğularına cavab verilməmişdir. Hesab edir ki, cavabdeh Xəzri-İnşaat” MMC mənzilin alınması ilə bağlı pulu ondan alaraq mənzilin ona təhvil verməməsi cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh öz üzərinə götürdüyü bütün öhdəlikləri qanunsuz olaraq pozmuşdur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinə dair müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzili alıcı İddiaçı verməyi, alıcı İddiaçı isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
5. xx.xx.2020-ci il tarixli, B/389 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin pay dəyəri tam ödənilmişdir. Borc qalığı yoxdur.
6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 180 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı dair "xxxx" MMC-nin arxiv sənədlərində hər hansı məlumat aşkar edilməmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA-314 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 7, ümumi sahəsi 105,6. kv.metr-dən ibarət 3 otaqlı, 42 nömrəli mənzili alıcı X9 verməyi, alıcı X17 isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür.
8. "xxxx" MMC tərəfindən verilmiş 28 may 2021-ci il tarixli, C/294 saylı maliyyə arayışının surətindən görünür ki, X2 rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 37A ünvanında inşa edilən (inşa edilmiş) E saylı yaşayış binasında 42 saylı mənzilin pay dəyərindən 63360 manat ödənilmişdir. Borc qalığı yoxdur.
9. 17.09.2024-cü il tarixli sorğuya cavab olaraq verilən "xxxx" MMC-nin məktubundan görünür ki, ünvan 1 ünvanında inşa etdikləri yaşayış kompleksi, bina E, 42 nömrəli mənzil 6-cı yox, 7-ci mərtəbədə yerləşir və faktiki sahəsi 105,6 kv.m olmaqla 3 otaqdan ibarətdir. Həmin mənzil X10 məxsusdur və onun sifarişi üzrə 83,25 kv.m-dən 105,6 kv.m-ə dəyişdirilmişdir və X18 hazırda mənzildə yaşamır. İddiaçı yaşayış binasında mənzili olmayıb.
10. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Beyləqan rayonu, Mil qəsəbə ərazi dairəsi, Mil qəsəbəsi ünvanında qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(012)- 2349/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı mənzilin təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 157.8, 324, 331, 386.1, 406.3, 646.1, 648, 770-1.1 və 770-1.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 77.1, 119.1, 14.2, 217.4, 218.3, 4, 14, 36, 77, 88, 149, 150, 216-236-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
13. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(012)- 2349/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, bununla bağlı zəruri olan bütün məhkəmə hərəkətlərini yerinə yetirməmişdir. Məhkəmənin qənaəti iddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil barədə onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin surətinin təqdim edilməsinə əsaslanmışdır. Qətnamədə qeyd olunur ki, “məhkəmə iclasında İddiaçı xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilənin əslini təqdim etməsi təklif edilsə də, o, müqavilənin əslinin onda olmadığını bildirmişdir. Halbuki, təqdim edilmiş müqavilənin (surət) 11.3-cü maddəsində göstərilmişdir ki, müqavilə eyni hüquqi qüvvəyə malik 2 nüsxədən ibarətdir və hər bir tərəfdə 1 nüsxəsi saxlanılır”. Bu halı iddiaçının əleyhinə şərh edən məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus olan mübahisəli mənzilin iddiaçının faktiki nikahdan olan həyat yoldaşı X14 tərəfindən satıldığı zaman müqavilənin iddiaçıda olan əsli Anar İbrahimov tərəfindən "xxxx" MMC-yə qaytarılmışdır. Ümumiyyətlə, belə hallar üçün xarakterik olan mövcud olan təcrübəyə əsasən dövlət qeydiyyatına alınmayan mənzilin əvvəlki sahibindən digər şəxsə tikintini həyata keçirən şirkət vasitəsilə satılması zamanı ilkin müqavilənin satıcıda olan əsli onun tərəfindən yaşayış binasını tikən şirkətə qaytarılır. Göründüyü kimi, məhkəmə mənzillərin satılması zamanı kargüzarlıqsənədləşdirilmə işlərinin aparıldığı cavabdehin daha üstün mövqeyə malik olmasını da nəzərə almamışdır. Digər tərəfdən, məhkəmə bu zaman X5 işlədiyi "xxxx" MMC-yə borcu olduğunu və iddiaçıya məxsus mənzilin digər şəxsə satılması yolu ilə həmin borcu ödəməsi halına da lazımınca qiymət verməmişdir. Məhkəmə iddiaçıda olan və onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin direktoru X4 mübahisəli mənzillə bağlı dediyi səs yazısını da sübut növü kimi araşdırmaya cəlb etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki: “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Həmin səs yazısından açıq-aşkar görünür ki, iddiaçının faktiki nikahdan olan həyat yoldaşı X14 cavabdehin işçisidir, MMC-nin direktoru onu şəxsən yaxşı tanıyır. Səs yazısında "xxxx" MMC-nin direktoru X11 etiraf edir ki, Anar İbrahimov tərəfindən mübahisəli mənzilin satılması direktorun anasının xəstə olduğu vaxtlarda olmuşdur ki, həmin vaxtlarda da xəstə anasına qulluq edən MMC-nin direktoru həftədə bir dəfə işə gəlirmiş və ona təqdim edilən sənədlərə oxumamış tez-tələsik imza edərək evə gedirmiş. Məhkəmənin başqa bir qənaəti ondan ibarətdir ki, “... məhkəmə mübahisəli mənzilə baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, mənzil iddiaçının təqdim etdiyi müqavilə surətində göstərildiyi kimi 2 otaqlı deyil, 3 otaqlıdır...”. Hesab edir ki, məhkəmə bu bu halı da tam araşdırmamışdır. Belə ki, məhkəmə yaşayış binasının müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş və onun əsasında tikintisinə icazə verilmiş tikinti layihəsində (şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu) mübahisəli mənzilin neçə otaqdan ibarət olmasını araşdırmalı olduğu halda, bunu etməmişdir. Odur ki, X1 əsasında cavabdeh tərəfindən mübahisəli mənzilin 2 otaqdan 3 otağa çevrilməsi iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, məhkəmə bu xüsusatla bağlı öz təşəbbüsü ilə məhkəmə tikinti ekspertizası təyin etməli və ekspertiza qarşısında həmin mənzildə 2 otağın 3 otağa çevrilməsinin layihə sənədlərinə uyğunluğunun və zaman etibarilə hansı vaxta təsadüf etməsinin müəyyən edilməsi sualını da qoymalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə ədalətli qərar qəbul edilməsi üçün vacib əhəmiyyətə malik olan bu məsələni də məhkəmə araşdırmasından kənarda saxlamışdır. Məhkəmənin araşdırmadığı daha bir əhəmiyyətli məsələ, iddiaçıda olan xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilənin surətinin X18 ilə cavabdeh arasında bağlanılmış müqaviləyə forma və məzmun baxımdan tam oxşarlığı, bundan əlavə, hər iki müqavilənin mətnində olan əl yazılarının eyni xəttə malik olan şəxs tərəfindən icra olunmasının adi göz ilə müəyyən edilən eyniliyidir. Belə olan təqdirdə, müqavilənin surətinin orjinaldan birbaşa surətinin çıxarılmasının, ya texniki vasitələrin köməyi ilə saxtalaşdırılmasının, eləcə də əl yazılarının eyni şəxs tərəfindən icra olunmasının məhkəmə xətşünaslıq ekspertizasının vasitəsilə müəyyən olunması məhkəmə tərəfindən edilməli idi ki, bu da edilməmişdir. Daha bir məhkəmə araşdırılmasına cəlb olunmalı məsələ iddiaçının təqdim etdiyi müqavilənin nömrəsinin və tarixinin cavabdehlə X18 arasında bağlanılmış müqavilənin nömrədən və tarixdən daha əvvələ təsadüf etməsidir. İddiaçı mübahisəli mənzil barəsində üçünçü şəxslə bağlanan müqavilənin tarixi və nömrəsindən əvvəlcədən məlumatlı deyildi və ola da bilməzdi. Odur ki, bu səbəbdən də iddiaçının öz müqaviləsini X7 müqaviləsinin nömrə və tarixindən əvvələ hazırlatdırması da ağlabatan deyil. Bundan əlavə, məhkəmə iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-cil tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin həqiqətən də mövcudluğunu sübut etmək üçün cavabdehdən həmin yaşayış binasında olan mənzillərin alqı-satqı müqavilələrinin qeydiyyat reyestri kitabını və ya arxiv materillarını tələb etməli, bu zaman AA-267 nömrəsinin başqa bir müqavilədə təkrarlanmasını, əgər təkrarlanmırsa bütün müqavilələrin nömrələrinin sıra ardıcıllığını və AA-267 nömrəsinin boş olub-olmamasını müəyyən etməli idi. Göstərilənlərdən göründüyü kimi, yuxarıda qeyd olunanlar qətnamənin ləğv edilməsi üçün əsas verir. Məhkəmə iddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil barədə onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin tarix etibarilə X7 müqaviləsindən daha əvvəl bağlanmasını nəzərə almamış, bununla da məhkəmə Mülki Məcəllənin istinad edilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə əsassız olaraq işdə olan sübutlara cavabdehin xeyrinə subyektiv hüquqi qiymət vermişdir. Hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi sübutlara subyektiv qiymət vermiş və iş üzrə iddiaçının hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları:
16. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2020-ci ildə faktiki nikah münasibətlərində olduğu X14 ilə birlikdə "xxxx" MMC-dən təmirsiz mənzil almışlar. Həmin mənzilin alınması üçün müqavilə bağlanmış, 50000 manat ödəniş etmşlər. Anar İbrahimov həmin vaxt "xxxx" MMC-ə usta işləmişdir. İlk dəfə müqavilə bağlayərkən mənzilin sahəsi 83,25 kv.m qeyd olunmuşdu. Bir müddət sonra tikinti başa çatdıqdan sonra həmin mənzilin, sahəsi böyük -106 kv.m olan mənzilə dəyişdirilməsi təklif olundu. Onlar qeyd olunan halla razılaşmış, İbrahimov Anar müqavilənin əslini ondan alaraq "xxxx" MMC-yə, sözügedən prosedurun həyata keçirilməsi üçün aparmışdır. 2022-ci ildə Anarla münasibətləri pozulmuşdur. O, bundan sonra yaşamaq üçün mənzili olmadığından "xxxx" MMC-ə yaxınlaşaraq mənzilə köçmək istədiyini bildirmiş, orada ona Anar tərəfindən mənzilin satıldığı, mənzilin satışından əldə olunan vəsait hesabına Anar İbrahimovun borcunu ödədiyi bildirilmişdir.
17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Cavabdeh “Xəzri İnşaat” Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki,
19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X14 izahatında bildirdi ki, iddiaçı keçmiş faktiki nikah münasibətlərində olduğu şəxsdir. İddiaçı birgə ailə münasibətlərində olduğu zaman o, "xxxx" MMC-də işləmiş, işlədiyi müddətdə həmin şirkətdən bir neçə ev alıb-satmışdır. İddiaçı tərəfindən mübahisələndirilən 83 kv.mlik 2 otaqlı evi də oradan o, iddiaçının adına rəsmiləşdirməklə almışdır. Alqı-satqı müqaviləsini Şəfa Xankişieyavnın adına bağlasa da, müqaviləni o, imzalamışdır. Daha sonra "xxxx" MMC tərəfindən ona alqı-satqı müqaviləsinin təqdim edilməsi və onun müqabilində 83 kv.m-lik evin əvəzinə 106 kv.m verəcəkləri bildirilmiş, o da Alqı-satqı müqaviləsini "xxxx" MMC-da işləyən Ramil adlı şəxsə vermiş, lakin yeni müqaviləni tələb etməmişdir. O, mənzilin qarşılığında heç bir pul vəsaiti almayıb, daha sonra iddiaçı ilə münasibətləri korlandığı üçün mənzillə maraqlanmayıb.
20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X18 izahatında bildirdi ki, 2021-ci ilin may ayında "xxxx" MMC-dən mənzil almışam. Mənzil alan zaman Qəhrəman adlı şəxslə danışmış və bütün sənədləşmə işlərini, həmçinin mənzilin təhvil-təslim işlərini onunla həll etmişdir. Mübahisələndirilən mənzili almazdan əvvəl o, 2019-cu ildə həmin binada 2 otaqlı mənzil almış, bir müddət sonra yeni mənzil almaq niyyəti olduqda Qəhrəman ona 3 otaqlı mənzil satıldığını və həmin mənzilin hazırlanma prosesində olduğunu bildirmiş, mənzil hazır olduqdan sonra isə o, mənzilin dəyərini ödəyərək almışdır. Aldığı mənzil 42 nömrəli mənzildir, 7-ci mərtəbədir, sahəsi 105,6 kv.mdir. O, İddiaçı tanımır, Anar adlı şəxsi isə "xxxx" MMC-nin işçi kimi tanımış, Anar ona heç vaxt həmin binada mənzili olduğunu deməmişdir. Mənzilin pəncələri şirkət tərəfindən, qapısını isə onun tərəfindən quraşdırılmışdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
25. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-dən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83.25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mənzili dəyəri ödənilməklə aldığını, bu əmlakın sahibi olduğunu bildirərək oraya hüququ olduğu üçün köçürülməsini tələb etmişdir. Bunun üçün o, xx.xx.2020-ci il tarixli, AA-267 saylı mənzilin alqı-satqı müqaviləsinin surətinə istinad etmişdir.
27. Bundan başqa məhkəmə mübahisəli mənzilə baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, mənzil iddiaçının təqdim etdiyi müqavilə surətində göstərildiyi kimi 2 otaqlı deyil, 3 otaqlıdır və başqa şəxsin istifadə və sahibliyindədir. "xxxx" MMC-nin nümayəndəsi isə bununla bağlı qeyd etmişdir ki, iddia edilən mənzilə dair X18 ilə müvafiq müqavilə bağlanmışdır və əmlak ona məxsusdur.
28. Bu hallara qiymət verən məhkəmə hesab etmişdir ki, müqavilənin surətinə istinad etməklə "xxxx" MMC-nin İddiaçı qarşısında mənzil barədə öhdəlik götürməsi nəticəsinə gəlinməsi mümkün deyildir. Belə olan halda məhkəmə, iddiaçının xx.xx.2020-ci il tarixli, AA-267 saylı müqavilənin surətinə istinad edərək hesab edir ki, "xxxx" MMC-dən mənzil tələb etməsi əsassızdır və təmin edilə bilməz.
29. Qeyd olunan əsaslara istinadən birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.
30. Məhkəmə qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq ilk əvvəl qeyd edir ki, həmin dəlillər əsasən iddia ərizəsinin məzmunu ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə hərtərəfli araşdırma aparıldığından, həmin halları üzrə əlavə araşdıma aparılmasına zərurət görmür və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənatincə birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul edilmişdir.
32. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, araşdırılan iddia predmetinin əsasını müqavilə münasibətləri təşkil edir.
33. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
34. Araşdırılan mübahisədən göründüyü kimi cavabdeh tərəf belə bir müqavilə bağlamadığını bildirmiş, bununla da müqavilənin mövcudluğunu mübahisələndirmişdir.
35. Kollegiya tərəfindən iddiaçı şərait yaradılmasına baxmayaraq müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir.
36. Kollegiya qeyd edir ki, MPM–nin tələbinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməli, məhkəmə həmin sübutlar əsasında qiymətləndirmə aparmalıdır.
37. Kollegiya həmçinin vurğulayır ki, araşdırma zamanı izahat vermiş iddaçı, eləcə də üçüncü şəxs Anar İbrahimov göstərdilər ki, mübahisə predmetinin əsasını təşkil edən müqavilə Anar İbrahimov tərəfindən, mənzilin daha böyük sahəli mənzillə dəyişdirilməsi məqsədi ilə MTK-ya təhvil verilmişdir.
38. Anar İbrahimov müqaviləni təhvil verdikdən sonra yeni müqavilə almadığını, daha sonra isə iddiaçı ilə münasibətləri pisləşdiyindən bu barədə maraqlanmadığını göstərmişdir.
39. Eləcə də iddiaçı bildirdi ki, o, mənzillə maraqlandıqda ona MTK tərəfindən Anar İbrahimov tərəfindən mənzilin satıldığı bildirilmişdir.
40. İddiaçı tərəf mənzilə dair MTK ilə müqavilə bağlamasını və evin MTK tərəfindən onun razılığı olmadan satılması barədə iddiasının əsası kimi MMC direktoru ilə iddaçı arasında baş vermiş söhbətin qeydə alınmasına dair audiodiskə əsaslanmışdır.
41. Məhkəmə araşdırması zamanı həmin audiodisk tətdiq edilmiş, lakin iddiaçının əsaslandığı hallar, MTK ilə arasında belə bir müqavilənin bağlanması, MTK-nın səlaiyyətli şəxs tərəfindən mənzilin satışının həyata keçirilməsinə dair hallar öz təsdiqini tapmamışdır.
42. Kollegiya hesab edir ki, müqavilənin əslinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi, eyni zamanda yuxarıda sadalananlar əqdin etibarlığına məhkəmə tərəfindən qiymət verilməsini mümkünsüz edir.
43. Kollegiya eləcə də iddiaçı və üçüncü şəxs Anar İbrahimovun izahatlarını MPM-nin 106-cı maddəsinin göstərişlərinə uyğun qiymətləndirərək hesab edir ki, həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmadığından sübut növü olaraq qəbul edilə bilməz.
44. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq aşağıda şərh olunanlar müəyyən etmişdir:
45. Xəzri İnşaat MMC ilə X6 (alıcı) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AA-267 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, MMC ünvan 1 ünvanında inşa edilən Bina E, mərtəbə 11, iki otaqlı, 75 nömrəli mənzilin alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.
46. Göründüyü kimi 2020-ci ildə AA-267 nömrəli müqavilə X6 ilə bağlanmışdır.
47. Xəzri İnşaat MMC ilə X18 (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AA-314 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, MMC ünvan 1 ünvanında inşa edilən Bina E, mərtəbə 7, 3 otaqlı, 42 nömrəli mənzilin alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.
48. Həmçinin təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, X10 83,25 kv.m mənzil məxsus olmuş, onun sifarişi üzrə mənzil MMC tərəfindən digər bir mənzilin birləşdirilməsi yolu ilə 105,6 kv.m-ə dəyişdirilmişdir.
49. İddiaçı X7 verilmiş 42 nömrəli mənzili mübahisələndirdiyini və həmin mənzilin ona təhvil verilməsini iddia etdiyini bildirmişdir.
50. Bu səbəbdən də kollegiya tərəfindən X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
51. Mehman Rzayevin izahatından məlum oldu ki, o, 42 nömrəli mənzili dəyərini tam ödəməklə MMC-də almışdır.
52. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, e-2(012)-2349/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.