Məhkəmə qərarları › İş №2(102)-2077/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2077/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2077/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan binada mənzilin təhvil verilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(105)162/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülk i işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçının təqdim etdiyi 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin kserosurətinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzili alıcı İddiaçı verməyi, alıcı İddiaçı isə müqavilədə müəyyən edilmiş müddət ərzində pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 2. 15 yanvar 2020-ci il tarixli, B/389 nömrəli maliyyə arayışının kserosurətinə əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mən zilin pay dəyərini tam ödəmiş, borc qalığı olmamışdır. 3. "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 180 nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı dair "xxxx" MMC-nin arxiv sənədlərində hər hansı məlumat aşkar edilməmişdir. 4. 28 may 2021-ci il tarixli, AA-314 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 7, ümumi sahəsi 105,6. kv.metr-dən ibarət 3 otaqlı, 42 nömrəli mənzili alıcı X9 verməyi, alıcı X15 isə müqavilədə müəyyən edilmiş müddət ərzində 63360 manat pul məbləğini satıcı "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 5. "xxxx" MMC tərəfindən verilmiş 28 may 2021-ci il tarixli, C/294 nömrəli maliyyə arayışına əsasən X3 rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 37A ünvanında inşa edilən (inşa edilmiş) E nömrəli yaşayış binasında 42 nömrəli mənzilin pay dəyərindən 63360 manat ödənilmiş, borc qalığı olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin iddiaçıya təhvil verilməsi və iddiaçının ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia belə əsaslandırılmışdır ki, iddiaçının faktiki ailə münasibətlərində olan həyat yoldaşı X14 mübahisəli mənzili aldıqdan sonr a "xxxx" MMC-də işlə təmin olunaraq orada işləməyə başlamışdır. X14 ilə iddiaçı arasında ailə münaqişəsi olduğundan və maddi imkanı olmadığından mənzili təmir etdirməmiş, mənzil "xxxx" MMC tərəfindən verilmiş təmirsiz formasında qalmışdır. O, artıq faktiki nikahda olduğu həyat yoldaşı ilə aralarında olan ailə münasibətlərinə xitam verildiyindən, aldığı mənzilə baxıb mənzili təmir etdirərək yaşamaq qərarına gəlmiş, təmir işlərinə başlamaq üçün "xxxx" MMC-yə getmişdir. Orada onu MMC-nin direktoru qarşılayaraq ona məxsus mənzilin faktiki nikahdan olan həyat yoldaşı X14 tərəfindən satıldığını, artıq onun həmin "xxxx" MMC-də mənzilinin olmadığını bildirmişdir. İddiaçı ona məxsus mənzilin satılması və s. hərəkətlər etməsi üçün X14 və "xxxx" MMC-yə hər hansı bir hüquqi səlahiyyət vermədiyi halda, mənzilin alınması üçün mənzilin dəyərini tam ödədiyini və belə olduğu halda mənzilin hansı səbəblərdən satıldığını "xxxx" MMC-dən tələb etmiş olsa da, cavabdeh "xxxx" MMCnin direktoru “yoldaşın evi onlara satmışdır, gedin hara şikayət edirsiniz, edin” deyərək onu otaqdan qovmuş və beləcə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüquqlarından məhrum olmuşdur. İddiaçı hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. ünvan 1 ünvanında inşa edilmiş bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.m-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin hər hansı bir şəxsin adına alqı-satqı edilməsi və özgəninkiləşdirilməsi "xxxx" MMC-yə qadağan edilməsi barədə onun vəkili və nümayəndəsi tərəfindən verilmiş “müvəqqəti təminat tədbiri” barədə ərizə təmin edilərək, ün van 1 ünvanında inşa edilmiş bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.m-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzilin hər hansı bir şəxsin adına alqı-satqı edilməsi və özgəninkiləşdirilməsi "xxxx" MMC-yə qadağan edilmişdir. İddiaçının vəkili tərəfindən 30 yanvar 2024-cü il tarixdə MMC-yə vəkil sorğusu ilə müraciət edilərək mənzilin alınmasına dair onunla cavabdeh arasında bağlanmış müqavilənin və s. hüquqmüəyyənedici sənədlərin, əgər mənzil MMC tərəfindən başqa şəxsə satılmışdırsa, mənzilin onun adından satılmasına əsas olan sənədlərin onlara təqdim olunması xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh "xxxx" MMC tərəfindən sorğularına cavab verilməmişdir. Cavabdeh "xxxx" MMC mənzilin alınması ilə bağlı pulu ondan alaraq mənzilin ona təhvil verməməsi cavabdeh tərəfindən onun mülkiyyət hüquqların ın pozulmasına səbəb olmuşdur. Eyni zamanda tərəflər arasında imzalanmış müqavilədən də göründüyü kimi cavabdeh öz üzərinə götürdüyü bütün öhdəlikləri qanunsuz olaraq pozmuşdur.

8. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, Vəkil1 iddiaya etiraz edərək göstərmişdir ki, ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metr-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil X2 və sahəsi 83,25 kv.m olmuşdur. Lakin, sonradan X8 özünün sifarişi əsasında mənzilin sahəsi 105,6 kv.m-ə dəyişdirilmişdir. Həmin evin iddiaçıya satılmasına dair isə müqavilə mövcud deyil. İddiaçının “bu ev onundur” deməsi, evin ona məxsus olmasını sübut etməmişdir.

9. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq verilən "xxxx" MMC-nin məktubuna əsasə n ünvan 1 ünvanında inşa etdikləri yaşayış kompleksi, bina E, 42 nömrəli mənzil 6-cı yox, 7-ci mərtəbədə yerləşir və faktiki sahəsi 105,6 kv.m olmaqla 3 otaqdan ibarətdir. Həmin mənzil X10 məxsusdur və onun sifarişi üzrə 83,25 kv.m-dən 105,6 kv.m-ə dəyişdirilmişdir və X16 hazırda mənzildə yaşamır. İddiaçı yaşayış binasında mənzili olmamışdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan tikili ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.m-dən ibarət 2 otaqlı, 42 nömrəli mənzil 20 sentyabr 2024-cü il tarixdə yerində müayinə olunmuş və qeyd olunan ünvanda 3 yaşayış binasının (5, 6, 11 mərtəbəli) olduğu aşkar edilmişdir. Həmin mənzil 6-cı yox, 7-ci mərtəbədə liftdən sonra yerləşmişdir. 7-ci mərtəbədə inşa edilən mənzillərin sayı 7 olduğu aşkar edilmişdir. Mübahisəli mənzilin sahəsinin 105,6 kv.m olduğu, mənzilin tam təmirsiz və yaşayışa uyğun vəziyyətdə olmadığı müəyyən edilmişdir. Müqavilədə 6-cı mərtəbə göstərilməsinə baxmayaraq, iddiaçı mənzilinin 7-ci mərtəbədə yerləşdiyini və sahəsində dəyişiklik olduğunu bildirmişdir.

11. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(012)-2349/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-dən ünvan 1 ünvanında inşa edilən (inşa edilmiş) bina E, mərtəbə 6, ümumi sahəsi 83,25 kv.metrdən ibarət 2 otaqlı, 42 nömrəli mənzili dəyəri ödənilməklə aldığını, bu əmlakın sahibi olduğunu bildirərək oraya hüququ olduğu üçün köçürülməsini tələb etmişdir. Bunun üçü n o, 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətinə istinad etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən mənzil (daşınmaz əmlak) dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də 15 yanvar 2020-ci il tarixli, AA267 nömrəli müqavilə notarial qaydada təsdiq edilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi mütləq qaydada notarial qaydada təsdiq edilməlidir. Bununla belə, təqdim edilmiş müqavilənin surətindən görünmüşdür ki, orada tərəflər arasında əslində podrat münasibətlərindən söhbət getmişdir.

14. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəflər arasında mübahisəli mənzilə dair hər hansı müqavilənin mövcudluğunu qəbul etməmişdir. Belə ki, "xxxx" MMC tərəf indən verilmiş 26 aprel 2024-cü il tarixli, 180 nömrəli sorğuya cavab məktubundan görünmüşdür ki, İddiaçı dair "xxxx" MMC-nin arxiv sənədlərində hər hansı məlumat aşkar edilməmişdir.

15. Məhkəmə iclasında İddiaçı 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli müqavilənin əslini təqdim etməsi təklif edilsə də, o, müqavilənin əslinin onda olmadığını bildirmişdir. Halbuki, təqdim edilmiş müqavilənin (surət) 11.3-cü maddəsində göstərilmişdir ki, müqavilə eyni hüquqi qüvvəyə malik 2 nüsxədən ibarətdir və hər bir tərəfdə 1 nüsxəsi saxlanılır.

16. Digər tərəfdən, məhkəmə mübahisəli mənzilə baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, mənzil iddiaçının təqdim etdiyi müqavilə surətində göstərildiyi kimi 2 otaqlı deyil, 3 otaqlı olmuş və başqa şəxsin istifadə və sahibliyində olmuşdur. "xxxx" MMCn in nümayəndəsi isə bununla bağlı qeyd etmişdir ki, iddia edilən mənzilə dair X16 ilə müvafiq müqavilə bağlanmış və əmlak ona məxsus olmuşdur.

17. Bu hallara qiymət verən məhkəmə hesab etmişdir ki, müqavilənin surətinə istinad etməklə "xxxx" MMC-nin İddiaçı qarşısında mənzil barədə öhdəlik götürməsi nəticəsinə gəlinməsi mümkün deyildir. Belə olan halda məhkəmə, iddiaçının 15 yanvar 2020-ci il tarixli, AA-267 nömrəli müqavilənin surətinə istinad edərək hesab etmişdir ki, "xxxx" MMC-dən mənzil tələb etməsi əsassızdır və təmin edilə bilməz.

18. Mübahisəli mənzilə dair heç bir hüququ olmayan İddiaçı oraya köçürülməsi barədə tələb də əsassızdır və məhkəmənin qənaətinə görə bu barədə iddia da rədd olunmalıdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 157.8, 324, 331, 386.1, 406.3, 646.1, 648, 770-1.1, 770-1.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya baxışı zamanı X16 və X14 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında bildirmişdir ki, iddiaçı onunla keçmiş faktiki nikah münasibətlərində olduğu şəxsdir. İddiaçı birgə ailə münasibətlərində olduğu zaman o, "xxxx" MMC-də işləmiş, işlədiyi mü ddətdə həmin şirkətdən bir neçə ev alıb-satmışdır. İddiaçı tərəfindən mübahisələndirilən 83 kv.m-lik 2 otaqlı evi də oradan o, iddiaçının adına rəsmiləşdirməklə almışdır. Alqı-satqı müqaviləsini iddiaçının adına bağlasa da, müqaviləni o, imzalamışdır. Daha sonra "xxxx" MMC tərəfindən ona alqı-satqı müqaviləsinin təqdim edilməsi və onun müqabilində 83 kv.m-lik evin əvəzinə 106 kv.m verəcəkləri bildirilmiş, o da alqı-satqı müqaviləsini "xxxx" MMC-da işləyən Ramil adlı şəxsə vermiş, lakin yeni müqaviləni tələb etməmişdir. O, mənzilin qarşılığında heç bir pul vəsaiti almamiş, daha sonra iddiaçı ilə münasibətləri korlandığı üçün mənzillə maraqlanmamışdır.

23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında bildirmişdir ki, 2021-ci ilin may ayında "xxxx" MMC-dən mənzil almışdır. Mənzil alan zaman Qəhrəman adlı şəxslə danışmış və bütün sənədləşmə işlərini, həmçinin mənzilin təhvil-təslim işlərini onunla həll etmişdir. Mübahisələndirilən mənzili almazdan əvvəl o, 2019-cu ildə həmin binada 2 otaqlı mənzil almış, bir müddət sonra yeni mənzil almaq niyyəti olduqda Qəhrəman ona 3 otaqlı mənzil satıldığını və həmin mənzilin hazırlanma prosesində olduğunu bildirmiş, mənzil hazır olduqdan sonra isə o, mənzilin dəyərini ödəyərək almışdır. Aldığı mənzil 42 nömrəli mənzildir, 7-ci mərtəbədir, sahəsi 105,6 kv.m-dir. O, iddiaçını tanımır, Anar adlı şəxsi isə "xxxx" MMC-nin işçisi kimi tanımış, Anar ona heç vaxt həmin binada mənzili olduğunu deməmişdir. Mənzilin pəncələri şirkət tərəfindən, qapısını isə onun tərəfindən quraşdırılmışdır.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 27 fevral 2025-ci il tarixli, 2(105)-162/2025 nömrəli qətnaməsi ilə (hakim A.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər L.Rəhimli və F.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq ilk əvvəl qeyd etmişdir ki, həmin dəlillər əsasən iddia ərizəsinin məzmunu ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə hərtərəfli araşdırma aparıldığından, həmin halları üzrə əlavə araşdıma aparılmasına zərurət görməmiş və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmışdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəl illər əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul edilmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, araşdırılan iddia predmetinin əsasını müqavilə münasibətləri təşkil edir. Araşdırılan mübahisədən göründüyü kimi cavabdeh tərəf belə bir müqavilə bağlamadığını bildirmiş, bununla da müqavilənin mövcudluğunu mübahisələndirmişdir. Kollegiya tərəfindən iddiaçıya şərait yaradılmasına baxmayaraq, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, araşdırma zamanı izahat vermiş iddiaçı, eləcə də üçün cü şəxs X14 göstərdilər ki, mübahisə predmetinin əsasını təşkil edən müqavilə X14 tərəfindən, mənzilin daha böyük sahəli mənzillə dəyişdirilməsi məqsədi ilə MTK-ya təhvil verilmişdir. X14 müqaviləni təhvil verdikdən sonra yeni müqavilə almadığını, daha sonra isə iddiaçı ilə münasibətləri pisləşdiyindən bu barədə maraqlanmadığını göstərmişdir. Eləcə də iddiaçı bildirmişdir ki, o, mənzillə maraqlandıqda ona MTK tərəfindən X14 tərəfindən mənzilin satıldığı bildirilmişdir.

28. İddiaçı tərəf mənzilə dair MTK ilə müqavilə bağlamasını və evin MTK tərəfindən onun razılığı olmadan satılması barədə iddiasının əsası kimi MMC direktoru ilə iddiaçı arasında baş vermiş söhbətin qeydə alınmasına dair audiodiskə əsaslanmışdır. Məhkəmə araşdırması zamanı həmin audiodisk tədqiq edilmiş, lakin iddiaçının əsa slandığı hallar, MTK ilə arasında belə bir müqavilənin bağlanması, MTK-nın səlahiyyətli şəxs tərəfindən mənzilin satışının həyata keçirilməsinə dair hallar öz təsdiqini tapmamışdır.

29. Kollegiya hesab etmişdir ki, müqavilənin əslinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi, eyni zamanda yuxarıda sadalananlar əqdin etibarlığına məhkəmə tərəfindən qiymət verilməsini mümkünsüz etmişdir.

30. Apellyasiya məhkəməsi, eləcə də iddiaçı və üçüncü şəxs X5 izahatlarını MPMin 106-cı maddəsinin göstərişlərinə uyğun qiymətləndirərək hesab etmişdir ki, həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmadığından sübut növü olaraq qəbul edilə bilməz.

31. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq müəyyən etmişdir ki, "xxxx" MMC ilə X6 (alıcı) arası nda bağlanılmış xx.xx.2020-ci il tarixli, AA-267 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən MMC ünvan 1 ünvanında inşa edilən bina E, mərtəbə 11, 2 otaqlı, 75 nömrəli mənzilin alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, 2020-ci ildə AA-267 nömrəli müqavilə X6 ilə bağlanmışdır. 32. "xxxx" MMC ilə X16 (alıcı) arasında bağlanılmış 28 may 2021-ci il tarixli, AA314 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən MMC ünvan 1 ünvanında inşa edilən bina E, mərtəbə 7, 3 otaqlı, 42 nömrəli mənzilin alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.

33. Həmçinin təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, X10 83,25 kv.m mənzil məxsus olmuş, onun sifarişi üzrə mənzil MMC tərəfindən digər bir mənzilin birləşdirilməsi yolu ilə 105,6 kv.m-ə dəyişdirilmişdir.

34. İddiaçı X8 verilmi ş 42 nömrəli mənzili mübahisələndirdiyini və həmin mənzilin ona təhvil verilməsini iddia etdiyini bildirmişdir. Bu səbəbdən də, apellyasiya kollegiyası tərəfindən X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. X8 izahatından məlum olmuşdur ki, o, 42 nömrəli mənzili dəyərini tam ödəməklə MMC-dən almışdır.

35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 157.8, 324.1, 324.2, 324.4, 324.5, 331.1, 337.1, 337.4, 386.1, 406.3, 646.1, 648.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 89.1, 372.2, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157-ci, Mülki Prosessual Məcəllənin 9, 77, 78.2, 88, 95.1, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün sübutları (səs yazıları, izahatlar, alqı-satqı müqavilələri və digər) hərtərəfli, obyektiv, tam şəkildə araşdırmadığı üçün iddiaçının mülkiyyət hüququ kobudcasına pozulmuşdur. İddiaçı tərəfindən müqavilənin surəti məhkəməyə təqdim edilmişdirsə, demək həmin müqavilənin əsli də mövcud olmuşdur. Lakin məhkəməyə təqdim edilən alqı-satqı müqav iləsinin surəti apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və obyektiv araşdırılmamış, bu da iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçının yoldaşı ona heç bir məlumat vermədən, habelə iddiaçıdan etibarnamə üzrə heç bir səlahiyyət almadan həmin mənzili başqasına satmışdır. İddiaçının yoldaşı həmin müqaviləni cavabdeh "xxxx" MMCyə qaytarsa da, cavabdeh səlahiyyəti olmayan şəxsin başqası ilə alqı-satqı müqaviləsini bağlamağı və həmin alqı-satqı müqaviləsinin əslinin iddiaçının (mənzilin əsl sahibinin) faktiki nikah münasibətində olduğu yoldaşından hansı əsasla qəbul etməsi sual doğurur. İddiaçı müqavilənin əslini cavabdehdən ala bilmədiyi üçün, habelə cavabdehə müraciət olunsa da, həmin müraciətlər heç bir nəticə vermədiyi üçün alqı-satqı müqaviləsinin əslini ala bilməmişdir. Cavabdehin digər alıcılarla bağladığı və iş materiallarına əlavə olunan digər alqı-satqı müqaviləsinin məzmunu da iddiaçıda olan alqı-satqı müqaviləsinin məzmunu ilə eynilik təşkil edir və heç bir fərq yoxdur. Bununla yanaşı, məhkəmə iddiaçıda olan və onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin direktoru X4 mübahisəli mənzillə bağlı səs yazısını da sübut növü kimi araşdırmaya cəlb etməkdən imtina etmişdir. Həmin səs yazısından aydın görünürdü ki, iddiaçının faktiki nikahdan olan həyat yoldaşı X14 cavabdehin işçisidir, MMC-nin direktoru onu şəxsən yaxşı tanıyır. Səs yazısında MMC-nin direktoru X11 etiraf edir ki, Anar İbrahimov tərəfindən mübahisəli mənzilin satılması direktorun anasının xəstə olduğu vaxtlarda olmuşdur ki, həmin vaxtlarda da xəstə anasına qulluq edən direkt or həftədə bir dəfə işə gəlirmiş və ona təqdim edilən sənədlərə oxumamış tez-tələsik imza edərək evə gedirmiş. Üçüncü şəxs X1 əsasında cavabdeh tərəfindən mübahisəli mənzilin 2 otaqdan 3 otağa çevrilməsi iddianın rədd edilməsi üçün əsas hesab edilməməlidir. Məhkəmə bu mübahisəli məsələ ilə bağlı öz təşəbbüsü ilə məhkəmə tikinti ekspertizası təyin etməli və ekspertiza qarşısında həmin mənzildə 2 otağın 3 otağa çevrilməsinin layihə sənədlərinə uyğunluğunun və zaman etibarilə hansı vaxta təsadüf etməsinin müəyyən edilməsi sualını da qoymalı idi, lakin məhkəmə bunu etməmişdir.

39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

40. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə b ilər.

42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

43. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çək inməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

45. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əl də etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 46. “Məhkəmə qətnam əsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş ü zrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

48. Belə ki, birinci instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini b elə əsaslandırmışdır ki, iddiaçı cavabdeh MMC ilə bağlanmış müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də eyni əsasla iddiaçının apellyasiya şikayətinin dəlillərini rədd etmişdir.

49. Məhkəmə kollegiyası razılaşır ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin dispozisiya şərtlərinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir.

50. Hazırkı halda, iddiaçı müqavilənin əslini məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə o, bu halı onunla əsaslandırmışdır ki, faktiki ailə münasibətlərində olduğu X14 müqaviləni götürərək, cavabdeh MMC-yə təhvil vermiş, sonradan isə müqavilə ona qaytarılmamışdır.

51. Üçüncü şəxs qismində cəlb edilmiş X12 apellyasiya instansiyası məhkəməsində iddiaçının bu ded iklərini təsdiq etmişdir.

52. Cavabdeh MMC isə iddiaçı ilə bağlanmış müqavilənin arxiv sənədlərində müəyyən edilməməsini göstərməklə, bu barədə iddiaçının vəkilinə 26 aprel 2024-cü il tarixli arayış vermişdir.

53. İddiaçı cavabdeh MMC ilə müqavilə münasibətlərində olmasını, müqavilənin əslinin isə ondan asılı olmayan səbəblərdən təqdim edə bilməməsini başqa sübutlarla təsdiq etməyi çalışmışdır.

54. Belə ki, bu sübutlardan biri də, iddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi MMC-nin direktoru X11 ilə danışıqların səs yazısıdır. İddiaçı qeyd edir ki, müqaviləni imzalamış həmin şəxs iddiaçı ilə faktiki ailə münasibətlərində olmuş X5 onun anasının xəstə olduğundan istifadə edərək, ondan xəbərsiz və iddiaçının razılığı olmadan müqaviləni başqa şəxsin adına rəsmiləşdirmişdir.

55. Apelly asiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının əsaslandığı halların audiodiskin tədqiqi zamanı müəyyən edilmədiyini qeyd etsə də, nə qətnamədə, nə də ki, bu diskin dinlənilməsini əks etdirən 13 fevral 2025-ci il tarixli məhkəmə iclas protokolunda, diskdəki danışıqların mahiyyətini göstərməmişdir.

56. Bununla da, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.

57. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, AA-267 nömrə ilə cavabdeh MMC ilə X6 arasında eyni binanın 11-ci mərtəbəsində 75 nömrəli mənzilə dair 18 yanvar 2020-ci il tarixli müqavilə imzalanmışdır.

58. Həmçinin, iş materiallarına cavabdehin direktoru E.E.Mirzəyev tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsd iq olunmuş cədvəl əlavə olunmuşdur ki, orada AA267 nömrəli müqavilənin X6 ilə imzalanması qeyd olunmuşdur.

59. Lakin nəzərə alınmalıdır ki, "xxxx" MMC iş üzrə cavabdeh olmaqla, işin nəticəsində maraqlı olan şəxsdir. Onun təqdim etdiyi sənədlərin mötəbərliyi məhkəmə tərəfindən xüsusi qiymətləndirilməlidir.

60. Hazırkı halda müəyyən olunur ki, iş materiallarına əlavə olunmuş iddiaçı ilə bağlanmış müqavilənin surəti ilə İradə Qardaşova ilə bağlanmış müqavilənin surəti formaya görə oxşar olsalar da, bəzi fərqliliklər də mövcuddur. Misal üçün 15 yanvar 2020ci tarixdə iddiaçı ilə imzalanması iddia olunan müqavilənin bağlanma yeri Xırdalan şəhəri kimi qeyd olunsa da, 18 yanvar 2020-ci il tarixdə eyni nömrə ilə İradə Qardaşova ilə imzalanan müqavilənin surətində müqavilənin bağlanma yeri kimi Masa zır qəsəbəsi göstərilmişdir.

61. Həmçinin, iddiaçının təqdim etdiyi müqavilədə müqavilənin bağlanması tarixində gün və ya əlyazma ilə, il - “2020-ci il” çap formasında yazıldığı halda, İradə Qardaşova ilə bağlanmış müqavilədə gün, ay və ilin “0” rəqəmi əlyazma ilə tərtib olunmuşdur.

62. Qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş, binanın 6-cı mərtəbəsində 2 otaqlı, 34 nömrəli mənzilinə dair MMC ilə X7 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli müqavilə İradə Qardaşova ilə bağlanmış müqavilənin formasına uyğun olmuşdur.

63. Lakin apellyasiya instansiyası məhkəməsi MMC tərəfindən mənzillərlə bağlanılan müqavilələrin formasının nə vaxt dəyişdirilməsini araşdırmamış, iddiaçının qeyd etdiyi dövrə daha yaxın olan başqa şəxslərlə imzalanmış müqavilələrin təqdim edilməsini tərəflərə t əklif edilərək, onlar müqayisə edilməmiş, müqavilələrin qeydiyyatın hansı qaydada aparılması dəqiqləşdirilməmiş, müqavilələr yazılı qaydada qeydiyyata aparıldığı halda, müvafiq sənəd (kitab) tələb edilərək öyrənilməmiş, AA-267 nömrə ilə bir neçə müqavilənin bağlanması (və ya bağlanılaraq, sonradan ləğv edilməsi) mümkünlüyünə hüquqi qiymət verilməmişdir. Halbuki, iddiaçının dəlilinə görə Anar İbrahimov müqaviləni MMC-yə təhvil verərək, 2 otaqlı mənzilin yerinə 3 otaqlı mənzilə dair yeni müqavilə bağlamalı idi. Yəni, iddiaçı ilə bağlanmış müqavilənin MMC tərəfindən ləğv edilməsi və sonradan həmin nömrə ilə başqa müqavilənin bağlanması istisna olunmur.

64. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə tələbin obyektiv hüquqi qiymət verilməsi üçün mübahisələndirilən mənzilin yerləş diyi binada kommunal xidmətlərin nə vaxt keçirilməsi, iddiaçının tələbində göstərdiyi mənzilin belə xidmətlərə nə vaxt və kimin adına qoşulması araşdırılması əhəmiyyətli ola bilər ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı sübutların təqdim edilməsini tərəflərə təklif etməmişdir.

65. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə digər prosessual hərəkətlərlə yanaşı, tərəflərə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 452.1 və 752.1-ci maddələri təşkil edir.

67. Belə ki, iddiaçının istinad etdiyi müqavilədə mənzilin alqı-satqısı göstərilsə də, faktiki olaraq tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlərin yaranması iddia olunur.

68. Məhkəmə kollegiyası həmçinin qəbul edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı halda iddianın təmin olunması mümkün olmaya bilər.

69. Lakin, hazırkı tələbin yekun uğurluluğundan asılı olmadan, iddiaçının MMC ilə müqaviləsinin mövcud olub-olmamasının obyektiv araşdırılması gələcəkdə iddiaçının buna cavabdeh olan şəxslərdən mümkün ziyan tələbinin uğurluğu üçün də əhəmiyyətlidir. Belə ki, iddianın apellyasiya məhkəməsinin göstərdiyi əsasla rədd edilməsi, gələcəkdə iddiaçının ziyan tələbi üzrə preyudisial əhəmiyyətə malik olmaqla, iddiaçının qanunla qorunan hüquqlarının və maraqlarının müdafiə olunmasına əngəl yarada bilər.

70. Məhkəmə kollegiyası iz ah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhk əmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

72. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

73. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğ v edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

74. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, o cümlədən tərəflər arasında olan hüquq münasibətlərinin həqiqi mahiyyətini müəyyən etməli, həmin hüquq münasibətlərə uyğun maddi hüquq normalarını tətbiq etməklə, mübahisənin ədalətli həllini təmin etməlidir.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2(105)-162/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar