Məhkəmə qərarları › İş №2(105)-1622/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1622/2020

01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1622/2020 01.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkiliVəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X8 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2157/2019 saylı qətnaməsindən Cavabdehapellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2157/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı təmirə xərclənmiş pulun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv.metr olan 55 saylı mənzilin təmiri üçün xərclədiyi 26861 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv. metr olan 55 saylı mənzilin təmiri üçün xərclədiyi 26922 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2014-cü il tarixdə X1 və “xxxxxxx” MMC-dən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv. metr olan 55 saylı mənzili alqı-satqı yolu ilə 65000 manata almışdır. Alqı-satqı müqaviləsində həmin mənzilin təmirli olduğu göstərilsə də, baxış zamanı mənzilin təmirli olmadığı müəyyən edilmişdir. Mənzili aldıqdan sonra əsaslı şəkildə, yüksək səviyyədə təmir etdirmiş və təmir işlərinə böyük məbləğdə pul xərcləmişdir. Mənzilin əsaslı və yüksək səviyyədə təmiri, qapı və pəncərələrin alınması və qoyulması, döşəmənin və tavanın alınması və quraşdırılması, sanitar qovşaq üçün avadanlıqların alınması və quraşdırılması, su, kanalizasiya və elektrik xətlərinin çəkilməsi və quraşdırılması, oboyun alınması və vurulması və digər xərclər üçün ümümilikdə 26922 manat məbləğində pul xərcləmişdir. Lakin həmin mənzili təmir etdirdikdən və mənzil üçün böyük məbləğdə pul xərclədikdən sonra X4 oğlu Cavabdeh mənzilin daha əvvəl alındığını və ona satılmasında razılığı olmadığınıbildirərək onunla “xxxxxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi Cavabdeh iddiasını təmin etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi isə həmin qətnaməni əqdin etibarsız olan hissəsində qüvvədə saxlamışdır. Cavabdehin, atası X4 və “xxxxxxx” MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir.Belə ki,İddiaçı məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, X1 və “xxxxxxx” MMC-dən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv.metr olan 55 saylı mənzili alqı-satqı yolu ilə 65000 manata almışdır. Mənzili aldıqdan sonra yüksək şəkildə təmir etdirmiş və təmir işlərinəümumilikdə 26.922 manat pul xərcləmişdir. Mənzil təmir olunduqdan sonra Seyidağa Mirzəyev və o, mənzilin daha əvvəl alındığını bildirmiş, Abşeron Rayon Məhkəməsinə müraciət edərək alqı-satıq müqaviləsini etibarsız hesab etdirmişlər. Cavabdehin atasının və “xxxxxxx” MMCnin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəymişdir, bu ziyana görə pulun ondan alınmasını xahiş etmişdir.Məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədiyindən o, məhkəmə baxışında iştirak edə bilməmişdir. Məhkəmə tərəflərin çəkişmə prinsipini təmin etmədən, hətta iddiaçı tərəfindən təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən əsassız bir qətnamə çıxarmışdır. Qətnamədə qeyd olunur ki, təmirin müəyyən olunması üçün ekspertiza təyin edilmiş, lakin rəy verilməsi mümkün olmamışdır.Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə Azərbaycan Respublikası MM-nin 21.1, 21.2, 1096.1, 1097.1, 115-ci maddələrinə istinad olunmuşdur. Həmin normalarda mülki hüquq pozuntusu (deliktlər) nəticəsində vurulmuş zərərdən bəhs olunur. Hazırki iddia tələbində heç bir hüquq pozuntusundan söhbət gedə bilməz. Çünki o, iddiaçıya qarşı heç bir hüquq pozuntusu törətməmiş, aralarında heç bir müqavilə olmamışdır. İddiaçıya qarşı hüquq pozuntusunu “xxxxxxx” MMC törətmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X12 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehinapellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixdə “İcraçı” adlanan “xxxxxxx” məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, “R.T. LTD” məhdud məsuliyyətli cəmiyyəti Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 110,7 kv.m olan 55 nömrəli 3 otaqdan ibarət mənzili İddiaçı verməyi öz öhdəsinə götürmüş, mənzilin bir kvadrat metrinin dəyəri 587 manat, ümumi dəyəri 65000 manat müəyyən olunmuşdur. İş materiallarında olan “xxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin 12 saylı, xx xxxxx 2014cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 110,7 kv.m olan 55 nömrəli mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(012)-924/2016 saylı qətnaməsi ilə “xxxxxxx” MMC-nin X5 və İddiaçı qarşı iddiası təmin edilmiş, “xxxxxxx” MMC ilə İddiaçı arasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv.m olan 3 otaqdan ibarət 72 saylı və 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 110,7 kv.m olan 3 otaqdan ibarət tam təmir edilmiş 55 saylı mənzillərin alqı-satqısına dair bağlanmış xx xxxxx 2014-cü il tarixli və xx xxxxx 2014-cü il tarixli müqavilələrin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(105)- 2254/2016 saylı qətnaməsi ilə X5 və İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1885/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, “xxxxxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)- 6413/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər “xxxxxxx” MMC-yə və İddiaçı qarşı müqavilənin etibarsız hesab olunması, mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilmiş, “xxxxxxx” MMC ilə İddiaçı arasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 110,7 kv.m olan 55 nömrəli 3 otaqdan ibarət mənzilinə dair bağlanmış xx xxxxx 2014-cü il tarixli müqavilənin etibarsız hesab olunması, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 110,7 kv.metr olan 3 otaqdan ibarət 55 nömrəli mənzilin boşaldılması və Cavabdeh istifadəsinə təhvil verilməsi, qətnamənin tərəflər üçün eyni vaxtda, yəni mənzilin alınmasına görə ödənilmiş pulun geri qaytarılması ilə mənzilin geri qaytarılmasının eyni vaxtda icra olunması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(105)-2132/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi “qətnamə tərəflər üçün eyni vaxtda, yəni mənzilin alınmasına görə ödənilmiş pulun geri qaytarılması ilə mənzilin geri qaytarılmasının eyni vaxtda icra olunması” hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1422/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (105)-2132/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, MB-12/986 saylı rəyindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında “xxxxxxx” MMC-yə məxsus binanın 10-cu mərtəbəsində yerləşən 110,7 kv.m ümumi sahədən ibarət 3 otaqlı 55 saylı mənzildə aparılmış təmir işlərinin 2014-cü il iyul ayına hesablanmış bazar dəyəri 26861 manat təşkil edir. İş materiallarında olan “xxxxxxx” MMC-nin direktoru X6 ərizəsindən görünür ki, o, 2013-cü ildən “xxxxxxx” MMC-nin direktoru vəzifəsində çalışır. 2014-cü il aprel ayında şirkətin Ceyranbatan qəsəbəsində inşa etdiyi yüksək mərtəbəli binanın 10-cu mərtəbəsində 55-ci mənzili qarşı tərəfin razılığı ilə İddiaçı alqı-satqı yolu ilə almışdır. Müqavilədə mənzilin təmirli olduğu göstərilsədə, sonradan baxış zamanı məlum olmuşdur ki, mənzil tam təmirli deyildir. İddiaçı mənzili əsaslı şəkildə yüksək səviyyədə təmir etdirmişdir. İş materiallarına əlavə edilmiş X4 imzası notariat qaydasında təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh onun oğludur, sözügedən mənzili “xxxxxxx” MMC-dən pulunu verərək o almış və müqaviləni Tacirin adına bağlatmışdır. Tacirin cəmi 19 yaşı varıydı və heç bir gəlir mənbəyi yox idi, o, tələbə idi və Türkiyədə təhsil alırdı, təhsil haqqını və bütün xərclərini ata kimi o ödəyirdi. Sonralar həmin mənzil Tacirin də razılığı ilə İddiaçı satmışdır. Mənzili İddiaçı satan zaman, demək olar ki, təmirsiz idi. O, İddiaçı mənzili aldıqdan sonra ətraflı şəkildə yüksək səviyyədə təmir etdirdiyini və təmir işlərinə böyük məbləğdə pul xərclədiyini bilir və bunun şahididir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 110,7 kv.m olan 55 nömrəli 3 otaqdan ibarət mənzili “xxxxxxx” MMC-dən almış, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-6413/2017 saylı qətnaməsi ilə həmin mənzilinə dair bağlanmış xx xxxxx 2014-cü il tarixli müqavilə etibarsız hesab olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Hacıyev X9 rayonu, Ceyranbatan qəsəbəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 110,7 kv.m olan 55 nömrəli 3 otaqdan ibarət mənzili alqı-satqı yolu ilə “xxxxxxx” MMC-dən alarkən müqavilədə ona təmirli mənzil verilməsi nəzərdə tutulsa da, həmin mənzilin təmiri kafi vəziyyətdə olmuş və iddiaçı mənzili yenidən öz hesabına təmir etdirmişdir. İddiaçının mübahisəli mənzili təmir etdirməsi iş materiallarında olan qaimələrlə, “xxxxxxx” MMC-nin direktorunun, cavabdehin atası X4 imzası notariat qaydasında təsdiq edilmiş ərizəsi, həmin mənzildə təmir işlərini aparan ustaların ərizələri və “xxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, MB-12/986 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişinin kötüyündən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-2157/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar